Hz. MEHDİ (ə.s.) DÖVRÜNDƏ ƏDALƏT

“Qab su ilə dolduğu kimi dünya sülhlə dolacaq. Heç kəsin arasında bir düşmənlik qalmayacaq və bütün düşmənliklər, boğuşmalar, həsədləşmələr şübhəsiz yox olub gedəcək.” (Səhihi-Müslim, 1/136) 

“... Cənabi-Haqq islamı necə bizimlə başlatmışsa, onunla (həzrəti Mehdi ilə) sona çatdıracaq. Necə bizimlə onlar aralarındakı şirk və ədavətdən (hüsumət və düşmənlikdən) xilas olmuş və ürəklərinə ülfət (dostluq) və söhbət (sevgi) yerləşmişsə (həzrəti Mehdinin gəlişi ilə) yenə elə olacaq.” (Axırzaman Mehdisinin Əlamətləri, Cəlaləddin Süyuti, s. 20) 

“... Onun (həzrəti Mehdinin) dövründə yaxşı insanların yaxşılığı artar, pislərə qarşı belə yaxşılıq edilər.” (Kitabul-Burhan Fi Əlamətil-Mehdiyyil-Axırzaman, s. 17)
Hz. MEHDİ   İNSANLAR ARASINDA HAQLA VƏ ƏDALƏTLƏ HÖKM EDƏCƏK

İman edənlərin əfəndisi deyir ki: “... İmam (Hz. Mehdi) nəyin doğru, nəyin səhv olduğunu daha yaxşi bilər. Pis hökmləri üzərinizdən götürüb atacaq. (Hz. Mehdi   təhlükələrinizin önünü kəsəcək, ədalətsiz idarəçilərinizi aradan qaldiracaq və dünyani dürüst olmayanlardan təmizləyəcək. Haqla hərəkət edəcək və sizin aranizda insaflı bir ədalət tərəzisi quracaq... Gözləsəniz, mükafatlandirilacaqsiniz və sizin haqsızlığa düçar edilməyinizin  intiqamını alacaq olanın və haqlarınızın xilaskarının o olduğunu qətiliklə anlayacaqsınız. Həqiqətən, Allah adına and içirəm ki, doğrusu Allah dindar olan və yaxşılıqda olan kəslərlə birlikdədir.” (Kitabül-Qeybət, [Biharul-Ənvar, cild 51], Ansariyan Nəşriyyat, yığan: Muhammed Baqir əl-Məclisi, İran-Qum, 2003, s. 182)

Hz. MEHDİ, GÖRÜLMƏMİŞ BİR ƏDALƏT ANLAYIŞINA SAHİB OLACAQ.

“Qiyamətin qopmasına zamanda yalnız bir gündən başqa vaxt qalmasa da, Allah mənim əhli-beytimdən bir şəxsi göndərəcək, yer üzü zülmlə dolduğu kimi, O, YER ÜZÜNÜ ƏDALƏTLƏ DOLDURACAQ.“ (Sünəni-Əbu Davud, 5/92) 

“Hz. Mehdi məndəndir, yer üzü zülm və işgəncə ilə dolduğu kimi, ONU DÜZGÜNLÜK VƏ ƏDALƏTLƏ DOLDURAR.” (Sünəni-Əbu Davud, 5/93) 

“Bu (amir) da (Hz. Mehdi) insanlar yer üzünü daha əvvəl zülm ilə doldurduqları kimi, YER ÜZÜNÜ ƏDALƏTLƏ DOLDURACAQ.” (Sünəni-İbni Macə, 10/348)

“Zülm və fisqlə dolu olan DÜNYA O (Hz. MEHDİ) GƏLDİKDƏN SONRA ƏDALƏTLƏ DOLUB DAŞACAQ.” (Əl-Qövlül-Müxtəsər Fi Əlamətil-Mehdiyyil-Müntəzər, s. 20) 

