QURANA GÖRƏ MÜSƏLMANLARIN MÜLK SAHİBİ OLMALARI, BOLLUQ VƏ BƏRƏKƏT İÇİNDƏ GÖZƏL BİR HƏYAT YAŞAMALARI

Allah Quranda müsəlmanları gözəl bir həyatla yaşadacağını müjdələyir
Mömin olub yaxşı işlər görən kişi və qadına xoş həyat nəsib edəcək və etdikləri yaxşı əməllərə görə mükafatlarını verəcəyik. (Nəhl surəsi, 97)
Allah Quranda Peyğəmbərlərə və bərabərindəki möminlərə bolluq və bərəkət verdiyini bildirir.
Xatırlayın ki, sizə: “Bu kəndə girin, bəyəndiyiniz yerdə, istədiyiniz şeyləri rahatlıqla yeyin və buranın qapısından (Allaha) səcdə edən halda “hittə!” (“bizi bağışla!”) söyləyərək daxil olun, Biz də günahlarınızı bağışlayarıq. Biz yaxşı əməl edənlərin savabını (mükafatını) artıracağıq”, -demişdik.  (Bəqərə surəsi, 58)
Zəif görünən o tayfanı (İsrail oğullarını) yer üzünün daim xeyir-bərəkət verdiyiniz şərq tərəflərinə (Şam diyarına) varis etdik. (Müsibətlərə, fəlakətlərə) səbr etdiklərinə görə Rəbbinin İsrail övladına verdiyi gözəl sözlər (vədlər) tam yerinə yetdi. Fironun və onun camaatının qurduqları (imarətləri) və ucaltdıqlarını (qəsrləri, kaşanələri) isə viran qoyduq. … (Əraf surəsi, 137)
“İbrahimə salam olsun!”
Həqiqətən, Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq!
Şübhəsiz ki, o Bizim mömin bəndələrimizdən idi!
Ona salehlərdən olan İshaqın peyğəmbər olacağı ilə müjdə verdik. 
Biz ona İshaqa (peyğəmbərliklə, övlad çoxluğu ilə) bərəkət verdik. Onların hər ikisinin nəslindən yaxşı işlər görən də var, açıq-aşkar özünə zülm edən də!(Saffat surəsi, 109-113)
Biz onu da (İbrahimi də), (qardaşı oğlu) Lutu da aləmlər üçün mübarək etdiyimiz yerə (Şama) qovuşdurduq. (Ənbiya surəsi, 71)
Əmrilə bərəkət verdiyimiz yerə (Şama) doğru şiddətlə əsən küləyi də Süleymana Biz ram etdik. Biz hər şeyi bilənik!  (Ənbiya surəsi, 81)
Əmrilə bərəkət verdiyimiz yerə (Şama) doğru şiddətlə əsən küləyi də Süleymana Biz ram etdik. Biz hər şeyi bilənik! (Hud surəsi, 48)
(İbrahimin arvadı) dedi: “Vay halıma! Mən qoca bir qarı, bu ərim də ixtiyar bir kişi olduğu halda, mən necə doğa bilərəm?! Bu çox təəccüblü bir şeydir!”
(Mələklər ona) dedilər: “Allahın əmrinə (əmr etdiyi bir şeyə) təəccübmü edirsən? Ey ev əhli! Allahın bərəkəti və mərhəməti üstünüzdə olsun. Allah təriflənib şükür olunmağa, öyünüb mədh edilməyə layiqdir!” (Hud surəsi, 72-73)
İBRAHİM AİLƏSİ böyük bir mülkün sahibi idi.
Yoxsa onlar Allahın öz nemətindən bəxş etdiyi şeylərə görə insanlara həsəd aparırlar? Halbuki Biz İbrahim övladına da kitab və hikmət vermişdik və onlara böyük mülk (hökmranlıq) bəxş etmişdik. (Nisa surəsi, 54)
HƏZRƏTİ DAVUD da güclü bir mülkə sahib idi.
(Ya Peyğəmbər!) Onların dediklərinə səbr et və qüvvətli bəndəmiz Davudu yadına sal! Çünki o, daim Allaha sığınan bir kimsə idi. (Davud böyük qüdrət, möhtəşəm səltənət sahibi olmasına baxmayaraq günaşırı oruc tutar, gecələri durub namaz qılar, dünya malına, naz-nemətinə aludə olmayıb yalnız Allah rizasını qazanmaq diləyərdi).
