Bir böcək saniyədə 1000 dəfə qanad çırpmağı necə bacarır? Öz boyundan yüzlərlə qat yüksəyə necə tullana bilir? Aşağı, yuxarı hərəkət edən qanadlarla irəli və düz necə uça bilir? Rəbbimizin sonsuz elmini gözlər önünə çəkən canlılardan yalnız bir dənəsi olan "milçək" Quranda adı çəkilən canlılardan biridir. Uca Allah “Həcc” surəsinin 73-cü ayəsində bu mövzu haqqında belə bəhs edir: "Ey insanlar! Bir məsəl çəkildi, ona qulaq asın! Şübhəsiz ki, Allahdan qeyri ibadət etdiyiniz bütlər heç bir milçək də yarada bilməzlər – lap hamısı bunun üçün bir yerə yığışsa belə! Əgər milçək onlardan bir şey götürüb aparsa, onu milçəkdən geri ala bilməzlər. İstəyən də aciz, istənilən də!" (“Həcc” surəsi, 73) Canlılarda təcəlli edən bir çox xüsusiyyət indiki dövdə Allahın insanların əmrinə verdiyi bilgi və texnologiya ilə araşdırılmasına baxmayaraq hələ də əlavə sahib olduğu möcüzəvi yönlərini qoruyurlar. Allahın yaratdığı hər şeydə olduğu kimi, milçəyin bədənində də inanclı bir insanın Allaha olan dərin hörmətini və bağlılığını bir dəfə yenə təfəkkür edə biləcəyi üstün bir elm vardır. Alimlərin milçək və kiçik böcəklərin uçuş sistemlərinə dair apardığı araşdırmaların bir qismi aşağıda maddə halında bildirilmişdir. Beləliklə, bunlardan çıxan nəticə budur ki, uca Allahın xaricində heç bir varlıq və ya güc bir milçək belə yarada bilməz. İynəcə, çəyirtkə, kəpənək və milçək kimi bir çox böcəyin uçmasına kömək edən əzələlər edilən hər hərəkəti nəzarətdə saxlayan sinirlərin göndərdiyi xəbərdaredici siqnallar nəticəsində qüvvətlə yığılır. Necə ki, bir çəyirtkədə hər sinirin göndərdiyi siqnal uçuşu təmin edən əzələnin yığılmasına səbəb olur. "Qaldırıcılar və endiricilər" olaraq adlandırılan iki dəst qarşı əzələ qrupu bir-birlərinə əks yönlərdə işləyib qanadların yuxarı və aşağı hərəkət etməsini təmin edir. Çəyirtkələrin qanadlarını saniyədə 12-15 dəfə çırpmalarıyla yanaşı, kiçik böcəklər uça bilmək üçün daha çox qanad çırpmaq məcburiyyətindədirlər. Məsələn, bal arıları, eşşək arıları və milçəklər saniyədə 200-400 dəfə qanad çırparkən bu say ağcaqanad və boyu 1 mm-ə çatan parazitlərdə 1000-ə çatır. İnsan gözünün belə qəbul edə bilməyəcəyi bir sürətlə hərəkət etdirilən qanadlar belə bir gücə sahib ola bilmək üçün, xüsusi bir quruluşa sahib olaraq yaradılmışlar. Bir sinir saniyədə ən çox 200 siqnal göndərmək tutumuna malikdir. Elə isə kiçik bir böcək saniyədə necə 1000 qanad çırpa bilir? Aparılan araşdırmalarla bu böcəklərdə sinirlərdən gələn siqnallarla qanad çırpma sayı arasında uyğun bir əlaqə olmadığı müəyyən edilmişdir. Saniyədə 200 dəfə qanad çırpan milçəklər çəyirtkələrdən çox fərqli bir sinir və əzələ quruluşuna sahibdirlər. Hər 10 qanad çırpmaq üçün sinirdən yalnız "1" siqnal gəlir. Ayrıca "lifli əzələlər" olaraq adlandırılan bu əzələlər bir çəyirtkədə olan əzələlərdən daha fərqli şəkildə işləyir. Xəbərdaredici sinir siqnalları əzələlərin yalnız uçuşa hazırlanmasını təşkil edir və əzələlər müəyyən bir gərginliyə çatdıqda isə öz-özlərinə yığılırlar. Hər böcəyin bədənində ayrı-ayrı yaradılan bu xüsusi sistemlərdə ən kiçik bir nizamsızlıq belə yoxdur. Sinirlər heç vaxt səhv siqnallar göndərmir və böcəyin əzələləri də aldığı bu siqnalları dəqiqliklə