SATANİZMİN İDEOLOJİ TƏMƏLİ: DARVİNİZM

Satanizm, şiddəti və vəhşiliyi dini ayin halına gətirən azğın bir ideologiyadır. Şeytanı ilah qəbul etdiklərini söyləyən satanistlər, insanlıqdan kənar fəaliyyətlərivə qanlı cinayətləri bir ibadət düşüncəsi ilə yerinə yetirirlər.

Bir çox insan satanizm deyildiyində bunu yalnız psixoloji nöqteyi-nəzərindən gənclər arasında məşhur olan, mistik bir axın olduğunu düşünür. Ya da baxdığı filmlərin təsiri ilə satanistlərin sadəcə qəribə ayinlərə sahib, ağlıyerində olmayan insanlar olduğunu düşünür. Satanistlərin əsası vəhşilik olan, vahiməli ayinlərə sahib olduqları doğrudur. Ancaq bir çox insanın diqqət etmədiyi bir şey, satanizmin keçmişi 1800-cü illərə qədər uzanan materialist, şiddət tərəfdarı və ateist ideologiya olduğudur. Üstəlik bu ideologiyanın dünya səviyyəsində çoxlu sayda tərəfdarı var.

  

Satanizmin təməl xüsusiyyəti bütün dini dəyərləri rədd etməsi və şeytanı ilah qəbul etdiyini söyləyərək, cəhənnəmi bir cür qurtuluş olaraq görməsidir. Satanizmə görə insan heç bir şeyə görə məsuliyyət daşımır, tək məsuliyyəti nəfsinin özünə əmr etdiklərini yerinə yetirməsidir. Bu vəziyyətdə əgər nəfsi insana hirslənməyi, kin tutmağı, intiqam almağı, yalan danışmağı, oğurluq etməyi, zərər vurmağı, öldürməyi əmr edirsə bunun edilməsində bir qorxu yoxdur. Satanizmin bunu müdafiə edərkən qarşıya qoyduğu təməl məntiq isə, pisliyin qarşısının alınmasını səmimiyyətsizlik olduğunu iddia etməsidir. Yəni bu azğın  inanışa görə, nəfsi insana qarşısındakı adamı öldürməsini söyləyirsə və əgər insan bunu yerinə yetirmirsə dürüst davranmamış olur.

Satanistlərin kitablarında, jurnallarında, nəşr etdikləri yazılarda və internet saytlarında özlərini tanıdarkən ən çox diqqət çəkən məsələlərdən biri, “insanları bir növ inkişaf etmiş heyvan olaraq” gördükləri, “həyatın əsl mənasının mübarizə olduğunu” söylədikləri, “ancaq güclü olanın həyatda  qala biləcəyini” müdafiə etdikləri cümlələrdir. Bu vəziyyət satanistlərin fikirlərinin ideoloji təməlinin Darvinizm olduğuna dair əhəmiyyətli sübutdur. Necə ki bir çox satanist də bunu açıqca dilə gətirməkdən çəkinmir.  “A Description of Satanism” (Satanizmin Təsviri) adlı bir yazıda, satanist yazıçı ideologiyasını belə açıqlayır:
 
...Əvvəla bütün insanlar ictimailəşmiş heyvanlardır... Bütün insanlar və heyvanlar ortaq bir bioloji keçmişə malikdir. Satanizm insanların inkişaf etmiş bir heyvandan başqa bir şey olmadığını müdafiə edir. Bizim başqalarına qarşıüstünlüyümüz yoxdur, biz yalnız təkamülləşmə və həyatda qalma şansına sahib olan insanlarıq.
  
Satanizmin Qərb cəmiyyətlərini üstün görən sosial Darvinist düşüncəsi, faşizmlə bərabər bir çox irqçi və şovinist axınla uyğunluq göstərməsinə və hətta çox vaxt bu axınlarla əməkdaşlıq etməsinə səbəb olmuşdur. Hitlerin Nasyonel Sosialistləri, Mussolininin Qara Köynəkliləri arasında satanizmə inanan bir çox adama rast gəlmək mümkündür. Bu əməkdaşlıq Anton LaVey tərəfindən belə dilə gətirilir:
 
Bu müqəddəs olmayan bir ittifaqdır. Bu fikiri müdafiə edən çox fərqli insanlar keçmişdə bizimlə müqavilə bağladılar. Hekayələri, işıqları və xoreoqrafiyaları ilə milyonlarla insanı istiqamətləndirən Alman Nasyonel Sosialist partiyasının Anti-Xristian gücü satanistlərə səmimi olaraq bağlı idi.
 

Bu axınlarla satanizm arasındakı ən əhəmiyyətli ortaq məxrəc isə Darvinizmdir. Bütün bu azğın ideologiyaların əsasını təşkil edən sosial Darvinizmi, satanistlər bu sözlərlə müdafiə edirlər:
 
Güclü olanın həyatda qalması prinsipi, fərdin həyatda qalıbqala bilməməyindən, tək başına millətlərin ələnilməsinə qədər cəmiyyətin hər səviyyəsinə tətbiq oluna bilər...

Zəiflər sosial Darvinizmin nəticələrini görməyə başladıqca dünya əhalisinin sayında sistemli şəkildə azalma olacaq. Çünki təbiət hər zaman uşaqlarını bir tərəfdən gücləndirir bir tərəfdən təmizləyir. Biz həqiqətlərdən bəhs edirik və bunu varlığın təbiətinə zidd olan bir utopiyaya çevirməyə çalışmırıq.
 