Biz dağları ona ram etmişdik. Onlar axşam-səhər onunla birlikdə (Allahı) təqdis edib şəninə təriflər deyərdilər.
Biz quşları da toplu halda (onun ixtiyarına vermişdik), hamısı ona tərəf yönəlməkdə idi.
Biz onun mülkünü (səltənətini) möhkəmləndirmiş, ona hikmət (peyğəmbərlik) və (haqla batili ayırd edib) düzgün hökm vermək qabiliyyəti bəxş etmişdik. (Davud çox müşkül məsələləri asanlıqla həll edər, ədalətli hökm çıxarardı).. (Sad surəsi, 17-20)
Onlar Calut və əsgərləri ilə qarşılaşdıqları zaman dedilər: “Ey Rəbbimiz, bizə bollu səbr və dizimizə (ayaqlarımıza) qüvvət ver! Bizə kafir qövm üzərində qələbə qazandır!”
Nəhayət, onlar Allahın izni (iradəsi və köməyi) ilə Calutu və qoşununu məğlub etdilər. Davud Calutu öldürdü. Allah Davuda həm hökmranlıq, həm də hikmət (peyğəmbərlik) verdi və ona istədiyini (zireh düzəltmək, quşların dilini bilmək, gözəl səslə oxumaq) öyrətdi. Əgər Allah insanların bir qismini, digər bir qismi ilə dəf etməsə idi, yer üzü fitnə-fəsada uğrayardı. Lakin Allah bütün aləmlərə qarşı lütfkardır.  (Bəqərə surəsi, 250-251)
HƏZRƏTİ SÜLEYMANA hər şeydən bolluca verilmişdi.
Süleyman Davuda (peyğəmbərlikdə, elmdə və mülkdə) vərəsə oldu və dedi: “Ey insanlar! Bizə quş dili öyrədildi və (peyğəmbərlərə, padşahlara nəsib olan) hər şeydən verildi. Bu, həqiqətən açıq-aşkar bir lütfdür!” (Nəml surəsi, 16)
HƏZRƏTİ SÜLEYMAN mülkündə sənət və gözəlliklə yanaşı texnologiyadan da istifadə etmişdi.
Ona belə deyildi: “Saraya daxil ol!” Sarayı gördükdə onu dərin bir gölməçə hesab etdi və ətəyini qaldırdı. O: “Bu (su deyil) büllurdan tikilmiş (şəffaf) bir saraydır!” – dedi. (Bəlqis) dedi: “Ey Rəbbim! Mən özümə zülm etmişdim. Mən artıq Süleymanla aləmlərin Rəbbi olan Allaha təslim oldum!” (Nəml surəsi, 44)
Süleymana da küləyi ram etdik. O (külək) səhərdən günortaya qədər bir aylıq yol, günortadan axşama qədər də bir aylıq yol gedirdi (bir gündə iki aylıq məsafəni qət edirdi). Onun üçün mis mədənini sel kimi əridib axıtdıq. (Davud dəmiri əlində yumşaldıb istədiyini düzəltdiyi kimi, Süleyman da misdən istədiyini düzəldirdi). Cinlərin bir qismi Rəbbinin izni ilə onun yanında işləyirdi. Onlardan hər kəs (Süleymana itaət etməyib) əmrimizdən çıxırdısa, ona cəhənnəm odunun əzabından daddırırdıq.
Onun (Süleyman) üçün nə istəsə - məbədlər (uca qəsrlər), heykəllər, (min nəfərdən ibarət qonağın və qoşunun birlikdə oturub yeyə biləcəyi) böyük hovuzlara bənzər çanaqlar və yerindən tərpənməyən iri qazanlar düzəldirdilər. Siz, ey Davud ailəsi! (Allaha) şükranlıqla itaət edin! (Bu nemətə şükür edin!) Bəndələrimdən (nemətlərimə) şükür edəni azdır!  (Səba surəsi, 12-13)
HƏZRƏTİ SÜLEYMANIN cins atları var idi.
Biz Davuda Süleymanı bəxş etdik. Nə gözəl bəndə! O, daim Allaha sığınan bir kimsə idi.
(Bir gün) axşamüstü ona cins (bir ayağını dırnağı üstünə qoyub, üç ayağı üstündə duran), çapar atlar göstərildiyi zaman  (Sad surəsi, 30-31)
HƏZRƏTİ SÜLEYMAN malı Allaha yaxınlıq üçün bir vasitə kimi görürdü.
