'HZ. İSA ÖLDÜ' DEYƏNLƏR BÖYÜK ALDANIŞ İÇİNDƏDİRLƏR

Tarix boyunca bir çox peyğəmbərə olduğu kimi, iman etməyənlər Hz. İsaya da müxtəlif tələlər qurmuş və onu öldürməyə cəhd etmişlər. Ancaq Allah inkar edənlərin Hz. İsaya qurduqları tələləri pozmuş, Hz. İsanı öldürə bilməmişlər. Hz. İsa Allah qatına yüksəldilmişdir və -xristianların da gözlədikləri kimi- Allahın təqdir etdiyi zaman gəldikdə yenidən dünyaya gələcəkdir.

Hz. İsa uca Allahın insanları doğru yola çağırmaqla vəzifələndirdiyi seçilmiş bir elçisidir. Hz. İsanı digər  peyğəmbərlərdən ayıran xüsusiyyətlərindən ən əhəmiyyətlisi onun ölmədiyi, Allah qatına yüksəldildiyi və yer üzünə təkrar geri dönəcəyidir. Ancaq Hz. İsanın yenidən yer üzünə gəlməsi ilə əlaqədar edilən mübahisələrin gün keçdikcə artması bərabərində bir çox iddia və sualı da gətirir. Bu səbəblə, yazımızda Hz. İsanın yenidən dünyaya dönüşü mövzusunda edilən səhv məlumatlandırma və yönləndirmələri Allahın izniylə düzəltmək məqsəd qoyulmuşdur.

Hz. İsanın bioloji ölümü hələ reallaşmamışdır

“Maidə” surəsinin 117-ci ayəsində keçən "...Məni vəfat etdirdiyində (təvəffəytəni) üzərlərindəki nəzarətçi Sən idin..." ifadəsindəki “vəfat etdirmək” sözü bəzi kəslərin iddia etdiyi kimi bioloji bir ölüm deyil. Vəfat etdirmək həmişə bioloji olaraq insanın ölümü mənasında istifadə edilmir. Məsələn, bu ayədə "vəfat etdirmə" olaraq tərcümə edilən  sözlə “Ənam” surəsinin 60-cı ayəsində istifadə edilən söz eynidir. Ancaq "Vəfat" sözünün ərəbcə qarşılığı azəricədə istifadə edilən ölüm mənasından fərqli mənalar daşıyır.

"Sizi gecə vəfat etdirən  (təvəffakum) və gündüzlər isə nələr etdiyinizi bilən Odur, sonra O, sizi səhərlər oyadır ki, müəyyən olunmuş əcəliniz gəlib çatsın...." (“Ənam” surəsi, 60)
Bu ayədən də aydın olduğu kimi, Allah yatan insanın da canını alır, amma bu halı ilə insan bildiyimiz mənada ölmüş olmaz. “Təvəffa” sözünün yuxu mənasında istifadə edildiyini söyləyənlərə görə -ki, əksəriyyət bu fikirdədir- ayənin təfsiri "Səni yatırdacağam" şəklindədir. Nəticə olaraq Hz. İsanın yuxuya bənzər bir vəziyyətə salınıb Allah qatına yüksəldildiyini, hadisənin bildiyimiz ölüm olmadığını, yalnız bu ölçüdən bir ayrılış olduğunu söyləyə bilərik. (Ən doğrusunu Allah bilir. ) Hz. İsa gəldiyində  Hz. Mehdi ilə  birlikdə yaşadıqları bütün çətinliklərə, özlərinə kömək edilməməsinə və hətta onlara qarşı xoşagəlməz fəaliyyətlərin aparılmasına baxmayaraq Allahın izniylə gerçək islam əxlaqını bütün dünyaya hakim edəcək.

