CƏMİYYƏTLƏRDƏKİ SEVGİ AZLIĞI BÖYÜK BİR BƏLADIR

Sevgisizliyin yaşandığı cəmiyyətlərdə üz-üzə gəlməkdən və bir-birlərinə salam verməkdən qaçan, "Mənə toxunmayan ilan min il yaşasın" məntiqi ilə hərəkət etdikləri üçün ehtiyac içində olana əsla kömək etməyən, öz ehtiyaclarını və mənfəətlərini daim ön planda tutan; xudbin, xoş söhbətdən uzaq, donuq, robotlaşmış və sevgidəki kimi hörmətdən də məhrum nəsillər yetişir. İçində olduğumuz axırzamanda sürətlə artan degenerasiyanın əsl qaynağı da cəmiyyətlərdə yaşanan bu sevgi azlığıdır.

Dünyada insanlar arasında həqiqi bir dostluq və  ittifaq yarada bilən yeganə güc ancaq imandır. Hesab günündən qorxan möminlər dostluqlarıyla dünyada başlayıb axirətdə də sonsuza qədər davam edəcək möhkəm bir ittifaqın təməllərini atmış olurlar. Bir-birlərini  heç bir çıxar, ya da mənfəət güdmədən, xalis niyyətlə və yalnız Allah rizası üçün sevər, Allah rizası üçün dost olarlar. Təməli Allah sevgisinə və Allah qorxusuna söykənən bu bağ Allahın diləməsi xaricində heç bir şəkildə qırılmaz. Kainatdakı bütün gözəllikləri yaradan, gözəlliyin və mükəmməlliyin əsas sahibi olan Allahdır. İnsana zövq verən hər detal Allahın üstün gözəlliyinin, yaratdığı varlıqlardakı təcəllisidir. Ruhun bu gözəlliklərdən həyəcan duyması və davamlı gözəl olanı axtarmasını təmin edən isə Rəbbimizin insanı yaradarkən onun ruhuna ilham etdiyi sevgi həssaslığıdır. Digər insanlardakı təqdir ediləcək mömin xüsusiyyətlərini görmək və bunlara daha gözəliylə cavab vermək kimi insanı digər canlılardan ayıran bir çox üstün əxlaqi xüsusiyyət sevməyə və sevilməyə olan bu həssaslıqla şəkillənir.

İnsanın ruhundakı bu sevmə və sevilmə meyli bəzi insanlarda başqalarına görə daha güclüdür. İnsanların bir qismi varlıqlardakı sevilməyə layiq xüsusiyyətləri detallı olaraq tanıya bilirlər və bu xüsusiyyətlər onların ruhuna dərin bir zövq verir. Sevgi, şəfqət və coşğu meydana gətirən yönləri görə bilməyən, ya da bunlara laqeyd yanaşanlar isə daha donuq və qatı bir ruh halındadırlar. Başqa sözlə, insandakı sevgi həssaslığı insanın ruh halı və yaşadığı əxlaqla düz mütənasibdir. Dolayısı ilə sevgini qəbul etmə və yaşama şəkli insanın səmimi olaraq iman etməsinə və imanın gətirdiyi bir nemət olan həqiqi mənada yaxşı, şəfqətli və mərhəmətli, ağıllı və etibarlılığına bağlıdır.

Sevgidə qarşılıq ancaq Allahdan gözlənilər

Həqiqi sevən insan sevdiklərinə hörmət edər, onları ucaldar. Onları dünya və axirətdə zərər verən şeylərdən çəkindirər. Onların yaxşılığı, rahatlığı, təhlükəsizliyi üçün səmimiyyətlə çalışar. Hamısından əhəmiyyətlisi sevgisi müəyyən şərtlərə bağlı deyil. Sevgisinə qarşılıq gördüyü təqdirdə sevən bir insan həqiqi mənada sevginin nə olduğunu bilmir. Həqiqi sevgidə qarşılıq ancaq Allahdan gözlənilər. Əsl məqsəd Allahın rizasını qazana bilməkdir.

