CAHİLLİYİN EHTİRASI: DÜNYADA SONSUZA QƏDƏR YAŞAMAQ İSTƏYİ

Ömürlərini sonsuz yaşamaq ehtirası ilə və dünya həyatının arxasından qaçaraq sərf edəncahil insanların itirdikləri, heç dada bilmədikləri bir zövq vardır. Bu, Allahın razılığına uyğun hərəkət etmənin, Onun sevgisini, dostluğunu və yaxınlığını ümid etmənin verdiyi həyəcandır.

Quranda bildirilir ki, cahil cəmiyyət Allahı layiqincə qiymətləndirmədilər (Ənam Surəsi, 91) ya da Onu unudub saymırsınız? (Hud Surəsi, 92)düşüncəsinin hakim olduğu insanlardan ibarət yaranan bir cəmiyyətdir. Bu cəmiyyətin üzvləri bəzən özlərini "mədəni" olaraq göstərsə də, Allahı lazımıncatəqdir edə bilmədikləri, axirətə inanmadıqları və tanımadıqları, öz yaradılışlarının məqsədi haqqında düşünmədikləri və bunu anlamaqdan da uzaq olduqları üçün əslində "cahil"dirlər. Bu “cahil” cəmiyyət mənsublarının sahib olduğu bir çox səhv məntiq hörgüsünün yanında ən diqqət çəkən xüsusiyyətlərindən biri, “heç ölməyəcəkmiş” şəkildə yaşamağı planlamalarıdır.


De: Qaçdığınız ölüm sizi mütləq yaxalayacaqdır. Sonra siz gizlini də, aşkarı da bilənin (Allahın) hüzuruna qaytarılacaqsınız. O da sizə (dünyada) nələr etdiyinizi (bir-bir) xəbər verəcəkdir! (Cümə Surəsi, 8)
  • Bir heç olduğunuzda Rəbbimiz sizi yoxdan yaradaraq nemətlər verdiyini, hər insan müəyyən vaxta qədər yaşayacağını və bir gün  mütləq öləcəyini,
  • Ölümü düşünməyərək ondan qaça biləcəyini,
  • İnsanlar öldükdən sonra Rəbbimizin onları yenidən dirildib yaşadacağını, Quranda yüzlərlə ayədə vəd edilən və xəbər verən Allahın, bu sözü şübhəsiz tutacağını,
  • Ölüm bir yox olmaq deyil, axirətə və sonsuz həyata gedən bir giriş qapısı olduğunu.
Bütün bunları fikirləşəndə ölümdən qorxmanın bir mənası olmadığını asanlıqla anlamaq olur. Ölümdən qorxmanın heç bir faydası yoxdur. Çünki dünya tarixi boyunca  heç kim ölümdən qaça bilməmişdir və qaça da bilməz. Bütün insanlar talelərində təyin olunan o an gələndə şübhəsiz öləcək və nə etsələr də bir dəqiqə belə yaşamayacaqlar. Ölüm qorxusuna qapılanların ölümdən əsla qaça bilməyəcəkləri Quranda belə bildirilmişdir:
Onlar sənə açıb bildirmədikləri şeyləri öz ürəklərində gizlədərək: “Əgər bu işdə bizim üçün bir şey (bir qələbə) olsaydı, elə buradaca öldürülməzdik”, - deyirlər. De: “Əgər siz evlərinizdə olsaydınız belə, alınlarına ölüm yazılmış kəslər yenə çıxıb əbədi yatacaqları (öləcəkləri) yerlərə gedərdilər... (Ali İmran Surəsi, 154)

Ölüm insanlar üçün axirətə gedən bir keçid qapısıdır. Ancaq bu qapı eyni zamanda həyatını Allah rizasına uyğun olaraq qiymətləndirənlər üçün xoşbəxtlik və qurtuluşa açılan bir müjdə qapısıdır. Ölüm Allaha iman etməyənlər üçün bütün zaman boyunca davam edəcək sonsuz fəlakətin başlanğıcıdır. Heç ölməyəcəkmiş kimi yaşayaraq Allahı unudanların, ölüm gəldiyində çəkdikləri peşmançılığın bir şey ifadə etməyəcəyini Rəbbimiz Quranda bu şəkildə xəbər verir: 
Günah işlər görməkdə davam edərək ölüm yetişən anda: “Mən indi tövbə etdim” –deyənlərin və kafir olaraq ölənlərin tövbəsi qəbul olunmaz. Biz onlar üçün şiddətli bir əzab hazırlamışıq! (Nisa Surəsi,18)


