DÖVLƏTİ VƏ MİLLƏTİ YIXAN DİNSİZLİK TƏHLÜKƏSİ

Din əxlaqının yaşanmadığı cəmiyyətlərdə əxlaqi və ailəvi dəyərlər zamanla etibarlığını itirər. Yaxşılıq və pislik anlayışları fərdi mənfəət və çıxarlara görə şəkillənməyə başlayar. Bu səbəblə də zaman içində rüşvət, oğurluq və dövlətə itaətsizlik kimi əxlaqdan uzaq davranışlar yayılaraq dövlətin və millətin təhlükəsizliyini və bütünlüyünü hədələyən bir ünsür halına gəlir.

Bir milləti bir yerdə tutan, dövləti güclü edən ən əhəmiyyətli ünsürlərdən biri mənəvi dəyərlər və din əxlaqıdır. Keçmişi və mədəniyyəti nə qədər qədim olsa da mənəvi və dini dəyərlərin zəifləməsi, bir cəmiyyətdə pis işlərin baş göstərməsini, anarxiyanın ortaya çıxmasını, daha sonra da bölünməyi və yox olmağı qaçılmaz bir hala gətirər. Tarix güclənib, yüksəlib, zənginləşib, böyüyüb lakin mənəvi dəyərlərinə olan bağlılığını itirməsindən ötəri varlığını itirmiş cəmiyyətlərin nümunələri ilə doludur.

Türk Millətinin saysız hədələmə və çətinlik qarşısında əsrlərcə ayaqda qalması, heç bir zaman boyunduruq altına girmədən varlığını davam etdirməsi, hər biri digərindən güclü 16 böyük dövlət quraraq milyonlara hökm etməsi, insanımızın mənəvi dəyərlər mövzusundakı həssaslığının bir nəticəsidir. Türk insanının bu mövzudakı dözümlülüyü, millətimizi tarix səhnəsində əsrlərdir lider və qabaqcıl mövqe tutmuşdur.
Millətimizə dəstək güc və mənəvi dəyərlərimizdir

Bir millətin fərdlərini bir yerdə tutan ən güclü bağ ortaq mənəvi dəyərlər, ailə, əxlaq və dövlət müəssisələrini də davamını təmin edən ən əhəmiyyətli ünsürdür. Din əxlaqının var olmadığı və ya dini dəyərlərin ortadan qalxdığı bir cəmiyyətdə, bunun danılmaz nəticəsi olaraq ailə, əxlaq və dövlət anlayışları da etibarlığını itirəcək və qısa müddət içində ortadan qalxacaq.

Necə ki tarixə, xüsusilə də Türk Millətinin tarixinə baxdığımızda bunun nə dərəcə doğru olduğunu açıqca görə bilərik. Türk millətinin tarixində iştirak edən bütün güclü və qalıcı dövlətlər, xüsusilə də 6 əsr boyunca dünyanın ən böyük siyasi güclərindən biri olan Osmanlı İmperatorluğu, mənəvi dəyərlərə bağlılıqdan gələn güclü bir mədəniyyət üzərinə yüksəlmişdir.

Şanlı bir tarixə sahib, böyük və köklü bir mədəniyyətin nümayəndəsi olmuş Müsəlman Türk Milləti, xüsusilə İslamın qəbulundan sonra daha güclü bir-birinə bağlanmışdır. Sultan Alparslanın Malazqirtdəki zəfərinin ardından, Anadolu Müsəlman Türk xalqının suverenliyi başlamışdır. Anadolunun qapılarını Müsəlmanlara açan Sultan Alparslandan sonra Türk idarəçilərin və yanlarındakı heyətlərin ən fundamental xüsusiyyətləri İslam dininə olan sədaqətləri olmuşdur.