Hz. İsanın yenidən gələcəyini düşünmək İslama zidd deyil

Əvvəlcə, bunu bildirmək lazımdır ki “ƏHzab” surəsinin 40-cı ayəsində də bildirildiyi kimi, Peyğəmbər əfəndimiz (s.ə.v), "Allahın Elçisi və peyğəmbərlərin sonuncusudur" və Hz. İsanın ikinci dəfə yer üzünə gələcək olması -bəzi adamların önə sürdüyü kimi- bu həqiqəti dəyişdirməz. Hz. İsa Hz. Muhammeddən (səv) sonra göndərilən bir peyğəmbər olaraq deyil, Hz. Muhammedin (səv) şəriətini davam etdirəcək və dünyaya Allahın izniylə din əxlaqını hakim edəcək bir elçi kimi gələcəkdir. Hz. İsanın ikinci dəfə gəlişiylə islam əxlaqının hakim olacağı bir hədisdə belə bildirilmişdir:
"İslamdan başqa (heç bir dini) qəbul etməyəcək... Din müctəhidi (yol  göstərən) olacaq... Allahdan başqa heç kimə və heç bir şeyə ibadət edilməyəcək..". (Ruhul-Məani, 7/60)

Hz. İsa səmada deyil, zaman və məkandan asılı olmayan ayrı bir ölçüdə yaşayır

Hz. İsanın Allah qatına yüksəldilməsini bizim asılı olduğumuz zaman və məkan anlayışları ilə qiymətləndirmək son dərəcə səhvdir. Bildirmək lazımdır ki, Hz. İsanın Allah qatına yüksəldilməsində məqsəd Hz. İsanın bilinən mənada səmada yaşamağa başlaması deyil. Hz. İsanın yüksəldilməsində məqsəd Allahın Hz. İsanı zamandan və məkandan asılı olmayan ayrı bir ölçüyə götürməsidir. (Ən doğrusunu Allah bilir.)

Hz. İsa ölümsüz deyil

1. Bəzi adamlar “Ənbiya” surəsinin 34 və 35-ci ayələrində bildirilən "…heç bir bəşərə əbədiyyət (ölməzlik) vermədik…" və "Hər bir kəs ölümü dadacaqdır…" ifadələrinə diqqət çəkib İsanın da ölmüş olduğunu önə sürür. Ancaq ayələrdə Allahın Hz. İsanı inkar edənlərin qurduğu tələdən qoruyub qurtardığı bildirilmişdir. Bu isə, əlbəttə, Hz. İsanın ölümsüz olduğu mənasını verir. Unutmaq olmaz ki, "O bir bəndədir" (“Zuxruf” surəsi, 59) ayəsiylə bildirildiyi kimi, Hz. İsa da Allahın yaratdığı bir quldur və hamı kimi ölümlüdür.

Hz. İsa ilə əlaqədar Kutubi-sittədə olan bəzi hədislər

Səhihi-Buxari
Səid ibnul, Müsəyyəb Əbu Hüreyrədən (rə) belə dediyini eşitmişdir: Rəsulullah (səv) belə buyurdu: "Nəfsim əlində olan Allaha and içirəm ki, şübhəsiz, irəlidə Məryəm oğlu İsa sizin içinizə ədalətli bir hakim olaraq enəcək. O zaman o, səlibi qıracaq, donuzu öldürəcək, cizyə vergisini qaldıracaq, mal o qədər çoxalacaq ki, heç kim mal qəbul etməyəcək. Nəhayət, bir tək səcdə dünya və dünyadakı hər şeydən daha xeyirli olacaq". (Səhihi-Buxari Müxtəsəri Təcridi-Sərih tərcüməsi və şərhi, hədis nömrə: 1018, Diyanət İşləri Nazirliyi Nəşrləri, Ankara 1986, c. 6, s. 532) 
 