Nəhayət, (müşriklərdən) birinin ölümü gəlib çatdığı zaman o belə deyər: "Ey Rəbbim! Məni geri (dünyaya) qaytar! Bəlkə, indiyə qədər zay etdiyim ömrüm müqabilində yaxşı bir iş görüm! (Yaxud, bu günə qədər tərk etdiyim imana qayıdıb saleh bir əməl edim!) Xeyr, bu onun dediyi boş (faydasız) bir sözdür. Onların önündə dirilib (haqq-hesab üçün Allahın hüzurunda) duracaqları günə (qiyamət gününə) qədər maneə (öldükdən sonra qiyamətədək qalacaqları bərzəx aləmi) vardır (Muminun Surəsi, 99-100)

Özünü Allah rizasını qazanmağa həsr etməyən hər kəs- Allanın diləməsi xaricində-bu peşmançılığı yaşayacaqlar. Həyat çox qısadır, bu həyatdan sonra gərçək həyat vardır və o sonsuz həyat, bu dünyada Allahın razılığını axtararaq qazanılacaq.

İnsanın buradakı qısa və keçici həyatından çox, ölümdən sonra başlayacaq gerçək həyatını düşünməsi və buna görə hərəkət etməsi lazımdır.  Bu həqiqəti qavramış olan möminlər  naz-nemətə, şan-şöhrətə uymayıb ömürlərini Allaha ibadət və itaət içində keçirdər, dünyalarından daha çox axirətləri haqqında düşünərdilər. (Sad Surəsi, 46)
 
Dünyada əldə ediləcək sərvətə və imkanlara ehtirasla bağlanmanın bir mənası yoxdur. Kimsə nə malını, nə gözəlliyini, nə qüvvətini nə ailəsini, nə də şöhrətini axirətə apara bilməz. Bunların heç biri məzardakı insana yoldaşlıq edə bilməz. Məzara girən yalnız kəfənə sarılı bir bədəndir; o da qısa bir müddət içində torpağa qarışacaq.

Bu dünyadan axirətə aparılacaq tək şey Allah rizası üçün edilmiş olan saleh əməl və ibadətlərdir. O zaman bu dünyada qısa bir müddət üçün insana verilmiş olan nemətlər (sağlamlıq, gözəllik, sərvət və s.), axirətdə əbədi olaraq və ən gözəli ilə yenidən insana veriləcək.

Bu həqiqətləriqavramayıb özünə verilən nemətləri Allah rizası üçün xərcləməkdən qaçaraq guyaoyanıq davranan bir adam öz axirətini təhlükəyə atmaqdaağılsızlıq edir. Bu mövzu ilə əlaqədar bir ayə belədir:
Budur, siz Allah yolunda sərf etməyə çağırılan kimsələrsiniz. Bununla belə içərinizdə xəsislik edən də vardır. Hər kəs xəsislik etsə, ancaq özünə qarşı xəsislik etmiş olar. Bunun zərəri yalnız özünə toxunar. Allah zəngin, siz isə yoxsulsunuz (Allah sizə möhtac deyildir, siz Ona möhtacsınız). Əgər (Ondan) üz döndərsəniz, (sizi yox edib) yerinizə sizlər kimi olmayan (Allaha cani-dildən ibadət və itaət edən) başqa bir qövm gətirər! (Muhəmməd Surəsi,38)
Özünü ”ölümsüz”ləşdirməyə çalışanların nəticəsiz səyi

