"Həqiqətən, Allah göyləri və yeri tərpənməsinlər deyə, tutub saxlayır. Əgər tərpənsələr, Ondan başqa onları heç kəs tutub saxlaya bilməz. Həqiqətən də, O, Həlimdir, Bağışlayandır." (Fatır Surəsi, 41)
" Onlar heç bir şey yaratmayan, özləri xəlq edilmiş olan şeyləri Allaha şərik qoşurlar? (Ə'RAF Surəsi, 191)
" Məxluqatı əvvəldən yaradan, sonra onu yenidən dirildən, sizə göydən və yerdən ruzi verən kimdir? Heç Allahla yanaşı başqa bir məbudmu var?" De: "Əgər doğru deyirsinizsə, dəlilinizi gətirin".
De: "Allahdan başqa göylərdə və yerdə olanların heç biri qeybi bilməz. Onlar nə zaman diriləcəklərini belə bilmirlər. " (Nəml Surəsi, 64-65)
Yeddi göyü və yerdən də bir o qədərini yaradan Allahdır. Vəhy onların arasında ona görə nazil olur ki, Allahın hər şeyə qadir olduğunu və Allahın hər şeyi elmi ilə əhatə etdiyini biləsiniz. (Talaq Surəsi, 12)
Göylərdə və yerdə olan hər kəs ehtiyacı olan şeyi Ondan diləyir. O hər gün bir işdədir. (Rəhman Surəsi, 29)
GÖRÜNÜŞ VƏ SƏBƏBİ YARADAN ALLAHdır
(ALLAH SƏBƏBLƏRƏ BAĞLI OLMADAN YARADANDIR)
“O zaman Allah yuxunda sənə onları az göstərdi. Əgər onları sənə çox göstərsəydi, ruhdan düşər və döyüş barəsində bir-birinizlə mübahisə edərdiniz. Lakin Allah sizi qorudu. Şübhəsiz ki, O, kökslərdə olanları bilir.”(Ənfal Surəsi, 43)
“O vaxt qarşı-qarşıya gəldiyiniz zaman Allah onları sizin gözünüzə az göstərdi, sizi də onların gözündə azaltdı ki, olacaq işi yerinə yetirsin. Bütün işlər Allaha qayıdır.” (Ənfal Surəsi, 44)
“Beləcə, onların pis əməlləri özlərinə gözəl göstərildi. Allah kafir adamları doğru yola yönəltməz.»(Tövbə Surəsi, 37)
“Lakin Allah sizə imanı sevdirmiş, onu qəlbinizə gözəl göstərmiş, sizdə küfrə, günaha və asi olmağa qarşı nifrət oyatmışdır. Doğru yolda olanlar da bunlardır.” (Hucurat Surəsi, 7)
ALLAH HƏR YERİ ƏHATƏ EDƏNDİR
ALLAH HƏR YERDƏDİR
“İnsanı Biz yaratdıq və nəfsinin ona nəyi vəsvəsə etdiyini də bilirik. Biz ona şah damarından da yaxınıq.” (Qaf Surəsi, 16)
“Allah… Ondan başqa ibadətə layiq olan məbud yoxdur, əbədi Yaşayandır, bütün yaratdıqlarının Qəyyumudur. Onu nə mürgü, nə də yuxu tutar. Göylərdə və yerdə nə varsa, Ona məxsusdur. Onun izni olmadan Onun yanında kim havadarlıq edə bilər? O, məxluqatın gələcəyini və keçmişini bilir. Onlar Onun elmindən, Onun istədiyindən başqa heç bir şey qavraya bilməzlər. Onun Kürsüsü göyləri və yeri əhatə edir. Bunları qoruyub saxlamaq Ona ağır gəlmir. O, Ucadır, Uludur.” (Bəqərə Surəsi, 255)
“Məşriq də, məğrib də Allahındır! Hansı səmtə yönəlsəniz, Allahın Üzü orada olar. Həqiqətən, Allah hər şeyi Əhatəedəndir, Biləndir. (Bəqərə Surəsi, 115)
Doğrudan da, onlar öz Rəbbi ilə qarşılaşacaqlarına şübhə edirlər. Həqiqətən, O, hər şeyi əhatə edir.” (Fussilət Surəsi, 54)
“Kafirlərin əməlləri səhradakı ilğıma bənzəyir ki, susamış kimsə onu su hesab edər. Ona yaxınlaşdıqda isə onun heç nə olduğunu görər. O öz yanında Allahı tapar. O da onun cəzasını verər. Allah tez haqq-hesab çəkəndir.”(Nur Surəsi, 39)
AXİRƏTDƏ BÜTÜN GÖRÜNÜŞLƏR DƏQİQLƏŞƏCƏK
" Sən bunun (bu günün) haqqında qəflət içində idin. Amma Biz pərdəni sənin üzündən qaldırdıq. Sən bu gün çox yaxşı görürsən!" (Qaf Surəsi, 22)
ALLAH İNSANA ÇOX YAXINDIR
Qullarım səndən Mənim barəmdə soruşsalar, Mən onlara yaxınam, Mənə yalvaranın duasını yalvardığı vaxt qəbul edərəm. Qoy onlar da Mənim çağırışımı qəbul edib Mənə iman gətirsinlər ki, doğru yola yönələ bilsinlər. (Bəqərə Surəsi, 186)