Səhihi-Müslim
Cabiru'bnu Abdillah (rə) belə demişdir: Peyğəmbərdən (səv) eşitdim, buyurdu ki: "Ümmətimdən bir tayfa qiyamət gününə qədər haqq üzərində mübarizə aparıb müzəffər olmaqda davam edəcək". Nəhayət Məryəm oğlu İsa enər və müsəlmanların amiri ona: "Gəl, bizə namaz qıldır" deyər. Bunun üzərinə İsa: "Xeyr, Allahın bu ümmətə bir hörməti olaraq sizin bir qisminiz digər bir qisim üzərinə amirsiniz" deyər. 
Hz. İsanın gələcəyinə inanmaq xristianlığı müdafiə etmək mənasını verməz
Hz. İsa Allah qatında təriflənmiş, seçilmiş, mübarək bir peyğəmbərdir. Üstün əxlaqı və dərin imanı bütün möminlər tərəfindən hörmətlə xatırlanır və nümunə götürülür. Hz. İsanın əxlaqını tərifləmək, belə müqəddəs bir insanın yenidən dünyaya gələcəyindən həyəcanlanmaq, bu həqiqəti bütün iman edənlərə müjdələmək gözəl davranış nümunələridir. "Xristianlığa dəstək vermək olar" kimi ağıl və məntiq xarici bir bəhanə önə sürüb Hz. İsanın gələcəyi həqiqətini gözardı etməyə çalışmaq qətiyyən məqbul bir davranış deyil.

Ayrıca, bildirmək lazımdır ki, Hz. İsa yenidən dünyaya gəldiyində kitab-əhlinin sapıq inanclarını ortadan qaldıracaq, insanları Allah qatında haqq olan dinə, yəni islama çağıracaq. Quranla və sevimli əfəndimizin (səv) sünnəsiylə hökm edəcək. Bu həqiqət bir hədisdə belə müjdələnmişdir:

"Qırx (40) il Allahın Kitabı və mənim sünnəmlə hökm edər, vəfat edər." (Kitabul-Burhan Fi Əlamətil-Həzrəti-Mehdiyyil-Axırzaman, s. 92)

Hz. İsanın ölmədiyi və təkrar yer üzünə gələcəyi inancı xristianlığa aid təhrif edilmiş bir inanc deyil

Hz. İsanın Allah qatına yüksəldilməsi mövzusunda xristianların üçləmə və Hz. İsanı sözdə ilahlaşdırma (Allahı tənzih edirik.) kimi sapıq inanclarından qaynaqlanan bəzi səhv şərhləri vardır. Xristianların bu şərhləri degenerasiya edilmiş, gerçək din əxlaqına uyğun olmayan şərhlərdir və Quranda bu degenerasiya olmuş inanc və hökmlərin hansıları olduğu göstərilir. Ancaq xristianların Hz. İsanın təkrar yer üzünə gələcəyinə dair inancları Quranda açıq və dəqiq olaraq möhkəmləndirilmişdir. Əgər Hz. İsanın yenidən yer üzünə dönəcəyi xristianların təhrif edilmiş inanclarından biri olsaydı (ki bu doğru deyil), heç şübhəsiz, digər bütün sapıq inanclarda olduğu kimi, bu da Quranda bildirilərdi.

Hz. İsanın yenidən gəlişi ilə imtahan mühiti ortadan qalxmış olmaz
Yüzlərlə il əvvəl Allah qatına yüksəldilmiş müqəddəs bir şəxsin yenidən dünyaya geri gəlməsinə şahidlik olunması, şübhəsiz, bütün möminlər üçün böyük bir şərəfdir. Ancaq, əlbəttə, bu, imtahan mühitini ortadan qaldırmış olmaz. Bəzilərinin zənn etdiyi kimi, Hz. İsanın dönüşü bütün insanlar tərəfindən dərhal qəbul edilməyə bilər. Hz. İsa xüsusilə, inkar edənlər, gerçək din əxlaqını yaşamayanlar və ya imanən zəif olanlar tərəfindən şübhə ilə qarşılana bilər.

Unutmaq olmaz ki, tarix boyunca göndərilən peyğəmbərlərin bir çoxu insanları imana dəvət edə bilmək üçün onlara Allahın diləməsiylə bir çox möcüzələr göstərmişlər. Lakin gördükləri möcüzələr qarşısında insanların böyük bir qismi iman etməmiş, tam əksinə daha da kibirlənmiş və inkarlarında inad etmişlər. Bu səbəbdən bəzi insanların iddia etdiyi kimi, Hz. İsanın gəlişi kimi böyük bir möcüzənin reallaşmasıyla imtahan mühitinin ortadan qalxması qətiyyən söz mövzusu deyil.

