ŞEYTANIN ƏMRİ: “DÜŞÜNMƏYİN”!

Düşünmə qabiliyyəti insana qısa dünya həyatında verilən ən böyük nemətlərdən biridir. Çünki insan ancaq dərin düşünərək Allahın sonsuz gücünün, kainatdakı qüsursuz sənətinin fərqində olur. Düşünən bir insan dünya üzərindəki hər bir şeyin bir çox hikmətlə yaradıldığını, ölümün yaxın olduğunu və dünya həyatında yerinə yetirməsi lazım olan bəzi məsuliyyətləri olduğunu qavrayar. Quranda bir çox ayədə ancaq düşünən insanların öyüd ala biləcəyi, Allahın varlığının dəlillərini ancaq onların görə biləcəyi bildirilmişdir. Necə ki, Quranın nazil edilmə məqsədi “(Ya Peyğəmbər! Bu Quran) sənə nazil etdiyimiz mübarək (xeyir-bərəkətli) bir Kitabdır ki, (insanlar) onun ayələrini düşünüb dərk etsinlər və ağıl sahibləri də (ondan) ibrət alsınlar! (Sad surəsi, 29)” ayəsində xəbər verildiyi kimi, insanların yaxşı düşünmələridir.

Lakin insanların böyük qismi düşünməyi çətinlik kimi görür. Hətta bu insanlar düşünməyin həyat və nizamlarına zərər verəcəyinə inanırlar. Bu anlayışa görə, “zərərlərin ən əhəmiyyətlisi” insana dünya həyatlarındakı məsuliyyətlərini xatırlatmaq, içində olduqları qəflət halından onları çıxarmaqdır. Çünki düşünməmək insanı zehnin tamamilə boşaldıldığı bir növ yuxunun içinə aparar. Bu yuxu sanki bir cadu kimi adama bütün məsuliyyətlərini, özünün nə üçün var olduğunu, həyatdakı məqsədini, bir gün öləcəyi həqiqətini unutdurar. Bu yuxunun başqa bir növü isə özlərinin dünya həyatının gündəlik və təkrarlanan işlərinə ələ vermələridir. Bəlkə bu insanlar gün içində bir çox şey düşünən, qərar verən, yaxud da məsələ həll edirmiş kimi görünə bilərlər. Amma həqiqətdə düşündükləri şeylər gündəlik boş-boşuna çalışmaq təfərrüatından başqa bir şey deyil. Bu düşüncələrin heç biri insanın yaradılış məqsədi, dünya həyatının gəlib-keçici olduğu və hər canlının bir gün gəlib torpaq olacağı ilə əlaqədar deyil. Əzbərlənmiş, öyrədilmiş, qəliblənmiş, alışılmış hərəkət, söhbət və davranışlar insanların bütün həyatını o qədər örtür ki, özləri üçün həyati əhəmiyyətə malik həqiqətlər üzərində düşünməyi lazım belə bilməzlər.

Ancaq bu böyük bir səhvdir, çünki dünyadakı hər şey bir məqsədlə var edilmişdir. Allah kainatdakı hər şeyi insanların üzərində düşünmələri üçün yaratmışdır. Necə ki, Allah Quranda, “…əməldə daha gözəl olduğunu sınamaq üçün ölümü və həyatı...(Mülk surəsi, 2)” yaratdığını bildirmişdir. İnsan qısa dünya həyatı boyunca bütün etdikləri ilə sınanmaqdadır. Özünü yaradan və ölümündən sonra təkrar dirildib hesaba çəkəcək olan Allaha qarşı böyük məsuliyyəti vardır. Quranı oxumaq, dinləmək, ayələr üzərində düşünmək və anlayıb tətbiq etmək də iman edən bir adamın ən öndə gələn vəzifələrindən biridir. Allah bu həqiqətə “Məgər kəlam (Quran) haqqında düşünüb daşınmırlarmı? Yaxud onlara ulu babalarına gəlməyən bir şey gəldi? (Muminun surəsi, 68)” ayəsi ilə diqqət çəkir.