Satanistlərin sosial Darvinizmə olan yaxınlıqlarınınbir başqa ifadəsi, faşizmin məhsulu olan öjeni nəzəriyyəsini böyük bir hərarətlə müdafiə etmələridir. Şikəst və xəstə insanların cəmiyyətdən təmizlənməsini və sağlam fərdlərin cütləşdirilərəkçoxaldılmasını nəzərdə tutan öjeni nəzəriyyəsi, xüsusilə NasistAlmaniyasında tətbiq sahəsi tapmışdır. Öjeni nəzəriyyəsinə görə, sağlam heyvanları bir-birləri ilə cütləşdirərək yaxşı heyvan cinsləri əldə edilirsə, insan irqi də islah edilə bilər. İnsan irqinin islah edilməsinə mane olan ünsürlər isə (şikəstlər, xəstələr, ruhixəstələri və s.) cəmiyyətdən təmizlənməlidir. Nasist Almaniyasında bu məntiqə dayanaraq on minlərcə irsi xəstələr və ruhixəstələr mərhəmətsizcəsinə öldürülüblər.

Satanizm də bu cür qorxunc cinayətləri müdafiə edir. Satanistlərin öjeniyə olan baxışları öz mənbələrindəbu şəkildədir:
 
Satanistlər həmçininöjeni nəzəriyyəsinin həyata keçirilərək təbiət qanunlarının inkişaf etdirilməsi üçün yollar axtarırlar... Bu, artma qabiliyyəti olan insanlara dəstək verərək, gen hovuzunu insanlığın daha sürətli inkişaf etməsini təmin edə biləcək şəkildə inkişaf etdirilməsidir. Bu dünya səviyyəsində ümumiyyətlə tətbiq olunan bir üsuldur... Genetik kodlar açılana qədər və soyumuzu davam etdirəcək olanları seçmə imkanımız olana qədər satanistlər ən yaxşıların ən yaxşılarla birləşməsini müdafiə edirlər.
 
Satanizmin necə bir təhlükə olduğunu tədqiq edərkən, satanistlər tərəfindən edilən bir təsbitin unudulmaması lazımdır. Satanistlərə saylarının nə qədər olduğunusoruşduqda, saylarınınçox olduğunu, çünki özləri fərqində olmasalar da satanizmi yaşayan çoxlu sayda insan olduğunu iddia edirlər. Əslində bu bir baxıma doğrudur. Çünki satanistlərin müdafiə  etdiyi fikirlər indiki vaxtda şüurlu və ya şüursuz olaraq bir çox insan tərəfindən bölüşülür. Çünki insanın vicdanının səsini dinləməyib, gözəl əxlaqlı bir həyat yaşamamağı, nəfsinə və şeytanın əmrlərinə boyun əyməsi deməkdir. Satanistlərin bu günə qədər səbəb olduqları bəlalar düşünüldüyündə, belə insanlardan ibarət olan bir cəmiyyətin səbəb olacağı nəticə aydındır.

Satanizmin təməli olan, insanın bir növ heyvan olduğu iddiası isə tamamilə bir boş sözdən ibarətdir. İnsan təsadüflər nəticəsində ortaya çıxmış bir varlıq deyil. Bütün kainatdakı nizamın və əzəmətin olduğu kimi insanın da Yaradıcısı, üstün, güclü, hakim və hər cür nöqsandan münəzzəh olan Allahdır. Allah insanları, düşünə bilən, yaxşını pisdən ayırma qabiliyyətinə sahib, Allaha qarşı məsuliyyəti olan varlıqlar olaraq yaradıb. Hər insanın nəfsi özünə pisliyi əmr etdiyi kimi, vicdanı da pis əməldənçəkinməyi və qorunmağı əmr edir. İnsanın məsuliyyəti isə nəfsinin deyil vicdanının səsini dinləmək və Allahın razı olacağı bir əxlaq göstərməkdir. İnsanın göstərəcəyi gözəl əxlaq həm özünün və içində yaşadığı cəmiyyətin dinc və rahat həyat yaşamasını, həm də axirətdə, Allahın icazəsi ilə, ən gözəl qarşılığı almasını təmin edəcək.

  

Yaddan çıxarılmayacaq çox əhəmiyyətli bir həqiqət isə, şeytanın insanlara bəzəyib cazibədar göstərdiyi həyatın böyük bir aldanışdan ibarət olduğudur. Şeytan insanlara, dünya həyatında müxtəlif vədlər verəbilər, onları doğru yoldan çəkindirməyə çalışa bilər, ancaq unudulmamalıdır ki şeytanın insanları dəvət etdiyi yol, ona tabe olan insanların fəlakəti olacaq. Çünki şeytan və onun tərəfdarları elə ilk başdan uduzmuşdur. Quranda bu gerçəyi bizə xəbər verən ayələrdən bəziləri bunlardır:
Onlar Allahı qoyub, yalnız qadın bütlərə yalvarır və yalnız üsyankar şeytana sitayiş edirlər. Allah (şeytana) lənət etdi. O isə dedi: “Mən Sənin qullarından müəyyən bir qismini hökmən ələ alacağam. Mən onları mütləq (doğru yoldan) azdıracaq və xülyalara salacağam; onlara mal-qaranın qulaqlarını kəsməyi buyuracaq və Allahın yaratdıqlarına dəyişiklik verməyi əmr edəcəyəm”. Allahı qoyub şeytanı özünə himayədar tutan şəxs açıq-aşkar ziyana uğramışdır. (Nisa Surəsi, 117-119)

0 yorum:

Yorum Gönder