“Hz. MEHDİNİN ZAMANINDA ƏDALƏT O QƏDƏR ÇOX OLACAQ Kİ, məcbur alınan hər mal sahibinə geri qaytarılacaq.” (Əl-Qövlül-Müxtəsər Fi Əlamətil-Mehdiyyil-Müntəzər, s. 23) 

“ONUN (Hz. MEHDİNİN) ƏDALƏTİ HƏR YERİ ÖRTƏCƏK və insanlar arasında Hz. Peyğəmbərin sünnəsi ilə hərəkət edəcək. Hətta mala ehtiyacı olan kim varsa, çağırmasını söyləyəcək, o adam əmrini yerinə yetirdiyində yalnız bir adam gələcək.” (Əl-Qövlül-Müxtəsər Fi Əlamətil-Mehdiyyil-Müntəzər, s. 20) 

“Hz. Mehdiyə aralarında qadınların da olduğu 314 adam beyət edəcək və hər zalım onun qarşısında məğlub olacaq. ZAMANI O QƏDƏR ƏDALƏTLİ OLACAQ Kİ, QƏBİRDƏKİ ÖLÜLƏR DİRİLƏRƏ QİBTƏ EDƏCƏK...” (Əl-Qövlül-Müxtəsər Fi Əlamətil-Mehdiyyil-Müntəzər, s. 22)
“İnsanlar bal arılarının pətəkləri ətrafında toplanması kimi, Hz. Mehdinin ətrafında toplaşarlar. DAHA ƏVVƏL ZÜLMLƏ DOLU OLAN DÜNYANI O, ƏDALƏTLƏ DOLDURAR. ƏDALƏTİ O CÜR OLAR Kİ, YUXUDA OLAN BİR KİMSƏ BELƏ OYANDIRILMAZ VƏ BİR DAMLA QAN BELƏ AXIDILMAZ. DÜNYA SANKİ ƏSRİ-SƏADƏT DÖVRÜNƏ GERİ DÖNƏR.” (Əl-Qövlül-Müxtəsər Fi Əlamətil-Mehdiyyil-Müntəzər, s. 29)

“Dünya həyatının bir günü qalsa, Allahu təala o günü uzadar, mənim əhli-beytimdən birini göndərər. Onun adı mənim adıma uyğun gələr. Atasının adı atamın adına uyğun gələr. ZÜLM VƏ PİSLİKLƏ DOLMUŞ DÜNYANI ƏDALƏT VƏ DÜRÜSTLÜKLƏ DOLDURACAQ.” (Böyük Fitnə Məsih Dəccal, Saim Güngör, “Pamuk” Nəşrləri, s. 80) (Əbu Davud və Tirmizi / Böyük Hədis Külliyyatı, Rudani, 5-ci cild, s. 365) 

“Həzrəti Mehdi ilə müjdələnin. O, Qureyşdən və əhli-beytimdən bir adamdır. O, insanların ixtilaf və ictimai sarsıntılar içində olduqları bir sırada çıxar. O (Hz. MEHDİ) YER ÜZÜNÜ ÖZÜNDƏN ƏVVƏL ZÜLM VƏ TƏZYİQLƏ DOLDURULDUĞU KİMİ, ƏDALƏT VƏ İNSAF İLƏ (mərhəmətlə) DOLDURAR.” (Həzrəti Əbu Səid əl Hudri r.ə. / Ramuz Əl-Əhadis 1-ci cild, səhifə 7, nömrə 7) (Kitabül-Burhan Fi Əlamətil-Mehdiyyil-Axırzaman, s. 13) 

“O, (Hz. MEHDİ) ƏRŞƏ SAHİB OLAR VƏ ÖZÜNDƏN ƏVVƏL TƏZYİQ VƏ ZÜLMLƏ DOLU OLAN ƏRŞİ ƏDALƏTLƏ DOLDURAR. Sizdən ona kim çatsa, qarın üstündə sürünərək belə olsa, gəlib ona qatılsın. Çünki o, Hz. Mehdidir.” (Kitabül-Burhan Fi Əlamətil-Mehdiyyil-Axırzaman, s. 14) (Həzrəti İbni Məsud r.ə., (Böyük Qiyamət Əlamətləri, 135/3)

