QADINLARIN RAZI SALINARAQ BOŞANILMASI

İman və Allah qorxusu insanların həyatlarının hər anında vicdanlarına və Quran əxlaqına uyğun şəkildə hərəkət etmələrini təmin edir. Əks təqdirdə isə insanı nəfsinin eqoist istəkləri və şeytanın təlqinləri istiqamətləndirir. Bu da insanları doğru və gözəl olan münasibətlər əvəzinə nəfsini razı edəcək, şəxsi mənfəətlərini qoruyacaq davranışlara  gətirib çıxarır. Bu dünyagörüşü, boşanma zamanı iki insan arasındakı bəzi maddi əlaqələrə son verərkən özünü büruzə verir.

Boşanma, nəfslərinin özünü idarə etməsinə icazə verən bəzi insanlar üçün, qarşı tərəflə olan bütün mənfəətlərin sona çatdırılması mənasını verir. Belələri mənfəətlər bitdiyindən qarşı tərəfə qayğı və maraq göstərmək üçün heç bir səbəb qalmadığına inanırlar. Çox vaxt ayrıldıqları insanlara qarşı bütün sevgi və hörmət hisslərini də itirdikləri üçün onlara qarşı yaxşılıq etmək istəmirlər. Yalnız öz mənfəətlərini düşünür, qarşı tərəfin vəziyyətini, çətinlik və ehtiyac içərisində olduğunu nəzərə almırlar.

İman edənlərin belə vəziyyətlə qarşılaşdıqda göstərdikləri münasibət isə çox fərqli olur. Onlar, etdikləri hər işdə sadəcə Allahın razılığını qazanmaq üçün şəxsi istəklərinə, ya da nəfslərinin eqoist təlqinlərinə görə hərəkət etmirlər. Allahın razı olduğu münasibətin Quran əxlaqına və vicdana uyğun olduğunu bilirlər. Buna görə boşanma zamanı da ən gözəl əxlaqa tabe olurlar. Allah Quranın “Qadınlarınızı boşadığınız və onların gözləmə müddəti başa çatdığı zaman onları ya xoşluqla saxlayın, ya da xoşluqla buraxın….” (Bəqərə Surəsi, 231) ayəsiylə, insanlara qadınları boşadıqları zaman gözəlliklə buraxmalarını bildirmişdir. Möminlər bu məsələdə son dərəcə həssas davranırlar. Allahın razılığını qazana bilmək məqsədilə yaşadıqları üçün, boşanacaqları adama qarşı da eyni xoş niyyətli, mərhəmətli, nəzakətli, hörmətli və incə düşüncəli rəftar edirlər. Evlənərkən, ya da evləndikdən sonra bir-birlərinə qarşı necə sevgi və hörmət bəsləyirdilərsə, bu əxlaqlarını boşanma əsnasında da qoruyarlar. Boşanma aralarında mübahisəyə, ya da incikliyə səbəb olmur. Qarşı tərəfi çətinliyə salan, narahat edən hərəkətlər etməkdən çəkinirlər. Allah Quranın başqa bir ayəsində boşanılan qadınlara qarşı göstərilməli olan əxlaqı bu şəkildə  bildirmişdi:
“Ey iman gətirənlər! Əgər mömin qadınlarla evlənib onlara toxunmadan əvvəl talaqlarını versəniz, artıq onlar üçün sizə gözləmə müddəti saymağa ehtiyac yoxdur. Belə olduqda onlara bir şey verib gözəl tərzdə sərbəst buraxın!” (Əhzab Surəsi, 49)

0 yorum:

Yorum Gönder