Bir zaman Biz sənə: "Rəbbin insanları əhatə etmişdir"– demişdik. Meracda sənə göstərdiyimiz mənzərəni və Quranda lənətlənmiş ağacı insanlar üçün yalnız bir imtahan etdik. Biz onları qorxuduruq, bu isə onlarda ancaq böyük bir azğınlığı daha da artırır. (Isra Surəsi, 60)
Can boğaza yetişdiyi zaman –həmin an siz can verən adama baxırsınız. Biz ona sizdən daha yaxın oluruq, siz isə bunu görmürsünüz. (Vəqiə Surəsi, 83-85)
"İnsanı Biz yaratdıq və nəfsinin ona nəyi vəsvəsə etdiyini də bilirik. Biz ona şah damarından da yaxınıq." (Qaf Surəsi, 16)
HƏR ŞEY ANCAQ ALLAHın İCAZƏSİYLƏ REALLAŞAR
O Saat haqqında bilgi yalnız Ona məxsusdur. Onun xəbəri olmadan heç bir meyvə toxumundan cücərib çıxmaz, heç bir dişi hamilə olmaz və daşıdığı yükü (bətnindəkini) yerə qoymaz. (Fussilət Surəsi, 47)
Hər bir kəs ancaq Allahın izni ilə, əzəldən müəyyən edilmiş bir vaxtda ölür. Kim dünya mükafatını istəsə, ona bundan verərik. Kim də axirət mükafatını istəsə, ona da ondan verərik. Biz şükür edənləri mütləq mükafatlandıracağıq. (Al-i İmran Surəsi, 145)
... O, quruda və dənizdə nələr olduğunu bilir. Onun xəbəri olmadan yerə düşən bir yarpaq belə yoxdur. Yerin qaranlıqlarında elə bir toxum, elə bir yaş və elə bir quru şey yoxdur ki, açıq-aydın Yazıda (Lövhi-Məhfuzda) olmasın. (Ən'am Surəsi, 59)
Allahın izni olmadan heç kəsə bir müsibət üz verməz. Hər kəs Allaha iman gətirsə, Allah onun qəlbini haqqa yönəldər. Allah hər şeyi bilir. (Təğabun Surəsi, 11)
Möminlər Allahın izni ilə onları darmadağın etdilər. Davud Calutu öldürdü… (Bəqərə Surəsi, 251)
Siz Allahın izni ilə düşmənləri qırıb-çatdığınız zaman, Allah sizə verdiyi vədini yerinə yetirdi. (Ali İmran Surəsi, 152)
Uhudda iki qoşunun üz-üzə gəldiyi gün sizə üz vermiş müsibət Allahın izni ilə oldu ki, möminləri aşkara çıxartsın; və münafiqləri bəlli etsin... (Ali İmran Surəsi, 166-167)
Yaxşı torpaqda bitkilər Rəbbinin izni ilə çox asanlıqla bitər, pis torpaqda isə onlar yalnız çox çətinliklə yetişər. Biz ayələri şükür edən bir qövmə beləcə izah edirik. (Ə'raf Surəsi, 58)
Allahın icazəsi olmadan heç kəs iman gətirə bilməz. Allah anlamayanları qəzəbə uğradar. (Yunus Surəsi, 100)
Qiyamət gəldiyi gün Allahın izni olmadan heç kəs danışa bilməz... (Hud Surəsi, 105)
ZAMAN DA MÜTLƏQ DEYİL NİSBİ BİR ANLAYIŞDIR
O gün Allah sizi çağıracaq. Siz də Ona həmd edərək çağırışına cavab verəcək və dünyada çox az qaldığınızı güman edəcəksiniz. (İsra Surəsi, 52)
Allah onları bir yerə toplayacağı gün, sanki dünyada və yaxud qəbirdə gündüzün ancaq bir saatını qalmışlar kimi, bir-birlərini tanıyacaqlar… (Yunus Surəsi, 45)
Allah kafirlərdən: "Yer üzündə neçə il qaldınız?"– deyə soruşacaq. Onlar: "Bir gün yaxud bir gündən də az qaldıq. Sən günləri sayanlardan soruş"– deyəcəklər. Allah deyəcək: "Siz orada çox az qaldınız. Kaş bunu biləydiniz!” (Mu'minun Surəsi, 112-114)
Mələklər və Ruh (Cəbrail) Ona doğru sayı əlli min ilə bərabər bir gün ərzində qalxırlar. (Məaric Surəsi, 4)
O, göydən yerə qədər olan bütün işləri idarə edir. Sonra da bu işlər sizin saydığınız illərdən min ilə bərabər olan bir gündə Ona doğru yüksəlir. (Səcdə Surəsi, 5)
Biz mağarada onların qulaqlarını illərlə qapalı saxladıq (onları yuxuya verdik). Sonra iki dəstədən hansının onların mağarada qaldıqları müddəti daha düzgün hesabladıqlarını bilmək üçün onları oyatdıq. (Kəhf Surəsi, 11-12)
Beləcə onları oyatdıq ki, nə baş verdiyini bir-birindən soruşub öyrənsinlər. Onlardan biri: "Burada nə qədər qaldınız?"– dedi. Bəziləri: "Bir gün yaxud günün bir hissəsi qədər qaldıq"– dedilər. Digərləri də dedilər: "Qaldığınız müddəti Rəbbiniz daha yaxşı bilir..." (Kəhf Surəsi, 19)
