KOMMUNİZMİN ÖRTÜLÜ DİN DÜŞMƏNLİYİ

Kommunizmin din düşmənliyini araşdırarkən bəzi kommunistlərin göstərdiyi "mülayim" siyasətin əsl məqsədini də bilmək lazımdır. Həqiqətən də dünyada marksist cərəyanlar iqtidarda olmadıqları müddətdə din əleyhinə sərt və təcavüzkar siyasət yürütməzlər. Hətta bəzən kommunistlərin ağızından dinə və dindarlara qarşı şirin sözlər də eşitmək mümkündür. Bəs onda belə "mülayim" üslub göstərməkdə məqsəd nədir?
Leninin yazılarıda bunun cavabını da tapmaq mümkündür. Lenin "Proletar Partiyasının Din Mövzusundakı Mövqeyi" başlıqlı məqaləsində Marks və Engels kimi ustadlarının şərh və metodlarından istifadə edərək, dinə qarşı açıq mübarizəyə ehtiyac olmadığını, bunun gərəksiz "siyasi oyun" olduğunu yazmışdır.
 Lenin dinə qarşı düşmənliklərini açıq şəkildə elan edən, təhqir dolu kampaniyalar təşkil edən digər bəzi materialistləri isə (məsələn, anarxistləri və ya "burjua ateistlərini") naşı və sadəlövh hesab etmişdir. Bu insanlar marksistləri "mülayim və "tərəddüdlü" davranmaqda günahlandırırlar. Lenin bunları rədd etmiş və "marksizmin görüntüdəki mülayimliyinin" diqqətlə düşünülmüş taktika olduğunu açıqlamışdır.
Lenin sözü gedən "mülayim" taktikasnı 1917-ci ilə qədər, yəni kommunistlər iqtidara gələnə qədər davam etdirdi. Ancaq bundan sonra bu mülayimlik yox oldu, əksinə bütün Sovet torpaqlarında dinə və dindarlara qarşı böyük təqib başladı. Əvvəllər "ateist olduğumuzu açıq şəkildə ifadə etməməli və dinə inananları da öz tərəfimizə çəkməliyik" deyən Lenin iqtidara gəldikdən sonra daha fərqli yol izlədi. Amerikalı tarixçi Robert Konkvest (Robert Conquest) TheHarvestofSorrow adlı kitabında Bolşeviklerin din siyasətinin bəzi əsasların belə izah  edir:
1918 konstitusiyasının 65-ci maddəsində din adamlarının "burjuaziyanın qulluqçuları" olduğu elan edildi. Beləliklə də maaşları kəsildi, uşaqları ibtidai təhsildən sonra məktəblərə qəbul olunmadı.
28 yanvar 1918-ci ildə qəbul olunan bir qanunda məktəblərdəki bütün dini təhsil qadağan edildi. Daha sonradan 1921-ci ilin 13 iyununda 18 yaşıdan kiçik gənclərə dini təhsilin verilməsi qadağan edildi.
1929-cu ilin 8 aprelində üzvlərinə yardım paylayan dini qrupların qurduğu yardım fondları, xüsusi ayinlər, uşaqlar, qadınlar üçün buraxılan İncil; ədəbiyyat, əl işləri, iş, dini dərslər, uşaqlar üçün oyun yerləri təşkil etmək, kitabxana açmaq, tibbi yardım təşkil etmək də qadağan edildi. Rəsmi əmrlər kilsənin bütün fəaliyyətlərini yox etdi.
22 may 1929-cu ildə Konstitusiyanın 18-ci maddəsi hazırlandı və "dini və anti-dini təbliğat azadlığı", "ibadət azadlığı və anti-dini təbliğat azadlığı" olaraq dəyişdirildi. Eyni zamanda Təhsil Komissiyası da "məktəblərdə anti-din təbliğatı" əmrini verdi.
