PALÇIQDAN YARADILIŞ

Allah Quranda insanın yaradılışının möcüzəvi bir şəkildə olduğunu xəbər verir. İlk insan Allahın palçığı şəkilləndirib insan bədəni halına gətirməsi və ardından bu bədənə ruh üfləməsiylə yaradılmışdır: 

"Xatırla ki, o zaman sənin Rəbbin mələklərə belə demişdi: “Mən palçıqdan bir insan  yaradacağam. Mən onu tamamlayıb Öz ruhumdan üfürən kimi ona  səcdə edin!”(Sad Sürəsi, 71-72)

"İndi soruş: onları yaratmaq çətindir, yoxsa Bizim yaratdıqlarımızı? Axı Biz onları yapışqan (kimi) bir palçıqdan yaratdıq." (Saffat Sürəsi, 11)

Bu gün insan toxumaları araşdırıldığı zaman yer üzündə olan bir çox elementin insanın toxumalarında da olduğu ortaya çıxır. Canlı toxuların 95
%-i karbon (C), hidrogen (H), oksigen (O), azot (N), fosfor (P) və kükürd (S)-dan meydana gəlir və canlı toxumalarda cəmi 26 element var. Quranın bir başqa ayəsində belə buyurulur: 

"Biz, həqiqətən, insanı tərtəmiz (süzülmüş) palçıqdan yaratdıq." (Muminun Surəsi, 12)

Ayədə "süzmə" olaraq çevrilən "sulala" sözü, "təmsili nümunə, öz, xülasə, əsas" kimi mənalarını verir . Göründüyü kimi Quranda 14 əsr əvvəl bildirilənlər müasir elmin bizə söylədiklərini -insanın yaradılışındakı vəsait ilə torpağın ehtiva etdiyi təməl elementlərin ortaq olduğu gerçəyini- təsdiq edir.

0 yorum:

Yorum Gönder