BAL ARILARI

Allah Quranın bir çox ayəsində yer üzündəki və səmadakı qüsursuz tarazlığa diqqət çəkər və bu mövzular üzərində düşünülməsini istəyir. Çünki düşünən insan Allahın ayələrini görür və Rəbbini daha yaxşı tanıyır.
Quranda bəzi canlılara xüsusilə diqqət çəkilmişdir. Bunlardan biri də arılardır. Arılar hər kəsin varlığından xəbərdar olan kiçik canlılardır. İndi bu canlılar haqqında bir neçə sadə sual soruşaq. Arılar nə edirlər? Bu, hər kəsin cavabını verə biləcəyi bir sualdır: arılar bal və pətək düzəldərlər. Təkrar sual soruşaq: Arılar nə üçün bal düzəldirlər?

Bəzi insanlar bu sualın cavabının nə qədər əhəmiyyətli olduğunun fərqində belə deyil. Bəziləri bu mövzu üzərində heç düşünməmişdir belə. Bəziləri də arının Darvinin təsvir etdiyi kimi bir təkamül müddəti sonunda var olduğunu müdafiyə edir. Əsas mövzu təkamülçülərə görə arılar digər bütün canlılar kimi bir təsadüflər zənciri nəticəsində ortaya çıxmışlar. "İnstinkt" deyilən bir impuls da yenə təsadüflər nəticəsində arılara bal hazırlamağı öyrətmişdir. Amma problemin əsl doğru cavabı, insan üçün çox əhəmiyyətli olan bir mövzunu ehtiva edər. Arı, bir çox mükəmməl xüsusiyyətiylə birlikdə Allah tərəfindən yaradılmış və Onun ilhamıyla insanlar üçün bal düzəltməktədir.

İndi Allahın Quranda bəhs etdiyi bu yaradılış dəlilini birlikdə araşdıraq.

Arılar toplu şəkildə yaşayan canlılardır və bir şanda həyatın davamlılığını təmin etmək üçün birlikdə çalışırlar. 60-70 min arının yaşadığı bir şanda nizam necə təmin edilər? Necə olur ki, heç qarışıqlıq çıxmaz? Bu nizamı arıların özlərinin meydana gətirməsi mümkündür? Bütün bu sualların cavabları insanlarla arılar müqayisə edilərək veriləcək olsa şanda təmin edilmiş qüsursuz nizamdakı fövqəladəlik daha yaxşı başa düşüləcəkdir.

