DİNSİZLİYİN İQTİSADİYYATI

İndiki vaxtda ən çox danışılan mövzuların başında iqtisadi problemlər dayanır. Dünya üzərindəki insanların böyük bir hissəsi aclıq sərhədində yaşayır, bir çox ölkə köməkolmadan varlığını davam etdirə bilmir. Ölkələrin yalnız kömək almaları da kafi deyil, çünki bu köməklərin faizlərini ödəyə bilmədikləri üçün çox daha böyük problemlərlə qarşı-qarşıya qalmaqdadırlar.

Sağlamlıqdan təhsilə qədər hər mövzu çox böyük bir maddi güc tələb edir. Amma bu gün ən zənginindən ən kasıbına qədər bütün ölkələrdə çox böyük bir iqtisadi böhranınyaşandığını, işsizliyin artdığını görürük. Bir tərəfdə çox böyük bir zənginlik, pozğunluq, israf və bunun nəticəsində də degenerasiyanın hər cürü yaşanarkən, digər tərəfdə də insanlar tək bir çörək üçün bir-birləri ilə döyüşürlər. Həmişə bu mövzularda yazılar yazılır, simpoziumlar təşkil edilir, yığıncaqlar keçirilir, amma köklü bir həll tapılmır; hətta aclıq və səfalət gün keçdikcə daha da artır.

Çətinlik içində yaşayan insanların aylıq gəlirləri heç bir ehtiyaclarını qarşılaya bilmirvə bunun yanında dünyanın dörd bir tərəfində çox böyük bir işsizlik hökm sürür. Yalnız bir iş tapa bilmək üçün insanlar saatlarla sıralarda gözləyirlər, iş tapma təşkilatlarında günlərini keçirirlər. Tək istəkləri də işləvə maddi dolanışıqlarını təmin edə bilməkdir.
 
Bəs bunların həll yolu nədir? Niyə bu problemlər köklü bir şəkildə aradan qalxmır?

Əvvəlcə bir ölkə içindəki sabitliyin ən əhəmiyyətli əlaməti iqtisadiyyatda yaşanacaq olan inkişaf, istehsalın artımı, həmişə yeni iş sahələrinin ortaya çıxması və insanların məhsuldar hala gətirilmələridir. Halbuki araşdırmalara görə, bu gün hələ də dünyada çalışan əhalinin təxminən olaraq 30%-i  yəni 820 milyon işsizdir.Ailələrinə baxmaq üçün məsuliyyət daşıyan bu insanlara diqqət yetirəndə ortaya çıxan nəticə daha da artmaqdadır. (Harun Yəhya, Həll Quran Əxlaqı)
 
Sabitliyin təmin edilməsi

İnsanların həyat şərtlərinin yaxşılaşdırıla bilməsi üçün ölkə içində bir nizamın və sabitliyin mövcudolması çox əhəmiyyətlidir. Bu sabitlik iqtisadiyyatdan ictimai həyata qədər hər sahəyə hakim olmalıdır. Bu mövzuda bütün müsəlmanlara çox böyük məsuliyyətlər düşür. Kimsə bir başqasının həll yolunu, nə isə etməyini gözləməməli, əlindən gələn hər şeyi etməlidir. Çünki Allah bu mövzuda bütün inananları məsul etmişdir. Bu məsuliyyəti yerinə gətirə bilmək isə əvvəlcə Quran əxlaqını və Quranın insan həyatına təqdim etdiyi gözəllikləri izah etməklə mümkün ola bilər.

Məsələn infak edilən və xeyir yolda istifadə edilən malın bərəkətli olacağına iman edən bir birlik, malının ehtiyacından arta qalanını xeyir istiqamətində istifadə edəcək. Belə bir sistemdə isə bütün ölkənin necə bir rifaha çatacağı açıqdır. İnsanların belə bir anlayışı uzaq və əl çatmaz görməmələrini təmin etmənin tək yolu isə onlara Quran əxlaqını öyrətməkdir.

