KOMMUNİZM VƏ QURANDA İFADƏ EDİLƏN DİNSİZ SİSTEMLƏR

Digər bir çox ideologiyada olduğu kimi kommunist sistemin də bütün mənfi xüsusiyyətlərinin təməlində tamamilə dinə zidd olması dayanır. Kommunizmin vəhşiliyinin də, donuqluğunun da əsas səbəbi dinə qarşı qatı düşmən olmasıdır.
Din insanı yaradan Allahın ona göstərdiyi düşüncə və həyat tərzidir. İnsan üçün ən uyğun həyat din üzərində qurulan həyatdır. Çünki insan ruhunu ən yaxşı bilən onu yaradan Allahdır və ancaq Allahın dininə görə qurulmuş sistem insan ruhuna rahatlıq gətirər. Dini rədd edən sistemlərin insanlara kədər, qəm, qorxu və etibarsızlıq aşılaması qaçılmazdır. Kommunizm bunun ən bariz nümunələrindən biri olaraq tarixə düşmüşdür.
 
Bu mövzunun son dərəcə maraqlı başqa tərəfi isə kommunizmin Allahın bizə Quranda bildirdiyi dinsiz sistemlərlə çox böyük eynilik təşkil etməsidir. Quranda dinsiz sistemlərə nümunə olaraq göstərilən Firon və digər bəzi sistemlər ilə dövrümüzdəki kommunist rejimlər müqayisə edildiyində aralarında böyük oxşarlıqlar olduğunu görürük. Bunları ardıcıllıqla araşdıraq.
 
Böyük Bina Ehtirası
 
Dinsiz liderlərin ortaq xüsusiyyəti sahib olduqları mövqeyə görə böyüklük hissinə qapılmaları və qürurlanaraq digər insanları kiçik hesab etmələridir. Onlar bunu müxtəlif şəkillərdə ifadə edirlər. 
 
Quranda Allah Hz. Musa dövründə Misiri idarə edən Fironu bu liderlərə nümunə olaraq verir. Firon təkəbbürlənərək həm Allaha və Onun elçisi Hz. Musaya qarşı çıxmış, həm də öz xalqına dəhşətli əzab vermişdir. Fironun böyüklük hissinin maraqlı ifadə forması var idi: "Yüksək qüllə" tikdirmək. Bu barədə Fironun köməkçisi Hamana verdiyi əmr Quranda belə bildirilir:
Firon dedi: “Ey əyanlar! Mən sizin üçün özümdən başqa bir tanrı olduğunu bilmirəm. Ey Haman! Mənim üçün od qalayıb palçıqdan kərpic bişir və bir qüllə tikdir ki, ora qalxıb bəlkə, Musanın tanrısına tamaşa edim. Axı mən onu, həqiqətən, yalançı sayıram! (Qəsəs Surəsi, 38)
 
Fironun təkəbbürünün ifadəsi olan "yüksək qüllə" ehtirası, kommunist diktatorlarda da "böyük bina" ehtirası olaraq üzə çıxır. Başda Sovet İttifaqı olmaqla bütün kommunist rejimlərdə şişirdilmiş dərəcədə böyük dövlət binaları tikilmiş, bu binalar kommunist rejimin güc və "əbədiliyinin" simvolu kimi görülmüşdür. Rumın diktator Nikolay Çavuşeskunun Buxaresdə tikdirdiyi saray uzun müddət dünyanın ən nəhəng binası adını daşımışdır. Son dərəcə soyuq və zövqsüz görünüşə sahib olan saray, yalnız "böyüklüyünə" görə diqqəti cəlb etmiş və kommunist ideologiyanın böyüklük kompleksinin bir ifadəsi olaraq qalmışdır.
 
 
Xalqın Sürgün Olunması
 
Quranda Allah fəsad törədən inkarçı gücləri izah edərkən, onların bəzi insanları yurdlarından sürgün etdiklərini də bildirir. Məsələn, inkar edənlər göndərilən peyğəmbərlərə "... Ya sizi yurdumuzdan çıxarıb qovacağıq, ya da mütləq dinimizə dönəcəksiniz!..." (İbrahim Surəsi, 13) deyə təhdid ediblər. İnkar edənlər bu təqibləri zəif müsəlmanlara qarşı edirlər. Bir ayədə bu belə xəbər verilir: "Onlar ancaq “Rəbbimiz Allahdır”- dediklərinə görə haqsız yerə yurdlarından çıxarıldılar...." (Həcc Surəsi, 40).
 
