İNSANIN YARADILIŞINA ƏN UYĞUN OLAN DİN: İSLAM DİNİ

İnsan yarandıqdan bəri mərhəmətdən, sevgidən, şəfqətdən və gözəl əxlaqın hər şəklindən xoşlanar. Özünə həmişə bu şəkildə davranılmasını istəyər. Zülmdən, əxlaqsızlıqdan və pisliyin hər cüründən nifrət edər və onlardan uzaq olmağa çalışar. Belə hiss etməsi, Allahın diləməsi ilədir. Allah, insanın fitrətini, vicdanını bu şəkildə yaratdığı üçün insan, gözəllikdən xoşlanıb pis şeylərdən uzaq olar.

Allahın Quranda əmr etdiyi əxlaq xüsusiyyətləri bunlardır; mərhəmətli, şəfqətli, ədalətli, etibarlı, dürüst, təvazökar bir insan olmaq və zülmdən, haqsızlıqdan, pislikdən çəkinməkdir. Digər bir deyişlə, Allahın seçib bəyəndiyi İslam diniylə insandan istədikləri ilə, insanların təbii olaraq yaşamaq istədikləri, açar və onun açdığı kilid kimi, bir-birinə tam bir uyğunlaşma halındadır. Allah bu həqiqəti Quranda belə xəbər verir:
 Elə isə üzünü Allahın fitri olaraq insanlara verdiyi dinə (islama) tərəf tut. Allahın dinini (Onun yaratdığı tövhid dini olan islamı) heç vəchlə dəyişdirmək olmaz. Doğru din budur, lakin insanların əksəriyyəti (haqq dininin islam olduğunu) bilməz. (Rum Surəsi, 30)

İnsanlar dinin gətirdiyi gözəl əxlaqı yaşamadıqlarında özlərinə zülm edərlər
İnsanlar, Allahın insanlar üçün seçib bəyəndiyi gözəl əxlaqı yaşamadıqları müddətcə özlərinə zülm etmiş olarlar. Çünki yaradılışlarına uyğun olan davranışı, əxlaqı göstərməyərək öz quruluşlarınatərs düşən iş görərlər və bu da həm vicdani olaraq narahat olmaları, həm də başqa insanları narahat etmələri ilə nəticələnər. Bu insanların özlərinə zülm etdiklərini Allah bir ayəsində belə bildirir:
Həqiqətən, Allah insanlara zərrəcə zülm etməz, lakin insanlar özləri özlərinə zülm edərlər! (Yunus Surəsi, 44)
Unudulmamalıdır ki, İslam əxlaqı ancaq səmimi olaraq içdən gələn bir istəklə, könüldən yaşana bilər və Allah belə bir imanı məqbul sayacağını bildirər. Zorakılıqlayaşadılan din Allah qatında qəbul edilən olmadığı kimi, Quranda münafiq olaraq adlandırılan ikiüzlü insanların çoxalmasına səbəb olar. Bu da, cəmiyyətə zərərli olacaq bir quruluşun meydana gəlməsi deməkdir. Allah, din adına insanların məcbur edilməməyini belə əmr etmişdir.
Dində məcburiyyət (zorakılıq) yoxdur. Artıq doğruluq (iman) azğınlıqdan (küfrdən) ayırd edildi. Hər kəs Taqutu inkar edib Allaha iman gətirsə, o, artıq ən möhkəm bir ipdən (dəstəkdən) yapışmış olur. Allah (hər şeyi olduğu kimi) eşidəndir, biləndir! (Bəqərə Surəsi, 256)
Bu səbəbdən İslam dini heç bir sahədə insanların üzərində bir təzyiq meydana gətirməz və insanlara həqiqi fikir və vicdan azadlığını qazandırar. Dinin gətirdiyi gözəl əxlaqı yaşayan insan, heç bir şəkildə məhdudlaşdırılmaz. Ürəkdən bu inanclarınıyaşadığı üçün hər vaxt dinc, rahat və xoşbəxt olar.
 
Gözəl əxlaq dinclik və azadlıq gətirər

Dinin gətirdiyi əxlaq modelini bilməyən və bunu yaşamayan insanlar möminlərin azadlığına sahib ola bilməzlər. Çünki, cəmiyyətə bir çox lazımsız qayda və ənənə vardır. Hər cəmiyyət, özünə çox sayda dəyər və ölçü qoyar, qaydalar meydana gətirər və Allahın verdiyi azadlıqları öz əlləri ilə məhdudlaşdırar. Məhz dindən uzaq olan insanlar, həm ətraflarındakı bu cəmiyyətin cahil qaydaları, həm ətrafdakı insanların sanksiyaları, həm də öz özlərinə qoyduqları gərəksiz prinsiplər səbəbi ilə mənəvi azadlıqdan məhrum olarlar.