O dedi: “Mən gözəlliyi (bu atları) Rəbbimin zikrindən dolayı sevirəm... (Sad surəsi, 32)
HƏZRƏTİ SÜLEYMAN böyük bir mülk verməsi üçün Allaha dua edirdi.
Dedi: “Ey Rəbbim! Məni bağışla və mənə elə bir mülk (səltənət) ver ki, məndən sonra (o cürəsinə) heç kəs nail ola bilməsin. Həqiqətən, Sən böyük ehsan (kərəm) sahibisən! (Sad surəsi, 35)
HƏZRƏTİ SÜLEYMANIN mülkü Allah vergisidir.
“Bu Bizim ehsanımızdır, (ondan kimə istəsən) ver, yaxud (saxlayıb) vermə! O, saysız-hesabsızdır”. (Sad surəsi, 39)
HƏZRƏTİ YUSİF olduğu cəmiyyətdə önəmli bir mövqe sahibi idi və ölkənin xəzinələrinə idarəçi seçilmişdi.
Padşah dedi: “(Yusifi) yanıma gətirin, onu özümə ən yaxın (adam) edəcəyəm!” Sonra (padşah) onunla söhbət etdikdə: “Sən bu gün (bu gündən) yanımızda mövqe sahibisən, etibarlı bir şəxssən!” – dedi.
(Yusif) dedi: “Məni bu yerin (Misirin) xəzinələrinə məmur təyin et (Misir xəzinələrini mənə tapşır), çünki mən (özümə etibar edilən mal-dövləti) qoruyanam, (işləri idarə etməyi) bilənəm!”
Beləliklə, Yusifi o yerdə (Misir torpağında) mövqe (ixtiyar) sahibi etdik. O, (Misirdə) istədiyini edirdi (istədiyi yerdə mənzil sala bilirdi). Biz istədiyimizə mərhəmətimizi nəsib edər, yaxşı işlər görənlərin mükafatını zay etmərik. (Yusif surəsi, 54-56)
“Ey Rəbbim! Sən mənə səltənətdən (istədiyimdən də artıq) bir pay verdin. Mənə yuxu yozmağı öyrətdin. Ey göyləri və yeri yaradan! Sən dünyada da, axirətdə də mənim ixtiyar sahibimsən. Mənim canımı müsəlman olaraq al və məni əməlisalehlərə qovuşdur!” (Yusif surəsi, 101)
Allah Quranda Peyğəmbərimiz HƏZRƏTİ MUHAMMEDİ “səllallahu əleyhi və səlləm” var-dövlətli etdiyini bildirir.
Həqiqətən, Rəbbin bəxş edəcək və sən razı qalacaqsan!
Məgər O səni yetim ikən tapıb sığınacaq vermədimi?!
Səni şaşqın vəziyyətdə tapıb yol göstərmədimi?!
Səni yoxsul ikən tapıb dövlətli etmədimi?!  (Zuha surəsi, 5-8)
(Münafiqlər) Allaha and içirlər ki, (Peyğəmbər haqqında nalayiq sözlər) deməyiblər. (And olsun ki) onlar küfr sözünü demiş, islamı (zahirən) qəbul etdikdən sonra kafir olmuş, müvəffəq ola bilmədikləri bir işə (Təbuk döyüşündən qayıdarkən Peyğəmbərə qarşı hazırladıqları sui-qəsdə) girişmişdilər. (Münafiqlərin Peyğəmbərə və möminlərə qarşı) kin-küdurət bəsləmələrinin səbəbi yalnız Allahın və Peyğəmbərinin Öz nemətləri ilə onları varlandırmasıdır. Bununla belə, əgər (ikiüzlülüklərindən və digər yaramaz əməllərindən) tövbə etsələr, onlar üçün xeyirli olar. Yox, əgər (imandan) üz döndərsələr, Allah onları dünyada və axirətdə şiddətli bir əzaba mübtəla edər. Yer üzündə onların nə bir dostu, nə də bir imdada yetəni var! (Tövbə surəsi, 74)
(Allah) sizə onların yerlərinə, yurdlarına və mallarına, üstəlik də ayağınız dəyməyən bir yerə (Xeybərə) varis etdi. Allah hər şeyə qadirdir! (Əhzab surəsi, 27)
Allah Quranda "rizasına tabe olanlara" bolluq və xoşbəxtlik vəd edir.