Və ya damları uçulub xarabalığa çevrilmiş bir kəndin yanından keçən kimsənin hekayətini bilmirsənmi? O demişdi: "Allah bu kəndi ölümündən sonra necə dirildəcək?" Allah onu öldürüb yüz il saxladı, sonra da dirildib dedi: "Nə qədər qaldın?" O dedi: "Bir gün yaxud bir gündən də az qaldım!" Allah dedi: "Əksinə, sən yüz il qaldın. Öz yeməyinə və içdiyin suya bax, hələ də xarab olmayıb. Uzunqulağına da bax! Biz səni insanlar üçün bir dəlil etdik. Sümüklərə bax, gör Biz onları necə bir-birinə birləşdirir, sonra da onların üstünü ətlə örtürük". Ona həqiqət bəlli olduqda: "Mən artıq bilirəm ki, Allah hər şeyə qadirdir!"– dedi ... (Bəqərə Surəsi, 259)
HƏR ŞEYİ ALLAH EDƏR
... (Düşmənlərin gözünə bir ovuc torpaq) atdığın zaman sən atmadın, Allah atdı ki, möminləri Öz tərəfindən yaxşı bir sınaqdan keçirtsin. Həqiqətən, Allah Eşidəndir, Biləndir. (Ənfal Surəsi, 17)
Amma Allah istəməyincə, siz istəyə bilməzsiniz! Həqiqətən, Allah Biləndir, Müdrikdir! (İnsan Surəsi, 30)
"Axı sizi də, sizin düzəltdiklərinizi də Allah yaratmışdır". (Saffat Surəsi, 96)
GƏMİLƏRİ ÜZDÜRƏN ALLAHdır
Lütfünə nail olasınız deyə dənizdə gəmiləri sizin üçün hərəkətə gətirən Rəbbinizdir. Həqiqətən, O sizə qarşı rəhmlidir. (İsra Surəsi, 66)
Dənizdə dağlar kimi, yelkənləri qaldırılmış halda üzən gəmilər də Onundur. (Rəhman Surəsi, 24)
Su aşıb-daşdıqda Biz sizi üzən gəmidə daşıdıq... (Haqqə surəsi, 11)
QUŞLARI HAVADA UÇURAN ALLAHdır
Məgər onlar başları üzərində dəstə-dəstə pərvazlanıb uçan, hərdən də qanadlarını yığan quşları görmürlərmi? Onları havada ancaq Mərhəmətli Allah saxlayır. Şübhəsiz ki, O, hər şeyi görür. (Mülk Surəsi, 19)
Məgər onlar Allaha tabe olub havada uçan quşları görmürlərmi? Onları havada saxlayan ancaq Allahdır. Həqiqətən, bunda iman gətirən insanlar üçün dəlillər vardır. (Nəhl Surəsi, 79)
Biz o hökmü Süleymana anlatdıq. Hər ikisinə hökmranlıq (peyğəmbərlik) və elm bəxş etdik. Biz dağları və quşları Davudla birlikdə Allahı tərifləmələri üçün ona ram etdik. Bunları Biz etdik. (Ənbiya Surəsi, 79)
SƏMANI YARADAN VƏ DÜNYANIN ÜSTÜNDƏ TUTAN ALLAHdır
... Göyü də Öz izni olmadan yerə düşməsin deyə O tutub saxlayar. Həqiqətən, Allah insanlara Şəfqətlidir, Mərhəmətlidir. (Həcc Surəsi, 65)
Sizin yaradılışınız çətindir, yoxsa göyün? O, onu qurdu, onun qübbəsini yüksəltdi və düzəldib kamilləşdirdi, gecəsini qaranlıq edib, səhərini də nurlandırdı. (Naziat Surəsi, 27- 28- 29)
Məgər kafirlər göylərlə yer bir olduğu zaman Bizim onları bir-birindən araladığımızı, hər bir canlını sudan yaratdığımızı görmürlərmi? Yenədəmi inanmırlar? (Ənbiya Surəsi, 30)
Göyü mühafizə olunan bir tavan etdik. Onlar isə oradakı dəlillərimizdən üz çevirirlər. (Ənbiya Surəsi, 32)
BULUDLARI SÜRÜYƏN, YAĞIŞI YAĞDIRAN ALLAHdır
Məgər görmürsənmi ki, Allah buludları qovur, sonra onları bir-birinə qovuşdurur, sonra da onları bulud topasına çevirir. Sən onun arasından yağmur çıxdığını görürsən. Allah göydən, oradakı dağlar kimi buludlardan dolu yağdırır. Sonra da onunla istədiyini vurur, istədiyindən də onu uzaq edir. Buludların şimşəyinin parıltısı az qalır ki, gözləri kor etsin. (Nur Surəsi, 43)
DAĞLARI, YOLLARI (ASFALTLARI) YARADAN ALLAHdır
Yerin onları yırğalamamasından ötrü orada möhkəm dağlar yaratdıq. Onlar istədikləri yerə gedə bilsinlər deyə, orada geniş yollar saldıq. (Ənbiya Surəsi, 31)
... Dağlarda da müxtəlif rəngli – ağ, qırmızı və tünd qara cığırlar əmələ gətirdik. (Fatır Surəsi, 27 )
