DOĞRU YOLU TAPMANIN SİRLƏRİ

Kimlərin doğru yolda olduqları Allahın Quranda bildirdiyi sirlərdəndir. İslamda nəzərdə tutulan gözəl əxlaqa uyanlar, Allahın doğru yoluna gələrək, cənnətində saxladığıqullardır.
 
Yer üzündəki hər insanın özünə görə doğruları və səhvləri olur. Hər birinin doğrularını təsbit etmədəki qaynağı isə fərqlidir. Kimi oxuduğu bir kitabı, kimi ətrafında gördüyü bir insanı, kimi bir siyasətçini, kimi isə bir fəlsəfəçini özünə rəhbər edər. Halbuki, Allahın insanlar üçün təyin etdiyi ən doğru və insanı qurtuluşa qovuşduracaq yeganə yol İslamın gətirdiyi gözəl əxlaqdır.

Möminlər Allahın məmnuniyyətini, rəhmətini və cənnətini qazanmaq üçün səy göstərərlər. Quranda bildirilən gözəl əxlaqa uyğun bir yol mənimsəməmək isə insanları dünyada və axirətdə sonsuza qədər davam edəcək birümidsizliyə, bədbəxtliyə və ağrılı bir əzaba sürüyər.

Doğruməlumat ilə iman etmək.

Allahın məmnuniyyətini, rəhmətini və cənnətini arzulayan insanlardan olmaq, Allaha və Quranda vəd etdiklərinə iman etməklə mümkündür. Belə bir insan göylərin, yerin və ikisi arasındakıların tək sahibi və yaradıcısının Allah olduğunu və dünyada var olma məqsədinin Allaha qulluq etmək olduğunu bilər. Əgər bu insan həyatı boyunca Allahın razılığını axtarıb Ona iman etsə Allah onu doğru yola yönəldər. Əlbəttə burada nəzərdə tutulan imandır.

Bəzi insanlar, hər nə qədər iman etdiklərini söyləsələr də, imanlarında şübhə və ya zəiflik olur. Belə insanlar, inkarçılarla birlikdə olduqlarında onların təsirinə girib dində asanlıqla zəiflik göstərə bilir, hətta bəzən Allaha və Allahın dininə qarşı bir tutum da sərgiliyə bilirlər. Halbuki, Allah Quranda doğru yola yönəltdiyiqullarının imanının qəti, möhkəm və şübhəsiz olduğunu insanlara bildirmişdir:

Və elm verilən kəslər də bilsinlər ki, haqq (Quran) sənin Rəbbindəndir. Artıq ona inansınlar və ürəkləri ondan arxayın olsun. Şübhəsiz ki, Allah iman gətirənləri doğru yola yönəldər! (Həcc Surəsi, 54)
 

Tam təslim olmaqla Allaha yönəlmək.

İman edənlərin tam təslim olmaqla Allaha yönəlmələri, Allaha ürəkləri iləbağlanmaları da doğru yola yönəldilmənin sirridir. Allaha iman edən və axirətdən qorxan möminin dünyaya yönəlmiş bir ehtirası yoxdur. Möminin məqsədi Allahı razı etməkdir. Bu səbəblə, hər tutum və davranışında Allaha yönələr, Allahın özünü hər an sınadığını bilərək, hər hadisədə Allahın özü üçün müəyənetdiyi taleyə razı olar. Aləmlərin Rəbbi olan Uca Allah, Özünə təslim olanları doğru yola çatdıracağını bu şəkildə bildirmişdir:

Sizə Allahın hökmləri oxunduğu və Onun Peyğəmbəri aranızda olduğu halda, siz necə kafir ola bilərsiniz? Allah (Onun dininə) sığınan şəxs, şübhəsiz ki, doğru yola

0 yorum:

Yorum Gönder