Birlikdə iş görmək üçün bir yerə toplaşmış insan birliklərində ən çətin mərhələ, iş planının və vəzifə təşkilatının edilməsidir. Əgər tapılan yer bir fabrikadırsa, işçilərin üzərində usta başları, usta başının üzərində mühəndislər, mühəndislərin üzərində administrativ heyəti, administrativ heyətin üzərində isə ümumi müdir olur. Fabrikin məhsuldar çalışması üçün olduqca böyük əmək və pul xərclənilir. Qısa və uzun dövr planları təşkil edilir statistikalar çıxarılar. İstehsal əsnasında daha əvvəldən hazırlanmış istehsal planları istifadə edilir və hər mərhələdə keyfiyyət yoxlaması aparılır.
Ustabaşların, mühəndislərin, administrativ heyət və üst əviyyə idarəçilərinin hər biri vəzifələrinə gəlməmişdən əvvəl illərcə davam edən akademik və ya praktik təhsildən keçənlərdir.
Ancaq bütün bu verilən nümunələr və bənzəri təşkilatların tam olaraq qurulması və əskiksiz işləməsi nəticəsində, yüzlərlə insanın uyğunluq içində çalışması üçün təmin edilir.
Bir neçə yüz ağıl və iradə sahibi olan insanı bir yerdə işlətmək üçün beləsinə detallı bir təşkilat lazım olduğunda, on minlərcə arı heç bir insan birliyinin bacara bilməyəcəyi mükəmməllikdə bir təşkilat içində çalışmaqdadırlar. Yaxşı amma necə? Bu məsələnin cavabını yenə insanlarla arıları müqayisə edərək verək.
Arılar insanlar kimi təhsil almazlar. Hər hansı bir vəzifə doğular doğulmaz yerinə yetirməyə başlayırlar. Fabrikadakı hər bir işçi öz mənfəətləri üçün çalışır. Halbuki arıların etdikləri işdən fərdi bir mənfəətləri yoxdur.
Fabrikdə işçisindən, administrativ personalına qədər hər işçinin iş saatı, tətilə çıxma haqları olduğunda, arılar ömrü boyu heç dayanmadan insanlar üçün çalışırlar.
Yaxşı bu qədər qüsursuz bir nizamı təmin edən nədir? Təsadüflər 60-70 min arını bir yerə gətirib nizama sala bilərmi? Təsadüflər on minlərlə arının hər birinə öz edəcəyi işi öyrədib qarışıqlıq çıxmamasını təmin edəcək bır sistem meydana gətirə bilərmi?
Təbii ki, xeyr. Təsadüflər qətiyyən bir nizam meydana gətirə bilməz. Təsadüflər sadəcə qarışıqlıq ortaya çıxarır. Bütün kainatda var olan nizam kimi, arıların həyatındakı nizam da təsadüflərin əsəri ola bilməz.
Bir şanda uyğunluq içində yaşayan on minlərlə arının hamısı eyni maşının dişliləriymiş kimi uyğunluq içində, heç dayanmadan işlədən Allahdır. Arılarda yer üstündəki bütün canlılar kimi Allahın əmri ilə hərəkət edirlər. Bu həqiqət Nəhl surəsində belə bildirilməkdədir:
Rəbbin bal arısına belə vəhy etdi: Dağlarda, ağaclarda, insanların qurduğu yerlərdə ( evlərin damında, üzümlüklərdə) özünə yuva tik. Sonra bütün meyvələrdən ye və Rəbbinin sənə göstərdiyi yolla rahat, asanlıqla get. O arıların qarınlarından insanlar üçün şəfa olan müxtəlif rəngli bal çıxar. Şübhəsiz ki bunu da düşünüb dərk edənlər üçün bir ibrət vardır. (Nəhl surəsi , 68-69).
İşçi arılar altı həftəlik həyatlarının sonunda bal yığıcısı olurlar. Arılar yığdıqları polenləri şanlarına daşıyarkən vücudlarında olan polen səbətlərindən istifadə edirlər. Yandakı şəkildə səbəti polenlə dolu olan bir işçi arı görürük.
Bir şanda işçi arılar, şahzadə arı və erkək arılar olur. İşçi arılar şandakı bütün işləri öhdələrinə götürmüş və böyüdükləri hüceyrədən çıxdıqları andan etibarən inkişafları ilə mütənasib olaraq şanın içindəki vəzifələridə dəyişir. İşçi arılar həyatları boyunca şanın içindəki hər cür işlə maraqlanırlar. İlk üç günlərini şanı təmizləməklə keçirirlər.
1. Şanda təmizlık.

Şanın təmiz olması arılar və sürfələrin sağlamlığı baxımından çox əhəmiyyətlidir. Arılar şanda olan lazımsız gördükləri hər şeyi çölə daşıyırlar, daşıya bilməyəcəkləri qədər böyük olan və şana çöldən girən böcəkləri də öldürərlər və bir maddə ilə örtərək bir cür mumyalama əməliyyatı aparırlar. Diqqətlə baxsaq burada çox maraqlı detallar vardır. Əvvəlcə arılar ölən bir canlının pozulacağını bilir həm də özlərinə zərər verilməsinin qarşısını almaq üçün mumyalamaq lazım olduğunu da bilir. Ayrıca bu əməliyyatda çox xüsusi bir maddə olan “propolis” dən istifadə edirlər. Propolisin xüsusiyyəti, içinə bakteriya girə bilməməsidir. Yəni mumyalama üçün ideal bir maddədir. Görəsən arılar bu maddənin mumyalanma üçün ideal bir maddə olduğunu haradan bilirlər, bunu necə istehsal edirlər?