“Yer üzü zülm və düşmənliklə dolduqdan sonra mütləq mənim əhli-beytimdən biri (Hz. Mehdi) çıxar VƏ NECƏ DAHA ƏVVƏL ZÜLM VƏ DÜŞMƏNLİKLƏ DOLUDURSA, O, DÜNYANI ƏDALƏTLƏ DOLDURAR.” (Kitabül-Burhan Fi Əlamətil-Mehdiyyil-Axırzaman, s. 11) 

“Məndən sonra ... ƏHLİ BEYTİMDƏN BİRİ (Hz. MEHDİ) GƏLƏR, O, YER ÜZÜNÜ ƏDALƏTLƏ DOLDURAR.” (Həzrəti Əbdürrəhman İbni Qeys r.ə. / Ramuz əl-Əhadis 2-ci cild, səhifə 518, Nömrə 4) 

“Yer üzü zülm və düşmənliklə dolmadıqca qiyamət qopmaz. DAHA SONRA ƏHLİ-BEYTİMDƏN VƏ MƏNİM SOYUMDAN BİRİ ÇIXAR, YER ÜZÜNÜ ƏDALƏT VƏ DÜRÜSTLÜKLƏ DOLDURAR.” (İmam Əhməd, İbni Hibban, Hakim.) 


“Dünyada tək bir gün qalsa belə, (qiyamət qopmadan) Allah o günü uzadacaq, adı adıma, atasının adı da atamın adına uyğun ƏHLİ-BEYTİMDƏN MÜTLƏQ BİRİ GƏLƏCƏK, DAHA ƏVVƏL ZÜLM VƏ HAQSIZLIQLA DOLU OLAN YER ÜZÜNÜ ƏDALƏT VƏ İNSAFLA (mərhəmətlə) DOLDURACAQ.” (Əbu Davud və Tirmizi / Böyük Hədis Külliyyatı, Rudani 5-ci cild, səhifə 365) 

“Heç şübhə yoxdur ki, ərş cəvir (haqsızlıq, kədər) və zülmlə dolacaq. Zülm və cəvirlə dolduğu o zaman ALLAH ƏHLİ-BEYTİMDƏN ADI MƏNİM ADIMDA, ATASININ ADI ATAMIN ADINDA BİRİNİ GÖNDƏRƏR, DÜNYANI ƏDALƏTLƏ VƏ NƏSAFƏTLƏ DOLDURAR. Əvvəl zülm və cəvirlə (haqsızlıqla, kədərlə) dolduğu kimi.” (Həzrəti-Müaviyə İbni Quran r.ə. / Ramuz Əl-Əhadis 2-ci cild, səhifə 346, nömrə 6) 

“Dünyadan yalnız bir gün qalsaydı belə, CƏNABİ ALLAH mütləq zülm və cəvir ilə (haqsızlıqla, kədərlə) doldurduğu YER ÜZÜNÜ DÜZGÜNLÜK VƏ ƏDALƏTLƏ DOLDURMAQ ÜZRƏ, ADI ATAMIN ADINA UYĞUN GƏLƏN, MƏNDƏN (ƏHLİ BEYTİMDƏN) BİRİNİ GÖNDƏRMƏK ÜÇÜN O GÜNÜ UZADARDI.” (Əbu Davud və Tirmizi)

Əli bin Əbu Talibdən (rə) rəvayət edilmişdir: Rəsulullah əleyhissəlam belə buyurmuşdur: “Dəhrdən bir gündən başqa qalmamış olsaydı belə, Allah ƏVVƏLDƏN ZÜLMLƏ DOLDURDUĞU KİMİ, ONU ƏDALƏTLƏ DOLDURACAQ ƏHLİ-BEYTİMDƏN BİRİNİ MÜTLƏQ GÖNDƏRƏRDİ.” (Əbu Davud) (Fi Zilalil- Quranda Qiyamət və Əlamətləri, Əhməd Faiz, 1993, s. 113)