Mənəvi dəyərlərinə bağlılıq o dərəcə böyük bir gücdür ki, millətin siyasi çətinliklərə güc gəlməsi, sovuşdurması, çöldən gələ biləcək bir hücuma qarşı dayanıqlı olması və ayaqda qalmasını təmin edir. Digər tərəfdən dini və milli bağları zəif, hətta dinsiz cəmiyyətlər tarix səhnəsində çox qısa müddət boyunca yer ala bilmişdilər və zaman içində asimiliyasiyaya məruz qalmışdılar. Bu sosioloji həqiqət, tarix boyunca həmişə təkrarlanmış və dini bağları güclü dövlətlər varlıqlarını davam etdirərkən, digərləri xaos, qarışıqlıq və anarxiya içində yox olmuşlar.
Yaxşı bunun səbəbləri nələrdir? Din əxlaqı yaşanmazsa nə olar?
  • Hər şeydən əvvəl din əxlaqının yaşanmadığı bir cəmiyyətdə, təməli inancsızlıq üzərinə qurulu görüşlər rəğbət görər, bir çox azğın fikir sistemi yayılaraq zəmin tapar. Fərdlər öz mənliklərindən, ortaq şəxsiyyətlərindən uzaqlaşarlar. Təməlini ateizm və dinsizlik üzərinə oturtmuş olan materializm kimi fəlsəfələr və kommunizm kimi ideologiyalar o cəmiyyəti qısa zamanda boşluğu pis sistemlər ilə doldurar.
  • Din əxlaqının yaşanmadığı cəmiyyətlərdə, insanların yaxşını pisdən ayırd etmə anlayışları ortadan qalxar. Yaxşılıq və pislik anlayışı, fərdi mənfəətlərə görə şəkillənər. Heç şübhəsiz bu çox təhlükəli bir vəziyyətdir. Belə bir vəziyyətdə bir adam cəmiyyət tərəfindən qınanmayacağını, hər hansı bir şəkildə bunun üçün cəzalandırılmayacağını düşündüyündə pis əməldən çəkinməz. Bu əyri məntiqə görə rüşvət, oğurluq, fahişəlik, dövlətə itaətsizlik kimi pis əməllər məqbul qarşılanar.
  • İman edib səmimi olaraq və din əxlaqını yaşayan insan isə, doğru olmanın, xoş rəftarlı olmanın, vətənini, dövlətini sevmənin yaxşı, fahişəliyin, zülmün, ədalətsizliyin pis olduğunu bilər və həyatını bunlara bağlayar. Din əxlaqı, insanlar arasındakı köməkləşmə, dürüstlük, ədalət, fədakarlıq kimi əməllərin qaynağıdır. Din əxlaqının var olmadığı bir mühitdə bu dəyərlərin heç birindən danışmaq mümkün olmaz. Din əxlaqı yaşanmırsa, dürüstlük, fəzilət, ədalət də yoxdur. Dini inancların qəsdən yox edildiyi cəmiyyətlərdə isə, bu dəyərlər zaman içində itmişdir.
  • İnsanı insan edən əxlaqi dəyərlər etibarlığını itirəndə və yox olanda, cəmiyyətin hər seqmenti və hər fərdi bundan nəsibini alır. Hər fərd yalnız özünü əhəmiyyətli hesab edən və digər heç kimə əhəmiyyət verməyən bir ayrı “hissə” halına gələr. Ailəvi dəyərlər ortadan qalxar. Çünki din əxlaqının yaşanmadığı bir cəmiyyətdə, bu kimi müqəddəs təşkilatların varlığı da əsas mövzu ola bilməz.
