YUMURTANIN ÜSTÜN DİZAYNI

Bütün canlıları Allah yaratmışdır. Dünyadakı bütün canlılarda Allahın varlığının qəti dəlillərini görmək olar. Möminlər canlılardakı qüsursuz yaradılış xüsusiyyətlərinə baxaraq Allahın üstünlüyünü qəbul edərlər. Allah Quranda belə buyurmuşdur:
"Həqiqətən, heyvanlarda (ev heyvanlarında) da sizin üçün bir ibrət vardır''. (Mömin surəsi, 21)
Hər varlıqda olduğu kimi, quşlarda da Allahın qüsursuz yaratmasının saysız dəlili vardır. Məsələn, quş yumurtaları fövqaladə dizayn xüsusiyyətlərinə malikdir.
Bizə çox sadə görünən toyuq yumurtasının qabığında, qolf topunun  girintilərini xatırladan 15 minə qədər deşik olur. Bu girintili-çıxıntılı quruluşlar quş yumurtasında böyük bir elastiklik əmələ gətirir və zərbələrə qarşı müqavimətini artırır. 

Yumurta tam bir bağlama və ya qablaşdırma möcüzəsidir. İnkişafda olan cücənin ehtiyacı olan bütün qida və suyunu təmin edir. Yumurtanın sarısı özündə zülal, yağ, vitamin və minerallar ehtiva edərkən ağı da bir su anbarı funksiyasını yerinə yetirir. 

Yumurtanın içində inkişafda olan cücənin qidaya və suya ehtiyacı olduğu qədər, oksigen alıb karbonoksidi çölə atmağa da ehtiyacı vardır. Cücənin ayrıca sümüklərinin inkişafı üçün kalsiuma, suyunun qorunmasına və mexaniki zərbələrə qarşı bir qoruma sisteminə ehtiyacı vardır. Yumurta qabığı bütün bu ehtiyacları qarşılayar. Cücə qabıq pərdələrinin iç səthində olan bol damarlı bir təbəqə vasitəsi ilə oksigen alır və karbonoksidi atır. Beləcə, qabığın içindəki cücə qabıqdakı kiçik deşiklər vasitəsi ilə hava alıb verir. 

Yumurta qabığı təəccüb doğuran dərəcədə möhkəm olmağına qarşı, həm də çox  incədir. Bu xüsusiyyət küt toyuğun istiliyinin yumurtanın içinə qədər asan şəkildə çatdırılmasını təmin edir. 

Cücənin yumurtadan çıxarkən dimdiyini istifadə edərək özünə bir deşik açdığı ilk mərhələdə çox oksigenə və başını oynadacaq qədər bir boşluğa ehtiyacı vardır. Bu ehtiyaclar yumurtadakı suyun böyümə əsnasında istifadə edilməsi, dolayısı ilə yer açılması və bu açılan yerdə daha çox oksigen saxlanılmasıyla qarşılanar. Küt dövrü əsnasında yumurtadakı suyun orta hesabla 16 faizi deşiklərdən çölə buxarlanıb yox olur. 

Yumurtadakı fövqaladə dözümlülük
 
Bir yumurta qabığının qaz, su və istilik proseduralarını tənzimləməsi üçün lazımi qədər möhkəm də olmalıdır. Qabıq inkişafda olan cücəni xarici zərbələrə qarşı qoruyacaq qədər və kütə yatan ananın ağırlığına tab gətirə biləcək qədər dözümlü olmalıdır. 

Necə ki, quş yumurtalarına nəzər saldıqda onların son dərəcə dözümlü olduqları görülür. Allah kiçik və böyük yumurtaları bir-birindən fərqli şəkildə yaratmışdır. Böyük quşların yumurtaları ümumiyyətlə, sərt və kövrək bir quruluşa malikdir. Daha kiçik quşların yumurtaları isə yumşaq və elastikdir. 

Toyuq yumurtalarının qabığı sərt və kövrəkdir, ancaq yuvada bir-birinin üzərinə diyirlənəndə qırılmazlar. 

Araşdırmalar kiçik quşların yumurta qabığının elastiki və dözümlü olduğunu göstərir. Əgər incə qabıqlı  kiçik yumurtaların qabıqları da kövrək olsaydı, çox tez qırılardılar. Müəyyən bir  zərbədə əyilməsi onların qırılmasına imkan vermir.
Bir qabığın kövrək ya da elastik quruluşda olması yalnız cücəni qorumaq baxımından deyil, onun dünyaya gəliş forması baxımından da təyin edici rol oynayır. Sərt və kövrək bir qabıqdan çıxacaq cücənin başını və qıçlarını çıxarmadan əvvəl yumurtanın yastı ucunda yalnız bir-iki dəlik açması kifayətdir. Beləcə, dəlikləri birləşdirən bəzi çatlaqlar meydana gələr və cücə şapka formasında bir qapağı qaldırmaqla azadlığına qovuşa bilər. Hamımızın yaxından gördüyü quş yumurtasında da kainatdakı hər canlıda və hər yerdə olduğu kimi, Allahın dəlilləri vardır. 

Allah Quranda belə buyurmuşdur:
"Göylərdə və yerdə nə varsa, (hamısı) Allahı təqdis edib şəninə təriflər deməkdədir. O, yenilməz qüvvət sahibi, hikmət sahibidir!" (Hədid surəsi, 1)

0 yorum:

Yorum Gönder