qiymətləndirirlər. Milçək və arılar kimi bəzi böcək növlərində uçuşu təmin edən əzələlər qanad oturacağına belə bağlı deyil. Qanadlar sinəyə bir növ rəzə funksiyası yerinə yetirən oynaqlarla bağlanır, qanadları yuxarı hərəkət etdirən əzələlər də sinənin alt və üst səthlərinə bağlı olurlar. Bu əzələlər yığılanda sinənin səthi düzləşib qanadın oturacağını aşağı çəkir, kənardan sinənin yan səthi də bir dəstək funksiyası daşıyaraq qanadların yüksəlməsini təmin edir. Aşağıya doğru hərəkəti təmin edən əzələlər birbaşa qanadlara bağlı olmur, sinə boyunca uzununa işləyirlər. Bu əzələlər yığılanda da sinə əks istiqamətdə geri çəkilir və beləcə, qanadlar aşağı düşürlər. Qanad oynağı mükəmməl bir gərilmə xüsusiyyətinə sahib olan "resilin" adlı xüsusi bir zülaldan meydana gəlir. Həm təbii, həm də süni kauçukdan çox daha üstün xüsusiyyətləri olan bu maddəni laboratoriyalarda kimyaçı mühəndislər istehsal etməyə çalışırlar. Resilin gərilmə və bükülmə yoluyla enerji yığa bilən, bununla yanaşı, üzərinə təsir edən qüvvə qaldırıldığında bu enerjini tamamilə geri verə bilən bir maddədir. Bu yöndən baxıldığında resilinin məhsuldarlığı 96 faiz kimi çox yüksək bir dəyərə çatır. Qanadın yuxarı qaldırılması əsnasında sərf olunan enerjinin təxminən 85 faizi toplanır, uçuş sonrasındakı qaldırma və itələmə gücünü təmin edən qanadın aşağı hərəkətində isə bu enerji yenidən istifadə edilir. Sinə divarları və əzələlər də bu enerji yığımına şərait yaradan xüsusi bir quruluşda yaradılmışlar. Ancaq əsl enerji resilindən düzəlmiş oynaqlarda yığılır. Bir böcəyin öz fiziki gücüylə uça bilməsi üçün bədənini belə fövqəladə bir mexanizmlə təchiz edə bilməsi, əlbəttə ki, qeyri-mümkündür. Bu xüsusi maddə Allahın sonsuz ağlı və qüdrəti ilə böcəklərin bədənlərində var edilir. Düz bir uçuş təmin etmək üçün, qanadların yalnız yuxarı və aşağı hərəkəti kafi deyil. Qanadların ayrıca qaldırma və itələmə gücü təmin edə bilmələri üçün, hər qanad vuruşu əsnasında hərəkət bucaqlarını da dəyişdirməlidir. Böcək növlərinə bağlı olaraq qanadların müəyyən bir dönmə elastikliyi vardır. Bu elastikliyi də uçuş üçün lazımi enerjini çıxaran "birbaşa uçuş əzələləri" təmin edir. Necə ki, böcəklər havada daha çox yüksəlmək istədiklərində qanad oynaqlarının arasında iştirak edən bu əzələlər daha da yığılır və qanad bucağını artırır. Yüksək sürətli fotoaparat texnikası istifadə edilərək aparılan araşdırmalarda qanadların uçuş əsnasında elliptik bir orbit izlədiyi və qanad bucağının hər qanad dövrəsində sistemli şəkildə dəyişdiyi müşahidə edilmişdir. Beləki, bu dəyişkənliyə bilavasitə əzələlərin dəyişən hərəkətləri və qanadların gövdəyə olan əlaqəsi səbəb olur. Bütün bunlarla yanaşı, çox kiçik gövdəli böcək növlərinin uçuş əsnasında qarşılaşdıqları ən böyük problem isə hava axını nəticəsində ortaya çıxan müqavimətin bu böcəklər üzərində heç də az hesab edilməyəcək ölçüyə çatmasıdır. Bundan başqa, qanadların ətrafında olan məhdudlaşdırıcı bir təbəqə havanın qanadlara yapışmasına və qanadın məhsuldarlığının azalmasına səbəb olur. Bu səbəblə, "Forcipomya" kimi qanadlarının eni 1mm-i keçməyən milçəklar hava müqavimətini qırmaq üçün, qanadlarını saniyədə 1000 dəfə çırpmalıdırlar. Buna qarşı alimlər nəzəri olaraq