|  Gələcək  üçün planlar quran, hər vaxt öz gözlədikləri şəkildə inkişafa inanan,  başqa ehtimalları fikirləşməyən bir insan düşünək. Bir xəstəlik və ya  bir qəza baş verdikdə, bu düşüncə sahibinin bir anda bütün həyatı  alt-üst olacaq. Çünki qurduğu planlarda, bu insan nə xəstəlik, nə də  qəzaya yer vermir. Hətta bir çoxu, sağlam bədənə sahib olduqlarından,  hər gün minlərlə adamın başına gələ bilən bu tərz hadisələrlə, onların  da qarşı-qarşıya gələ biləcəklərini düşünmürlər.  Belə insanlar bu kimi  hallar meydana gəldiyində, dərhal üsyankar bir vəziyyətə girirlər.  "Niyə mənim başıma belə bir hadisə gəldi?" və s. bu kimi düşüncələrlə  qədər həqiqətinə son dərəcə tərs davranış göstərirlər. Bu səhv məntiqlə  hərəkət edən, din əxlaqından uzaq olan insanlar üçün bir xəstəlik və ya  qəza anında təvəkkül etmək ya da qarşılaşdıqları hadisəyə xeyir gözüylə  baxmaq mümkün deyil.    Halbuki insan bir çox  acizliklə yaradılmışdır. Çox tez xəstə ola bilər, kiçik bir virusun  təsiriylə günlərlə yataqda qala bilər. Xərçəng, sarılıq, tifo kimi  xəstəliklərlə müqayisədə, "sadə" olaraq xarakterizə edilən qrip belə,  bir insanın bədən müqavimətinin ciddi mənada gücsüz qalmasına səbəb ola  bilər.    Xəstəliyə Səbəb olan Virusları da Xəstəliyi Yaxşılaşdıran Dərmanları da Allah Yaradar   Qədər həqiqətini  qavraya bilməyən insanlar, başlarına gələn xəstəliyin səbəbi olaraq  yalnız virusları və ya mikrobları görərlər. Yenə eyni şəkildə bir yol  qəzası keçirdiklərində, bunun tək səbəbinin pis avtomobil istifadə edən  bir insan olduğunu zənn edərlər. Halbuki həqiqət belə deyil. Xəstəliyə  səbəb olan hər mikroorqanizm və ya insana zərər verən hər vasitə, hər  insan Allahın səbəb olaraq yaratdığı varlıqlardır. Və bu varlıqların heç  biri başıboş deyillər və Allahın idarəsi ilə hərəkət edirlər. Əgər bir  virus üzündən bir insan ağır bir xəstəliyə tutulursa, bu Allahın  məlumatı daxilindədir. Əgər bir avtomobil bir insana dəyib onu şikəst  edirsə, bu da Allahın yaratdığı qədərə tabe bir hadisədir. Xəstəliyi  meydana gətirən Allahdır, müalicəni edən həkimi yaradan, ona  bildiklərini öyrədən, dərmanı yaradan, udulmasını təmin edən və şəfaya  vəsilə edən də Allahdır.   Bir insan nə edirsə  etsin bunları dəyişə bilməz. Qədərindən tək bir anı belə çəkib çıxara  bilməz, çünki qədər bir bütün olaraq yaradılır. Sonsuz qüdrət sahibi  Allaha təslim olan, Onun sonsuz ağlına və rəhmətinə güvənib, səbr edən  insan üçün xəstəlik də, qəza da, müsibət kimi görünən hadisələr də sonu  xeyirlə bitəcək keçici imtahanlardır.   Vacib olan odur ki,  Allaha iman edən, Onun yaratmış olduğu qədərə təslim olan insanların bu  cür çətinlik və xəstəlik anlarında göstərdikləri gözəl əxlaqdır.    İman edən bir insan  xəstələndiyində, şəfa üçün Allaha dua edər. Bu duanın təsiri  həkimin yardımında özünü göstərər. Dərman istifadə etməyə başlar, ancaq  tam əminliklə şəfanın Allahdan gəldiyini unutmaz. Allah Quranda bu  həqiqəti Hz. İbrahimin bu sözləriylə bildirmişdir:    “O Rəbbki, məniyaratmış və mənidoğruyolayönəltmişdir;ORəbbki, məniyedirdirvə içirdir;ORəbbki, xəstələndiyimzamanmənə şəfaverir; O Rəbbki, məni öldürəcək, sonradirildəcəkdir;” (Şuəra Surəsi, 78-81)   Dərman təsir etsə də  etməsə də iman edənlər bunda bir xeyr olduğunu bilərlər. Dərman təsir  etməyəndə, həmin insan sağalmır kimi görünə bilər, amma o adamın Allaha  olan imanı, təvəkkülü və gözəl əxlaqı səbəbiylə cənnətə gedə bilər və ya  dərman dərhal təsir edib, adam yaxşılaşa bilər amma bu adam da  cəhənnəmə gedə bilər.    