Həqiqi sevgidə bir adamın gözəlliyini, maddi təcrübəsini, etibarını itirməsi qəti şəkildə əhəmiyyət kəsb etmir. Tək əhəmiyyətli olan adamın əxlaqı və xarakteridir. İnsanlar bir-birlərinin şəfqət, mərhəmət, comərdlik, incə düşüncə, fədakarlıq kimi gözəl xüsusiyyətlərinə hər şahid olduqlarında sevgiləri daha da artar. Zaman keçdikdə insanların şəxsiyyətlərinin inkişafı, əxlaqlarının gözəlləşməsi, davranışlarının mükəmməlləşməsi ilə yanaşı, bir-birlərinə qarşı hiss etdikləri sevgi də dərinləşir. Həqiqi sevgidə əsla bezmək və sıxılmaq yoxdur.

Həqiqi sevgini yaşaya bilmək dünyada insana verilmiş ən böyük və ən gözəl nemətlərdən biridir. Bu nemət Allahın səmimi və dərindən iman edən qullarına bir ehsanıdır.

Allah rizası üçün sevənlərin üstünlüyü

Quran əxlaqının yaşanmadığı cəmiyyətlərdə həqiqi sevgini tapanlardan çox, tapdığını zənn edib yanıldığını anlayanların şikayət və peşmanlıqlarına rast gəlinir. Bu yanılma və peşmanlıqların səbəbi insanların bir çoxunun fərqində olmadıqları bir həqiqətdir. Seviləcək varlıqları yaradan Allahdır və insana bu varlıqları sevmə qabiliyyətini verən də yenə ancaq Rəbbimizdir. Bu səbəbdən, sevgi kimi böyük və bənzərsiz bir nemətə layiq olmaq üçün sevginin əsas sahibi olan Allaha səmimi olaraq iman etmək, Onu hər şeydən çox sevmək, Ona könüldən bağlanmaq və Onu razı edəcək şəkildə davranmaq lazımdır.

Həyatı boyunca Allahın rizasını axtaranları iman etməyənlərdən ayıran xüsusiyyət onların Allahı hər şeydən çox sevmələri və Rəbbimizə duyduğu dərin sevgi və qorxularından ötrü gözəl əxlaqlı və gözəl davranışlı olmalarıdır. Möminlər sevərkən də sevdikləri bütün varlıqları Allahın yaratdığını, onlara seviləcək xüsusiyyətləri verənin Allah olduğunu, Allah dilədiyi üçün sevgini hiss etdiklərini bilərək və yenə sevgilərini  Rəbbimizə yönəltdiklərini unutmadan sevərlər. Səmimi olaraq iman edənlərin sevgisi həmişə Qurandakı sevgi anlayışına uyğun gəlir. Möminlər bu barədə son dərəcə ciddi davranırlar. Bu ciddilik onları öz nəfsi üçün sevgi axtaranlardan ayırd edən təməl fərqlərdəndir.

İman etməyən cəmiyyətlərdə sevgi anlayışı nəyə görə gəlib keçicidir?


Kitablarda, qəzetlərdə, televiziya proqramlarında, şeirlərdə, mahnılarda və dost söhbətlərində sevgidən nə qədər çox bəhs edilsə də, bir çox adam həqiqi və qalıcı sevginin heç cür əldə edilə bilməməsinin səbəbini heç düşünməz. Bu insanlar hərdənbir  düşünsələr də, Quran əxlaqını tam olaraq bilmədikləri, ya da yaşamadıqları üçün həqiqi sevgini necə əldə edəcəklərini və ya yaşayacaqlarını tapa bilməzlər. Həyatını Allah üçün yaşayanlarla nəfsləri üçün yaşayanların sevgi ölçüləri müqayisə edildiyində ikinci qrupun sevgidən nəyə görə məhrum qaldığı da daha dəqiq görüləcək.