Din əxlaqını  hakim etmək üçün nəyə görə Hz. Muhammed (səv) deyil, Hz. İsa göndərilir?

Sevimli Peyğəmbərimiz Hz. Muhammed (səv), həyatı boyunca Allah yolunda bütün insanlığa nümunə bir mübarizə sərgiləmiş və Allahın təqdir etdiyi müddət dolanda isə digər bir çox peyğəmbər kimi, ömrü sona çatmışdır. Hz. İsa üçün isə Allah fərqli bir qədər təqdir etmiş və onun yenidən yer üzünə dönəcəyini vəd etmişdir. Bu Rəbbimizin təqdiridir və şübhəsiz, böyük hikmətləri vardır. Hz. İsanın yenidən gəlməsinin hikmətlərindən biri isə (ən doğrusunu Allah bilir) xristian və yəhudilərin içində olduqları vəziyyətdən ancaq bu şəkildə xilas ola biləcək olmalarıdır. Bilindiyi kimi, xristianlar Hz. İsanın ardından peyğəmbərlərini ilahlaşdırma sapqınlığına düşmüşlər (Allahı tənzih edirik) və dinlərini təhrif etmişlər. Xristian dünyasının söz mövzusu bütün sapıq inanclardan təmizlənib gerçək din əxlaqına və son haqq din olan islama yönəlməsi üçün Hz. İsanın gəlməsi bu səbəblə böyük əhəmiyyət daşıyır.
Hz. isanı gözləmək iman edənləri şövqləndirər

Hz. İsanı gözləməyin iman edənləri tənbəlliyə aparacağını düşünən bəzi adamların bu iddialarının tam əksinə, Allahın insanlara bir elçi göndərəcək olması səmimi olaraq iman edənlər üçün çox əhəmiyyətli bir şövq mövzusudur. Könüldən iman edən bir adam elçinin gələcəyi mühit üçün əlindən gələn ən yaxşı və gözəl hazırlığı etməyin lazım olduğunu bilər. İmani bir həyəcan və eşqlə həm özünü, həm də ətrafını bu müqəddəs hadisəyə hazırlayar. Tənbəllik və şövqsüzlük isə imani zəifliyi olanların xüsusiyyətləridir.

Hz. İsanın gəlişi və bu qiymətli peyğəmbəri görə bilmək bütün insanlıq üçün çox böyük bir nemət, Rəbbimizdən çox böyük bir lütfdür. Onun doğumu, həyatı, Allah qatına alınışı və yer üzünə ikinci dəfə gəlişi kimi, bu gəlişdən sonrakı həyatı da Allahın izniylə möcüzələrlə dolu olacaq. Bütün insanlar onun üstün əxlaqına və bənzərsiz ağlına heyran olacaqlar. Onun söylədiyi hər söz, hər hərəkət hikmətli və aldığı hər qərar Allahın ilhamı ilə məqsədəuyğun olacaq.

Hz. İsa haqqındakı bütün bu həqiqətlər səmimi olaraq iman edənlərin bu əhəmiyyətli mövzunu bir dəfə yenə düşünmələri və vicdanlarının səsini dinləyərək maddi-mənəvi gərəkli bütün hazırlıqları etmələri üçün əhəmiyyətli bir xatırlatmadır. Bu xatırlatmağa uyanlar Allahın izinylə bu müqəddəs elçi yenidən yer üzünə gəldiyində -sevimli Peyğəmbərimizin (səv) müjdələdiyi kimi- özünün köməkçisi və dəstəkçisi olmaq şərəfinə çatmağı ümid edə bilərlər. Heç şübhəsiz, bu, könüldən iman edən bütün müsəlmanların duasıdır.

Nəticə: Hz. İsa yer üzünə yenidən gəldiyində hər davranışıyla hikmətli və bənzərsiz olacaq

0 yorum:

Yorum Gönder