  • Bütün bu mənfiliklər dövlətin nizamını və millətin yerləşmiş toxumasını da sürətlə korlayar. Çünki dövlətə bağlılıq, vətən sevgisi kimi üstün xüsusiyyətlər yenə dini inancların nəticəsində inkişaf etmiş xüsusiyyətlərdir. Din əxlaqını yaşamayan, bu səbəbdən vicdani dəyərləri inkişaf etməmiş bir insanın millətini, bayrağını sevməsi, dövlətinə xidmət və qarşılıq gözləmədən gecə gündüz vətəni üçün növbə çəkməsi əlbəttə düşünülə bilməz.Belə fərdlərin yetişmədiyi, yetişmiş fərdlərin də bu üstün xüsusiyyətlərini itirdiyi bir cəmiyyət, şübhəsiz ki, həm sosioloji baxımdan həm də siyasi olaraq varlığını davam etdirə bilməyəcək.
  • Dinə inancın ortadan qalxmasınınbir başqa təhlükəsi, insanların yavaş-yavaş psixoloji problemlərə məğlub olmağa başlamasıdır. Cinayət nisbətlərindəki artım, içki və narkotikə yönəliş, fahişəlik, narahatlıq və qarşıdurma mühiti cəmiyyətin psixoloji baxımdan korlandığının  konkret əlamətlərindəndir. Bunun təbii bir nəticəsi olaraq bir-birinə güvənməyən, bir-birini sevib saymayan, yalnız öz həyat mübarizəsini davam etdirməyə çalışan, cəmiyyətin digər üzvlərini isə bir rəqib hətta bir düşmən kimi görən fərdlər ortaya çıxar. İctimai ədalətsizlik və iqtisadi çətinliklərlə bəslənən bu gərginlik, qısa müddət içində sanki ictimai bir problemə çevrilər və bunun nəticəsində də cəmiyyət parçalanar.
  • Dünya tarixində bir çox xalq, dini dəyərlərinə lazım olan əhəmiyyəti vermədiyində parçalanma təhlükəsi ilə qarşı-qarşıya qalmışdır. Dünyanın hansı bölgəsində olursa olsun dini dəyərlər nə vaxt yox edilməyə, inanc azadlığı nə vaxt təzyiq altına alınmaq istənilsə dövlətə qarşı olan anarxist hərəkətləri zirvəyə çıxmışdır. Məsələn, bəzi kəslər şəxsən dövlət nüfuzunu zəifliyə salmaaxtarışlarına girmiş, mövcud nizamı yıxaraq totalitar rejimlər təsis etməyə çalışmış, əsrlərlə bir yerdə yaşamış milləti düşərgələrdə bölünməyə başlamış, cəmiyyəti sağ-sol qarşıdurmaları ilə vətəndaş müharibəsinin olmasına gətirmiş, sol zərbə xəyalları ilə tətillər, gedişlər, etiraz nümayişləri etmiş və ictimai çalxantılara səbəb olmuşdular.
  • Dini və mənəvi dəyərlərə lazım olan əhəmiyyətin verilməməyi, cəmiyyətlərarası sülhü da hədələyənəhəmiyyətli bir təhlükədir. Din əxlaqının ortaq tolerantlığındabir-birləri ilə uyğun bir şəkildə yaşayan xalqlar, bu tolerantlıq zəmini olmadığı təqdirdə bir-birləri ilə zidd düşəcək, yer üzündə xaos və böyük bir qarışıqlıq meydana gələcəkdir.
Nəticə

