YALANIN SONA ÇATMASIYLA MÜRACİƏT EDİLƏN YENİ BİR PSİXOLOJİ ÜSUL

Darvinizmin bir yalan olduğunun açıq şəkildə deyilməsi, təkamül nəzəriyyəsini yalanlayan dəlillərin bir-bir bütün detallarıyla ortaya qoyulması, şübhəsiz 150 illik tarixi boyunca təkamül nəzəriyyəsinin heç qarşılaşmadığı bir şey idi. İnsanların böyük bir qismi, inanclarına zidd gəlməsinə və saxta bir din olduğunu anlamalarına baxmayaraq, Darvinizmə qarşı həmişə susqun dayanır, bu əyri sistemi məcbur olaraq qəbul edirdilər. Təlimçilər, ağıla, məntiqə, elmi dəlillərə və inanclarına tərs düşməsinə baxmayaraq, şagirdlərinə təkamülü öyrətmək məcburiyyətində qalırdılar. Çünki bu insanlar üzərində sıx fikirdən  yayındırma siyasəti tətbiq olunurdu. Darvinizmdə, ancaq təzyiq, şiddət və zorbalıqlar yaşanırdı.
Amma artıq vəziyyət dəyişmişdir. Darvinizmin etibarsızlığı qəti və inkar edilə bilməz elmi dəlillərlə ortaya qoyulmuşdur. Darvinizmin böyük bir yalan olduğu, illərdir insanları aldatdığı, saxtakarlıqlara dəstək olduğu açıq və qəti bir şəkildə isbat edilmişdir. Möhtəşəm əsər Yaradılış Atlası, elm adamlarının, universitet professorlarının, ölkə idarəçilərinin evlərinə girmiş, şagirdlər də daxil olmaq üzrə mövzuya maraq duyan hər kəs bu əsəri internetdən asanlıqla əldə etmişdir .
Bu vəziyyət, Darvinistlər tərəfindən təəccüblə, dəhşətlə, qorxu və narahatlıqla qarşılandı. Təkamül tərafdarları öz məshəblərincə Yaradılış Atlasının oxunmasına maneə törətməyə çalışdılar, lakin uğurlu ola bilmədilər. Nəzəriyyələrinin böyük bir çıxılmaz vəziyyətlə qarşı-qarşıya olduğunu özləri də açıqca görməyə başladılar.
 
Bu gerçəklər qarşısında Darvinistlər cəbhəsində artıq dərin bir səssizlik hakimdir. Bir sıra qatı Darvinistlər isə, təkamülü çürüdən çox sayda elmi dəlilin təqdim edilməsinə, insanların buna maraq göstərib gerçəyi görmələrinə və Darvinizmin çöküşünün fərqinə varmış olmalarına baxmayaraq, sanki oyuncağı əlindən alınmış uşaq kimi "bir şey olmadı ki" məntiqinin tətbiqinə keçmişlər. "Hər nə olursa olsun mən yenə də Darvinizmə inanıram və müdafiə etməyə davam edəcəyəm" deyərək, bu vəziyyətin təsirini özlərincə hiss etdirməməyə çalışırlar.
 
Halbuki bu da, heç bir nəticəyə çatmayacaq olan bir başqa Darvinist oyundur.
 
Allahın, "...Şübhəsiz ki, şeytanın hiyləsi zəifdir." (Nisa Surəsi, 76) ayəsində ifadə etdiyi kimi dəccalın oyunu olan Darvinizm çox tez çökən bir sistemdir. Belə ki, zülalların təsadüfən meydana gələ bilməyəcəyinin, ara fosil olmadığının sübut edilməsiylə bitər. Bir Darvinist, bu məlumatdan sonra artıq bir daha Darvinist ola bilməz. Ancaq məntiqsiz bir inadla, "mən inanıram və inanmağa davam edəcəyəm" deyə bilər, amma  gerçək düşüncələrə deyil. Darvinizmə inanması artıq qeyri-mümkündür. Sanki ağzına sürtülən acı bibərdən ötəri ağzının heç yanmadığını iddia edən inadçı bir uşaq kimi, bu ankı Darvinizm müdafiəçilərinin bəziləri də eyni inadı davam etdirməkdədirlər. Lakin şübhəsiz bir uşağın ağzının yanmadığını iddia etməsi əhəmiyyətli deyil. Nəticədə nə qədər rədd etsə də, ağzına sürtülən bibərin acısını hiss etmişdir. Bu səbəbdən, Darvinizmin etibarsızlığını isbat edən saysız elmi dəlilin ardından, bu anda dünyada Darvinizmin bir yalan olduğunu ehtimal etməyən tək bir Darvinist yoxdur.
 
