ALLAH İNSANIN DUASINI QƏBUL EDƏR

Sonsuz mərhəmət, şəfqət və güc sahibi olan Allah Quranda insanlara çox yaxın olduğunu, Ona dua edənin duasını qəbul edəcəyini bildirir. ALLAH quranda belə bildirmişdir:  

Bəndələrim Məni səndən soruşduqda söylə ki, Mən onlara yaxınam. Dua edib məni çağıranın duasını qəbul edərəm. Gərək onlar da Mənim çağırışımı qəbul ədib Mənə iman gətirsinlər. Bununla da, ola bilsin ki, doğru yola yetişsinlər.” ("Bəqərə" surəsi, 186) 

Allah ayədə də bildirdiyi kimi, hər insana çox yaxındır, hər insanın ürəyindən keçirdiklərini, düşündüklərini, bir dostuna söylədiklərini, pıçıldaşaraq danışdıqlarını, hətta şüurlarından keçirdiklərini belə bilir. Beləliklə, Allah Ona üz tutub dua edən, Ondan istəyi olan hər kəsi eşidir və bilir. Bu insanlar üçün çox böyük bir nemət və Allahın mərhəmətinin, rəhmətinin və sonsuz gücünün göstəricisidir.Bu həqiqətə iman gətirən hər bir insan Allahın onun duasını qəbul edəcəyini ümid edə bilər. Məsələn, amansız xəstəliyə tutulan bir insan, əlbəttə ki, bütün tibbi tədbirlərə əl atacaqdır. Ancaq şəfanı verənin Allah olduğunu bilərək, sağalması üçün yalnız Allaha dua edər. Və ya qorxu ya da həyəcan duyan insan Allahdan ürəyinə rahatlıq verməsi və onu bütün qorxulardan qurtarması üçün dua edər.

İşində qarşısına çətinliklər çıxan bir insan Allahın işlərini asanlaşdırmasını, çətinliklərini həll etməsi üçün Allaha üz tuta bilər. Quranda bir sirr daha vardır.

Allah "İnsan xeyirə - dua etdiyi kimi, şərrə də- dua edər. İnsan tələskəndir." ("İsra" surəsi, ayə 11) ayəsində də bildirildiyi kimi, insanın hər duası özü üçün xeyirli olmaya da bilər. Məsələn, bir insan uşaqlarının gələcəyi üçün Allahdan çox böyük mülk və var - dövlət istiyir. Ancaq Allah onun bu istəyində bir xeyir görməyə bilər. Bəlkə də var - dövlət uşaqlarının azğınlaşıb lovğalanmalarına səbəb olacaqdır. Allah bu insanın duasını eşidər və duasına ən xeyirli şəkildə qarşılıq verər. Yəni Allah o insanı eşidir, amma duasında onun üçün bir xeyir görməzsə, onun üçün ən xeyirli olanı yaradar. Bu, çox mühüm bir sirdir.

Bu sirri bilməyənlər Allaha dua etdikdən sonra duaları qəbul olunmazsa Allahın onları eşitmədiyini zənn edirlər .Bu yalnış inancdır. ALLAH buyurmuşdur:
Allah insana şah damarından daha yaxındır. (Qaf surəsi, 16).
O insanın hər düşüncəsindən, həyatının hər anından xəbərdardır. İnsan yatanda da Allah onun hər halını, hətta yuxusunda gördüklərini belə bilir. Bunların hamısını yaradan Allahdır. Beləliklə, insan hər dəfə Allaha dua edəndə duasının Allah tərəfindən bir ibadət olaraq qəbul edildiyini bilməsi və duasına onun üçün ən uyğun zamanda və ən xeyirli şəkildə cavab veriləcəyinə iman gətirməlidir.

Dua hər insan üçün çox vacib ibadət və böyük nemətdir. Çünki Allah insana dua vasitəsilə Allahın xeyirli və gözəl gördüyü hər şeyə yetişmə imkanı vermişdir.
De: “Əgər ibadətiniz olmasa, Rəbbimin yanında nə qədir - qiymətiniz olar?” (Furqan surəsi, 77)
ayəsi ilə ALLAH duanın insanlar üçün əhəmiyyətini bildirməkdədir.
 
