KAİNAT BİR ZAMANLAR YOX İDİ

İnsanlar tarixən yaşadıqları ucsuz-bucaqsız kainat və onun sərhədləri barədə maraqlanıblar. Alimlər, mütəfəkkirlər əsrlərdir bu mövzuyla bağlı saysız araşdırmalar edib, bir çox nəzəriyyələr irəli sürüblər. 20-ci əsrə qədər kainatın sonsuzdan bəri var olduğu və sonsuza qədər var olacağına inanılırdı. Lakin daha sonra aparılmış elmi araşdırmalar göstərdi ki, kainatın bir başlanğıcı var, yəni kainat yaradılmışdır. Kainatın başlanğıcının olduğu, yox ikən bir anda böyük partlayışla yaradıldığı, müasir fizika tərəfindən bir çox təcrübə, müşahidə və hesablamayla isbat edilmişdir. 1929-cu ildə Kaliforniya Maunt Vilson (Mount Wilson) rəsədxanasında, amerikalı astronom Edvin Habl (Evwin Hubble) istifadə etdiyi nəhəng teleskopla səmanı araşdırarkən, ulduzların, uzaqlıqlarına bağlı olaraq qırmızı rəngə doğru yaxınlaşan işıq yaydıqlarını müşahidə etdi. Bu kəşf elm dünyasında böyük əks-səda yaratdı. Çünki məlum fizika qanunlarına görə müşahidənin edildiyi nöqtəyə doğru hərəkət edən işığın spektrı bənövşəyi rəngə doğru, müşahidənin edildiyi nöqtədən uzaqlaşan işıq spektrı isə qırmızıya doğru sürüşür. Hablın müşahidələri zamanı ulduzların işıq spektrlarında qırmızıya doğru sürüşmə fərq edilmişdi. Yəni ulduzlar bizdən davamlı olaraq uzaqlaşırdılar. Habl qısa müddət sonra çox mühüm bir şeyi daha kəşf etdi: ulduzlar və qalaktikalar yalnız bizdən deyil, bir-birlərindən də uzaqlaşırdılar. Hər şeyin bir-birindən uzaqlaşdığı bir kainat qarşısında bir nəticəyə gəlinirdi ki, bu da kainatın hər an "genişləməkdə" olduğu idi. Mövzunu daha yaxşı anlamaq üçün kainatı şişirilən şarın səthi kimi düşünmək mümkündür. Şarın səthindəki nöqtələrin şar şişdikcə bir-birlərindən uzaqlaşmaları kimi kainatdakı cisimlər də kainat genişlədikcə bir-birlərindən uzaqlaşırdılar. Kainat genişlədiyinə görə zamanda geriyə doğru gedildiyində kainatın bir nöqtədən başladığı ortaya çıxırdı. Aparılan hesablamalar kainatın bütün maddəsini içində saxlayan bu "tək nöqtə"nin, "sıfır həcmə" və "sonsuz sıxlığa" sahib olduğunu göstərdi. Kainat, həcmi sıfır olan bu nöqtənin partlaması nəticəsində yaranmışdı. Kainatın başlanğıcı olan bu böyük partlayışa ingiliscə qarşılığı olan "Big Bang" adı verildi və bu nəzəriyyə də eyni adla adlandırıldı. Əslində sıfır həcm bu mövzunun nəzəri ifadə formasıdır. Elm, insan ağlının sərhədlərini aşan “yoxluq” anlayışını ancaq “həcmi sıfır olan nöqtə” sözü ilə ifadə edə bilir. Həqiqətdə isə “sıfır həcmli nöqtə” “yoxluq” mənasını verir. Kainat da yoxluqdan var olmuşdur. Başqa sözlə desək yaradılmışdır.

0 yorum:

Yorum Gönder