bu sürətin belə böcəyin uçmasına kafi olmayacağını və böcəklərin başqa bir əlavə sistemdən faydalandıqlarını düşünürlər. Necə ki, bir növ parazit olan "Enersia" kimi kiçik böcəklər, "çırpma və silkələmə" kimi adlandırılan bir üsulu tətbiq edirlər. Bu üsulda qanadlar ən üst nöqtəyə çatanda bir-birinə dəyir və sonra da açılırlar. Açılarkən qanadların sərt bir damar daşıyan ön hava axını da əvvəl qanadların ətrafında bir girdab meydana gətirir və qanad çırpışlarının qaldırma qüvvəsinə kömək edirlər. Çəyirtkə də daxil olmaqla bir çox böcək uçuş əsnasında istiqaməti və gedəcəkləri yeri təyin etmək üçün, üfüq xətti kimi vizual bilgilərdən faydalanır. Milçəklər yer təyin etmək üçün bundan başqa əlavə fövqəladə bir quruluşa sahib olaraq yaradılmışlar. Bu böcəklərin yalnız bir cüt qanadı vardır. Arxa tərəfdə isə "halter" adında toppuz formasında bir qanad olur. Heç bir qaldırma qüvvəsi meydana gətirməməsinə qarşı bunlar ön qanadlarla birlikdə titrəyirlər. Uçuş istiqaməti dəyişəndə isə bu çıxıntılar böcəyin uçuş yönündən sapmasını önləyirlər. Burada verilən bütün məlumatlar yalnız üç-dörd böcək növünün uçuş üsulu üzərində aparılan tədqiqat nəticəsində əldə edilən tapıntılardır. Dünyadakı böcək növlərinin 10 milyonlarla olduğu düşünüldüyündə digər milyonlarla növdəki böcək özlərinin əlavə milyardlarla xüsusiyyətilə insanın Allahın sonsuz qüdrətinə olan heyranlığının artmasına vəsilə olurlar. Birə geni ilə damar narahatlığının həlli Meyvə milçəyindən resilin genini ayırmağı bacaran alimlər bu geni “escherichia coli” hüceyrələrinin köməyi ilə çoxaldaraq resilin zülalı çoxaltmağı bacardılar. Avstraliya Xalqlar Birliyi Elm və Fənn Araşdırma Təşkilatı tərəfindən aparılan araşdırmalarda ''resilin'' zülalı çoxaldan böcək genini ayırmağı bacaran tədqiqatçılar asanlıqla damar xəstəliklərinin müalicəsində istifadə edilə bilən çox güclü bir polimer əldə etməyi bacardılar. 1960-cı illərdə başlayan və çöl çəyirtkəsi ilə iynəcə böcəkləri üzərində aparılan araşdırmaların nəticəsi elmə bu əhəmiyyətli addımı atdıran ən əhəmiyyətli faktor oldu. Xüsusilə, birələrə fövqəladə bir sıçrama qabiliyyəti verən resilin böcəklərə də təəccüblü bir hərəkət qabiliyyəti qazandırır. Bu gen sayəsində böcəklər öz boylarından yüzlərlə qat yüksəyə tullana bilir və saniyədə 200 dəfə qanad çırpa bilirlər. Resilindən əldə edilən zülal təzyiqə dözümlülük və əvvəlki şəklinə dönmək baxımından çox keyfiyyətli rezin məhsullarından daha yaxşıdır. Süni resilin zülalı üçün davam etdirilən təcrübələr də zülalın bu xüsusiyyətlərini qorumağı bacardığını göstərir. Böcək genlərindən əldə edilən bu polimerin tibdən sənayeyə qədər çox fərqli sahələrdə istifadə edilə biləcəyi söylənilir. Ancaq bu istifadə sahələrində ən mühümü insanların arteriya xəstəliyinin müalicəsi olacaq. Resilinin insan damarlarındakı elastin zülalına bənzədiyinə diqqət çəkən alimlər işlərinin damarlara elastiklik qazandırmağa yaraya biləcəyini ümid edirlər. İngilis professor Roger Greenhalgh resilin araşdırmasının hələ yeni mərhələdə olduğuna diqqət çəkərək "İrəlidəki illərdə böcəklərdən əldə edilən bəzi xüsusiyyətləri insanlara nəql etməyi bacarsaq, bu, həqiqətən böyük bir inkişaf olacaq'' deyir. |
0 yorum:
Yorum Gönder