İKİ YOL, İKİ MƏQSƏD, NECƏ BİR DOST?


Biz ona “iki yolu (xeyir və şər, küfr və iman yollarını) göstərmədikmi?! (Bələd Surəsi, 10)
 

Hər insan "yaxın dost" axtarışındadır. Xoşbəxtliklərini paylaşacaq, çətin anlarında özünə dəstək olacaq, çarəsiz qaldığı mövzularda həlli yollarını göstərəcək, özünü qeyri şərtsiz sevəcək, sədaqət göstərəcək, qoruyub saxlayacaq, səhvlərinə şəfqətlə yanaşacaq, sağlığında olduğu qədər xəstə olanda tək buraxmayacaq insanlar axtarar.

Ancaq insanın belə bir dost tapa bilməsi üçün qarşısında iki fərqli yol vardır. Bunların biri tək Allah rizasını güdən möminlərin seçdiyi Quran əxlaqının tələb etdiyi Rəhmanı yoldur. Digəri isə dünya mənfəətini məqsəd qoyan və maddiyata söykənən dostluqların yoludur. İki fərqli vəziyyətin səbəblərini araşdırdığımız bu yazımızda möminlərin arasındakı güclü əlaqənin və iman etməyən insanlar arasındakı dünyəvi mənfəətlərə söykənən  əlaqələrin açıq fərqlərini ortaya qoyacağıq.

Əxlaqa əhəmiyyət verilən dostluq: "Əsl dost" ola bilmək üçün bir insanı, "yalnız gözəl əxlaqı üçün sevmək" lazımdır. Bunlar, bir adamın "Allah qorxusu və sevgisi, imanı, səmimiyyəti və təqvası"dır. Ancaq bu dəyərlər üzərinə qurulan dostluqlar əbədidir. Belə yüksək bir əxlaqa sahib olan kəslərin dostluğu sarsılmaz bir xüsusiyyət qazanar.

Bitməyən bir dostluq: Şübhəsiz hər insanın ehtiyacını hiss edib axtardığı "əsl dostluq" çox böyük bir nemətdir. Əsl dost, insanın yaxşı günündə də pis günündə də yanında olan, özü üçün nə istəyirsə dostları üçün də tərəddüdsüz eynisini istəyən, onun xoşbəxt, yaxşı olmasını ən azı özü qədər arzu edən insandır. Qısqanclıq, rəqabət kimi düşüncələrə qapılmadan qarşısındakı insanı səmimiyyətlə sevən və onun hər vaxt yaxşılığını istəyən insandır. Quran əxlaqından qaynaqlanan belə möhkəm dostluğu başqa heç bir şəkildə əldə etmək mümkün deyil.

Axirəti hədəfləyən dostluq: Əsl dost olmağın şərti, o adamın dünyada və axirətdə xoşbəxt olmasını hədəfləməkdir. Lazım olduğunda dürüst və açıq danışıb, lazım gəldikdə ona imanı istiqamətdən əskik olan istiqamətlərini izah etmək, şəfqətlə bunları kompensasiya etməsinin yollarını göstərmək də əhəmiyyətli bir dostluq xüsusiyyətidir. Bu cür bir davranışı ancaq həqiqətən sevən və həqiqətən dost olan bir insan edər.

Hörmət və sevgiyə söykənən dostluq: Quran əxlaqının yaşandığı bir mühitdə, Allah qorxusu və iman, insanların bir-birlərinə əsl mənada sevgi və hörmət etmələrini təmin edəcək dəyərlərdir. İman edənlərin bir-birlərinə qarşı hiss etdiyi  sevgi, güvən və sədaqət tamamilə onların Allah yolunda göstərdikləri səyə görə əsaslanmaqdadır. Allahın razılığını qazana bilmək üçün sahib olduğu hər şeyini xeyri üçün istifadə edən, bu yolda “düzgün” bir istiqamət tutan bir mömin, digər müsəlman qardaşlarının sevgisini qazanacaq və onlara ən gözəl şəkildə nümunə olacaq. Aralarındakı güclü sədaqətləri, bir-birlərinə qarşı olan sevgi, bağlılıq və inamlarının də artmasına səbəb olacaq. Bu səbəbdən dostluq və yaxınlıq, insanların Allah qorxuları, imanları və gözəl əxlaqları üzərinə qurulmuşsa, xəstəlik ya da yaşlılıq səbəbi ilə yaranan fiziki dəyişikliklər bu dostluğa qəti şəkildə təsir edə bilməz. Əksinə bu vəziyyətdəki bir möminə daha da çox şəfqət və mərhəmət duyular.