Bura qədər etdiyimiz analizlərə və “Dinsizlik, dövləti və milləti yıxan bir təhlükədir” həqiqətinin tarixdəki konkret dəlillərinə dayanaraq söyləyə bilərik ki, bir ölkənin ayaqda qalmasıüçün milli və mənəvi dəyərlərin qorunması və gücləndirilməsi həyati əhəmiyyətə malikdir. Müsəlman Türk Milləti, ən çətin dövrlərində belə müsəlmanların tərəfini saxlamış, mövcudiyyətini, bütünlüyünü və nüfuzunu hər cür şərtə baxmayaraq mühafizə etmişdir. XXI əsri müasir, qabaqcıl və rifah səviyyəsi yüksək bir ölkə olaraq qarşılamaq üçün də bu gözəl xüsusiyyətlərin davam etdirilməsi əhəmiyyətlidir. Türk Milləti, keçmişdə olduğu kimi gələcəkdə də bu istiqaməti ilə dünya millətlərinə nümunə olacaq.
“Din lazımlı bir müəssisədir. Dinsiz millətlərin davam etməyinəimkan yoxdur”, “Din vardır və lazımdır”. M. Kamal Atatürk .

Xoşbəxtliyin sirri

Xoşbəxtlik dünya üzərində hər insanın çatmağa çalışdığı bir anlayışdır. Ancaq ümumiyyətlə insanların gözlədikləri xoşbəxtlik dünyəvi şərtlərə bağlı olan, tamamilə şərtli bir xoşbəxtlikdir. Həmişəlikolan həqiqixoşbəxtliyi isə tam mənası ilə ancaq iman edənlər yaşaya bilərlər. Çünki həqiqi xoşbəxtlik nə insanlara, nə hadisələrə, nə mallara nə də mövqeyə bağlıdır.

Xoşbəxtliyin tək bir sirri vardır, o da Allah sevgisi və Allaha təvəkküldür.

İman edən bir insan bu dünyanın həqiqimahiyyətinin, öz yaradılış məqsədinin, Uca Allahın özünü sınadığının və Ona qulluq etməklə məsul olduğunun şüurundadır. Bu səbəblə, həyatı boyunca, Allahın razılığını, rəhmətini qazanmağa çalışar və möminlərin həqiqi yurdu olan cənnətə girmək üçün səy göstərər.

Xoşbəxtlik isə, Uca Allahın saleh qullarına səmimi imanlarından və bağlılıqlarından ötəri, həm dünyada həm də cənnətdə verdiyi çox böyük bir nemətdir. Möminlərin xoşbəxtliklərinin və dincliklərinin qaynağı yalnız imanlarıdır. Allah, səmimi imanlarına qarşılıq, onların ürəklərinə xoşbəxtliyi və dincliyi bir nemət olaraq hiss etdirir. Möminlərin yaşadığı, şərtlərə bağlı bir xoşbəxtlik deyil, Allah və axirətə iman etmənin gətirdiyi mənəvi bir xoşbəxtlikdir. Bu anlayışdan uzaq yaşayan insanlar isə, iman etmədikləri müddətcə həqiqi xoşbəxtlikdən uzaq qalarlar. Sonsuz güc sahibi Allah, din əxlaqını yaşamamaqlarına qarşılıq bu insanların ürəklərini bədbəxt və çətinliyə salacağını bir Quran ayəsində belə bildirmişdir:
Allah kimi düz yola yönəltmək istəsə, onun köksünü islam (dini) üçün açıb genişləndirər, kimi azdırmaq istəsə, onun ürəyini daraldıb sıxıntıya salar. O, sanki (sıxıntının şiddətindən) göyə çıxar. Allah iman gətirməyənlərə pisliyi belə edər! (Ənam Surəsi, 125)

Möminləri xoşbəxt edən nədir? 

İman etməyən insanlar, ümumiyyətlə axirət həyatının çox yaxın olduğunu və onunla qarşılaşacaqlarını düşünmədən yaşayarlar. Ölümü, ölümdən sonra nələrlə qarşılaşacaqlarını, bütün həyatı boyu əməllərinə görə Allaha hesab verəcəklərini, bunun nəticəsində də cənnət ya da cəhənnəmdə sonsuza qədər qalacaqlarını ağıllarına gətirməz ya da gətirmək istəməzlər. Bu insanları bu cürdavranmağa vadar edənən əhəmiyyətli faktor isə, sonsuz axirət həyatını özlərindən uzaq görmələridir. Bu düşüncədəki insanların istədiyi kimiyaşayacaq daha çox vaxtları vardır. Buna görə heç düşünmədikləri ya da düşünsələr belə reallaşacağına ehtimal vermədikləri bir şey üçün həyatlarını, mənfəətlərini və qurduqları planlarını fəda etmək istəməzlər. Bunu istədiyi kimi çox böyük bir itki olaraq xarakterizə edərlər. Böyük bir səhv edərək, dünya həyatını və dünya mənfəətlərini, axirətdə qazanacaqlarına nisbətlə çox daha yaxın və asan görərlər. Buna görə, dünyaya sıx bağlanıb axirəti gözardı edərlər. Bütün istəklərini bu qısa dünya həyatına sığdırmağa çalışarlar. Bütün həyatlarını Allahı razı edəcək davranışlardan, din əxlaqını yaşamaqdan uzaq keçirər, öz dünyəvi ehtirasları ilə bütün vaxtlarını sərf edərlər.