Allah dərmanı  xəstəliklərin yaxşılaşması üçün bir səbəb olaraq yaradar. Bir dərman  eyni dəqiqliklə, ehtiyyatla tətbiq olunduğu, eyni üsullar istifadə  edildiyi halda, eyni xəstəliyə düşmüş kəslərdən birinə təsir edib,  digərinə təsir etməyə bilər. Bu, dərmanın yalnız bir səbəb olduğuna  dəlildir. Xəstəliyi yaxşılaşdıran dərman olsaydı, üzərində eyni müalicə  eyni şəkildə tətbiq olunan xəstələrin hamısı yaxşılaşardılar.    Xəstəliklər, qəzalar  və bir çox hadisələr, möminlərin səbirlərini və əxlaqlarının gözəlliyini  göstərə biləcəkləri və Allaha yaxınlaşmaq üçün istifadə edəcəkləri çox  əhəmiyyətli fürsətlərdir. Allah Quranda çətinliklər qarşısında  göstəriləcək səbrin əhəmiyyətini izah edərkən xəstəlik dövrünü də ifadə  etmişdir:     … yaxşı əməlsahibləriAllaha, Axirətgününə, mələklərə, kitablara, peyğəmbərlərə imanedən, sevdiyimalı qohum-əqrəbaya, yetimlərə, kasıblara, müsafirlərə, dilənənlərə və kölələrinazadedilməsinə sərfedən, namazqılıbzəkatverən, əhdbağladıqda əhdləriniyerinə yetirən, sıxıntı və xəstəlik üzverdikdə, habelə döyüşdə səbiredən şəxslərdir. Onlarimanlarındadoğruolanlardır. Müttəqiolanlardaelə məhzonlardır. (Bəqərə Surəsi, 177)   Xəstəliklər Allaha Yaxınlaşmağa Vəsilədir    Fiziki bir  narahatlıqla qarşılaşan insan, gözəl əxlaq göstərmək üçün bütün bunların  bir imtahan olduğunu, xəstəliyi də şəfanı da yaradanın yalnız Allah  olduğunu düşünməlidir. Əgər insan xəstəliyindəki və ya düşdüyü qəzadakı  xeyirləri və hikmətləri düşünsə- bunları o an hiss etməsə belə-səbir  göstərsə, Allahın izniylə, qarşılaşdığı çətinlikdən həm dünyada həm də  axirətdə çox qazanclı çıxar. Dünyada keçici bir çətinlik yaşaya bilər,  amma Allahın izniylə axirətdə Rəbbimizə içdən təslim olmuş olmanın  sonsuz gözəlliyi ilə mükafatlandırılar.    Xəstəliklərdəki Bəzi Hikmətlər    -Xəstəlik  insana acizliyini və Allaha möhtac olduğunu xatırladar. Mikroskopik bir  virusun bədənində meydana gətirdiyi zəifliyə maneə ola bilməyən insan,  belə anlarda acizliyini və Allaha nə qədər möhtac bir vəziyyətdə  olduğunu çox daha yaxşı hiss edər.  -Xəstəikən sağlam  olmağın Allahın bir lütfü və neməti olduğu daha yaxşı aydın olar. Uzun  müddət xəstə olmayan, bu səbəbdən bir narahatlıq, ağrı-acı hiss etməyən  insan bu vəziyyətə alışar. Amma ani bir xəstəlik ilə qarşılaşdığında  əslində sağlam olmanın Allahın bir lütfü olduğunun fərqinə varar.   -İnsan ciddi bir  xəstəlikdə dünyanın keçiciliyini, ölümü və axirəti daha çox düşünə  bilir. Bəzi insanlar həyati əhəmiyyəti olan bir xəstəliyə düşdüklərində  ya da bir bədən üzvlərini itirdiklərində bunu özləri üçün pis bir hadisə  olaraq qiymətləndirə bilərlər. Halbuki, bəlkə də bu adamın xəstəliyi  dərd olaraq və ya bəla olaraq deyil, axirətdə qurtuluş tapması və yalnız  Allaha yönəlməsi üçün bir vəsilə olaraq özünə verilmiş ola bilər.   -İnsanın Allaha olan  duası və yaxınlığı artar. Ciddi bir xəstəliyin bədən üzərindəki  əlamətləri artdıqca bir çox insan düşünməkdən qaçdığı ölümü düşünməyə  başlar və bu vəziyyətdə adam bütün səmimiyyətiylə Allaha dua edərək  sağlam olmağını istər.   - Xəstəliyi əvvəlində  Allaha tam olaraq təslim olmamış bir adam bəlkə xəstəliyi sayəsində bu  gözəl xüsusiyyətləri qazana bilər. Keçici dünya həyatındakı qısa davamlı  çətinliklərinin qarşılığında sonsuz cənnət həyatının nemətlərinə  qovuşmağı ümid edə bilər.     Allah diləsə insan heç bir zaman xəstə olmaz, ağrı-acı çəkməzdi.  Amma əgər insan belə bir çətinliklə qarşılaşsa , bilməlidir ki bu  çətinliyi yaşamasının, həm dünyanın keçiciliyini həm də Allahın sonsuz  gücünü anlaya bilməsi baxımından bir çox hikməti vardır.   Unudulmamalıdır ki, bu həqiqəti ürəkdən qavraya bilmək və belə bir hadisəylə qarşılaşdığında gözəl əxlaq göstərə bilmək çox əhəmiyyətlidir. | 
0 yorum:
Yorum Gönder