QURAN ƏXLAQINI YAŞAMAĞIN NƏTİCƏSİ: ƏMİN-AMANLIQ VƏ XOŞBƏXTLİK

İnsan, yaradıldığı  andan  xoşbəxt və dinc yaşamaq istər. Allahın Quranda bildirdiyi əxlaq quruluşu, insanın fitrətinə ən uyğun həyatı təqdim edər. Quran əxlaqı xaricindəki yolların hamısı insanın narahat həyat sürməsinə səbəb olar.

Yaşları, peşələri, ictimai mövqeləri hər nə olursa olsun, Quran əxlaqından uzaq cəmiyyətlərdə yaşayan insanların heç biri tam mənası ilə xoşbəxt və dinc bir həyat davam etdirə bilməzlər.
 
Çarə Quranda Axtarılmalıdır

Quran əxlaqını yaşamayan, yəni həyatlarını cahilcə davam etdirən  insanların içində olduqları ən böyük səhv budur; həlli Quranda axtarmamaq...

Bu kəslər, içərisində olduqları  vəziyyətin ürək açmaz bir hal aldığını  açıqca görərlər. Yaşadıqları həyat tərzinin, mənimsədikləri xarakter quruluşunun onlara istədiklərini vermədiyini, özlərini təmin etmədiyini və hətta çətinliyə soxduğunu həyatlarının hər anında hiss edərlər. Ancaq buna həll olaraq cahilliyin təqdim etdiyi digər alternativləri sınaq yoluna xərclər ki, bu da onlara yenə bədbəxtlik və narahatlıq gətirər. Cahilliksistemlərinin təməldə bir-birindən heç bir fərqi yoxdur. Bəlkə insanlar, məkanlar və şərtlər dəyişə bilər amma yaşanan qayğılar və hədəflər həmişə sabit qalar. Məsələn cahillik həyatına görə “fərqli” olmaq və ya “kübar cəmiyyət mədəniyyəti” ilə yaşamaq çox əhəmiyyətlidir. Ancaq bu iki həyat modeli hər nə qədər bir-birindən fərqli olaraq görülsə də hədəf həmişə eynidir: Dünya həyatına görə yaşamaq.

Halbuki dünya həyatı ehtirasla bağlanılmayacaq qədər qısadır. Dünya həyatında qazanılan heç bir şey baqi qalmaz. Ölümlə birlikdə dünya həyatındakı hər şey yox olacaq. Bu səbəblə, yalnız dünyəvi qazanclar əldə etmək üçün atılan hər addım insana böyük çətinliklər gətirər.

Buna qarşılıq Allah insanlara xoşbəxt və dinc olmanın yollarını Quranda bildirmişdir: Bir insan ancaq Allaha yönəldiyi və Onunla dost olub, Rəbbimizin bəyəndiyi əxlaqı yaşadığında çətinliklərindən xilas ola bilər. Allah, bir ayəsində bu əhəmiyyətli sirri belə bildirər:

"O kəslər ki, Allahı zikr etməklə ürəkləri rahat olduğu halda iman gətirmişlər. Bilin ki, qəlblər (möminlərin ürəkləri) yalnız Allahı zikr etməklə hüzn tapar." (Rəd Surəsi, 28)

Quranda təsvir edilən mömin xarakterində çətinlik, narahatlıq, qayğı və qarışıqlıq yoxdur. İman edənlər Quran əxlaqını yaşadıqları üçün dünyada gözəl bir həyat yaşayarlar, yaxşı ruh halı içində və xoşrəftar olarlar.
 
Allahın Razılığını Hədəfləmək

Quran əxlaqından uzaq yaşayan insanların xoşbəxt ola bilməməklərinin və heç cür çıxış yolu tapa bilməməklərinin bir səbəbi də yalnız insanların razılığınıqazanmaq üçün yaşamalarıdır. Bir insan bütün doğrularını, səhvlərini və həyatını insanların dəyər mühakimələrinə görə təyin edirsə, insanlar üçün yaşayır deməkdir.