“Ya Abbas, bu işi Allah mənimlə başlatdı. Sənin sülaləndən biri ilə bitirəcək. O CAVAN (Hz. MEHDİ) DÜNYANI ƏVVƏLCƏ ZÜLMLƏ DOLDUĞU KİMİ, TƏKRAR ƏDALƏTLƏ DOLDURACAQ...” (Həzrəti Əmmar İbni Yasər RƏ (Böyük Qiyamət Əlamətləri, 498/1) 

“YER ÜZÜ ZÜLM VƏ İŞGƏNCƏ YERİNƏ ƏDALƏTLƏ DOLACAQ. (Hz. MEHDİ) HƏR ŞEYİ HAQQ VƏ ƏDALƏT ÖLÇÜLƏRİYLƏ BƏRABƏR BİR HALDA PAYLAYACAQ. Beləcə, yer və göy sakinləri ondan razı olduqları kimi, havadakı quşlar, meşədəki yırtıcı heyvanlar, dənizdəki balıqlar belə məmnunluq hissi keçirəcəklər.” (İmam Süyuti, Qiyamət Əlamətləri, Ölüm və Diriliş, s. 1699, s. 175)

Əbu Həmzeyi-Somalidən: Bir gün imam Muhamməd Baqir əleyhissalamın yanında oturmuşdum. Yanındakılar dağılışıb getdikdən sonra mənə belə buyurdu: “Ey Əbu Həmzə! Allahın yanında dəyişməyəcək olan qəti hökmlərdən biri Hz. Mehdimizin qiyamıdır... YER ÜZÜ ZÜLM VƏ CƏFA İLƏ DOLDUQDAN SONRA ƏDALƏT VƏ BƏRABƏRLİKLƏ DOLDURACAQ OLAN Hz. MEHDİ...” (Şeyx Muhammed b.İbrahimi-Numani, Qeybəti-Numani s. 90-91)

Abdi-Hayrdan: Əmirəlmöminin Əli bin Əbi Talib əleyhissalamın belə buyurduğunu eşitdim: Rəsulullah (səllallahu əleyhi və alih) mənə belə buyurdu: 

“...(Hz. MEHDİ) Adı mənim adımdan olan YER ÜZÜ ZÜLM VƏ CƏFA İLƏ DOLUNCA ÇIXACAQ VƏ ONU ƏDALƏT VƏ BƏRABƏRLİKLƏ DOLDURACAQ.” (Şeyx Muhammed b.İbrahimi-Numani, Qeybəti-Numani s. 97-98) 

İmam Zeynalabidin əleyhissalamın nəvəsi Əli bin Ömər deyir ki: İmam Əbu Abdullah, Cəfəri-Sadiq əleyhissalam belə buyurdu: “MƏNİM ÖVLADLARIMDAN OLAN QAİM (Hz. MEHDİ)... YER ÜZÜNÜ ZÜLM VƏ CƏFA İLƏ DOLDUĞU KİMİ, ƏDALƏT VƏ BƏRABƏRLİKLƏ DOLDURACAQ.” (Şeyx Muhammed b.İbrahimi-Numani, Qeybəti-Numani s. 217) 

İshaq bin Qalibdən: İmam Cəfəri-Sadiq əleyhissalam Hz. Mehdinin hal və xüsusiyyətlərini bildirən bir xütbəsində belə buyururdu: “GENİŞ NURU, MƏŞHUR ŞƏFASI İLƏ AÇIQ, HAQQ VƏ AŞKAR BİR BƏYANLA ƏDALƏTİ TƏTBİQ EDƏR. “
(Şeyx Muhammed b.İbrahimi-Numani, Qeybəti-Numani s. 267) 

