Onu hansı şeydən yaratdı? Nütfədən yaratdı, ona biçim verdi. Sonra onun üçün (ana bətnindən çıxış) yolunu asanlaşdırdı. (Əbəsə,18-20)
Yuxarıdakı ayədə " ona biçim verdi " olaraq çevrilən "Qəddərəhu" sözü, Ərəbcədə "qədərə" hərəkət kökündən gəlməkdədir və "nizamlamaq, ölçüb biçmək, planlamaq, proqramlaşdırmaq, gələcəyini görmək, Allahın bir şeyi (qədərdə) yazması" mənalarını verməkdədir.
Bilindiyi kimi atanın sperma hüceyrəsi, ananın yumurta hüceyrəsini döllədiyində, doğulacaq körpənin bütün irsi xüsusiyyətlərini təyin etmək üzrə atanın və ananın genləri birləşər. Bu minlərlə gendən hər birinin xüsusi bir funksiyası vardır. Saç və göz rəngini, boyunun uzunluğunu, üzünün formasını, skeletini; iç orqanlardakı, beyin, sinirlər və əzələlərdəki saysız detalı təyin edən genlərdir. Bütün fiziki xüsusiyyətlərin yanında, hüceyrələrdə və bədəndə meydana gələn minlərlə fərqli hadisə və sistemin idarəsi də genlərdə qeydlidir. Məsələn, insanın qan təzyiqinin alçaq, yüksək və ya normal olması belə genlərdəki məlumatlara bağlıdır.
Sperma ilə yumurta birləşdiklərində yaranan ilk hüceyrə ilə birgə, insanın həyatının sonuna qədər hər hüceyrəsində şifrəsini daşıyacağı DNT molekulunun da ilk kopiyası meydana gəlmiş olar. DNT, hüceyrə nüvəsində ciddi olaraq qorunan böyük bir molekuldur və bu molekul yuxarıda bəhs etdiyimiz genləri əhatə edən, insan bədəninin bir cür məlumat bankıdır. Döllənmiş yumurta dediyimiz ilk hüceyrə, bundan sonra DNT-də qeydli proqram istiqamətində çoxalar və bir insana çevrilmək üzrə bədəndəki toxumaları, orqanları meydana gətirməyə başlar. Bu kompleks quruluşlanmanın koordinasiyası, DNT molekulu -karbon, fosfor, azot, hidrogen və oksigen kimi atomlardan ibarət olan bir molekul- tərəfindən təmin edilər.
DNT-də qeydli olan məlumatın tutumu isə elm adamlarını heyrətə salır. İnsanın tək bir DNT molekulunda tam bir milyon ensiklopediya səhifəsini və ya təxminən 1000 kitabı dolduracaq miqdarda məlumat olar. Bir başqa deyişlə hər bir hüceyrənin nüvəsində, insan bədəninin funksiyalarını nəzarət etməyə yarayan bir milyon səhifəlik bir ensiklopediyanın əhatə edə biləcəyi miqdarda məlumat kodlaşdırılmışdır. Bir bənzətmə edəcək olsaq, dünyanın ən böyük ensiklopediyalarından biri olan 23 dərilik Encyclopedia Britannicanın belə cəmi 25 min səhifəsi vardır. Mikroskopik hüceyrənin içindəki, ondan çox daha kiçik bir nüvədə olan bir molekulda, milyonlarla məlumat əhatə edən dünyanın ən böyük ensiklopediyasının 40 qatı böyüklüyündə bir məlumat anbarı gizli dayanmaqdadır. Bu da təxminən 1000 cildlik, dünyada başqa tayı bərabəri olmayan nəhəng bir ensiklopediya deməkdir. DNT-in quruluşunun 1953-də Francis Crick tərəfindən kəşf edildiyi göz qarşısında saxlanılacaq olsa, embriyoloqların 19-cu əsrin sonuna qədər müzakirə edə bilmədikləri "genetik planlama" anlayışına, Quranda 1400 il əvvəlindən işarə edilməsi, şübhəsiz Quranın Allahın sözü olduğunun dəlillərindəndir.
0 yorum:
Yorum Gönder