"Əlinizdən gəldikcə dünya işləriylə çox məşqul olmayın. İbadət üçün özünüzə vaxt ayırın. Çünki kimin məqsədi sırf dünya olsa, Allah işlərini dağıdar. Kasıblığı davamlı ağlına gətirər. Kimin də məqsədi axirət isə, Allah işlərini düzəldər, dincliyini artırar. Zənginliyi ürəyinə yerləşdirər. Haqqında xeyirli olan hər şeyi sürətlə ona yaxınlaşdırar." (Hz. Məhəmməd (s.ə.v))
İman edən bir kimsə, hər şeyini itirmiş olsa da, yenə də ən kiçik bir ümidsizliyə qapılmadan, səbirlə, şövqlə hər şeyə ən başdan başlaya bilər. Sahib olduğu bu şövq, imanından, Allaha qarşı duyduğu sevgi və etibardan, Quran əxlaqını mənimsəmiş olmasından və dünya həyatının keçiciliyini qəti olaraq qavramış olmasından qaynaqlanar. Gələcəkdən yana həmişə ümitvar olan rəftarı, hadisələrin həmişə gözəl istiqamətlərini görən tutumu həyatı boyunca qarşılaşdığı bütün hadisələrdə özünü göstərər. Ümid etmək Quranda möminlərin əhəmiyyətli bir xüsusiyyəti olaraq ifadə edilmişdir. Ümitvar olmaq eyni zamanda adamın imanının da bir göstəricisidir. İnsan imanı ölçüsündə Allahdan ümid edər, Onun rəhmətinə və sonsuz nemətlərinə qovuşmaq üçün böyük bir həsrət duyar. Çünki Allah iman edənlərə həm bu dünyada həm də axirətdə çox böyük gözəlliklər vəd etmişdir. Adam da Allaha olan etibarı, yaxınlığı, təslimiyyəti və səmimiyyəti dərəcəsində bu nemətlərə qovuşmağı ümid edər. Hər şeyin yalnız Allahın diləməsi ilə olduğunu bildiyi üçün heç bir mövzuda kədərə, passifliyə və ümidsizliyə düşməz. Allahın möminlərin dualarına razılıq edən olduğunu bildiyi üçün, ən pis görünən bir hadisənin belə imtahan mühitinin bir parçası olduğundan və əvvəl axır möminlər üçün mütləq xeyirə çevriləcəyindən şübhə etməz.
Ətrafımızda olan bitən hər şey Allahın "ol" deməsiylə olar. Hər an hər şey, qarşımıza çıxan hər görünüş Allahın diləməsiylə yaradılar. Heç bir şey başıboş və öz halına buraxılmış deyil. Hər şey Allahın təyin etdiyi bir qədər üzrə yaşanar. Allahın hər şeyə gücü yetər.
Bunun şüurunda olan mömin də, ən mənfi şərtlərdə, ən çətin kimi görünən vəziyyətlərdə belə Allahın rəhmətindən və köməyindən ümidini kəsməz. Çətinliklərə səbr edən, Allahdan ümidini kəsməyən və heç bir şərtdə Allahın hökmlərindən taviz verməyənlər həm dünyada həm də axirətdə müjdələnilmişlər.
Quranda möminlərin davamlı Allahdan ümid edən bir ruh halı içində olduqlarını görərik. Həqiqətən də səmimi olaraq iman edən bir kimsə Rəbbimizi Quranda təsvir edildiyi kimi tanıyıb təqdir edər və bunun nəticəsində, Allahın öz üzərindəki rəhmətini və nemətini fərq edər. Onun möminlərin dostu və köməkçisi olduğunu, onlara qarşı sonsuz şəfqətli və mərhəmətli olduğunu, Allahın saleh qullarını həm bu dünyada həm də axirətdə böyük bir mükafatla müjdələdiyini və Allahın qətiliklə vədindən dönməyəcəyini bilər. Onun özü üçün həmişə xeyirli və gözəl olanı dilədiyini, özünə rəhmət və hidayət qapılarını açdığını, önünə saysız əcr fürsəti sərdiyini görər.
Belə bir şüura sahib olan mömin Rəbbinə qarşı davamlı ümitvar bir tutum içində olar, Ondan dünyada da axirətdə də hər şeyin ən gözəlini və ən xeyirlisini ümid edər. Çünki Allaha iman edib təslim olmuşdur və Allah mömin qullarına sonsuz rəhmətindən vəd etmişdir. Quranın bir çox ayəsində Allahın möminlərə gözəl bir cavab verdiyini, onlara fəzl, lütfkarlıq və rəhmətini müjdələdiyini görərik:
"İman edənlər, hicrət edənlər və Allah yolunda mallarıyla və canlarıyla cihad edənlərin Allah qatında böyük dərəcələri vardır. Qurtuluşa və xoşbəxtliyə çatanlar bunlardır. Rəbləri onlara qatından bir rəhməti, bir məmnuniyyəti və onlar üçün, özünə davamlı bir nemət olan cənnəti müjdələr." (Tövbə Surəsi, 20-21)

0 yorum:
Yorum Gönder