Cabir bin Abdullah Ənsari deyir: “VƏ YER ÜZÜ ZÜLM, HAQSIZLIQ, ŞƏR İLƏ DOLDUĞU KİMİ, Hz. MEHDİ ONU ƏDALƏT, BƏRABƏRLİK VƏ NUR İLƏ DOLDURACAQ.” (Şeyx Muhammed b.İbrahimi-Numani, Qeybəti-Numani s. 278) 

…İbni Əbu Həmzədən: “ONA (HƏZRƏTİ MEHDİYƏ) ƏDALƏT, İNSAF (mərhəmət) VƏ EHSDAN (yaxşılıq etmə) SİFƏTLƏRİ HƏDİYYƏ EDİLMİŞDİR. (Şeyx Muhammed b.İbrahimi-Numani, Qeybəti-Numani s. 287) 

Hişam bin Salim deyir: İmam Cəfəri-Sadiq əleyhissalam belə buyurdu: “Həzrəti Mehdinin zühuruna qədər xalqın hər sinfi xalqa hökm sürəcək. Belə ki, artıq heç kim “Əgər biz hökumət etsəydik, ədaləti tətbiq edərdik” deyə bilməyəcək. DAHA SONRA QAİM (HƏZRƏTİ MEHDİ) ƏLEYHİSSALAM HAQQ VƏ ƏDALƏTLƏ QIYAM EDƏCƏK.” (Şeyx Muhammed b.İbrahimi-Numani, Qeybəti-Numani s. 322) 

Fəzl bin Yəsar belə deyir: İmam Cəfəri-Sadiq əleyhissalamın belə buyurduğunu eşitdim: “ALLAHA AND OLSUN Kİ, EYNİLƏ İSTİ VƏ SOYUĞUN EVLƏRİNƏ DOLDUĞU KİMİ, HƏZRƏTI MEHDİNİN ƏDALƏTİ DƏ ONLARIN EVİNƏ DOLACAQ.”
(Şeyx Muhammed b.İbrahimi-Numani, Qeybəti-Numani s. 351) 

“Həzrəti Mehdi mənim əhli-beytimdən və mənim nəslimdəndir. O, (HƏZRƏTİ MEHDİ) YER ÜZÜNÜ ƏDALƏTLƏ DOLDURACAQ.” (Ölüm, Qiyamət, Axirət və Axırzaman Əlamətləri, İmam Şarani, Bədir Nəşriyyat, s. 438, (816)) 

“HƏZRƏTİ MEHDİ ƏDALƏTLİ BİR HAKİM OLARAQ ÇIXACAQ...“ (Əl-Qövlül-Müxtəsər Fi Əlamətil-Mehdiyyil-Müntəzər, s. 31) 

“HƏZRƏTİ MEHDİNİN ƏDALƏTİ ELƏ OLACAQ Kİ, HEÇ KİMƏ HEÇ BİR ŞEYDƏ, HEÇ BİR ŞƏKİLDƏ HAQSIZLIQ EDİLMƏYƏCƏK. “ (Kafi, c. 4, s. 427) 

“Həzrəti Mehdinin mühakimə və hökmlərində, həzrəti Mehdinin hökumətində KİMSƏYƏ BİR İYNƏ UCU QƏDƏR BELƏ ZÜLM VƏ HAQSIZLIQ EDİLMƏYƏCƏK VƏ KİMSƏ TƏHQİR EDİLMƏYƏCƏK. “ (Əl-Mehdiyyil-Məvud, c. 1, s. 280, 283, 284) 

“HƏZRƏTİ MEHDİ ƏDALƏT ÖLÇÜSÜNÜ VƏ TƏRƏZİSİNİ XALQIN ARASINDA BURAXACAQ VƏ BELƏCƏ, HEÇ KİM BAŞQA BİRİNƏ ZÜLM EDƏ BİLMƏYƏCƏK.“ (Əl-Mehdiyyil-Məvud, c. 1, s. 280, 283, 284) 

“Həzrəti Mehdi qiyam etdiyində -bəzi çətinliklər çıxdıqdan və döyüşlərdən sonra- ZÜLM VƏ HAQSIZLIĞI ORTADAN QALDIRACAQ VƏ YER ÜZÜNÜN HƏR YERİNİ ƏDALƏTLƏ DOLDURACAQ. “ (Biharül-Ənvar, c. 51, s. 146)

