İnkar  edənlərin ölümlə birlikdə yaşadıqları böyük peşmançılıq, başlarına  gələcək əzabların heç birinə maneə törədə bilməz. Allah (c.c.) inkar  edənlərin canlarının ağrılı və çətinlik içərisində alınacağını bir ayədə  belə bildirər:
Bəs mələklər onların üzlərinə, arxalarına vura-vura canlarını alanda halları necə olacaq? (Məhəmməd Surəsi, 27)
  Bütün  həyatlarını Allah (c.c.)ın dinindən üz çevirmiş olan kəslər, ölüm  anında özlərini əzabdan qurtulması və bağışlanması üçün var gücləri ilə  Allah (c.c.)a yalvararlar. Peşmançılıqla bir daha dünyaya qayıtmağa,  saleh əməllər etməyəvə itirdiklərini geri qaytarmaq istəyərlər. Ancaq bu  istəkləri qəbul edilməz. Çünki onlara, Allah (c.c.)ın bir ayəsində  bildirdiyi kimi “öyüd alacaq olanın öyüd ala biləcəyi qədər bir müddət”  verilmiş, cənnət və cəhənnəm həyatı xatırladılmış, amma onlar bilə-bilə  bu həqiqətən üz çevirmişlər. Özlərinə bir daha belə bir imkan  verilmişolsa, onların bütün bu peşmanlıqlarını unudaraq yenə inkarı  seçəcəklərini Allah (c.c.) Quranda belə bildirmişdir: 
Nəhayət, (müşriklərdən) birinin ölümü gəlib çatdığı zaman o belə deyər: “Ey Rəbbim! Məni geri (dünyaya) qaytar! Bəlkə, (indiyə qədər) zay etdiyim ömrüm müqabilində yaxşı bir iş görüm!” Xeyr, bu onun dediyi boş (faydasız) bir sözdür. (Muminun Surəsi, 99-101)
  Dünyada  ikən inanmadıqları, sözlərini ciddi qəbul etmədikləri və hətta lağ  etdikləri möminlər, o gün inkar edənlərin çəkdiyi əzabların heç birini  yaşamazlar. Onlar bütün həyatlarını səmimiyyətlə Allah (c.c.)ın  razılığını istəyərək keçirmələrindən ötəri sonsuza qədər hər nemətin ən  gözəli ilə mükafatlandırılarlar. Onların canı, inkarçılarınkının tam tərsinə, heç ağrıçəkmədən “yumşaqca” alınar. (Naziat Surəsi, 2) 
  İnkar  edənlərin ölüm ilə başlayan bu peşmanlıqları Allah (c.c.) dilədiyi  müddətcə
davam edəcək. Keçən hər dəqiqə, hər saat və hər gün heç bitməyən əzabın içində qalacaq, bu böyük və sonsuz peşmanlıqdan xilas ola bilməyəcəklər. Halbuki ölümün və axirətin həqiqətini anlamaq üçün onlarla qarşılaşmağı gözləməyə ehtiyac yoxdur. İnsan üçün Allah (c.c.)ın vədi kifayətdir.
davam edəcək. Keçən hər dəqiqə, hər saat və hər gün heç bitməyən əzabın içində qalacaq, bu böyük və sonsuz peşmanlıqdan xilas ola bilməyəcəklər. Halbuki ölümün və axirətin həqiqətini anlamaq üçün onlarla qarşılaşmağı gözləməyə ehtiyac yoxdur. İnsan üçün Allah (c.c.)ın vədi kifayətdir.
  Ölümün  peşmanlığından xilas olmaq və sonsuz cənnətin gözəlliklərinə qovuşmaq  istəyən insan, ölümü və sonrasını indidən düşünməli və bütün kainatı  yoxdan yaradan Rəbbimizin haqq olan yolunu seçməlidir.
 
 
0 yorum:
Yorum Gönder