Bunları qavraya bilməyən və dünyaya ehtiraslabağlanmış kəslər özlərini sözdə “ölümsüz”ləşdirməyə çalışarlar. Quranda bu səhv anlayışa sahib insanlardan bəhs edilməkdə və bu kəslərin ölümsüz olmaqüçün müxtəlif yollara müraciət etdikləri xəbər verilmişdir. Bu ayələrin bəziləri bu şəkildədir:
Doğrudanmı siz hər təpədə bir köşk qurub əylənirsiniz? Sanki dünyada əbədi qalacaqsınız deyə (yeraltı) su hövzələri (qalalar, yaxud qəsrlər) tikirsiniz! (Şüəra Surəsi, 128-129)


Bilin ki, dünya həyatı oyun-oyuncaq, bər-bəzək, bir-birinizin qarşısında öyünmək və mal-dövləti, oğul-uşağı çoxaltmaqdan ibarətdir. Bu elə bir yağışa bənzəyir ki, onun yetişdirdiyi bitki (məhsul) əkinçilərin xoşuna gələr. Sonra o quruyar və sən onun saralıb-solduğunu, daha sonra çör-çöpə döndüyünü görərsən. (Dünya malına aldananları) axirətdə şiddətli əzab, (dünya malına uymayanları isə) Allahdan bağışlanma və razılıq gözləyir. Dünya həyatı aldanmadan (yalandan) başqa bir şey deyildir. (Hədid Surəsi, 20)
Əlbəttə insan gözəl əsərlər etməsi və ya gözəl əxlaqlı, xeyirli insanlar yetişdirmək istəməsi gözəl bir davranışdır. Ancaq burada əsas mövzu cahil əxlaqın yaşadığı əyri bir sistemdə, insanların bu istəyinin səbəbi Allahın razı olması deyil, öz qürurlarını təmin etmək üçün özlərini dünyada qalıcı bir ad buraxmaq istəmələridir.

Əbədi qurtuluşun açarı: Allahın razılığı

Möminlər, Allahın hər şeyə hakim olduğunu bilən və ölümün bir an deyil, əsl həyata (axirət)keçid mərhələsi olduğunu qavrayan insanlardır. Möminlər həyatın, ölümü və ölüm sonrası həqiqi həyatın əsl sahibinin Allah olduğunu və özünü Allahın yaratdığını çox yaxşı bilən və hər vaxt Ona yönələn kəslərdir. Onlar pulun, məqam və mövqenin, fiziki gözəlliyin Allahın yaratdığı bu sistem içində əsl qurtuluş yolu olmadığını görənlərdir. Çünki bütün bunlar ancaq qısa müddətdə qalınacaq bu dünyada görünən keçici “bəzəklər”dir. Uca Allahın yoxdan yaratdığı dünya həyatında və axirətdə, insanı xoşbəxtliyə və qurtuluşa aparacaq olan yalnız Allahın razılığı və rəhmətidir. Allah yalnız Ona inananları doğru yola çatdıracaq:

Allah Öz lütfünə sığınanları onunla əmin-amanlıq yollarına yönəldər, onları öz izni ilə zülmətdən nura çıxardar və düz yola yönəldər! (Maidə Surəsi, 16)
Cahil cəmiyyətdə ölüm, hər kəsin bildiyi amma heç danışmadığı hətta adını ağzına almaq istəmədiyi bir mövzudur. Artıq ölümü yox sayırlar. Bütün hesablar, ölüm göz qarşısında alınmadan edildiyi üçün, bu qaçılmaz sondan bəhs etmək də çox “xoş qarşılanmaz”.

Ölümü göz ardı etmək, yuxarıda sözünü etdiyimiz cahil insanların bir çox mövzuda əyri dünya görüşlərindən biridir. Hər insan “Hər kəs ölümü dadacaqdır”. (Ali-İmran Surəsi, 185) hökmü ilə mütləq öləcəyi üçün, ölüm həqiqətini hesaba qatmadan planlanan və yaşanan bir həyat əlbəttə böyük bir aldanma üzərinə qurulmuşdur. Bu hər bir insanın səmimi bir təfəkkür ilə asanlıqla şüuruna çatacağı böyük bir həqiqətdir.

 

0 yorum:

Yorum Gönder