Dünya həyatına duyulanehtiras isə, insanları bədbəxt edər. Quran əxlaqından uzaq yaşayan bu insanların, dünya həyatında xoşbəxt ola bilməyəcəklərini, həmişəçətinlik içərisində yaşayacaqlarını Uca Allah, Quranda belə bildirir:
Hər kəs Mənim öyüd-nəsihətimdən (Qurandan) üz döndərsə, güzəranı daralar (yaxud qəbir evində şiddətli əzaba düçar olar) və Biz qiyamət günü onu məhşərə kor olaraq gətirərik! (Taha Surəsi, 124)

İman etməyən insanları bədbəxt edən, onlara narahatlıq verən bir başqa mövzu isə, qarşılaşdıqları çətin olan anlarıdır. Bu insanların xoşbəxtliyi tamamilə dünyəvi xeyirvə qazanclara bağlı olduğundan, çətinlik anlarında bu mənfəətlərini də itirmə vəziyyəti ilə qarşı-qarşıya qalarlar. Hər şeyləri buna bağlı olduğundan heç gözləmədikləri bir hadisə ilə bunları itirəcək olmaları, onları böyük bir bədbəxtliyə aparar. Əldə edə bildikləri keçici sevinci də bu yolla tamamilə itirərlər. İçindən çıxa bilməyəcəkləri bir ümidsizliyə qapılarlar.

Möminlərin xoşbəxtliyi isə, çətin hallarda göstərmiş olduqları Quran əxlaqı ilə daha da qalıcı bir hala gələr. Möminlər, həmişə Allahın razılığını düşündükləri, ağıllarını və vicdanlarını həmişə bu istiqamətdə istifadə etdikləri üçün, mənfi kimi görünən vəziyyətlərdən heç vaxt iman etməyənlər kimi mənfi istiqamətdə təsirlənməzlər. Əksinə çətin hallarda göstərəcəkləri gözəl rəftarlarla Uca Allahın razılığını qazana biləcəklərini ümid etdikləri üçün, bu cür halda belə xoşbəxtliklərindən heç bir şey azalmaz.

Möminlərin ürəyində, Allahın razılığını qazanma ümidinin, bu yolda əlindən gələn bütün səyin verdiyi bir sevinc və dinclik vardır. Yaşadıqları bu sevinc onları həm dünya həyatında xoşbəxt və dinc edər, həm də Allahın razılığını daha çox qazanmalarını təmin edəcək olan həvəslərinin ən əhəmiyyətli qaynağını meydana gətirər. Bu sevinc və xoşbəxtlik, insanların iman etmədikləri təqdirdə heç vaxt çata bilməyəcəkləri və təqlid edə bilməyəcəkləri bir sevincdir. Çünki bu Allahın yalnız möminlərə hiss etdirdiyi və Allahın razılığını, rəhmətini və sonsuz cənnətini ümid etmənin verdiyi xoşbəxtlik və dinclikdir.
İmanın sevinci

Möminlər Allaha və Onun yaratdığı taleyəiman etdikləri üçün sevinc və xoşbəxtlikləri daimidir. Bu vəziyyət onların gündəlik həyatlarına da əks olunar və möminlərin xarakterinin təməl qaynağını meydana gətirər. İman etməyənlər isə, Allahdan və Onun ayələrindən xəbərsiz bir şəkildə yaşamanın qarşılığı olaraq həmişə bədbəxt olarlar.