Kommunist rejimlər isə tarixdəki ən böyük sürgünləri həyata keçiriblər. Maraqlısı budur ki, bu sürgünlərdə xüsusilə müsəlmanları hədəf alınmışdır. Stalin dövründə Krım türkləri başda olmaqla çox sayda müsəlman xalq yurdlarını bir gecədə tərk edərək, ac və səfil halda Rusiyanın ən soyuq bölgələrinə sürgünə göndərilmiş, yüz minlərlə günahsız insan yollarda can vermiş, aparılan yerə çatanlar isə aclıq, epidemiya, xəstəliklər və dəhşətli soyuq səbəbiylə həyatlarını itirmişlər.
 
İnanc Azadlığının Yox edilməsi
 
Quranda izah edilən Firon sisteminin əsas xüsusiyyətlərindən biri də bu sistemin inanc azadlığını yox etməsidir. Cəmiyyətin hansı dini inanca sahib olacağı bilavasitə sistem tərəfindən təyin olunur. Bu sistem Fironun Hz.Musaya inanan cadugərlərə söylədiyi "Mən sizə izin vermədən əvvəl siz ona iman gətirdiniz?" (Əraf Surəsi, 123) fikrindən aydın olur. Firon həmçinin xalqına xitab edərkən onlara lazımlı həqiqətləri öyrətdiyini, bunundan başqa bir həqiqətin olmadığını belə iddia etmişdir:
 
"... Firon dedi: “Mən sizə ancaq öz düşündüyümü bildirirəm, mən sizə ancaq doğru yolu göstərirəm”. (Ğafir Surəsi, 29)
 
Firon sisteminin bu özəlliklərinin dövrümüzdəki nümayəndələri kommunist rejimlər olmuşdur. Başda Sovet İttifaqı olmaqla 20-ci əsrdəki kommunist sistemlərin hamısı ən azından totalitar rejim qurmağa çalışıblar. Totalitarizm ümumi dillə desək, bir cəmiyyətin bütövlükdə dövlət tərəfindən formalaşdırıldığı, dövlətin ciddi təzyiqi və propogandası altında bütün cəmiyyətin fiziki və zehni cəhətdən idarə edildiyi sistemdir. Quranda Fironun timsalında təsvir edilən totalitar nizam 20-ci əsrdə Lenin, Stalin, Mao və ya Ənvər Xoca kimi diktatorlar tərəfindən həyata keçirilmişdir. Albaniya diktatoru Ənvər Xoca ölkəsində insanların hər hansı dini inanca sahib olmasını qadağan etmiş, bütünlükdə dini qadağan etmiş və "tarixin ilk ateist dövlətini qurduğunu" elan etmişdir.
 
 
 Liderlərin Bütləşdirilməsi
 
Allah Quranda Firon sistemini izah edərkən, Fironun özünü xalqın gözündə tanrılaşdırma səyinin olduğunu da bizə xəbər verir. Bu gerçək Fironun ətrafındakı insanlara söylədiyi və Quranda xəbər verilən "Firon dedi: “Ey əyanlar! Mən sizin üçün özümdən başqa bir tanrı olduğunu bilmirəm" (Qəsəs Surəsi, 38) ayəsindən açıq-aydın bilinir. Araşdırsaq, Misir tarixi də bizə eyni məlumatı verir: Tarixdən məlumdur ki, Fironlar özlərini "yer üzündəki tanrı" olaraq təqdim ediblər.
 