Artıq Darvinistlər, təkamül nəzəriyyəsini qoruya bilmək üçün insanları aldatmağın heç bir fayda vermədiyinin fərqindədirlər. Artıq, 150 ildir xəyali ssenarilərlə və müxtəlif saxtakarlıqlarla süni olaraq var etmiş olduqları və məcburən dəstək olmağa çalışdıqları Darvinizm sona çatmış vəziyyətdədir. Bu xəyal məhsulu olan hekayənin həqiqət olmadığını öyrəndiyi zaman, bir Darvinistin artıq bu azğın inancı davam etdirməsi mümkün deyil. Darvinistlər, bu qədər zaman boyunca yalnız sözdə bir qurtarıcı olmağa çalışıblar. Bir elm adamının çıxıb, illərdir gözlənilən xəyali ara fosilləri ortaya çıxaracağını zənn edirlər. Amma bu anda bunun heç bir zaman olmayacağını gözləriylə görmüş, buna beyinləriylə inanmış vəziyyətdədirlər. Notre Dame Universitetinin fəlsəfə professoru Peter van Inwogenin bu sözləri diqqətə dəyər bir gerçəyə işarə etməkdədir:
 
“Əgər Darvinistlər elmi gerçəklərlə dolu bir kitabı, əhəmiyyət verməyərək, səhv anlayaraq və ya ona gülüb keçərək qarşılayarlarsa, bu vəziyyət bu gün Darvinizmin elmi bir nəzəriyyə olmaqdan daha çox da ideologiya olduğu istiqamətində getdikcə yayılan şübhələr üçün əhəmiyyətli bir dəlil olacaq”.
 
Darvinistlər hər nə qədər "bir şey olmadı ki" deyib dayansalar da, göstərilən reaksiyalardan, alınan tədbirlərdən, yaşanan sıx çaxnaşmadan bu uduzmanın böyük bir şok təsiri altında olduqları açıqca ortadadır. Əlbəttə illərcə Darvinizm yalanına inanmış və bu yaşına qədər aldadılmış olmaq bir elm adamına ağır gələ bilər. Ümumiyyətlə insanlar aldadılmış olduqlarını və bu aldanışı kor-koranə müdafiə etmiş olduqlarını qəbul etmək istəməzlər. Bu səbəblə bütün bunlardan ilk qaçış yolu Darvinizm əleyhindəki dəlillərə qarşı "inanmıram" iddiasıyla çıxış etməkdir. Amma əslində onlar, ortaya qoyulan dəlillərin doğru olduğuna %100 inanırlar. Təxminən altı ay sonra onlardan bu haqda soruşulsa, əsəbi daha sakit olacaq, cavabları başqa olacaq. Ehtimalla "Darvinizm ola bilər də olmaya bilər də" deyəcək. Qaçış yolları tapmağa çalışacaq, "yeni dəlillər irəlidə ortaya çıxa bilər" kimi bir məntiq ortaya qoyacaq. Halbuki bu azğın ideologiyanın dəlilsiz bir yalan olduğunu çox yaxşı bilir. Lakin ani qəbul ona çətin gələ bilər. Əslində, Darvinizm bu insanlar üçün tam mənasıyla bitmişdir.
 
Zamanla yağ dənəciklərinin suya düşərək zülala çevrildikləri fikirini müdafiə etmiş olmaları özlərinə də axmaq və inanılması  mümkünsüz  görünəcəklər. Tək bir dənə belə ara fosil olmadığı gerçəyini necə anlaya bilmədiklərini heyrətlə anlayacaqlar, öz vəziyyətlərinə çaşacaq, bəlkə də 50 il boyunca belə boş bir sözü müdafiə etmiş olmanın qarışıqlığını yaşayacaqlar. Darvinizm cadusuna qapılmanın, bir yalana dəstək olmanın utancını duyacaqlar. Bu gün günümüzün ən coşğulu Darvinistləri belə bu ruh halını yaşamaqdadırlar. Bir çox ifadələrindən bu aydın görünür. Şübhəyə düşdükləri və  bəzən bunu açıqca etiraf etməli olduqları ortadadır. Halbuki səhv olan inancdan dönmək, doğru olanı qəbul etmək üçün heç bir zaman gec deyil. Səhvdən dönüb doğruları qəbul etmək böyük bir ərdəmdir. Elmi dəlilləri gördükdən sonra ediləcək ən doğru şey, Darvinizmin böyük bir boş söz olduğunu açıqca qəbul etməkdir.

0 yorum:

Yorum Gönder