Quran əxlaqının rəhbərliyində yaşanan bir həyatda Allah qorxusu ilə hərəkət edildiyi üçün insanlar tək öz mənfəətləri üçün deyil, bütün insanların rahatı və mənfəəti üçün məşğul olarlar. Çünki İslam əxlaqında birlik, köməkləşmə və həmrəylik çox əhəmiyyətlidir. Haqqa təcavüz etmə kimi bir mövzu olmaz, çünki Allah bu çirkin əxlaqı qadağan etmişdir. Başqasının haqqını kimsə üstünə keçirməz. Kimsə kimsənin payına göz qoymaz. Ölçüdə heç bir səhv edilməz. Quran əxlaqının yaşandığı bir cəmiyyətdə, dinsizliyin meydana gətirdiyi ədalətsiz, çıxara söykənən, güclünün zəifi əzdiyi, insanların haqsız yollarla başqa insanların paylarını öz paylarına qatdığı bir sistem heç vaxtyaşanmaz.
Quran əxlaqını rəhbər etmiş bir cəmiyyətdə israf olmaz, israfa qaçan istehlak da olmaz. Köməkləşmə və ədalət sayəsində insanların iqtisadi güc səviyyəsi yüksələr. Zəngin bir cəmiyyət meydana gələr. Quran əxlaqının yaşandığı, zənginlik və rifahı ilə tarixə keçən Əsri Səadət dövrü bu həqiqətinən açıq dəlilidir.

İndiki vaxtda yoxsulluq yalnız dünyanın müəyyən ölkələrini maraqlandıran bir problem olmaqdan çıxmışdır. Körpü altında yatan, zibil qarışdıraraq həyatını davam etdirən, çox az bir pul qarşılığında həyatını təhlükəyə ataraq işləməkməcburiyyətində qalan uşaqlar, hər cür mənfi şərtə baxmayaraq küçələrdə yaşamaq məcburiyyətində qalan evsizlər, bəslənmə yetərsizliyindənqaynaqlanan uşaq ölümləri və bunlar kimi yoxsulluqdan qaynaqlanan daha bir çox problem bütün dünyanın gündəliyindəiştirak etməkdədir.
 
Həll yolu: Quran Əxlaqı


Yoxsulluq probleminin həll edilməsi üçün bir çox həll yolu təqdim edilə bilər. Ancaq burada əhəmiyyətli olan bütün problemlərdə olduğu kimi bu mövzuda da həllin Quran əxlaqının yaşanması ilə reallaşa biləcəyidir. Çünki özü ehtiyac içində olduğu halda yeməyini yoxsula və yetimə yedirmək, özünün bəyənməyəcəyi şeyləri başqalarına verməmək, hiss etdirmədən kömək etmək kimi Quranda tövsiyə edilən üstün əxlaq xüsusiyyətləri ancaq Quran əxlaqı tam olaraq yaşandığında ortaya çıxar. Allah maddi istiqamətdən güclü olan kəslərin necə davranılması lazım gəldiyini Nur Surəsində belə açıqlamışdır:
 
Sizdən, fəzilətli və varlıqlı olanlar, yaxınlara, yoxsullara və Allah yolunda hicrət edənlərə verməkdə azaltma etməsinlər, bağışlasınlar və xoş görsünlər. Allahın sizi bağışlamasını sevməzsinizmi? Allah, bağışlayandır, əsirgəyəndir. (Nur Surəsi, 22)
 
Açıqca görüldüyü kimi, ayələrdə təsvir edilən əxlaq indiki vaxtda yaşanan nümunələrdən tamamilə fərqlidir. Quranda, ehtiyac içində olan bir kimsənin qarşısında, öz ehtiyacını heç bir şəkildə aşkar etməyən, möhtac kəslərə təmin edilən imkanlara göz qoymayan, comərd və köməklik sevən bir əxlaq anlayışı təsvir edilməkdədir. Bu cür əxlaqın yayılması ilə birlikdə bu cür problemlər tamamilə təhlil edilmiş olacaq.

0 yorum:

Yorum Gönder