Allah sıxıntı və ehtiyac içində olanın duasını qəbul edər

Dua insanın ALLAHA ən yaxın olduğu andır. Çünki insan dua edərkən həm Allahın qarşısında nə qədər aciz və gücsüz olduğunu anlayır, həm də ona Allahdan başqa heç bir gücün köməy olmayacağının fərqinə varır. ALLAHIN bildirdiyi məqbul dua “yalvara – yalvara” edilən duadır:
“Rəbbinizə yalvara - yalvara, həm də gizlicə dua edin. Şübhəsiz ki, O, həddi aşanları sevməz!” (Əraf surəsi, 55)
Allah başqa bir ayədə isə sıxıntı və ehtiyac içində olanın duasını qəbul edəcəyini bildirir:
“Yaxud əli hər yerdən kəsilib darda qalan biri Ona dua etdiyi zaman onun duasını qəbul buyuran, şəri sovuşduran, sizi yer üzünün varisləri edən kimsə? Məgər Allahla yanaşı başqa bir tanrımı var? Siz nə az düşünüb daşınırsınız?” (Nəml surəsi, 62)
Allah dünyanı istəyənlərə dünyanı verər, ancaq, onlar axirətdə böyük itki içində olarlar
Allahdan lazımı şəkildə qorxub çəkinməyən, axirətə də man gətirməyən insanların istəkləri sadəcə dünyaya aiddir. Onlar zənginliyi, mülkü, etibarı ancaq bu dünyadakı həyatları üçün istərlər. Allah, sadəcə dünya üçün nə isə istəyənlərin axirətdə bir qazancları olmayacaqlarını bildirir. Möminlər isə həm dünya həyatları, həm də axirətləri üçün Allaha dua edərlər. Çünki axirətin dünya həyatı qədər dəqiq və yaxın bir həyat olduğuna iman gətirərlər. Allah bunu Quranda belə bildirir: QOVULMUŞ ŞEYTANDAN ALLAHA SIĞINIRAM
“İnsanların bəzisi: “Ey Rəbbimiz, bizə nə verəcəksənsə, elə bu dünyada ver.” - deyirlər. Belə şəxslərin axirətdə heç bir payı yoxdur! Bəziləri isə: “Ey Rəbbimiz bizə dünyada da, axirətdə də gözəl nemətlər ver, bizi Cəhənnəm əzabından qoru!” - deyirlər. Belə şəxsləri qazandıqlarına görə mükafat gözləyir. Allah tezliklə haqq - hesab çəkəndir!” (Bəqərə surəsi, 200 - 202)
Möminlər də dualarında Allahdan sağlıq, zənginlik, elm və gözəllik istəyirlər Ancaq onların hər dualarında Allahın məmnunluğu və dinə uyğun bir niyyət vardır. Məsələn, zənginliyi Allah yolunda sərf etmək üçün istəyirlər.

Sadəcə dünya həyatını istəyən axirəti düşünməyənlərə də Allah dünyada istədiklərini verir, ancaq onlara axirətdə əzab dolu bir həyat vardır. Dünya həyatında sahib olduqları hər bir neməti axirətdə tapa bilməzlər. Allah bu mühüm məlumatı Quranda bu ayələri ilə insanlara bildirmişdir:
“Biz axirət qazancını istəyənin qazancını artırar, dünya mənfəəti istəyənə də ondan verərik. Onun axirətdə heç bir payı yoxdur.” (Şura surəsi, 20)
“Hər kəs fani dünyanı istəsə, dilədiyimiz şəxsə istədiyimiz neməti orada tezliklə verərik. Sonra isə ona Cəhənnəmi məskən edərik. O, qınanmış, qovulmuş bir vəziyyətdə daxil olar!” (İsra surəsi, 18)

0 yorum:

Yorum Gönder