QITLIĞIN STALİN FORMASI

Stalin eynilə Lenin kimi kollektivləşmədən cəmiyyətə qarşı silah olaraq istifadə etmək istəyirdi. İstənilən bölgədən istədiyi qədər taxıl yığa bilər və beləliklə istədiyi bölgədəki insanları aclıqdan öldürə bilərdi. Stalin məhz beləedirdi. Kommunist rejimə qarşı müqavimət göstərən Ukrayna da hədəfə çevrilmişdi. Beləliklə, tarixin ən böyük "insan qıtlığı" bu bölgədə yaşandı və 6 (altı) milyon insan aclıqdan öldü.

Hadisələrin inkişafı maraqlı idi. Əvvəl, 1931-ci ildə dövlət ümumi kollektivləşmə siyasətinin tələblərinə görə ildə cəmi 18 milyon ton məhsul becərən Ukraynadan 7.7 milyon ton taxıl tələb etdi. Bu, onsuz da çox çətinliklə həyatda qalan kəndliləri az qala aclıqdan öləcək hala gətirmişdi. Buna görə Ukrayna kəndliləri Stalin birliklərinə müqavimət göstərməyə çalışırdı. Amma bu vəziyyət Stalini daha da əzazil etdi. 1932-ci ilin iyulunda bütün Ukrayna üçün ölüm əmri verildi. Əvvəlki kvotaya əlavə olaraq 7.7 milyon ton taxıl istədi. Milyonlarla adam aclıqla ölümə məhkum olmuşdu. The Russian Century: A History of the Last Hundred Years (Rus Əsri: Son 100 İlin Tarixi) adlı kitabda bu siyasətin nəticələri belə izah edilir:    Rəsmi kommunist birliklər silahlı şəkildə Ukraynanı qucaqladılar. Qurbanlardan biri "evləri,daxmaları araşdırdılar" deyirdi. "Sonra çölə çıxıb anbarı, hinləri axtardılar." Tarlalarda müşahidə məntəqələri quruldu. Burada silahlı gözətçilər hər şeyə nəzarət edirdilər, tutulanlar ən az on il həbs cəzası alırdı, bəziləri isə vurulurdu. Xarkov məhkəmələrindən biri bir ay ərzində 150 ölüm qərarı vermişdi. Bir qadına ərinin aclıqdan ölməsindən sonra öz torpağından 100 misir başağı kəsib deyərək on il həbs cəzası verilmişdi.

Qalan toyuqlar və donuzlar da 1932-ci ilin qışının əvvəllərində yeyildi. Sonra itlər və pişiklər qurtardı. Vasili Qrosman "Onları tutmaq çətin idi. Heyvanlar artıq insanlardan qorxurdular və gözləri bərəlmişdi. İnsanlar onları qaynadırdılar..." yazırdı. 1932-ci ilin sonlarında Moskvaya yalnız 4.7 milyon ton taxıl verilmişdi. Yeni məcburi toplama kampaniyası elan edildi. Meteorologiya mütəxəssisləri taxılın zərər görməsinə səbəb olan yalnış hava proqnozları verdikləri üçün həbs olundular. Baytarlar ferma heyvanlarını bilərək gizlətdikləri səbəbiylə vurulurdular. Əkinçilik mütəxəssisləri "kulak" olmaqla günahlandırılırdı və Sibirə sürgün edilirdi.

1933-də qarlar əridiyində kütləvi aclıqlar başladı. İnsanlar siçan, qarışqa və soxulcanları yeyirdilər. Gicitkən və digər otlardan şorba bişirirdilər. The New York Evening Journal Kievdən 20 mil uzaqdakı bir kəndi ziyarət etdi. "Daxmaların birində nəcis kimi bir şey bişirirdilər. Qazanda sümüklər, dəri və çəkməyə bənzər bir şey vardı. İnsanlar kəndlərini tərk edirdilər. Qatar yolunun kənarında diz üstə çökmüş və avtomobillərin pəncərələrindən çörək dilənirdilər. Kievdə avtomobillər gecə ölənlərin cəsədlərini yığaraq dolaşırdı. Uşaqlar ölü quşa bənzəyən incə və uzun sifət quruluşuna sahibdilər."