Möminlərin Allaha qarşı duyduqları sevgi, bağlılıq və taleyə olan təslim olmaları, onları maddi və mənəvi olaraq narahat edə biləcək hər cür səbəbi ortadan qaldırar. Çünki mömin üçün həyatı boyunca “pis” olaraq xarakterizə edə biləcəyi heç bir şey yoxdur. Göstərəcəyi Quran əxlaqı ilə Allahın bütün “pis” kimi görünən vəziyyətləri, özü üçün “xeyrə” və “yaxşılığa” çevirəcəyini çox yaxşı bilir. Bu da möminin hər vaxt imanlı bir sevincə və xoşbəxtliyə sahib olmasını təmin edər. Hər kəsin kədərləndiyi, pis olduğu bir mühitdə, onu üzəcək hər hansı bir səbəb mövcud olmadığından, sevincindən və xoşbəxtliyindən heç bir şey azalmaz.

Möminlərin reaksiyaları, imanlı bir sevincə sahib olduğu üçün hər vaxt səmimi olarlar. Hər vaxt Allaha təvəkkül etdikləri üçün, hərəkətləri və rəftarları qarşılarındakı insanlara da böyük bir dinclik və sevinc verər. Bu baxımdan hər kəs bir möminlə danışmaqdan və yoldaşlıq etməkdən böyük zövq alar. Çünki həqiqi mənada səmimiyyətə və sevincə yalnız möminlər malikdir. Onsuz da ətrafındakı hər kəs də onun bu halını çox açıq bir şəkildə hiss edər. Mömin, Allahın özünə vermiş olduğu bu bənzərsiz nemət sayəsində yaşamaqdan zövq alan, həqiqi mənada gözəl vaxt keçirən, xoşbəxt olan və gülən tək adamdır. Çünki möminlər hər şeyin idarəsinin Allahın iradəsində olduğunu bilərlər. Allah bu mövzunu bir ayədə bu şəkildə bildirməkdədir:
De: “Allahın bizim üçün (lövhi-məhfuzda) yazdığından başqa bizə heç bir şey üz verməz. O bizim ixtiyar sahibimizdir. Buna görə də möminlər yalnız Allaha təvəkkül etsinlər!” (Tövbə Surəsi, 51)

Din əxlaqından uzaq yaşayan insanlar ümumiyyətlə gözəl vaxt keçirmənin, sevincin və sevginin zövqünü həqiqi mənadayaşaya bilməzlər. Bu insanların böyük əksəriyyəti zamanla yaxşı vaxt keçirir və ya əylənirmiş kimi görünsələr də, bu vəziyyət yaşadıqları həyatın bütövlüyünəhakim ola bilmir. Çünki əksəriyyətinin yaşadıqları problemləri düşünmələri və onları özlərinin həll edəcəklərini zənn etmələri, həyatlarının hamısınaəks olunmaqda, çətinlik və gərginlik yaratmaqdadır.

Möminlər isə Allaha səmimi bir şəkildə iman etmələrinin bir qarşılığı olaraq, Allahın onlara hiss etdirdiyi “həqiqi” sevinclə dolu bir həyat davam etdirdikləri üçün, onların aldıqlarızövq və xoşbəxtlik ən üst səviyyədədir.
Daimixoşbəxtlik yalnız möminlərindir

Nəticə olaraq, möminlər, içində olduqları şərtlər nə olursa olsun, həmişə Allaha güvənən, həmişə Ona yönəlib dönən, həmişəOnu razı etməyi düşünən və Quran əxlaqından əsla əksik etməyən bir əxlaqa sahib olduqlarından, Allahın heç bitməyən rəhməti, fəzli və sevgisi həmişə onların üzərindədir. Uca Allah, Özünə iman edənləri heç bir zaman tək və köməksiz buraxmayacağını vəd etmişdir. Allah, Öz yolunda səmimi bir şəkildə səy göstərən, heç bir şübhəyə qapılmadan mallarını və canlarını Allahın razılığını qazanmaq üçün sevərək xərcləyən bu sadiq qullarını, etdiklərinə gözəl bir qarşılıq olaraq içində sonsuza qədər qalacaqları, nemətlərlə təchiz edilmiş cənnətlərlə müjdələmişdir:
Onlara dünyada da, axirətdə də müjdə vardır. Allahın sözləri (verdiyi vədlər) heç vaxt dəyişməz. Bu, böyük qurtuluşdur (uğurdur)! (Yunus Surəsi, 64)
O kəslər ki, Allaha iman gətirmiş və qəlbləri Allahı zikr etməklə aram tapmışdır. Bilin ki, qəlblər (möminlərin ürəkləri) yalnız Allahı zikr etməklə aram tapar! (Rəd Surəsi, 28)