İNSAN VƏ HEYVAN İRQLƏRİNİ YARADAN ALLAHdır
Dağlarda da müxtəlif rəngli – ağ, qırmızı və tünd qara cığırlar əmələ gətirdik. İnsanlar, heyvanlar və mal-qara arasında da bu cür müxtəlif rəngli olanları vardır. (Fatır Surəsi, 27-28)
Ey insanlar! Biz sizi kişi və qadından yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə, sizi xalqlara və qəbilələrə ayırdıq... (Hucurat Surəsi, 13)
GEYİMLƏRİ VAR EDƏN ALLAHdır
Allah, yaratdıqları şeylərdən sizin üçün kölgələr əmələ gətirdi, dağlarda sizin üçün mağaralar saldı, sizi istidən qoruyacaq paltarlar və döyüşdə mühafizə edəcək zirehli geyimlər düzəltdi. Beləcə, Allah Öz nemətini sizə tamamlayır ki, bəlkə müsəlman olasınız. (Nəhl Surəsi, 81)
RUZİ VERƏN, YEDİRƏN, İÇİRƏN, ŞƏFA VERƏN ALLAHdır
"O Rəbb ki, məni yaratmış və məni doğru yola yönəltmişdir;"
"O Rəbb ki, məni yedirdir və içirdir;"
"O Rəbb ki, xəstələndiyim zaman mənə şəfa verir;"
"O Rəbb ki, məni öldürəcək, sonra dirildəcəkdir;"
"O Rəbb ki, Haqq-hesab günü xətalarımı bağışlayacağını Ondan umuram." (Şuəra Surəsi, 78-82)
Ailənə namaz qılmağı əmr et, özün də onu səbirlə yerinə yetir. Biz səndən ruzi istəmirik, əksinə sənə ruzi verən Bizik. Gözəl aqibət təqvaya bağlıdır. (Taha Surəsi, 132)
De: "Mən göyləri və yeri Yaradan Allahdan başqasınımı dost tutacağam? O, hamını yedirir, Özünü isə heç kəs yedirmir". De: "Mənə Allaha təslim olanların birincisi olmaq əmr edildi". Odur ki, sən müşriklərdən olma. (Ən'am Surəsi, 14)
GÜLDÜRƏN, AĞLADAN ALLAHdır
Güldürən də, ağladan da Odur!
Öldürən də, dirildən də Odur!
O, insanlardan və heyvanlardan biri erkək və bir də dişi olmaqla iki cüt yaratdı – …(Nəcm Surəsi, 43-45)
ŞƏKİL VƏ SURƏT VERƏN ALLAHdır
Bətnlərdə sizə istədiyi surəti verən Odur. Ondan başqa ibadətə layiq olan məbud yoxdur, Qüdrətlidir, Müdrikdir. (Ali İmran Surəsi, 6)
Sizi xəlq etdik, sonra sizə surət verdik... (Ə'raf Surəsi, 11)
sonra onu düzəldib müəyyən şəklə salmış və ona Öz ruhundan üfürmüş, sizə qulaqlar, gözlər və ürək vermişdir. Siz necə də az şükür edirsiniz! (Səcdə Surəsi, 9)
İNSANLARA QIZ YA DA OĞLAN NƏSİB EDƏN VƏ YA SONSUZ OLARAQ YARADAN ALLAHdır
... O, istədiyini yaradır; kimə qız uşaqları, kimə də oğlan uşaqları bəxş edir. Yaxud hər ikisindən – oğlan və qız uşaqları verir, istədiyini də sonsuz edir. Həqiqətən, O, Biləndir, Qadirdir. (Şura Surəsi, 49-50)
YATIRDAN, OYANDIRAN, YUXUDA ÇEVİRƏN ALLAHdır
Gecələr sizi yatızdıran, gündüzlər isə nələr etdiyinizi bilən Odur. Sonra O, sizi səhərlər oyadır ki, müəyyən olunmuş əcəliniz gəlib çatsın. Sonra isə dönüşünüz Ona olacaq. O, nə etdikləriniz barədə sizə xəbər verəcəkdir. (Ən'am Surəsi, 60)
Allah ölənlərin canını ölüm anında, ölməyənlərin canını isə onlar yuxuda ikən alır. Ölümünə hökm verdiyi kəsin canını saxlayır, digərini isə müəyyən olunmuş vaxtadək buraxır. Həqiqətən, bunda ağıl sahibləri üçün dəlillər vardır. (Zumər Surəsi, 42)
Onlar yatmış ikən sən onları oyaq hesab edərdin. Biz onları sağa-sola çevirirdik. Onların iti isə girəcəkdə qabaq pəncələrini uzadıb yatmışdı. Əgər sən onları görsəydin, dönüb onlardan qaçardın və dəhşət səni bürüyərdi. (Kəhf Surəsi, 18)
QURUDA VƏ DƏNİZDƏ GƏZDİRƏN ALLAHdır
Sizi quruda və dənizdə hərəkət etdirən Odur.... (Yunus Surəsi, 22)
DİRİ TUTAN ALLAHdır
Sizə həyat verən, sonra öldürəcək, daha sonra dirildəcək məhz Odur. İnsan, həqiqətən də, nankordur. (Həcc Surəsi, 66)
YARADAN ALLAHdır
Necə olub ki, siz Allahın böyüklüyünü layiqincə uca tutmursunuz?
