İSLAM BİRLİYİNDƏ İQTİSADİYYAT

İslamın iqtisadiyyat anlayışı qərb cəmiyyətlərinin iqtisadiyyat anlayışından fərqlidir. Amma İslamda da qərb cəmiyyətlərində olduğu kimi azad bazar iqtisadiyyatı hakimdir. Hər kəsin xüsusi mülkiyyətə sahib olmaq və öz mülkiyyətinə sərəncam vermək hüququ vardır. Ancaq əldə edilən gəlirin bölüşdürülməsi məsələsində İslam əxlaqı insanlara əxlaqi məsuliyyətlər verərək cəmiyyətdə sosial ədalətin qurulmasını təmin edir. Zənginlərin qazancında kasıblar üçün də pay var, lakin bu pay zənginlərdən məcburi toplanan vergi deyil, inanclarına görə könüllü şəkildə verdikləri ianədir. İslamda sosial ədalət sosialist sistemlərdən fərqli olaraq mərkəzi planlama və rəhbərliyin təzyiqi ilə deyil, cəmiyyətə hakim olan əxlaqi dəyərlərlə təmin edilir. Digər tərəfdən İslam əxlaqı zənginləri həddindən artıq istehlakdan və israfdan da çəkindirir.

İslamın cəmiyyət modeli yeganə məqsədi daha çox istehlak etmək, daha çox gəlir əldə etmək üçün digərlərini əzməkdən çəkinməyən, eqoist, digərlərinə qarşı hörmətini və sevgisini itirmiş insanlardan ibarət materialist cəmiyyət modelindən çox fərqlidir. Materialist cəmiyyət modeli son iki əsrdir qərb dünyasının bir qisimində hakim olmuş, yəhudi-xristian ənənəsindən qaynaqlanan əxlaqi dəyərləri degenerasiya edərək insanları korlamışdır. Bu gün bir çox qərb dövləti bu degenerasiyanın nəticəsi olaraq narkotika, fahişəlik, rüşvət, qumar, alkoqolizm, mütəşəkkil cinayətkarlıq kimi problemlərlə mübarizə etmək üçün ciddi səy göstərir. Bundan əlavə qərb cəmiyyətlərində dini inancın zəifləməsi nəticəsində "mənəvi böhran" yaranmışdır. Həyatda yalnız maddi zövq və mənfəətlər qazanmağı hədəfləyən materialist fəlsəfə insanların ruhunu qidalandırmır, onları boşluğa və məqsədsizliyə aparır, azadlıq adı altında insanı öz ehtiraslarının əsirinə çevirir.

İslam əxlaqı isə insanları hər cür narahatlıqdan və qorxudan azad edir. İman edənlər yalnız Allahdan qorxur və yalnız Onun razılığını qazanmaq üçün cəhd göstərirlər. Rəbbimizə qarşı məsuliyyəti dərk edib hər zaman vicdanlarının əmr etdiyi kimi yaşayır və bu vicdani rahatlıq sayəsində xoşbəxt olurlar. İslam əxlaqı, insanları mənəvi təzyiq altına alan qısqanclıq, ehtiras, gələcək qorxusu, ölüm qorxusu kimi din əxlaqına uyğun olmayan anlayış və qorxulardan azad edir, onlara Allaha təslimiyyətin azadlığını və rahatlığını yaşadır. 

Bu səbəbdən İslam Birliyinin təşviq edəcəyi inkişaf modeli qərbdəki inkişafın eynisi olmayacaqdır. Bütün sənayeləşən Qərb ölkələrinin yaşadığı acı təcrübələr, habelə Qərbin yüksəlişinin milyonlarla kasıb insanın əzilməsi nəticəsində təmin edildiyi tarixin acı həqiqətlərindəndir. 

İslam əxlaqının hakim olacağı cəmiyyətin inkişaf modeli isə sosial ədaləti əsas götürəcəkdir. Qərbdəki ədalətsizliklər, Qərbə hakim olan materialist fəlsəfələrin "insan təbiəti" haqqındakı səhv tərifindən meydana gəlmişdir. İslam əxlaqı isə insanların həm çevik və təşəbbüskar, həm də mərhəmətli, fədakar və ədalətli olmalarını təmin edir. Və tarixdə də belə olmuşdur. İslam mədəniyyətinin yüksəliş dövrlərində müsəlmanlar iqtisadiyyatda da dünya lideri olmuş, xüsusilə ticarətdə böyük müvəffəqiyyətlər qazanmışdılar. Ancaq bu zənginlik bir qrup insanın əlində qalmamış, İslam əxlaqına uyğun olaraq bütün cəmiyyət üzvlərinə bölüşdürülmüşdür. Dövrümüzdə də İslam Birliyinin ortaya qoyacağı inkişaf modeli belə olmalıdır. 

0 yorum:

Yorum Gönder