Bütün problemlərin həlli: İman zəifliyini ortadan qaldırmaq

Dünyanın bir çox ölkəsində yaşanan müxtəlif problemlərin əsl qaynağı iman zəifliyidir. İnsanların əsl ehtiyacı olan, imanlarının qüvvətlənməsi, mənəviyyatlarının möhkəmləndirilməsidir. Bu vəziyyətdə əvvəlcəiman zəifliyini ortadan qaldırmaqdır.

İman edən bir insan həyatının hər anında gözəl rəftarlar göstərməklə; yalnız rəftar və hərəkətlərinə deyil, danışmalarına da həmişə diqqət göstərməklə cavabdehdir. Həmişə, hər mühitdə, danışılan hər söhbətdə, yazılan hər yazıda Allahın razı olacağı ümid edilən və Müsəlmana yaraşan bir üslub istifadə etməlidir. Xüsusilə yazılı ya da şifahi mətbuat yolu ilə geniş kütlələrə xitab edən insanlar, bu mövzuda böyük bir məsuliyyət altında olduqlarının şüurunda olmalıdırlar. Bu kəslər Allahın güc və qüdrətinin anlayışında olan insanlar olaraq daim Allahın Şanını ucaltmalı, halal və haram sərhədlərinə diqqət yetirməli, din ilə əlaqədar ifadələrdə hörmətsizlik etməmək üçün son dərəcə ehtiyatlıdavranmalı, sözün ən gözəlini söyləməyə diqqət göstərməlidirlər. Ayədə Rəbbimiz belə buyurur:
Məgər Allahın necə bir məsəl çəkdiyini görmürsənmi? Xoş bir söz kökü yerdə möhkəm olub budaqları göyə ucalan gözəl bir ağac kimidir. Allah insanlar üçün belə misallar çəkir ki, bəlkə, düşünüb ibrət alsınlar! (Ağacın kökü yerdə, budaqları göydə olduğu kimi, möminin də imanı qəlbində sabit qalır, əməlləri isə göyə. (İbrahim Surəsi, 24-25)

Gözəl sözə təşviq edilməsi niyə əhəmiyyətlidir?

Gözəl söz; insanları Allaha çağıran, Quran əxlaqına uyğun gəlməyə dəvət edən, hadisələrdəki xeyir istiqamətini vurğulayan, ümidsizliyə aparan ifadələrdən uzaqsözdür. Quran-i Kərimin bir çox ayəsində, iman edənlərin gözəl söz söyləmələri və gözəl sözə uyğun gəlmələri tövsiyə edilmişdir. Buna baxmayaraq indiki vaxtda bir çox məqalədə lazım olandan çox daha fərqli bir üslub istifadə edilə bilməkdədir. Daha çoxsiyasi mövzuların yazıldığıqəzet və jurnallardakı məqalələrdə, insanları narahatlığa aparanmövzularda, lağa qoyan, ümidsiz, şikayətçi, həmişəmənfəətlərin dilə gətirildiyi bir üslub istifadə edilir. Məsələn dünyanın bir çox ölkəsindəki müsəlmanların məruz qaldıqları zülm, şikayətçi bir üslubdan istifadə edərək, mənfi hallar seçilərək, heç bir həll yolu ortaya qoyulmadan deyilə bilər. Halbuki belə bir üslubun istifadə edilməsi, kifayət qədər məlumat sahibi olmayan bəzi müsəlmanları ümidsizliyə sala biləcəyindən son dərəcə səhv və təhlükəlidir. İnsanlara faydası olmayan, oxuyana yalnız vaxt itirdən boş ifadələrlə dolu bu tərz yazıların, mövcud problemlərin heç birinə həll ola bilməyəcəyi də açıqdır.