Axı O sizi mərhələlərlə yaratdı . (Nuh Surəsi, 13-14)
ÇƏTİNLİKDƏN QURTARAN ALLAHdır
De: "Ondan və bütün başqa sıxıntılardan sizi Allah xilas edir. Sonra siz yenə də şərik qoşursunuz". (Ən'am Surəsi, 64)
MEYVƏLƏRİ, YAŞILLIQLARI VƏ BAĞÇALARI YARADAN ALLAHdır
Məgər Allahın göydən yağmur endirdiyini və onunla müxtəlif rəngli meyvələr yetişdirdiyimizi görmürsənmi? (Fatır Surəsi, 27)
Göydən su endirən Odur. Biz onunla hər bir bitkini yetişdirdik, ondan yaşıl otlar bitirir, onlardan da üst-üstə düzülmüş dənələr çıxarırıq. Xurma ağacının tumurcuqlarından, sallanmış salxımlar yetişir. Biz həmçinin üzüm bağları, bir-birinə bənzəyən və bənzəməyən zeytun və nar ağacları da yetişdiririk. Bar verdiyi və yetişdiyi zaman onların meyvəsinə baxın. Şübhəsiz ki, bunlarda iman gətirən adamlar üçün dəlillər vardır. (Ən'am Surəsi, 99)
Talvar üzərində olan və talvarsız öz gövdəsi üzərində duran bağları, dadları müxtəlif olan xurma və dənli bitkiləri, bir-birinə bənzəyən və bənzəməyən zeytunu və narı yaradan Odur. Bar verdiyi zaman onların meyvəsindən yeyin, yığım günü zəkatını verin, lakin israf etməyin. Şübhəsiz ki, Allah israf edənləri sevmir. (Ən'am Surəsi, 141)
HEYVANLARI VƏ MƏHSULLARINI YARADAN ALLAHdır
Mal-qaranı da O yaratdı. Onlarda sizin üçün istilik (bədəninizi isti saxlayan yun geyim) və başqa faydalar vardır. Həmçinin onlardan yeyirsiniz.
Mal-qaranı axşam tövləyə qaytardıqda, səhər çölə buraxdıqda onlara baxıb fərəhlənirsiniz.
Onlar yüklərinizi, özünüzün çətinliklə apara biləcəyiniz bir ölkəyə daşıyırlar. Həqiqətən də, Rəbbiniz Şəfqətlidir, Rəhmlidir.
Atları, qatırları və uzunqulaqları sizə həm minik, həm də zinət olsun deyə Allah yaratdı. O, sizin hələ bilmədiyiniz bir çox şeyləri də yaradır. (Nəhl Surəsi, 5-8)
Üstündə yük daşınan və yük daşınmayan mal-qaranı da yaradan Odur. (Ən'am Surəsi, 142)
Allah evlərinizi sizin üçün yaşayış yeri etdi, mal-qaranın dərilərindən istər səfərə çıxdığınız vaxt, istərsə düşərgə saldığınız zaman sizin üçün asanlıqla apara biləcəyiniz çadırlar, üstəlik də onların yunundan, tiftiyindən və tükündən müəyyən vaxta qədər istifadə edəcəyiniz ev əşyaları və başqa şeylər düzəltdi. (Nəhl Surəsi, 80)
... Biz sizə, onların qarınlarındakı ifrazat və qan arasından çıxan, içənlərin boğazından rahat keçən təmiz süd içirdirik. (Nəhl Surəsi, 66)
Rəbbin bal arısına belə təlqin etdi: "Dağlarda, ağaclarda və insanların düzəltdikləri çardaqlarda özünə pətəklər hör. Sonra bütün meyvələrdən ye və Rəbbinin səndən ötrü asanlaşdırdığı yollarla get". O arıların qarınlarından tərkibində insanlar üçün şəfa olan müxtəlif rəngli bal çıxır. Həqiqətən, bunda düşünən adamlar üçün dəlillər vardır. (Nəhl Surəsi, 68-69)
YOLDAŞLAR, NƏVƏLƏRI VAR EDƏNDİR
Allah sizin üçün özünüzdən zövcələr yaratdı, zövcələrinizdən də sizin üçün övladlar və nəvələr yaratdı və sizə pak ruzilər verdi. İndi onlar batilə inanıb Allahın nemətini inkarmı edirlər? (Nəhl Surəsi, 72)
HƏR ŞEYİN YARADICISI ALLAHdır
Axıtdığınız nütfəni gördünüzmü?
Onu siz yaradırsınız, yoxsa Biz?
Sizin aranızda ölümü Biz müəyyən etdik və heç nə Bizim qarşımızı ala bilməz. (Vaqiə Surəsi, 58-60)
Əkdiyinizi gördünüzmü?
Onu siz bitirirsiniz, yoxsa Biz bitiririk?
Əgər Biz istəsəydik, onu bir saman çöpünə döndərər, siz də heyrətə gələrdiniz… (Vaqiə Surəsi, 63-65)
İçdiyiniz suyu gördünüzmü?
Onu buluddan siz endirirsiniz, yoxsa Biz endiririk?
Əgər istəsəydik, onu acı edərdik. Bəs nə üçün şükür etmirsiniz?
Yandırdığınız odu gördünüzmü?
