YAXŞI İNSANLAR MÜNAQİŞƏLƏRDƏN QAÇARAQ BİRLİK OLMALIDIRLAR

Birlik, həmrəylik, dostluq, fədakarlıq, köməkləşmə və buna bənzər xüsusiyyətlər Quran əxlaqının təməlini meydana gətirən gözəlliklərdən bəziləridir. İslam dinində insanlar həmişə xoşxasiyyətli, sevgi və barış dolu, insanların bir-birlərinə qarşı anlayış göstərdikləri, dinc bir mühitdə yaşayarlar. Bu xüsusiyyətlərə sahib olanlar isə hər zaman surətlə inkişaf edər və güc qazana bilərlər. Çünki, birlik və bərabərlik təmin edildiyində, cəmiyyətin fərdləri güc və enerjilərini müzakirələrə, qarşıdurmalara, döyüşlərə deyil, həmişə xeyir və gözəllik dolu işlərə istiqamətləndirəcəklər. Ayrıca hər kəsin əməyini, gücünü, həvəsini, bir-birinə maddi və mənəvi olaraq dəstək verdiyi işlərdə böyük bir bərəkət və gözəllik meydana gələcək. Ancaq hər şeydən əhəmiyyətlisi birlik və bərabərlik içində xeyir üçün çalışan insanlara Allah qatında kömək, dəstək və güc veriləcəyi müjdələnmişdir. Bu səbəblə Allah bəzi ayələrində möminlərə bir-birləri ilə mübahisə etməməklərini, yoxsa güclərinin gedəcəyini və zəif düşəcəklərini xatırlatmışdır. Bu ayələrdən biri belədir:
 
Allah və Onun peyğəmbərinə itaət edin. Bir-birinizlə mübahisə etməyin, yoxsa qorxub zəifləyər və gücdən düşərsiniz. Səbr edin, çünki Allah səbr edənlərlədir! (Ənfal Surəsi, 46)
 
Yaxşı insanlar və dostlar arasında birləşdirici bir rol almaq Allahın tövsiyə etdiyi bir əxlaqdır. Xüsusilə pis insanların azğınlıqlarının artdığı bir dövrdə möminlər arasında inciklik, küsəyənlik, çəkişmə kimi şeytanın pis əməlləri qəti olaraq uzaqlaşdırılmalıdır. Bu cür vəziyyətləri aradan qaldırmaq üçün səy göstərən, birləşdirici və güzəştə getmək gözəl bir ibadətdir. Allah bunu bir ayəsində belə bildirir:
 
Həqiqətən, möminlər qardaşdırlar. Buna görə də (aralarında bir mübahisə düşsə) iki qardaşınızın arasını düzəldin və Allahdan qorxun ki, bəlkə, (əvvəlki günahlarınız bağışlanıb) rəhm olunasınız! (Hucucat Surəsi, 10)
 
Çəkişmək, düşmənlik, kin, nifrət kimi duyğuların hamısı şeytanın insanlar üzərindəki pis əxlaq xüsusiyyətləridir. Saleh müsəlmanlar heç bir zaman bu hisslərlə hərəkət etməzlər, daim ixlaslı, səmimi, dostyana və bir-birlərinə qarşı düşkün və sevgi doludurlar. Yaxşı niyyətli olmayan insanlar ən yaxın yoldaşlarının, hətta öz qardaşlarının da müvəffəqiyyətlərini, gözəlliklərini gözü götürməyə bilər, həsəd edərək düşmənlik göstərə bilərlər. Ancaq saleh bir müsəlman digərlərinin müvəffəqiyyətləri ilə və gözəllikləri ilə iftixar duyar, bunlara özününmüş kimi sevinər, Allaha həmd edər. Hətta bu adamın gözəlliklərinin və müvəffəqiyyətlərinin daha da artması üçün ona köməkçi olar, lazım olsa yol göstərər. Bu əxlaqa sahib olmayan insanlar isə əksinə müvəffəqiyyətinin yollarını tutmağa çalışarlar. Rəqabət, qısqanclıq kimi hisslər isə xeyir yolundakı işlərdə ixlası qırar, bu isə o işin bərəkətini və gözəlliyini qaçırar.
20-ci əsrin ən əhəmiyyətli İslam alimlərindən biri olan və yazdığı əsərlərdəki səmimi üslubu ilə iman edənlərə nümunə olan Bədiüzzaman Səid Nursi, Quranın bir təfsiri mahiyyətində hazırladığı Risalə-i Nur Külliyyatında bu mövzuların üzərində çox əsaslıolaraq dayanmışdır. Bədiüzzaman möminlərin etdikləri işlərə rəqabət kimi nəfsin qarışmamağının lazım olduğunu bir sözündə belə ifadə etmişdir:
 
"Ey əhli həqiqət vətəriqət! Haqqa xidmət, böyük vəağır bir xəzinəni daşımaq vəmühafizəetmək kimidir. O xəzinəni çiynindədaşıyanlara
nəqədər qüvvətli əllər köməyəqaçsalar daha çox sevinər, məmnun olarlar. Qısqanmaq bir yana dursun, çox səmimi bir söhbətləo gələnlərin özlərindən daha çox olan qüvvətlərini vədaha çox təsirlərini vəköməklərini məmnuniyyətləalqışlamaq yerinə, nədənsərəqabət kimi o həqiqi qardaşlara vəfədakar köməkçilərəbaxılır vəo hal iləixlas qaçır. Vəzifənizdəmüttəhim olub, əhli dəlalətin nəzərində, sizdən vəsizin peşənizdən yüz dərəcəaşağı olan, din ilədünyanı qazanmaq vəelmi həqiqətləməəti təmin etmək, tamah vəehtiras yolunda rəqabət etmək kimi böyük ittihamlara məruz qalırsınız. Bu mərəzin yeganə çarəsi: Nəfsini ittiham etmək vənəfsinədeyil, daim qarşısındakı məsləkdaşına tərəfdar olmaq." (Ləmalar, s. 157-158)
 
Bədiüzzaman Səid Nursinin də ifadə etdiyi kimi, Quran əxlaqına xidmət, inananların çiyinlərində daşıdıqları bir xəzinə hökmündədir, son dərəcə qiymətlidir. Hər kəsin bu qiymətli xidmətdə fədakarca bir köməyi və dəstəyi olmalıdır. Bu qiymətli xidmətdə həvəs və həyəcanla vəzifəyə qaçan bir mömini qısqanmaq ya da özünə rəqib olaraq görmək saleh bir müsəlmana yaraşmaz. Qısqanmaq bir tərəfə onun bu əzmi ilə qürur duyması və dəstəkləməsi lazımdır.
Qısqanclıq, şeytan ittifaqının bir xüsusiyyətidir. İxlasla işin içində belə bir pis əməlin iştirak etməsi ittifaqın gücünü qırmaqdan başqa bir şeyə yaramaz. Gücün getməsi də yalnız pis insanlarınittifaqına fayda verəcək. Bədiüzzamanın da söylədiyi kimi, bu xəstəliklərin tək çarəsi nəfsindən uzaq olub, daim dostuna tərəf olmaqdır. Bədiüzzaman İxlas Risaləsində isə, möminlərin eyni bir fabrikin çarxları kimi bir-birləri ilə son dərəcə uyğun və bir-birlərini tamamlayıcı istiqamətdə hərəkət etmələrinin lazım olduğunu, bir-birlərinin qibtə damarlarını təhrik edəcək rəftar və danışmalardan qaçılmalarını izah etmişdir.

0 yorum:

Yorum Gönder