QURANDA XRİSTİANLIQ VƏ YƏHUDİLİK TƏBLİĞATI YOXDUR!

“Allah Quranda bütün peyğəmbərləri üstün əxlaqları ilə tərifləmiş, bu mübarək qulların Öz Qatında seçilmişvə şərəfli olduqlarını xəbər vermişdir.”

“Biz Allaha, bizə nazil olana (Qurana), İbrahimə, İsmailə, İshaqa, Yəquba və onun övladına (əl-əsbat) göndərilənlərə, Musaya və İsaya verilənlərə, Rəbbi tərəfindən (bütün) peyğəmbərlərə verilən şeylərə inanmışıq. Onlardan heç birini digərindən ayırmırıq. Biz ancaq Allaha boyun əyən müsəlmanlarıq!”(Bəqərə Surəsi, 136) ayəsində buyurulduğu kimi bütün peyğəmbərlərə birini digərindən ayırd etmədən iman edər, hamısını dərin bir sevgiylə sevər və bu müqəddəs insanların həyatlarını və əxlaqlarını tərifləyərək xatırlayarlar.
Bəzən bəzi insanlar Hz. İsanı ya da Hz. Musanı tərifləmənin, üstün əxlaqlarını xatırlamanın Xristianlıq və ya Yəhudilik təbliğatı olacağı səhvini qarşıya qoymuşdular. Lakin bu son dərəcə səhv bir fikirdir. Peyğəmbərlərin hamısı qövmlərinə Rəbbimiz qatındakı haqq dini təbliğ etmiş, onları bir və tək olaraq Allaha iman etməyə çağırmış, onları axirət gününə qarşı xəbərdar edib qorxutmuşlar. Bütün peyğəmbərlər, Müsəlmanlar üçün nümunə olmalı və hörmətlə xatırlanmalı və üstün bir əxlaqa, dərin bir imana sahib olan mübarək insanlardır. Allahın Quranda bu mübarək insanları tərifləməsi kimi, Müsəlmanlar da Hz. Məhəmməd (s.ə.v.)-in yanında Hz. İsanın, Hz. Musanın, Hz. Yaqubun, Hz. Nuhun, Hz. Yusifun, Hz. İbrahimin, Hz. İlyasın, Hz. Şuaybın, Hz. Lutun və digər bütün peyğəmbərlərin nümunəvi əxlaqlarını, rəftarlarını və imanlarını şövqlə və həyəcanla, tərifləyərək xatırlamalıdırlar. Bu peyğəmbərləri tərifləmək hər hansı bir din təbliğatı etmək mənasını verməz. Bu, Allahın Quranda təriflədiyi bir ibadət şəklidir.

Bütünpeyğəmbərlər Hz. İbrahimin soyundan gəlmişdir. Yəhudi peyğəmbərləri də Xristian peyğəmbərləri də və Peyğəmbər Əfəndimiz də Hz. İbrahim soyundan gəlmişdir.Hz. İbrahim tərifləndiyində səhv inanclara sahib Yəhudilər və ya Xristianlar təriflənmiş olmazlar. Hz. İbrahim tərifləndiyində onun soyundan gələn və səmimi olan bütün ixlas sahibləri təriflənmiş olarlar. Allah Quranda Hz. İbrahimin üstün əxlaqını tərifləmiş və insanları Hz. İbrahimin dininə uyğun gəlməyə dəvət etmişdir:

Hz. Musa və Hz. Harun da Quran da təriflə xatırlanan peyğəmbərlərdəndir. Rəbbimiz, bu mübarək qullarını Öz Qatında xeyirli və şərəfli insanlar etmişdir: 
Biz Musa və Haruna da nemət (peyğəmbərlik) bəxş etdik. Onların hər ikisini böyük fəlakətdən  qurtardıq. Onlara yardım etdik və onlar (düşmənə) qalib gəldilər. Onların hər ikisinə açıq-aydın o kitabı (Tövratı) verdik. Onların hər ikisini doğru yola müvəffəq etdik. Sonradan gələnlər içərisində onların hər ikisi üçün (yaxşı ad, gözəl xatirə) qoyduq. “Musaya və Haruna salam olsun!” (Saffat Surəsi, 114-120)

Hz. İsa və mübarək anası Hz. Məryəm də əxlaqları və imanları ilə möminlərə nümunə olmuşmüqəddəs insanlardır. Rəbbimiz Hz. İsanın Özü Qatında “seçilmişvə şərəfli” olduğunu buyurmuşdur:
Mələklər dedilər: “Ya Məryəm! Həqiqətən, Allah Öz tərəfindən bir kəlmə ilə sənə müjdə verir. Onun adı Məryəm oğlu İsa əl-Məsihdir ki, dünyada və axirətdə şanı uca (şərəfli) və (Allaha) yaxın olanlardandır. (Ali İmran Surəsi, 45)

Hz. Məryəmi isə Allah əxlaqı ilə tarix boyunca bütün iman edən qadınlara nümunə etmişdir. Allahın Quranda bu xüsusiyyətlərlə təriflədiyi Hz. Məryəmin, aləmin qadınlarına üstün olduğunu söyləmək də Xristianlıq təbliğatı etmək mənasını verməz.