Kommunist rejimlərdə də sistemi idarə edən diktatorların eyni psixologiyaya sahib olduqlarını görürük. Xüsusilə Lenin, Stalin, Mao, Kim Il Sung (Şimali Koreya) kimi diktatorlar özlərini cəmiyyətin gözündə tanrı halına gətirən kütləvi beyinyuma propoqandası icra ediblər. Bizim bildiyimiz "şəxsiyyətə pərəstiş" anlayışı (ingiliscə "cult of personality") məhz "liderin bütləşdirməsi"ni ifadə edir.
Bu bütləşdirmə meyli ilk kommunist inqilabı olan Rus İnqilabının lideri Leninlə başlamışdır. Əslində Leninin bəzi sözlərinə və miras qoyduğu anlayışlara baxıldıqda, bir növ "dini" atmosfer hiss olunur. Ancaq bu, bütpərəst dindir. Lenin Kommunist Partiyasını müəyyən mənada dinsiz təriqət şəklində təşkilatlandırmışdır. O öldüyündə Kommunist Partiya üzvləri böyük mərasim təşkil etmiş və onun cəsədinə doğru səslənərək "Yoldaş Lenin, and içirik ki, əmrlərini yerinə yetirəcəyik" söyləmişlər. Kommunistlər belə edərək eynilə paqan dinlərdə olan ayinləri icra edirmiş kimi davranıblar. Leninin cəsədi tamamilə Qədim Misir dininə uyğun şəkildə mumiyalanmış və yenə Qədim Misirdəki firon məzarlarına bənzər məzara qoyulmuşdur. Bu da Firon sistemi ilə kommunist sistem arasındakı bənzərliyin bariz nümunəsidir. 
 
Stalin və Mao da Leninin yolunu izləyərək, nəhəng heykəllər ucaldıb ölkələrinin hər tərəfinə yerləşdirmiş və bu yolla xalqa şüuraltı "tanrı-lider" propoqandası yeridilmişdir. Mao "Qızıl Kitab" adlandırılan "müqəddəs kitab" yazmışdı və hər çinli bu kitabı oxuyub həyata keçirməklə məsul idi. "Böyük Sarvan" (Rusca "Большой скачок") ləqəbli Maonun Çinin hər tərəfindəki heykəlləri hələ də bir çoxları tərəfindən ziyarət edilir, Maonun ad günündə kütləvi intihar edənlər də var...
 
Şimali Koreyada iqtidara gələn Kim Il Sung da bütləşdirilmiş, "xalqın günəşi" olaraq adlandırılmış və əsla səhv etməyən yol göstərici olaraq tanıdılmışdır. Eyni vəziyyət Şimal Vyetnamın kommunist diktatoru Ho Chi Minh üçün də keçərlidir.
 
 Oligarxik Quruluş
 
Oligarxiyaya "azlığın hakimiyyəti" də demək olar. Bir sistemdə siyasi güc yalnız kiçik qrupun əlindədirsə, bu oligarxiyadır. Qurana baxdığımızda isə inkarçı sistemlərin əsasən oligarxik strukturlara sahib olduğunu görürük. Bir çox ayədə "xalqın öndə gələnləri"ndən bəhs edilir. Xalqın öndə gələnləri ilə bağlı ayələr araşdırıldığında, sayca az olan bu siyasi seqmentin bütün siyasi gücü əllərində tutduğu və cəmiyyəti sırf öz maraqları çərçivəsində idarə görülür. Fironun sistemi də oloqarxik idi. Fironla əlaqədar ayələr araşdırıldığında, Fironun yanında məsləhətçilər, cadugərlər və hərbiçilərdən ibarət oligarxik sinif olduğunu görürük. Fironun sisteminə bağlı qalması üçün cadugərlər xalqı fikri cəhətdən idarə etmiş, hərbiçilər isə eyni idarəçiliyi güc vasitəsiylə təmin etmişdir
 
Kommunist rejimlər Quranda haqqında danışılan ateist oligarxik sistemin dövrümüzdəki nümunəsidir. Kommunistlər öz sözləriylə desək "xalqın hakimiyyəti" üçün yola çıxıblar. Halbuki, hakimiyyəti ələ keçərdikləri hər ölkədə xalq üzərində təzyiqə söykənən azlıq iqtidarı qurublar. Ölkədəki bütün siyasi güc "proletar partiyası"- yəni fəhlə partiyası adını daşıyan, halbuki, fəhlələrlə heç bir əlaqəsi olmayan Kommunist Partiya rəhbərliyinin əlinə keçmişdir. Kommunist Partiyasının Mərkəzi Komitə və Politbüro olaraq adlandırılan qərar mexanizmləri və bunların üzərində səlahiyyət sahibi olan Baş Katib ölkədəki bütün siyasi gücə sahiblənmiş və bundan vəhşicəsinə istifadə etmişdir. Kommunist rejimlərdəki bütün "demokratik" mexanizmlər, yəni seçkilər və partiya yığıncaqları tamamilə saxta olub.
 