Onun ağacını siz yaradırsınız, yoxsa Biz yaradırıq? (Vaqiə Surəsi, 68-72)
ALLAHdan BAŞQA GÜC SAHİBİ YOXDUR
Göyləri və yeri yaradan, sizin üçün göydən yağmur endirən kimdir? Biz onunla gözəl bağçalar saldıq. Halbuki siz onların ağaclarını da böyüdə bilməzdiniz. Heç Allahla yanaşı başqa bir məbudmu var? Xeyr, onlar haqdan yayınan adamlardır. (Nəml Surəsi, 60)
Ey insanlar! Sizə bir məsəl çəkilir. Onu dinləyin. Şübhəsiz ki, Allahdan başqa ibadət etdikləriniz bir milçək belə yarada bilməzlər, hətta bunun üçün bir yerə yığışsalar belə. Əgər milçək onlardan bir şey götürüb aparsa, bunu ondan geri ala bilməzlər. Bunu etmək istəyən də aciz qalar, istənilən də! (Həcc Surəsi, 73)
Bunlar Allahın yaratdıqlarıdır. İndi siz mənə göstərin görüm, Ondan başqaları nə yaradıblar. Xeyr! Zalımlar açıq-aydın azğınlıq içindədirlər. (Loğman Surəsi, 11)
Ya da O Öz ruzisini kəssə, sizə kim ruzi verə bilər? Xeyr, onlar təkəbbür göstərməkdə və haqdan qaçmaqda davam edirlər. (Mülk Surəsi, 21)
Müşriklər Allahı qoyub onlara göylərdə və yerdə olan ruzidən heç bir şey verməyən və buna gücləri çatmayan bütlərə ibadət edirlər.
Heç kəsi Allaha oxşatmayın. Həqiqətən, Allah bilir, siz isə bilmirsiniz. (Nəhl Surəsi, 73-74)
ALLAHdan BAŞQA DOST VƏ KÖMƏKÇİ YOXDUR
"... Sizin Allahdan başqa nə bir himayəçiniz, nə də bir köməkçiniz vardır." (Bəqərə Surəsi, 107)
" Məgər Allah Öz qulunu qane etmirmi?" (Zumər Surəsi, 36)
İnsanlardan elələri də vardır ki, Allahdan qeyrilərini Ona tay tutur, onları da Allahı sevdikləri kimi sevirlər. İman gətirənlərin isə Allaha olan sevgisi daha güclüdür. Kaş zülm edənlər əzabı gördükləri zaman bütün qüdrət və qüvvətin Allaha məxsus olduğunu və Allahın şiddətli əzab verdiyini görəydilər. (Bəqərə Surəsi, 165)
Allah iman gətirənlərin Himayədarıdır, onları zülmətlərdən nura çıxarır. Kafirlərin dostları isə tağutlardır, onları nurdan zülmətə salarlar. Onlar Od sakinləridirlər və orada əbədi qalacaqlar. (Bəqərə Surəsi, 257)
Allahdan savayı çağırdıqlarınız da sizin kimi qullardır. Əgər doğru deyirsinizsə, çağırın onları, sizə cavab versinlər. Məgər onların ayaqlarımı var, onunla yerisinlər? Yoxsa onların əllərimi var, onunla tutsunlar? Yoxsa onların gözlərimi var, onunla görsünlər? Yoxsa onların qulaqlarımı var, onunla eşitsinlər? De: "Çağırın şəriklərinizi! Sonra mənə qarşı hiylə qurun və mənə heç möhlət də verməyin! (Ə'RAF Surəsi, 194-195)
Ondan savayı çağırdıqlarınız nə sizə yardım edə bilər, nə də özlərinə köməkçi ola bilərlər. Siz onları doğru yola çağırsanız, eşitməzlər. Onları sənə baxan görürsən, halbuki onlar görmürlər. (Ə'RAF Surəsi, 197-198)
EDİLƏN HƏR ŞEY HƏQİQƏTDƏ ALLAHadır
Sənə beyət edənlər Allaha beyət etmiş olurlar. Allahın Əli onların əllərinin üstündədir. Kim əhdini pozsa, ancaq öz əleyhinə pozmuş olar. Kim də Allahla bağladığı əhdinə sadiq qalsa, Allah ona böyük mükafat verər. (Fəth Surəsi, 10)
Biz qurbanlıq dəvələri də sizin üçün Allahın dininin ayinlərindən etdik. Onlarda sizin üçün xeyir vardır. Onları səf-səf düzülmüş halda kəsərkən Allahın adını çəkin. Böyrü üstə yıxıldıqları zaman onlardan özünüz də yeyin, aza qane olan kasıba və dilənçiyə də yedirdin. Beləcə, onları (qurbanlıq heyvanları) sizə tabe etdik ki, bəlkə şükür edəsiniz.
Onların nə əti, nə də qanı, Allaha çatmaz. Ona yalnız sizin təqvanız çatar. Sizi doğru yola yönəltdiyinə görə Onu uca tutasınız deyə, bu heyvanları sizə beləcə ram etdi. Sən isə yaxşılıq edənləri müjdələ! (Həcc Surəsi, 36-37)
ALLAHdan BAŞQA HEÇ BİR ŞEYDƏN MƏDƏT ÜMİD ETMƏMƏK
(ALLAH QULUNA KİFAYƏTDİR)
Məgər Allah Öz qulunu qane etmirmi? Onlar isə səni Ondan başqaları ilə qorxudurlar. Allahın zəlalətə saldığı kimsəyə isə doğru yol göstərən olmaz. (Zumər Surəsi, 36)
Onlar heç bir şey yaratmayan, özləri xəlq edilmiş olan şeyləri Allaha şərik qoşurlar? Bütlər nə onlara yardım edə bilər, nə də özlərinə kömək edə bilərlər. Siz onları doğru yola çağırsanız, sizin ardınızca gəlməzlər. Onları çağırsanız da, sussanız da sizin üçün fərqi yoxdur. Allahdan savayı çağırdıqlarınız da sizin kimi qullardır. Əgər doğru deyirsinizsə, çağırın onları, sizə cavab versinlər. Məgər onların ayaqlarımı var, onunla yerisinlər? Yoxsa onların əllərimi var, onunla tutsunlar? Yoxsa onların gözlərimi var, onunla görsünlər? Yoxsa onların qulaqlarımı var, onunla eşitsinlər? De: "Çağırın şəriklərinizi! Sonra mənə qarşı hiylə qurun və mənə heç möhlət də verməyin!