İnsanlar üçün yaşamaq isə böyük çətinlikdir. Çünki hər insanın bəyənməsi fərqli ölçülər üzərinə qurulmuşdur. Bir insanın ətrafında yüzlərlə insan olduğu düşünüləcək olsa, bunların hər birini razı etmək üçün ayrı səy göstərmək lazım olacaq. Birinin razıolduğu bir rəftardan bir başqası razı olmayacaq. Bu isə, "insanlar üçün yaşayan" kəslərin, "minlərlə fərqli tələbi eyni anda" qarşılaması deməkdir. Bu da qeyri-mümkün olduğuna görə, adam çətin həyat yaşamaq məcburiyyətində qalacaq.

Allah, iman etməyənlərin bu çətinliklərinə Quranda belə nümunə verməkdədir:

Allah bir-biri ilə çəkişən bir neçə şərikli ağası olan kişi ilə tək bir ağası olan kişini məsəl çəkir. Onlar məsəldə eyni ola bilərmi? Həmd Allaha məxsusdur, lakin onların əksəriyyəti (bunu) bilmir. (Zumər Surəsi, 29)

Uca Rəbbimiz, insanı və bütün digər varlıqları yaradandır. İnsanın necə bir həyatla xoşbəxt ola biləcəyini də yalnız Allah bilər. Bu nöqtədə insana köməkçi ola biləcək tək bir yol vardır; Allahın sonsuz ağlına və məlumatına təslim olmaq və Allahın razılığını qazanaraqyaşamaq.
 
Dünya Bir İmtahan Yeridir

Cahil xarakteri daşıyan insanların xoşbəxt ola bilməməklərinin bir səbəbi də dünyada mövcudluq məqsədlərini unutmalarıdır. Halbuki insan Allahın ağlını, gücünü, sənətini və bütün digər üstün sifətlərini təqdir edə biləcəkmi, Ona lazımi kimi qul ola biləcəkmi, yoxsa bunları və yaradılış məqsədini unudub, dünya həyatına qapılacaqmı deyə sınanmaqdadır. Allah Quranda dünya həyatının bu gerçəyini belə bildirməkdədir:

Əməl baxımından hansınızın daha yaxşı olduğunuzu sınamaq üçün ölümü və həyatı yaradan Odur. O, qüdrətlidir, bağışlayandır. (Mülk Surəsi, 2)

İnsanın bu şəkildə sınanması, həyatının hər anında davam edər. Məktəbdə, işdə, evdə, küçədə, tək ikən ya da izdihamda, xəstə ikən və ya sağlam olduğunda, dünyanın bir başqa ucuna da getsə orada da yenə imtahanı davam edər. İstisna meydana gətirə biləcək tək bir anıda yoxdur. Söylədiyi hər söz, etdiyi hər rəftar və düşündüyü hər şey əskiksiz olaraq axirətdə qarşısına çıxacaq.

İnsanın dünyada olub bitən hər hadisənin bir sınaq olaraq yaradıldığını unutması, təvəkkülsüz bir rəftar göstərməsinə səbəb olar. Necə ki dindən uzaq yaşayan cəmiyyətlərdə tez-tez eşidilən "niyə belə oldu, kaş ki belə olmasaydı", "işlər yolunda getmir", "məhv olduq", "bütün işlər tərs gedir", "belə etməsəydim, belə olmazdı" və bunlara bənzər bir çox şikayətçi ifadənin altında bu həqiqətinunudulması yatmaqdadır.

Qədəri unutmanın və təvəkkülsüzlüyün qəti nəticəsi isə, çətinlik və bədbəxtlikdir. İnsanların böyük bir hissəsi hadisələrin hikmətlərini düşünmədikləri üçün mənfi kimi görünən ən kiçik bir vəziyyətlə qarşılaşdıqlarında dərhal şikayət etməyə başlayarlar. Bunun nəticəsi olaraq da həmişənarahat, bədbəxt və çətin bir həyat yaşayarlar.

Halbuki insanın üzərinə düşən, Allahın özü üçün yaratdığı hər andan razı olmasıdır. Tərs gedir kimi görünən hadisələr meydana gəlsə də, gözəl əxlaqda və Allaha olan təslimiyyətində qərarlı olması və ən əhəmiyyətlisi yaradılış məqsədini unutmaması lazımdır. Quranda əmr edilən gözəl əxlaqı yaşayan kəslər, bu cür hadisələrdə göstərəcəkləri səbrin axirətdə və dünyada özlərinə bir gözəllik olaraq dönəcəyini bilmənin dincliyini və xoşbəxtliyini yaşayarlar.

0 yorum:

Yorum Gönder