Dünyada ikən dindən uzaq yaşayan insanlar, axirətdə dünyada keçirdikləri hər dəqiqənin hər an peşmanlığını çəkəcəklər. Çünki dünyada bir çox dəfə xəbərdarlıq və doğru yola dəvət edilmişlər. Özlərinə verilən müddət içərisində düşünə biləcəkləri və doğrunu tapa biləcəkləri üçün çox zamanları olmuşdur. Ancaq bu anlara həmişə elə-belə yanaşmış, xəbərdar edildiklərində dinləməmiş və dünya həyatının heç vaxt sona çatmayacağı kimi bir hissə qapılaraq axirəti unutmuşlar. Cəhənnəmlə qarşılaşdıqlarında isə artıq geri dönüb düzəliş etmək imkanı tapa bilməyəcəklər.
İnsan həyatı bir təhlükə ilə üz-üzə gəldiyi zaman, vicdanı, çaşdırıcı bir sürətlə etdiyi hər şeyi xatırlamağa başlar. Dünyada keçirdiyi ömrünü və bu müddət ərzində gördüyü işləri bir-bir qiymətləndirər. Əgər bu adam dünyada yaxşı işlər etməmiş, Allahın dininə uyğun gəlməmiş bir adam isə, o an böyük bir peşmanlıq hissi bürüyər. Çünki dünyadakı həyatı boyunca heç düşünmədiyi həqiqətlər, bir anda bütün açıqlığıyla gözünün qarşısında gələr. Bəlkə də həyatında ilk dəfə, ölümün həqiqətdə çox yaxın olduğunun mahiyyətini dərk edər. Dünyada ikən cənnəti haqq edəcək bir həyat sürmədiyini və yaşadığı peşmanlıq hissinin də bundan qaynaqlandığını düşünüb anlar. Allaha qarşı göstərdiyi nankorluğu fərq etmişdir və bu rəftarının qarşılıqsız qalmayacağını da vicdanı iləçox yaxşı hiss edə bilir. O ana qədər heç yaşamadığı qorxu içini bürüyər. Bu vəziyyətdən özünü yalnız Allahın qurtara biləcəyini anlar. Əgər xilas olsa artıq bundan sonra bu yaşadıqlarını qətiliklə heç unutmayacağına, Allaha çox şükür edəcəyinə və həyatının geri qalan hissəsini bu həqiqətlərə görə quracağına dair sözlər verər. O anki təhlükədən xilas ola bilmək üçün yalvararaq Allaha dua edər. Yetər ki xilas olsun və əlinə bir daha həyatı yaşamaq fürsəti keçsin...
Nankorluğun mahiyyətini dərk etmək
Amma çox insan, içində olduğu təhlükəni sovuşdurduqdan sonra, Allaha verdiyi sözünə sadiq qalmaz. Allahın özünü qurtarması ilə birlikdə bir anda köhnə vəziyyətinəgeri dönər. Duyduğu peşmanlıq və təslim olmaq, əvəzində bir anda köhnə nankorluğuna buraxar. Ölümlə burun-buruna gəldiyində düşündüyü və mahiyyətini dərk etdiyihəqiqətləribir anda unudar. Təhlükəni sovuşdurmanın verdiyi güvən içində, sanki Allaha dua edən və o peşmanlığı yaşayan özü deyilmiş kimi Allahdan üz çevirər. Köhnə həyatına qaldığı yerdən, bəlkə də dünyaya daha da bağlanaraq davam edər.
İnsanlar, bir çətinliklə qarşılaşdıqları an Allaha yönələrlər. Ancaq təhlükədən xilas olduqdan sonra bir anda Allaha verdikləri sözü unudaraq nankorluq edərlər. Buradan da aydın olur ki, yaşadıqları peşmanlıq, təhlükə anındakı çarəsizliklərindən qaynaqlanmaqdadır.
Həqiqi peşmanlıq
Halbuki ən başda da ifadə etdiyimiz kimi inanan insanlara xas olan, fayda gətirən peşmanlıq belə deyil. Həqiqipeşmanlıq, bir anda unudulmayan, insanı hərəkətə keçirən, hətta bəzən insanda köklü dəyişikliklər meydana gətirə bilən bir duyğudur. Səmimi bir peşmanlığı ürəyində hiss edən adam, həyatının özünə bağışlanan ondan sonrakı hissəsini Allahın razılığına uyğun olaraq yaşayar və Allahı bağışlayan və əsirgəyən olaraq tapmağı ümid edər. Şərtlər dəyişdiyində və özünə yeni bir fürsət verildiyindəheçvaxt köhnə vəziyyətinə geri dönməz. Çünki belə bir nankorluğun, Allahın, ayələrində ifadə etdiyi kimi, öz əleyhinə olacağını bilər.
İnsanın bunları düşünməsi və doğru bir qərar çıxarmasıüçün mütləq təhlükə içində olması lazım deyil. Hətta belə bir təhlükə ilə qarşı-qarşıya olmadığı üçün kimsə aldanmamalıdır. Bu gün belə bir vəziyyətə heç düşməyəcəyini düşünən bir insan, bəlkə çox yaxın bir zamanda bənzər bir hadisə ilə qarşılaşacaq. Və ya bəlkə də həyatının sonuna qədər belə bir hadisə ilə qarşılaşmayacaq. Amma qəti olan bir şey vardır ki, özü üçün təqdir edilən ölüm anı gəlib çatdığında, bir anda ölüm mələklərini yanında görəcək. Və ölümün həqiqətini gördüyü anda, əgər Allahın razılığına uyğun bir həyat davam etdirmədisə mütləq peşmanlığını hiss edəcəyi şeylər olacaq.
Vəbu peşmanlıqla dünyada da, axirətdə də sonsuza qədər qarşılaşmamaq üçün ediləcək tək şey, Allaha yönəlmək, Ondan qorxub çəkinmək, Onun Quranda bildirdiyi əmrlərini yerinə yetirməkdir. Ölüm çox yaxındır. O halda insan, edəcəklərini heç bir şəkildə təxirə salmamalı, verdiyi səmimi qərarları da səbir və iradə göstərərək tətbiq etməlidir. Allaha olan yaxınlıq və səmimiyyətinin ölçüsü isə, çarəsizlik və təhlükə anında Allaha qarşılıqsız olaraq yönəlib dönən bir kimsənin çatdığı yaxınlıq və səmimiyyət dərəcəsində olmalıdır. Bu yaxınlıq və səmimiyyəti də geri qalan bütün həyatı boyunca davam etdirməlidir.
0 yorum:
Yorum Gönder