Düşünən adam kainatdakı bu qədər incə nizamın və qüsursuz dizayn nümunələrinin təsadüfən meydana gələ bilməyəcəyinə, var olan hər şeyin bir yaradıcısı olduğuna qərara gələcək. Ətrafındakı yaradılış möcüzələrini dərin-dərin düşündükcə Allahın varlığının dəlillərini, Onun yaratdığı məxluqatdakı hikmətləri görərək Allaha təslim olacaq və yalnız Onun rizasını qazanmaq üçün yaşayacaq. Bu həqiqətin fərqində olan şeytan insanların qəflət içində bir həyat sürmələrini, Allahın ayələrindən uzaq dayanmalarını, bunun üçün də düşünməməklərini istəyər. Allah şeytanın bu hədəfini bu şəkildə bildirir:
 
(İblis) dedi: “…Sənin düz yolunun üstündə oturub insanlara (Sənə ibadət və itaət etməyə) mane olacağam! Sonra onların yanına qarşılarından və arxalarından, sağlarından və sollarından gələcəyəm (soxulacağam)…” (Əraf surəsi, 16-17)
 
Şeytan bu son hədəfinə çatmaq üçün, insanları qəflətə düşürən xüsusi mühitlər hazırlayır. Belə ki, insanların zəif yönlərindən istifadə edib incə planlar qurur, ssenarilər hazırlayır və bunları insan nəfsinin ən çox xoşlayacağı və ən çox zövq alacağı hala gətirməyə çalışır. Dindən uzaq insanlar da belə mühitlərdə iman edənlərin əksinə olaraq Allahı unudub, axirəti heç düşünmədən qəflətə düşüb bir ruh halına dönərlər.

Qəflətə qapılıb həqiqətlərdən qaçan insan ölüm mələklərini heç gözləmədiyi bir anda qarşısında gördüyündə isə artıq hər şey üçün çox gec olur. Çünki adam dünya həyatını boş əməllərlə, çirkin davranışlarla keçirmiş və Quran ayələrini düşünməkdən şiddətlə qaçmışdır. Düşünməmək üçün müxtəlif üsullar sınamış, şeytanın oyunlarına aldanmışdır. Halbuki ölümü, həyatın keçiciliyini, Allaha qarşı məsuliyyətlərini düşünən bir adamın belə qafil bir halı qəbul etməsi mümkün deyil. Allahın hər an canını ala biləcəyini bilən, ölümün nə qədər yaxın olduğunun fərqində olan, ağzından çıxan hər sözdən, ağlından keçən hər düşüncədən və etdiyi hər hərəkətdən hesaba çəkiləcəyinin şüurunda olan bir adam hansı bir mühitdə olursa-olsun bu gerçəkləri unutmaz, ağlından çıxarmaz və qəflətə qapılmaz.

Unutmaq olmaz ki, bir məkanda Quran əxlaqına uyğun şəkildə əylənməyin yerinə həddini aşan bir adama da, buna təşviq edənlərə də ölüm eyni yaxınlıqdadır. Bəlkə də o adam çölə çıxar-çıxmaz ölüm mələkləri ilə qarşılaşacaq, heç gözləmədiyi bir anda özünü hesab verdiyi halda görəcək.

Budur, ölüm insana bu qədər yaxın ikən adamın qəflət içində həyatına davam etməsi əyləci sıradan çıxmış yük maşınının sürətlə üstünə gəldiyini gördüyü və vurub onu parçalayacağını bildiyi halda imkanı var ikən qarşısından çəkilməməyinə bənzəyir. Adam ömrü boyu yüzlərlə, minlərlə coşqunluqlar sərgiləsə və hətta bütün həyatını belə keçirsə də, ölüm mələkləri canını alarkən bütün yaşadıqlarını geridə buraxacaq. Əgər insan bu zamanlarını Allahın varlığından qafil bir halda keçirmişsə, o gün cahiliyyə cəmiyyətlərində “dünyanı doya-doya yaşamaq” şəklində ifadə edilən bu həyatın özünə itkidən başqa bir şey gətirmədiyinin dərk edəcək. Allahı və hesab gününü unutduğu üçün, etdiyi hər cür coşqunluğun peşmanlığını yaşayacaq. Allah Quranda inkarçıların içində olduqları qəflət halıyla özlərinə gələn xatırlatmalara verdikləri reaksiyaları belə bildirmişdir:

  “İnsanların haqq-hesab vaxtı yaxınlaşdı, onlar isə hələ də qəflət içindədirlər və üz döndərirlər. Rəbbindən onlara elə bir yeni xəbərdarlıq gəlməz ki, onu məsxərəyə qoyub dinləməsinlər; Qəlbləri qəflət içində olaraq...“ (Ənbiya surəsi, 1-3)

0 yorum:

Yorum Gönder