DƏCCALIN QURDUĞU TƏLƏLƏR DƏ ALLAHIN İZNİ İLƏDİR

Bu həqiqət heç bir zaman unudulmamalıdır: Bir əsr yarımdır insanları aldadan Darvinizm fitnəsinin qaynağı olan dəccal, Allahın nəzarətində olan bir varlıqdır. Dəccaliyətin yəni masonluğun fitnəsi, səmimi iman edənlər xaric, az qala haradasa bütün insanları içinə ala biləcək böyüklükdə bir fitnədir. Lakin masonların tələsi nə qədər böyük olursa olsun, ağılda tutulması lazım olan həqiqət, qurulan bütün tələlərə ən gözəl qarşılığı verəcək olanın Uca Allah olduğudur. Allah, insanları sınamaq, saleh Müsəlmanları ortaya çıxarmaq, onları öyrətmək və daha bir çox hikmət lazımınca, şeytanın yer üzündəki fəaliyyətlərini və dolayısilə dəccaliyəti də qədər içində var etmişdir və dəccaliyət mütləq məğlub olacaq şəkildə yaradılmışdır. Bu səbəbdən inkar edənlərin tələləri, Allahın icazəsi ilə, heç bir zaman müvəffəqiyyətə çata bilməyəcək. Allah, bir ayəsində bu sirri belə xəbər verməkdədir:
Həqiqət budur ki, onlar hiyləli-nizamlar qurdular. Halbuki onların nizamları, dağları yerlərindən oynadacaq da olsa, Allah Qatında onlara hazırlanmış nizam (pis bir qarşılıq) vardır. (İbrahim Surəsi, 46)
Tarix boyunca inkar edənlər və insanları inkara sürümək istəyənlər müxtəlif tələlər qurmuşlar. Ancaq qurulan bütün tələlər, Allahın izni ilə pozulmuş və öz sahibinə dönmüşdür. Bu, Allahın bir qanunudur. Rəbbimiz, ayələrində belə bildirər:
(Məkkə müşrikləri) özlərinə (Allahın əzabı ilə) qorxudan bir peyğəmbər gələcəyi təqdirdə (yəhudi, xaçpərəst və başqaları kimi) hər hansı ümmətdən daha artıq doğru yolda olacaqları barədə Allaha çox möhkəm and içmişdilər. Amma onlara belə bir peyğəmbər (Muhəmməd əleyhissəlam) gəldikdə bu ancaq onların nifrətini artırdı (haqq yoldan daha da uzaqlaşdılar). (Bu isə onların) yer üzündə təkəbbür göstərmələri (iman gətirməyi özlərinə sığışdırmamaları) və pis əməlləri ucbatından idi. Pis əməl (qərəzli hiylə) ancaq onun öz sahibinin başında çatlayar. Məgər onlar Allahın adəti (qayda-qanunu) üzrə (özlərindən) əvvəlkilərin düçar olduqları müsibətlərimi (həmin müsibətlərin onların öz başlarına da gəlməsinimi) gözləyirlər? (ya Peyğəmbər!) Sən Allahın qoyduğu qayda-qanunda heç bir dəyişiklik tapmazsan!   (Fatır Surəsi, 42-43)
Eyni son, dəccal sistemi olan masonluğun qurduğu tələlər və onun fikir sistemi üçün də etibarlıdır. Darvinizm insanları Allahın yolundan saxlaya bilmək üçün masonlar tərəfindən qurulmuş xüsusi bir tələdir. Ancaq qurulan tələlər nə qədər böyük, qurulan plan nə qədər əhatəli və təsirli olursa olsun hamısı Allahın idarəsi altındadır. Dəccal da, onun hiyləli nizamı da yalnız Allahın diləməsi ilə vardır. "Allah istəmədikcə siz istəyə bilməzsiniz" (İnsan Surəsi, 30) ayəsiylə də buyurulduğu kimi, Allah istəmədikcə heç kim bir şey istəyə bilməz; bir tələ qurmağa da, bu tələni həyata keçirməyə də şübhəsiz heç kim güc çatdıra bilməz.
Allah, inkarçıların qurduğu tələlərin özlərinə geri dönəcəyini Quranda belə bildirmişdir:
Yoxsa hiyləli-bir nizammı qurmaq istəyirlər? Lakin (əsl) o inkar edənlər hiyləli-nizama düşəcək olanlardır. (Tur surəsi, 42)
Bu gün Darvinizm müdafiəçisi olmaq sanki bir utanc vəsiləsidir. Darvinist nəşrlərin yeni saxta xəbərləri davamlı gündəmə daşıma səyləri, Darvinistlərin çarəsizcə konfrans verə biləcək adam axtarışları, əllərində ara fosil olmadığından üzərində yalnız xəyali şəkillərin iştirak etdiyi karton posterlerle təkamül sərgiləri tənzimləmək istəməkləri, Darvinist elm adamlarının yaşayan qalıq sərgilərinə və ya Yaradılış Atlasına verdikləri reaksiyalar boşunadır. Artıq iş işdən keçmişdir. Darvinizm elm tarixinin ən böyük məğlubiyyəti olmuşdur. Allahın diləməsiylə bu tələ pozulmuşdur. Allah, haqqı gücləndirib bütün yer üzünə hakim edəcək. Allah bir ayəsində belə buyurar:
... Allah batili məhv edər və haqqı Öz sözləri ilə gerçəkləşdirər. Şübhəsiz ki, O, ürəklərdə olanları biləndir. (Şura Surəsi, 24)
Darvinizm indi eyni vəziyyətdədir. Dəccalın qurduğu bu tələ, Allahın vədi gəlib çatmışdır. Darvinistlər, etdikləri çirkin planın başdan pozulmuş olaraq yaradıldığını bilmədiklərindən, təbliğatlarının təsirli olduğunu gördüklərində boş bir sevincə qapılmış və müvəffəqiyyətə çata biləcəklərini zənn etmişlər. Allahın özlərini mütləq təxribata uğradacağını, bütün dünyaya hökm edərlərkən bir anda lağa qoyulacaqlarını təxmin belə etməmişlər. Allahın yaratdığı qanunun; haqq olanın, mütləq qalib gələcəyini anlamaqdan uzaqdırlar. Tələlər müvəffəqiyyətsiz olduqca yeni tələlər arxasında qaçmaqda, lakin bunların da pozulmuş olaraq yaradıldığını başa düşməmişlərdi. Halbuki dəccalın bütün azğın sistemi, mütləq məğlub olmağa məhkumdur və məğlub olurda.

0 yorum:

Yorum Gönder