Həqiqətən, mənim himayədarım Kitabı nazil edən Allahdır. O, əməlisalehlərə himayəçilik edir. Ondan savayı çağırdıqlarınız nə sizə yardım edə bilər, nə də özlərinə köməkçi ola bilərlər". Siz onları doğru yola çağırsanız, eşitməzlər. Onları sənə baxan görürsən, halbuki onlar görmürlər. (Ə'raf Surəsi, 191-198)
KAİNATDAKI HƏR ŞEY ALLAHa AİDDİR
Göylərdə və yerdə nə varsa, Allaha məxsusdur. Allah Zəngindir, Tərifəlayiqdir. (Loğman Surəsi, 26)
Göylərin, yerin və onların arasında olanların hökmranlığı Allaha məxsusdur və O, hər şeyə qadirdir. (Maidə Surəsi, 120)
Möminlərin imanı üstünə iman artırmaq üçün onların qəlbinə rahatlıq göndərən Odur. Göylərin və yerin orduları Allahındır. Allah Biləndir, Müdrikdir. (Fəth Surəsi, 4)
Şübhəsiz ki, məscidlər Allahındır. Allahdan başqa heç kəsə dua etməyin! (Cin Surəsi, 18)
Məhz onlar: "Allahın Elçisi yanında olanlara bir şey verməyin ki, dağılıb getsinlər!"– deyirlər. Halbuki göylərin və yerin xəzinələri Allahındır, lakin münafiqlər anlamırlar. (Munafiqun Surəsi, 7)
Məşriq də, məğrib də Allahındır! Hansı səmtə yönəlsəniz, Allahın Üzü orada olar. Həqiqətən, Allah hər şeyi Əhatəedəndir, Biləndir. (Bəqərə Surəsi, 115)
... Allah barəsində haqsız olaraq, cahiliyyə dövründəkinə bənzər düşüncələrə qapıldılar. De: "Bütün işlər Allaha aiddir!" (Ali İmran Surəsi, 154)
Göylərin və yerin mirası Allaha məxsusdur. Allah nə etdiklərinizdən xəbərdardır. (Ali İmran Surəsi, 180)
... Şübhəsiz ki, yer üzü Allahındır. O, qullarından istədiyini onun varisləri təyin edir. Gözəl aqibət müttəqilərindir". (Ə'raf Surəsi, 128)
ALLAHın YARATMA GÜCÜ SONSUZDUR
Sizi yaratmaq və diriltmək ancaq bir adamı yaratmaq və diriltmək kimidir. Həqiqətən, Allah Eşidəndir, Görəndir. (Loğman Surəsi, 28)
Həqiqətən, göylərin və yerin yaradılması insanların yaradılmasından daha böyük şeydir. Lakin insanların çoxu bunu bilmir. (Ğafir Surəsi, 57)
Kafirlərdən soruş ki, onları yaratmaq çətindir, yoxsa Bizim başqa yaratdıqlarımızı? Biz ki onları yapışqan kimi palçıqdan yaratdıq. (Saffat Surəsi, 11)
Sizin yaradılışınız çətindir, yoxsa göyün? O, onu qurdu,
onun qübbəsini yüksəltdi və düzəldib kamilləşdirdi,
gecəsini qaranlıq edib, səhərini də nurlandırdı.
Sonra yeri döşəyib,
onda su və otlaq yaratdı,
dağları da yerə bərkitdi.