“(HƏZRƏTİ MEHDİ) HEÇ KİMİ BAŞQASINDAN ÜSTÜN TUTMAYACAQ.“ (Əl-Mehdiyyil-Məvud, c. 1, s. 264, 275, 277, 285, 287, 288, 311, 318, c. 2, s. 11) 

Əbu Səid Hudri də Peyğəmbərin (səllallahu əleyhi və səlləm) minbər üzərində belə buyurduğunu nəql edir: “Əhli-beytimdən olan vəd edilmiş HƏZRƏTİ MEHDİ AXIRZAMANDA ZÜHUR EDƏCƏK. Göy ona yağışını yağdıracaq və yer ona bitkilərini bitirəcək. İNSANLAR YER ÜZÜNÜ ZÜLMLƏ DOLDURDUQDAN SONRA O, YER ÜZÜNÜ ƏDALƏTLƏ DOLDURACAQ.” (Biharul-Ənvar, c. 51, s. 74, İsbatul-Hudat, c. 7, s. 9) 

“HƏZRƏTİ MEHDİ BÜTÜN QƏM VƏ ZÜLMƏTLƏRİ ARADAN QALDIRACAQ GÜNƏŞDİR. Ehsanda olduğu zaman çox bərəkətli bir yağışdır.” (Muhammed B. Rəsul Əl-Hüseyn Əl-Bərzənci, Qiyamət Əlamətləri, s. 188) 

BƏDİÜZZAMAN “HƏZRƏTİ MEHDİNİN BÜTÜN DÜNYAYA ƏDALƏT VƏ HAQQANİYYƏT GƏTİRƏCƏYİNİ” BİLDİRMİŞDİR. 

“...Yüzlərlə qüdsi qəhrəmanları yetişdirən və minlərlə mənəvi amirləri ümmətin başına keçirən və Quran əsasının mayası ilə, imanın nuru ilə və islamın şərəfi ilə bəslənib təkəmmül edən əhli-beyt, əlbəttə, axırzamanda Peyğəmbərimizin yolunu, Quranın əsasını və mahiyyətini, sünneyi-Əhmədiyyəni yenidən canlandırmaqla, hamıya eşitdirməklə, tətbiq etməklə amirləri olan böyük həzrəti Mehdinin yüksək ədalətini, haqq və ədalətə uyğunluğunu, doğruluğunu dünyaya göstərmələri çox məqbul olmaqla yanaşı, çox lazım, zəruri və insanların cəmiyyət həyatındakı qaydalarının gərəyidir. “ (Şüalar, s. 456) 

“Dünya hərc-mərclik (fitnə) içində qaldığında, fitnələr zühur etdiyində, yollar kəsildiyində, bəziləri bəzisinə hücum etdiyində, böyük kiçiyə mərhəmət etmədiyində və böyüyə təmkinli davranmadığında Allah bu sırada onlardan ədavətin kökünü kəsib dəlalət qalalarını fəth edəcək və əvvəlcə, mənim dəstək olduğum kimi, axırzamanında dinə dəstək olacaq, əvvəldən zülmlə dolu olan dünyanı ədalətlə dolduracaq birini (Mehdini) göndərəcək.“ (Kitabül-Burhan Fi Əlamətil Mehdiyyil-Axırzaman, s. 12) 

“MEHDİNİ İZLƏYƏNLƏR ONA SIĞINARLAR, BAL ARILARININ KRALİÇA ARIYA SIĞINDIQLARI KİMİ (ONUN YANINDA GÜVƏNLİK VƏ HÜZUR TAPARLAR), o, yer üzünü ədalət və dürüstlüklə dolduracaq.“ (Kitabül-Burhan Fi Əlamətil-Mehdiyyil-Axırzaman, s. 11)

0 yorum:

Yorum Gönder