"Əkini və Nəsili Həlak Etmək"
 
Allah Quranda inkar edən idarəçiləri xarakterizə edərkən mühüm mövzuya diqqət çəkir:
 
O, iş baçına keçdimi, yer üzündə fitnə-fəsad törətməyə, əkinləri və nəsilləri məhv etməyə çalışar. Allah isə fitnə-fəsadı sevmir. Ona: 
 
“Allahdan qorx!”- deyildikdə, lovğalıq onu daha da günaha sürükləyər. Ona Cəhənnəm kifayət edər. Ora nə pis yataqdır! (Bəqərə Surəsi, 205-206)
 
Diqqət etsək, ayədə keçən "yer üzündə fitnə fəsad törətmək" və "əkinləri və nəsilləri məhv etmək" Sovet İttifaqı, Qırmızı Çin və ya Kamboca kimi kommunist rejimlərdə tətbiq olunan kollektivləşdirmə və qırğınları mükəmməl şəkildə təsvir edir. Lenin, Stalin, Mao və ya Pol Pot iqtidarları zamanında ölkələrini tam bir xaos, qorxu və terror mühitinə sürüyərək fitnə-fəsad törətmişlər. Lisenkonun təkamül cəfəngiyyatını kənd təsərrüfatına tətbiq edərək əkinçilik məhsullarını, yəni əkini zay etmiş, 10 (on) milyonlarla insanı öldürərək, azqala bütün bir insan nəsilini qırğından keçirmişlər. Ayənin davamında bu fəsadı həyata keçirənlərin çox qürurlu və dinsiz olduqları da ifadə edilir. Lenin, Stalin, Mao və ya Pol Pot kimi özlərini tanrı zənn edən diktatorlar bu tərifə tam şəkildə uyğun gəlir.
 
 Nəticə
 
Kommunistlər tarixin daim təkamül etdiyini, əvvəlki cəmiyyətlərin dövrümüzdəki cəmiyyətlərdən geridə olduğuna inanırlar. Bu baxımdan keçmişdəki peyğəmbərləri və ya minlərlə il əvvəl insanlara vəhy edilmiş müqəddəs kitabları öz aləmlərində kiçiltməyə çalışırlar. Halbuki sahib olduqları ideologiya və xarakterlər zatən Allahın bizlərə 14 əsr əvvəl Qurani-Kərimdə bildirdiyi aldanma, cəhalət və psixoloji azğınlıqdan ibarətdir. Nə qədər özlərini "tarixin ən üstün mərhələsi" hesab etdikləri kommunizmin öndərləri kimi görsələr də, tarixin dərinliklərində qalmış Misir Fironu ilə ortaq xüsusiyyətlərə sahibdirlər. 
 
Çünki, əslində tarixdə insanın zəkası və quruluşu baxımından "irəliləyiş" yoxdur. Minlərlə il əvvəlki insanlar bu günki insanlarla eyni xüsusiyyətlərə malikdir. Mədəni və texnoloji baxımdan isə tarix boyu həm irəliləyiş, həm də geriləmə olmuşdur. Məsələn, Hz. Süleyman dövründəki texnologiya, Misir dövründəki piramidaların istehsal texnikaları kimi bir çox mövzu hələ də izaholumazdır. Bəzi mədəniyyətlərdə çox mükəmməl mədəni və texnoloji təcrübənin toplanması, həmin insanlardan dövrümüzə qədər gəlib çıxan əsərlərdə açıq-aydın görünür. Lakin heç bir zaman üçün sabit inkişaf yoxdur. Bəzən irəliləyiş bəzən geriləmə olmuşdur.
 