Rəbbi onları Özündən bir mərhəmət (bağışlanma), razılıq və içərisində onlar üçün tükənməz nemətlər olan cənnətlərlə müjdələr. (Tövbə surəsi, 21)
…Allah möminlərə qarşı mərhəmətlidir! (Ali imran surəsi, 152)
Göylərdə və yerdə nə varsa, (hamısı) Allahındır. O, pislik edənlərə əməllərinin cəzasını verəcək, yaxşılıq edənləri isə ən gözəl mükafatla mükafatlandıracaqdır! (Nəcm surəsi, 31)
Yaxşı işlər görənləri Cənnət və daha artıq mükafat (Allah rizası) gözləyir… (Yunus surəsi, 26)
Yaxşılıq əvəzi ancaq yaxşılıqdır!  (Rəhman surəsi, 60)
“Ey xatircəm olan kəs! (Və ya: “Ey arxayın nəfs!”) Dön Rəbbinə, sən Ondan razı olaraq, O da səndən! (Fəcr surəsi, 27-28)
Allah yolunda "cəhd göstərənlər" bolluq və nemətə qovuşur.
O kəslər ki, xalq onlara: “Camaat (Əbu Süfyan və tərəfdarları) sizə qarşı (qüvvə) toplamışdır, onlardan qorxun!” - dedikdə, (bu söz) onların imanını daha da artırdı və onlar: “Allah bizə bəs edər. O nə gözəl vəkildir!” – deyə cavab verdilər.
Sonra da Allahın neməti və lütfü sayəsində özlərinə heç bir əziyyət toxunmadan geri döndülər və Allahın razılığını qazanmış oldular. Həqiqətən, Allah böyük mərhəmət sahibidir. (Ali-İmran surəsi, 173-174)
Allah "Özündən qorxanlara" heç gözləmədiyi yerlərdən ruzi verir.
…Kim Allahdan qorxsa, Allah ona (hər çətinlikdən) bir çıxış yolu əta edər.
Və ona gözləmədiyi yerdən ruzi verər. Kim Allaha təvəkkül etsə, (Allah) ona kifayət edər. Allah Öz əmrini yerinə yetirəndir. Allah hər şey üçün bir ölçü (hədd, müddət) təyin etmişdir. (Talaq surəsi, 2-3)
Allah "şükr edən" qullarına nemətlərini artırdığını bildirir.
(Ey camaatım!) Yadınızı salın ki, o zaman Rəbiniz bunu bildirmişdi: “Əgər (Mənə) şükür etsəniz, sizə (olan nemətimi) artıracağam. Yox, əgər nankorluq etsəniz, (unutmayın ki) Mənim əzabım, həqiqətən şiddətlidir!” (İbrahim surəsi, 7)
Allah "nəfəqə verən" qullarına qat-qat artığını vəd edir.
Kimdir o kəs ki, Allah yolunda könül xoşluğu ilə borc versin, O da onun əvəzini qat-qat (birə on, yaxud birə yeddi yüz) artırsın?! Onu həm də çox qiymətli bir mükafat (Cənnət) gözləyir! (Hədid surəsi, 11)
Şübhəsiz ki, sədəqə verən kişi və qadınlar, Allah yolunda gözəl borc verənlər üçün (əməllərinin savabı) qat-qat artırılacaqdır. Onları həm də çox qiymətli bir mükafat gözləyir! (Hədid surəsi, 18)
Mallarını Allah yolunda sərf edənlərin halı yeddi sünbül verən bir toxuma bənzər ki, bu sünbüllərin hər birində yüz ədəd dən vardır. Allah istədiyi kimsə üçün bunu qat-qat artırır. Allah (lütfü ilə) genişdir. (Bəqərə surəsi, 261)
Allah yolunda "hicrət edənlər" genişlik və bolluqla qarşılaşır.
Allah yolunda hicrət edən şəxs yer üzündə çoxlu sığınacaq və genişlik (bolluq) tapar… (Nisa surəsi, 100)
Allah müsəlmanların Özünün bol ehsani ilə sevinmələrini buyurur.
De: “Allahın neməti və mərhəməti ilə - ancaq onunla sevinsinlər. Bu onların yığdıqlarından daha xeyirlidir!” (Yunus surəsi, 58)

0 yorum:

Yorum Gönder