Bunlar sizin və mal-qaranızın faydalanmasından ötrüdür. (Naziat Surəsi, 27-33)
ALLAH HƏR ŞEYİ GÖRƏNDİR
... Allahdan qorxun və bilin ki, Allah sizin nə etdiklərinizi görür. (Bəqərə Surəsi, 233)
De: "Mənimlə sizin aranızda Allahın şahid olması yetər. Həqiqətən, O, qullarından Xəbərdardır, nə etdiklərini Görəndir". (İsra Surəsi, 96)
Gözlər Onu dərk etmir. O isə gözləri dərk edir. O, Lətifdir, hər şeydən Xəbərdardır. (Ən'am Surəsi, 103)
Şübhəsiz ki, nə yerdə, nə də göydə heç bir şey Allahdan gizli qalmaz. (Ali İmran Surəsi, 5)
Sən hansı bir işdə olsan, Qurandan nə oxusan, siz nə iş görsəniz, başınız ona qarışarkən Biz sizə şahid olarıq. Nə yerdə, nə də göydə zərrə qədər bir şey Rəbbindən gizli qalmaz. Bundan daha kiçiyi və daha böyüyü yoxdur ki, açıq-aydın Yazıda (Lövhi-Məhfuzda) olmasın. (Yunus Surəsi, 61)
Göyləri və yeri altı gündə yaradan, sonra da Ərşə ucalan Odur. O, yerə girəni də, oradan çıxanı da, göydən enəni də, oraya qalxanı da bilir. Siz harada olsanız belə, O sizinlədir. Allah sizin nə etdiklərinizi görür. (Hədid Surəsi, 4)
... Göylərdə və yerdə zərrə qədər olan bir şey də Ondan gizli qalmaz. Bundan daha kiçik və daha böyük elə bir şey yoxdur ki, açıq-aydın Yazıda (Lövhi-məhfuzda) olmasın". (Səba' Surəsi, 3)
BİR ŞEY TƏRİFLƏNDİYİNDƏ ƏSLİNDƏ ALLAH TƏRİFLƏNƏR
ÇÜNKİ HƏR ŞEY ALLAHa AİDDİR
Göylərdə və yerdə olanların hamısı Allahın şəninə təriflər deyir. Hökm Onundur, həmd Ona məxsusdur. O, hər şeyə qadirdir. (Təğabün Surəsi, 1)
ALLAHdan BAŞQA İNANDIQLARI HEÇ BİR ŞEY YARADA BİLMƏZ
De: "Allahdan başqa yalvardığınız şəriklər haqda düşündünüzmü? Bir mənə göstərin görüm, onlar yer üzündə nəyi yaradıblar? Yoxsa onların göylərin yaradılmasında şərikliyi var?" Yaxud onlara bir kitab vermişik, onlar da ondakı dəlilə istinad edirlər? Xeyr! Zalımlar bir-birinə ancaq yalan vəd verirlər. (Fatır Surəsi, 40)
De: "Bir deyin görək, sizin Allahdan başqa tapındıqlarınız yer üzündə nə yaratmışlar? Yoxsa onların göylərin yaradılmasında bir şərikliyi var? Əgər doğru danışanlarsınızsa, mənə bundan əvvəl nazil olmuş bir kitab və ya elmdən qalan bir əsər gətirin". (Əhqaf Surəsi, 4)
İNSAN ALLAH QATINDA YALNIZDIR
Məni yaratdığım kimsə ilə tək burax, (Muddəssir Surəsi, 11)
Hüzurumuza ilk dəfə sizi xəlq etdiyimiz kimi tək-tənha, həm də sizə verdiyimiz nemətləri arxanızda qoyub gəldiniz.... (Ən'am Surəsi, 94)
Onların hər biri Qiyamət günü Onun hüzuruna tək-tənha gələcək. (Məryəm Surəsi, 95)
KEÇMIŞ VƏ GƏLƏCƏK DƏ QEYB XƏBƏRİDİR VƏ QEYBİ ALLAH BİLƏR
De: "Ey göyləri və yeri Yaradan, qeybi və aşkarı Bilən Allahım! Qullarının arasında baş verən ziddiyyətlərlə bağlı hökmü yalnız Sən verəcəksən!" (Zumər Surəsi, 46)
De: "Qaçdığınız ölüm sizi mütləq haqlayacaqdır. Sonra siz qeybi və aşkarı Bilənin hüzuruna qaytarılacaqsınız. O da sizə nə etdiklərinizi xəbər verəcəkdir". (Cümuə Surəsi, 8)
Allah dedi: "Ey Adəm, bunların adlarını onlara bildir!" O, bunların adlarını onlara bildirdikdə Allah dedi: "Mən sizə demədim ki, göylərdə və yerdə olan qeybi, aşkara çıxartdığınızı və gizli saxladığınızı bilirəm?" (Bəqərə Surəsi, 33)
Bunlar sənə vəhy yolu ilə bildirdiyimiz qeyb xəbərlərindəndir. Onlar hiylə quraraq işlərinə qərar verdikləri zaman sən onların yanında deyildin. (Yusuf Surəsi, 102)
Axirətdə insanların Allaha hesab vermələri çoxdan olub bitmiş hadisələr olaraq izah edilər
Sur üfürüləcək və Allahın istədiyi kimsələrdən başqa göylərdə və yerdə kim varsa, hamısı öləcəkdir. Sonra bir daha ona üfürülən kimi onlar qalxıb baxacaqlar. Yer öz Rəbbinin nuru ilə işıqlanacaq, əməllər yazılmış kitab hər kəsin qarşısına qoyulacaq, peyğəmbərlər və şahidlər gətiriləcəkdir.... (Zumər Surəsi, 68-69)
Kafirlər dəstə-dəstə Cəhənnəmə sürüklənəcəklər.... (Zumər Surəsi, 71)
... Rəbbindən qorxanlar da dəstə-dəstə Cənnətə gətiriləcəklər ... (Zumər Surəsi, 73)
Hər kəs onu qova-qova məhşərə gətirənlə və bir də əməllərinə şahidlik edənlə birlikdə gələcəkdir. (Qaf Surəsi, 21)
Göy yarılacaq və həmin gün o, bəzək olacaqdır. (Haqqə surəsi, 16)
və onlara səbir etdiklərinə görə Cənnəti bəxş edər və orada geyəcəkləri ipəklə mükafatlandırar. Onlar orada taxtlar üzərində mütəkkələrə dirsəklənəcək və orada nə günəş, nə də şaxta görməyəcəklər. (İnsan Surəsi, 12-13)
Cəhənnəm isə hər görmə qabiliyyətliyə göstəriləcəkdir. (Naziat Surəsi, 36)
Bu gün məhz iman gətirənlər kafirlərə güləcəklər. (Mutaffifin Surəsi, 34)
Günahkarlar alovu görən kimi oraya düşəcəklərini yəqin edəcək və oradan qaçmağa bir yer tapa bilməyəcəklər. (Kəhf Surəsi, 53)
0 yorum:
Yorum Gönder