Amma yuxarıda da ifadə etdiyimiz kimi insanların quruluşu baxımından Allah müəyyən insan tipləri, müəyyən düşüncə tərzləri yaratmışdır və tarix yenə də Allahın təyin etdiyi qanunlara görə işləyir. Quranda Allahın sünnəsinin, yəni qoyduğu təbii və ya ictimai qanunların əsla dəyişmədiyi belə xəbər verilir:
 
"Əvvəllər olub-gedənlər barəsində də Allahın hökmü belə idi. Sən Allahın qanunlarında heç bir dəyişiklik tapa bilməzsən." (Əhzab Surəsi, 62)
 
Yer üzündə kommunist ideologiyanın mövcud olması Allahın sünnəsiylə olmuşdur. Allah istədiyi üçün insanlar kommunizm kimi vəhşi, qaranlıq və barbar ideologiyaya inanmışdır. Allah istədiyi üçün kommunizm 20-ci əsri qanla boğmuşdur. Allah belə bir şeyi diləmişdir, çünki 19-cu əsrdə Darvinizm cəfəngiyyatına inanaraq dinsizliyi seçənlər, kommunizmi və digər tərəfdən də faşizmi seçmişdir. Bir ayədə Allahın bu sünnəsi belə açıqlanır:
 
İnsanların öz əlləri ilə etdiyi əməllərinin nəticəsi olaraq quruda və dənizdə fəsad törəyir. Bəlkə, onlar (haqqa) qayıdalar deyə Allah onlara, etdiklərinin bir qismini daddırır.(Rum Surəsi, 41)
 
Bu ilahi qanun haqqındakı sosioloji təsbiti Nobel mükafatlı məşhur rus yazar Aleksandr İsayeviç Soljenitsın (Aleksandr I. Solzhenitsyn) etmişdir. Kommunizmi şiddətlə tənqid edən Soljenitsın 1983-cü ildə Londondakı çıxışlarının birində xalqının başına gələn fəlakətin səbəbini belə izah etmişdir:
Yarım əsr əvvəl hələ uşaqkən, yaşlıların Rusiyanın başına gələn fəlakətlərin səbəbi üçün belə dediklərini xatırlayıram: "İnsanlar Allahı unutdular, bütün bu fəlakətlərin səbəbi budur." O zamandan bəri 50 ildir inqilabımızın tarixini araşdırmışam, yüzlərlə kitab oxumuşam, yüzlərlə şahid dinləmişəm, səkkiz cild kitab yazmışam. Amma 60 milyon insanı məhv edən inqilabın əsas səbəbini izah etməyimi istəsəniz, bunu təkrarlamaqdan başqa bir şey edə bilmərəm: İnsanlar Allahı unutdular; bütün bu fəlakətlərin səbəbi budur.
Kommunizm insanların Allahı unutmaqlarının nəticəsində ortaya çıxmış bəladır. Dinsiz cəmiyyətin nə qədər kobud, vəhşi və barbar olduğunu Allahı inkar edən darvinizm, materializm kimi fəlsəfələrin gəldiyi nəticələrə baxdığımızda aydın görürük. İnsanlar kommunizmin gətirdiyi bəlaları gördükcə, din əxlaqı ilə dinsiz cəmiyyətlər arasındakı böyük fərqi də görə bilirlər. Bu, bəşəriyyətin xilası baxımından yeganə çıxış yolunun din əxlaqının yaşanması olduğunun başa düşülməsinə səbəb olmuşdur.
 
Ancaq unudulmamalıdır ki, insanlar Allahı inkar edib bu cür fəlsəfələrə bağlanmağa davam etdikcə, kommunizm və digər azğın ideologiyalar da həyatda qalacaq. İnsanlar yuxarıdakı ayədə ifadə edildiyi kimi, "İnsanların öz əlləri ilə etdiyi əməllərinin nəticəsi olaraq quruda və dənizdə fəsad törəməsi"ni istəmirlərsə, əvvəlcə bu yalnış ideologiyalardan uzaqlaşmalı və uzaqlaşdırmalıdırlar. Bunu reallaşdıra bilmək üçün görüləcək ən vacib iş bütün bu bəlaları gətirən ideologiyaların "elmi" dayağı olan darvinizmin elmi çöküşünü və qaranlıq üzünü insanlara tanıtmaqdır.

0 yorum:

Yorum Gönder