Yazılı mətbuatda zamanla qarşımıza çıxan bu səhv üslub, eyni şəkildə bəzi televiziya proqramlarında da istifadə edilir. Bir çox proqram ümumiyyətlə həm istifadə edilən üslub həm də məzmun olaraq insanların boş vaxt keçirəcəkləri tərzdə hazırlanır. Bir çox kanalda rəqabət adı altında, eyni növdən, insanları düşündürməkdən və inkişaf etdirməkdən uzaq proqramlar yayımlanmaqdadır; insanların əsl ehtiyacı olan Allah sevgisi, iman həqiqətləri, gözəl əxlaq kimi həyati mövzular isə sanki görməzlikdən gəlinir. Bu cür hal qarşısında çoxlu insana mənfi təsir göstərir, sanki uyğunlaşmaqda və keylik halında bu kəslərin az qala bütün həyatlarına da təsir edir. İnsanlar bir müddət sonra, götürdükləri bu mənfi tərzlə yaşanan zülmlərə və haqsızlıqlara qarşı ya tamamilə maraqsız qalmaqda ya da yalnız qorxu, narahatlıq və ya ümidsizlik ilə reaksiya verə bilməkdədir.

İnsanları əyləndirən, onları qorxu və ümidsizliyə salıb passivliyə aparan yazı, xəbər və proqramların istehsalından tez müddətdə imtina edilməlidir. Nəşr siyasətləri, mənəvi xəstəliklərə çarə olacaq şəkildə yenidən təşkil edilməlidir.
İman zəifliyini ləğv etmənin yolları

Qəzet və jurnallardakıyazılarda iman mövzularından yazılmalı, yerli və milli televiziya kanallarında mənəviyyatı gücləndirəcək təlimatçı proqramlar efirə getməlidir. İman həqiqətləri, Allahın yaratmasındakı faktlarizah edilməlidir. İnsanlara, hər hadisənin Allahın idarəsində reallaşdığı, hər hadisədə xeyir olduğu həqiqətihəmişəyada salınmalıdır. Tez-tez istifadə edilən pessimist üslub tərk edilməz və insanların imanlarını qüvvətləndirəcək mədəni fəaliyyətlər edilməz isə problemlər hər zamanartar, mövcud problemlərə də həll tapıla bilməz. Bir Quran ayəsində ümidsizliyin iman etməyən kəslərə aid bir xüsusiyyət olduğu belə bildirilmişdir:
Oğullarım, gedin də Yusuf ilə qardaşından (həssas bir araşdırma ilə) bir xəbər gətirin və Allahın rəhmətindən ümid kəsməyin. Çünki kafirlər birliyindən başqası Allahın rəhmətindən ümid kəsməz. (Yusuf Surəsi, 87)

Quranda da açıqca bildirildiyi kimi, ümidsizliyə düşmək müsəlmana yaraşmayacaq bir hərəkətdir. Buna görə iman edənlərin maarifləndirilməsi və imanlarının sağlamlaşdırılması üçün müsəlman Türk Millətinə xüsusilə də mətbuat və televiziyada vəzifə alan şəxslərə böyük məsuliyyət düşür. Bu mövqedəki insanlar yazdıqları yazılarda, hazırladıqları proqramlarda xalqımızın mənəviyyatını sağlamlaşdırmağa, onlara gözəl əxlaqı izah etməyə diqqət göstərməli, bunları edərkən lağa qoymamağadiqqət yetirməlidirlər.

0 yorum:

Yorum Gönder