Təlimatçılar

Diplomatik hesabatlar və bunda maraqlı olan xarici qüvvələrlə qıtlıq xəbəri Qərbə çatdı. Vyana baş yepiskopluğunun nəzarətində beynəlxalq komisiya quruldu. Ancaq Sovet hökumət qıtlığı inkar edikdə heç bir şey edə bilmədilər.


1933-cü ilin aprelində yazar Mixail Şoloxov Kubanın bir qəsəbəsindən keçərkən Stalinə iki məktub yazmışdı. Məktublarında yerli məmurların aclığa məhkum edilən kolxozçuların bütün ehtiyatlarının işgəncəylə necə qarət olunduğunu təfərrüatlı şəkildə izah edir, birinci katibdən (Stalindən) qida köməyi göndərməsini istəyirdi. Yazara cavabında Stalin mövqeyini belə dilə gətirirdi: Kəndlilər "tətil və təxribat etdikləri", "Sovet iqtidarını çökdürmə işinə girdikləri, var gücü ilə savaş açdıqları" üçün cəzalandırılır. 1933-cü il ərzində milyonlarla kəndli aclıqdan ölərkən Sovet hökuməti "sənayeləşmə" üçün xaricə 18 milyon sentner buğda ixrac etməyi planlaşdırdı.

6 (altı) milyon kişi, qadın, yaşlı, uşaq və körpənin ölümünə səbəb olan qıtlıq Sovet torpaqlarında kifayət qədər taxıl yetişmədiyi üçün deyil, kommunist partiyanın əməllərinin tələbi olduğuna görə reallaşırdı. Yəni tamamilə "insan əliylə edilmiş qıtlıq"-kütləvi qırğın idi. Stalin qıtlıq barədə Qərb ölkələrinin xəbərdar olmamasını istəyirdi. Çünki təşkil ediləcəkyardım kampaniyalarının Ukrayna üçün təyin olunan cəzanı yüngülləşdirəcəyini düşünürdü. Tarixçi Dana Dalrimpl Soviet Studies adlı nəşrdə bu mövzuda belə qeyd edir:

    Sovet İttifaqı rəsmi olaraq heç zaman qıtlığın olduğunu qəbul etməmişdi. Sovet İttifaqı haqqında amerikan və ingilis tədqiqatçıları Ukraynadabaş verən qıtlıqdan bəhs edir, amma ümumiyyətlə bir iki məsələdən başqa bir şey demirlər. Halbuki, Sovet İttifaqındaba. Ver’n qıtlıqlar hökumət tərəfindən bilinir və hər yerdə çox yaxşı qeydiyyatı tutulmuşdu. Fərq nədir? Cavab: 1932-34 qıtlığı keçmişdəkilərdən fərqli olaraq insan əliylə edilən fəlakət kimi görünürdü.

Kollektivləşmə nəticəsində, Ukrayna kəndliləri ən az 4 (dörd) milyon ölüylə ən ağır itkisini verdi. Qazaxıstanda yenə eyni tətbiqat nəticəsində bir milyon insan ölmüşdü. Şimal Qafqazda və Quru Torpaqlarda da ölü sayı bir milyon idi. Stalin bircəəmrlə 6 milyon insanı ölümə göndərmişdi...

Bu vəhşilik görüntüləri rus yazar Mixail Şoloxova təsir etmiş və Şoloxov Stalinə məktub yazaraq bu zülmün sona çatmasını tələb etmişdi. Halbuki Stalin bütün bunları qəsdən etdirirdi:isə hələ də taxıl axtarırdılar. Qazanlarında kartof tapdıqları anaları döyürdülər. Şişmiş bədənlə aclıq çəkdiyini göstərməyən insanları qida qaynaqlarını göstərmələri üçün döyülürdü. "Tarixi zərurəti ortaya çıxarırıq. İnqilabçı vəzifəmizi yerinə yetiririk. Sosialist ölkəmiz üçün taxıl əldə edirik" deyirdilər. Təlimatlandırılmış vəzifəlilərdən olan Lev Kopolev"Göbəkləri şişmiş, gözləri ölü kimi maviyə çevrilmiş qadınlar, uşaqlar və cəsədlər... kəndlilərin daxmalarında, köhnə Volganın əriyən qarlarında, Xarlov körpüsünün altında cəsədlər gördüm" deyə yazırdı...

0 yorum:

Yorum Gönder