Dürüstlüyə söykənən dostluq: Səmimiyyət, insanın daxili ilə xaricinin bir olması, ürəyində nə hiss edir, nə yaşayırsa xaricində də bunu əks etdirməsidir. Son dərəcə dürüst, açıq və dəqiq olması, əsl düşüncələrini, duyğularını  saxlamadan, özünü olduğundan fərqli göstərməyə çalışmadan, əsl xarakterini açıqca ortaya qoymasıdır. Quran əxlaqına görə bir insan səmimiyyəti qarşılığında dəyər qazanar; yaxınları və sevdikləri səmimi olduğunu bildikləri üçün ona  güvən və sevgi duyarlar.

Sizin himayədarınız yalnız Allah, Onun Elçisi və iman gətirənlərdir. Onlar (Allaha) boyun əyərək namaz qılır və zəkat verirlər. (Maidə Surəsi, 55)

Təkliyə məhkum bir dostluq: Quran əxlaqını özlərinə rəhbər etməyən insanlar, bütün istəklərinə baxmayaraq əsl  bir  dostu əsla tapa bilməzlər. Bu səbəblə bir çox insanın bu mövzudakı “Çox təkəm”, “Heç bir dostum yoxdur”, “Hamısı çətin günümdə məni tək buraxdılar, məgər hamısı da yaxşı gün dostuymuş” kimi sözlərə tez-tez rast gəlinər.

Etibara və mövqeyə söykənən dostluq: Bəzi insanların zənginlik, gözəllik, etibar, mövqe ya da ictimai status kimi dəyərlərə görə qurduqları dostluqlar heç bir zaman davamlı olmaz. Çünki dostluğun söykəndiyi bu dəyərlərdə bir dəyişiklik olduğu anda, dostluq da bitər. Məsələn bu əxlaqa sahib bir insan, çox gözəl və dəbdəbəli olduğu üçün dost olduğu bir adamın, bir anda bir qəza nəticəsində tanınmayacaq qədər qüsurlu və eyni zamanda da baxıma möhtac, aciz bir vəziyyətə gəlməsiylə birlikdə bu adamla olan bütün əlaqəsini, yaxınlığını itirə bilər.

Rəqabətə söykənən dostluq: Rəqabət gözü ilə baxan, həsəd edən insanlar çox vaxt yalnız məcbur qaldıqlarında başqalarına səhvlərini söyləyərlər. Çünki ümumiyyətlə başqalarının özlərindən yaxşı olmasını istəməz və ya dostluqlarının pozulacağını düşünərək səhv istiqamətlərini görsələr belə "Çox yaxşısan", "Biz səni belə, olduğun kimi sevirik" kimi sözlər söyləyərək çox vaxt qeyri-səmimi davranarlar.

Maddiyata  söykən bir dostluq: Mənfəətlərinə görə yaşayan insanlar, özləri də həyatları müddətində bəzi maddi mənəvi eniş və çıxışlar yaşayarlar. Gözəlliklərini, gəncliklərini, sağlamlıqlarını, sahib olduqları malları, zənginliklərini itirə bilərlər. Əvvəlində əsl dost zənn etdikləri insanların, yaşlaşdığı, əldən düşmüş  halda olduqlarında  onlara dəyər vermədiklərini görərlər. Yaxşı günlərində canla-başla, çox yaxın davranan, bir-birlərinə ölənə kimi sədaqət sözü verən bu insanlar, bir-birləriylə danışmayacaq və hətta bir-birlərini tanımazlıqdan gələcək qədər uzaq bir rəftara yol verərlər. Bir problemləri olduğunda bunu paylaşacaqları, məsləhətləşəcəkləri, kömək istəyəcəkləri, güvənə biləcəkləri insanların olmadığını görərlər. "Ən yaxınım" dedikləri insanların belə, mənfəətlərini dostluqdan üstün tutduqlarını anlayarlar.
Etibarsızlığın hakim olduğu dostluq: Quran əxlaqına görə yaşamayan insanların, bir-birlərinin pis, əxlaqsız xüsusiyyətlərini bilərək, əsl mənada sevgi, hörmət edə bilmələri, güvənə bilmələri qeyri-mümkündür. Bir adamın yalan danışdığını, ikiüzlü və süni bir rəftar etdiyini  bilib, mənfəətləri üçün başqalarını istifadə etdiyini görüb ona içdən bir sevgi və hörmət etmək mümkün deyil. İnsan hər nə qədər dostum, yaxınım desə də bu adamın başqalarına olduğu kimi, özünə qarşı da eyni yanaşacağını bilər.

“Həmin gün zalım kimsə barmaqlarını dişləyərək deyəcəkdir: “Kaş ki, mən Peyğəmbərin yolunu tutub gedəydim!Vay halıma! Kaş ki, filankəslə dost olmayaydım! Çünki Zikr (Quran) mənə çatdıqdan sonra o, məni ondan uzaqlaşdırdı”. Həqiqətən, şeytan insanı tənha qoyub qaçandır." (Furqan Surəsi, 27-29)

 

0 yorum:

Yorum Gönder