Arıların bu haqqda bir məlumatlarının olmadığı açıqdır. Öz özlərinə nə ölən canlıların bədənlərinin pozulacağını bilmələrinə nə propolis kimi bir maddədən xəbərdar olmalarına nə də mumyalama kimi bir əməliyyatı dərk etmələrinə də imkan yoxdur.

2. Baxıcı arılar.

3 gündən sonrakı bir həftə boyunca baxıcılıq edərlər. Bədənlərindəki bəzi ifrazat bezlərinin hərəkətə keçməsi üzərinə, birdən sürfələrin baxımı işinə yönələrlər. Sürfələrin baxımı ilə gündəlik 3 və ya 10 arı maraqlanar. Sürfələrin bəziləri arı südü ilə bəzilərini də bal-çiçək tozu qarışığı ilə bəsləyərlər.

3. Pətək memarları.

10-cu gündən başlayaraq bəzi işçilərin qarnındakı bal mumu inkişafa başlayır və bal mumu edəcək hala gətirirlər. İşçi arılar artıq bal mumu ilə pətək tikən inşaat işçiləridirlər.

4. Gözətçi arılar.

Arılar 10 gün boyunca pətək istehsalına davam edərlər. Doğumlarının 20-ci günündə yenə vəzifə dəyişdirərlər. Bu dəfə şanın girişində gözətçilik edərlər. Arıların bədənində yenə bir dəyişiklik olur və iynə bezləri zəhər çıxarmağa başlayır və gözətçi arılar şanın qapısında keşik tutaraq dəvətsiz gələn qonaqların içəri girməsinə mane olurlar.

Uzaqdan baxdıqda arılar bir-birlərinə çox bənzəyirlər. Bu bənzərliyə baxmayaraq şana girən hər hansı bir başqa arı dərhal tanınır və anında şandan çölə atılır ya da öldürərlər.B u nöqtədən ağla dərhal bir sual gəlir: arılar bir-birlərini necə tanıyırlar?

5. Polen yığıcısı arılar.

Arılar cəmi altı həftəlik həyatlarının qalan hissəsində çiçəkləri araşdıran bal yığıcısı olurlar.

İşçi arılar şandakı bütün işləri edərkən şahzadə arıya düşən vəzifə yalnız törəməkdir.

Şahzadə arı bütün ömrü boyunca heç dayanmadan yumurtlayar və bütün ehtiyacları işçi arılar tərəfindən qarşılanır.

Arıların həyatındakı bu maraqlı müddət qarşımıza bir çox sual çıxarır. Dünyaya gözlərini yeni açan bir canlı, arı kimi heç bir ağlı, zəkası olmayan bir böcək necə olur ki edə biləcəyi işlərin hamısını hərfinə kimi bilir? Necə olur ki bu heyvan bədənini təmizlik etməyə nizamlayarkən, bir anda bəzi ifrazat bezlərinin hərəkətə keçməsi ilə sürfələrə baxmağa başlayır. 4-5 gün bundan əvvəl özü bir sürfə olan arı necə bunları bacarır? Yenə birdən-birə bədəni dəyişərək bal mumu ifraz etməyə başlayanda birdən-birə bir inşaat işçisinə və daha sonra yenə dəyişərək bir gözətçiyə çevrilir.
İşçi arılar şandakı hər cür nizama görə məsuliyyət daşıyır. Kiçik şəkildə arılar qanadlarını çırparaq şanın isti qalmasını təmin etməyə çalışan, böyük şəkildə isə sürfələrin otaqlarını təmizləyən işçi arıları görürük.
Gordüyünüz kimi şanın içində qüsursuz bir nizam vardır və bu nizam sayəsində 60-70 min arı heç bir qarışıqlıq çıxmadan həyatlarına davam etdirərlər. Bu qüsursuz nizamı quran və davamlılığını təmin edən heç şübhəsiz ki, arıların ağılı, təcrübəsi ya da qüsursuz təşkilat qabliyyətiləri deyil. Arılar da yer üzündəki digər bütün canlılar kimi üstün bir elmin sahibi olan Allaha boyun əymişlər və onun əmri ilə hərəkət etməktədirlər.

0 yorum:

Yorum Gönder