Bütünbu ayələrdə bildirildiyi kimi, peyğəmbərlərin xatırlanması, əxlaqlarının təriflənməsi Allahın bir hökmüdür. Rəbbimiz Quranda, İsəvilərin və Yəhudilərin müqəddəs qəbul etdikləri peyğəmbərlərin gözəl əxlaqlarını tərifə layiq olduğunu xəbər vermişdir. Bu vəziyyətdə əsas mövzu bəzi kəslərin Hz. İsanı xatırlamaq "Xristianlığa dəstək vermək olar", Hz. Musanı xatırlamaq "Yəhudiliyin təbliğatını etmək olar" kimi ağıl və məntiqdən kənar bəhanələr qarşıya qoyaraq, bu mübarək peyğəmbərləri xatırlamaqdan çəkinmələri isə qəti şəkildə qəbul olunmayan bir davranışdır. Əgər bu insanların məntiqləri doğrudursa -ki heç bir şəkildə doğru deyil- o zaman burada yalnız bir qisminə yer verdiyimiz bütün bu ayələrin də oxunmaması lazımdır. Eyni şəkildə, Xristianlıq təbliğatı olar deyə Hz. İsanın adını heç xatırlamamaq, Sionistlərə dəstək olmaq mənası daşıyar səbəbi ilə Hz. Musanın gözəl əxlaqı və nümunəvi həyatını heç izah etməmək lazımdır. Bu səbəblərin qəbul olunmadığı son dərəcə açıqdır. Əlbəttə Kitab Əhlindən bəzi kəslərin haqq dinə uyğun olmayan müxtəlif azğın inancları və tətbiqləri vardır və bunlar Quranda bildirilmişdir. Eyni şəkildə, gözəl və yaxşı istiqamətləri, həqiqi din əxlaqına uyğun inanış və tətbiqləri də xəbər verilmişdir. Bizə düşən Kitab Əhlinin Qurana və sünnəyə baxaraq qiymətləndirmək, bu haqq qaynaqlardan əldə etdiyimiz məlumat ilə doğrunu səhvdən ayırd etməkdir. (Harun Yəhya, Gəlin Birlik Olaq)

Ayrıca unutmamaq lazımdır ki bütün peyğəmbərlər, Allah Qatında həqiqivə haqq olan dinə yəni İslama tabedir. Allah Qatında haqq dinin İslam olduğu və bütün peyğəmbərlərin eyni dinə tabe olduqları ayələrdə bu şəkildə xəbər verilmişdir:
Allah: “Dini doğru-dürüst tutun (qoruyub saxlayın), onda ayrılığa düşməyin!” – deyə Nuha tövsiyə etdiyini, sənə vəhy buyurduğunu, İbrahimə, Musaya, və İsaya tövsiyə etdiyini dində sizin üçün də qanuni etdi. Sənin dəvət etdiyin (tövhid dini) müşriklərə ağır gəldi. Allah istədiyi kimsəni özünə (peyğəmbər) seçər və tövbə edib Ona tərəf qayıdan kimsəni də doğru yola yönəldər!(Şura Surəsi, 13)


Yaxşı əməl sahibi olun özünü Allaha təslim edən, İbrahimin hənif millətinə (dininə) tabe olan şəxsdən din etibarilə daha gözəl kim ola bilər? Həqiqətən, Allah İbrahimi (Özünə) dost tutmuşdur!(Nisa Surəsi, 125)


Allah yanında (haqq olan) din, əlbəttə, İslamdır...(Ali İmran Surəsi, 19)


Xatırla ki, bir zamanlar mələklər belə demişdilər: “Ya Məryəm, həqiqətən, Allah səni seçmiş, (eyiblərdən) təmizləmiş, (cəmi) aləmlərin (bütün dünyanın) qadınlarından üstün tutmuşdur.(Ali İmran Surəsi, 42)
Bu vəziyyətdə möminlərin vacibetməli olduğu, Rəbbimizin ayələrində buyurduğu kimi, dərin bir sevgi ilə, daxildən bir hörmətlə peyğəmbərlərimizi xatırlamaq, bütün iman edənlərə nümunələrlə dolu olan həyatlarını izah etmək və bundan heç bir şəkildə çəkinməməkdir.

0 yorum:

Yorum Gönder