İnsanı ətrafındakı cəmiyyətdən daha da böyük bir təzyiq altına alan güc, nəfsindəki eqoist ehtiraslardır. Bu eqoist ehtiraslar insana həmişə narahatlıq verər. Daimi bir etibarsızlıq və gələcək qorxusu aşılar. İnsan, nəfsindəki bu mənfi güc səbəbi ilə sonu gəlməyən bir ehtiras içində boğuşar. Nəfsi, ona həmişədaha çox mal yığmasını, daha çox pul qazanmasını, özünü insanlara bəyəndirmək üçün daha çox çalışmasını əmr edər. Halbuki bu ehtirasların təmin edilməsi mümkün deyil. Zəngin olmaq böyük bir ehtirasdır, ancaq bu təmin edildiyində yeni ehtiraslar gələcəkdir. Qısacası dünyaya istiqamətli yaşanan bütün ehtiraslar, sonsuz bir dövr içindədir. Baxbu cahiliyyə sistemindən insana ancaq Allaha iman edib həyatını Ona təslim etməklə xilas olar. Allahın Qurandakı ifadəsi ilə "... kimnəfsinin xəsisliyindən (tamahından) qorunub saxlanılan kimsədirsə – məhz onlar nicat tapıb səadətə (Cənnətə) qovuşanlardır! (Həşr Surəsi, 9)
 
İnsan bu ehtirasların əsiri olmaqdan xilas olanda azad olar. Artıq onun həyatının məqsədi sonu gəlməz ehtirasları təmin etmək deyil. Həyatının məqsədi, yalnız Allahın məmnuniyyətini qazanmaqdır ki, insan onsuz dabunun üçün yaradılmışdır.

Allahın insanlara elçi olaraq göndərdiyi rəsullar, tarix boyunca insanları nəfslərindəki ehtiraslara ya da başqa insanlara qul olmaqdan xilas olmağa və yalnız Allaha qul olmağa dəvət etmişlər. İnsanlar, yaradılış məqsədlərinə zidd olan bu azğınlıqlardan xilas olduqda nicat taparlar. Məhzbu səbəblədir ki, Allah Quranda Elçisini, möminlərin “ağır yüklərini, üstlərindəki zəncirlərini endirən” adam olaraq təsvir edir.
 
Din asan qılınmışdır

İslamın insan fitrətinə uyğun olmasının bir başqa səbəbi, asan olmasıdır. Allah, insanın yaradılışına uyğun olaraq endirdiyi dini, eyni zamanda yaşaması üçün asan etmişdir. Allah bu həqiqətibir ayədə belə vurğulamışdır: 
Allah istər ki, üzərinizdə olanı (ağırlığı) yüngülləşdirsin, çünki insan (şəhvətini cilovlamaq və itaətin çətinliyinə dözmək baxımından) zəif yaradılmışdır. (Nisa Surəsi, 28)
Bu asanlıq, ibadətlər üçün də geçərlidir. Məsələn: Allah, Ramazan ayında tutulması fərz qılınan oruc ibadəti ilə əlaqədar bir ayədə belə buyurur:
Ramazan.... İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və (haqqı batildən) ayıran (Quran) o ayında nazil edilmişdir. Bu aya yetişən şəxslər (bu ayı) oruc tutmalıdırlar; xəstə və ya səfərdə olanlar isə tutmadığı günlərin sayı qədər başqa günlərdə tutsunlar. Allah sizin üçün ağırlıq deyil, yüngüllük istər ki, fövtə gedən günlərin orucunu tamamlayasınız və sizi düz yola yönəltməsinə görə Ona (“Allahu əkbər” deməklə) təzim və şükür edəsiniz. (Bəqərə Surəsi, 185)
Nəticədə İslam, insanın yaradılışına tamamilə uyğun bir dindir. Çünki İslamı seçib din edən, insanı da yaradan Allahdır. Allah, yaratdığı qullarına asanlıq diləmiş, onların ehtiyac və istəklərinə ən uyğun əxlaq və həyat modelini bildirmişdir. Rəbbimiz, bir ayədə belə buyurur: 
Bu gün kafirlər dininizdən əllərini üzdülər. Bu gün dininizi sizin üçün kamil etdim, sizin üçün din olaraq islamı bəyənib seçdim. (Maidə Surəsi, 3)

0 yorum:

Yorum Gönder