Kollektivləşdirmə ilə bütün regional ibadət yerləri bağlanıldı. Dini xatırladan şeylərin hamısı yandırıldı. 20 fevral 1930 tarixli Qərb Regional Komitəsindən olan xüsusi məktub sərxoş əsgərlərin kənd kilsələrini necə bağladığını, dini simvolları qırdığını və kəndliləri təhdid etdiyini izah edirdi. Bu qapadılma və qadağalar bütün dinlərə tətbiq olunurdu.
Bununla belə kilsələr bağlandıqda dini işlərin kənarda icrasına icazə verildiyi deyildi. Xarkovda doqquz böyük kilsənin bağlanılması, eyni zamanda "kilsələrin bağlanıldığı bu günlərdə xüsusi evlərdə dini yığıncaqların keçirilməsinin qarşısının alınması" qərarı qəbul edildi.
Leningraddakı Kazan Kilsəsi anti-din muzeyinə çevrildi. Kievdəki müqəddəs Sofiya Kilsəsi və digər kilsələr antidini mərkəzlər olmuşdu. Xarkovda St. Andrey kilsəsi kinoteatra, digəri radiostansiyaya, başqa biri maşın ehtiyat hissəsi satan dükana çevrilmişdi. Poltavada isə iki kilsə maşın təmir olunan obyekte çevrildi.
Bunlar bütün dinlərə tətbiq olunurdu. İslam da eyni təzyiqlər altında idi. Kommunist dövr boyu minlərlə məscid bağlanmış və çox sayda din adamı "qulaq" olaraq damğalanıb öldürülmüş və ya Sibirin əmək düşərgələrinə göndərilmişdi. (108)
Leninin "dinə qarşı mülayim olmalıyıq" taktikası Bolşevik İnqilabından sonra sərt və qatı din düşmənliyinə çevrildi. Lenin milyonlarla insanın həyatı bahasına başa gələn 1920-21 qıtlığını da "insanların Allaha olan inanclarını yox edən" faydalı irəliləyiş hesab etmişdi. 
Lenin Allaha və dinə qarşı olan bu cür üsyankar ruh halıyla ağrılar içində qıvrılaraq və ağlını itirmiş halda öldü. Allah Leninin insanlara etdiyi zülmün və dinə qarşı düşmənliyinin qarşılığını dünyada verdi. Etdiklərinin qarşılığını əskiksiz olaraq axirətdə də alacaq bu kimi zalım insanlar haqda Quranda belə bildirilmişdir:
Allah və Onun Peyğəmbəri əleyhinə çıxanlar, özlərindən əvvəlkilər nə cür rüsvay olmuşlarsa, o cür rüsvay olacaqlar. Biz açıq-aşkar ayələr nazil etdik. Kafirləri alçaldıcı bir əzab gözləyir! Allah onların hamısını dirildəcəyi gün etdikləri əməlləri onlara xəbər verəcəkdir. Allah (onların əməllərini bir-bir) sayıb yazmış, onlar isə onu unutmuşlar. Allah hər şeyə şahid olandır! (Mücadilə 5-6)
Lenindən sonra iqtidara gələn Stalin də Lenin kimi din düşməni idi. Bu düşmənliyini milyonlarla dindar insanı öldürərək, dini təşkilatları, ibadət yerlərini dağıdaraq və daimi ateizm təbliğatı apararaq göstərmişdi. Stalinin apardığı ateist təbliğatın ən mühüm ünsürü isə təkamül nəzəriyyəsi idi. Avtobioqrafiyasında belə yazırdı: "Məktəblərdəki şagirdlərimizin zehinini altı gündə yaradılış əfsanəsindən təmizləmək üçün onlara üç şeyi xüsusilə öyrətməliyik: Dünyanın yaşını, geoloji mənşəyini və Darvinin təlimlərini. " (109)
Stalin, Anarxizimmi, Sosializmmi? adlı kitabında isə Darvin ilə yaradılışçı alim və poliontologiyanın qurucusu olan Corc Kyuve ilə (George Cuvier) müqayisə edir və belə yazırdı: "Marksizm darvinizmə əsaslanır və onu heç araşdırmadan qəbul edir. Marksistlər Kyuvenin nəzəriyyəsini isə şiddətlə rədd edirlər. "

0 yorum:

Yorum Gönder