* Bu insanlar hər şeydən əvvəl sevəcəkləri adam seçimində əxlaq gözəlliyinin yerinə fiziki gözəlliyə üstünlük verirlər. Halbuki bir insanı fiziki xüsusiyyətlərinə görə sevmək demək onu ancaq bir neçə il sevmək və yaşlanmağa başladığında artıq sevməkdən imtina etmək deməkdir. Müsəlmanlar isə kimi sevəcəklərinə qərar verərkən bu adamın Allaha olan sevgisinin dəlillərini görmək istəyərlər. Allahı sevən bir insanın təbii olaraq əxlaqı da gözəl olacaq.

* Ayrıca, bu da bir həqiqətdir ki, əxlaqı gözəl olmayan bir insan fiziki yöndən nə qədər mükəmməl olursa olsun, o insana qarşı qəlbdə həqiqi bir sevgi və məhəbbətin oyanması mümkün deyil. Allah sevgiyə həssaslığın təqva sahibi olmaqla, yəni Allah rizasını güdərkən ciddi olmaqla əlaqəli olduğunu həzrəti Yəhyanın əxlaqını təriflədiyi bu ayə ilə bildirir:

"Biz həm də ona Öz dərgahımızdan bir mərhəmət  və paklıq bəxş etdik. O, müttəqi idi." (Məryəm surəsi, 13)

* Bir az əvvəl bəhs etdiyimiz bu fərqə görə əxlaq gözəlliyi davam etdikcə iman edənlərin bir-birlərinə hiss etdiyi sevgi də get-gedə artır. Digər tərəfdən ən dərin sevgi olaraq göstərdikləri duyğuların belə çox qısa sürdüyü iman etməyənlərin tez-tez dilə gətirdiyi bir durumdur. Dünyəvi şərtlərə və nəfsə bağlı olan sevgi qısa müddətdə bitməyə məhkumdur, çünki nəfs əvvəl-axır ən təsirli gözəlliklərdən belə bezəcək şəkildə yaradılmışdır.

* Allah qorxusuna və sevgisinə bağlı bir sevgi anlayışının yerinə nəfsani sevgini seçənlərin bir-birlərini həqiqi mənada sevmədiklərini bilmələri üçün əslində uzun bir müddətin keçməsi lazım deyil. Bu insanlar bir-birlərinin acizliklərini gördükləri anda qarşısındakı adamın əslində zehinlərində böyüdüb heyran olduğu insan olmadığının fərqinə varırlar. Bu cür bir sevgi hələ əvvəldən tutarsız təməllərə bağlanmış və bitəcəyi öncədən müəyyən olan bir razılaşma kimidir. Gözəllik bir qəza, yaxud da yaşlanma nəticəsində aradan gedəndə və ya maddi bir böhranla zənginliyin təmin etdiyi rahatlıq və güvənlik sona çatanda tərəflərin bir-birinə olan "sevgi" adlı razılaşmaları da bitmiş hesab olunur.

* Bu əxlaqdakı insanların əslində bir-birlərinin xudbin və həris əxlaqını sevə bilmələri qeyri-mümkündür. Dolayısı ilə əsl sevdikləri ancaq bir-birlərinə verdiyi mənfəətlər ola bilər. Buna görə, həyat boyu bağlanıb sevəcəkləri insanı axtararkən əvvəl gözəl əxlaq, sədaqət, etibarlılıq deyil; maddiyyət, təhsil durumu və fiziki üstünlük axtarırlar. Bir müddət sonra da artıq bir-birlərinin xudbin davranışlarına və pis əxlaqlarına dözə bilməyən insanlar bir-birlərinin az qala ən böyük düşməninə çevrilirlər.

İman etməyənlər isə nəfslərinin pis təlqinlərinə aldanır və sevginin əsas sahibi olan Allahı buraxıb (uca Allahı tənzih edirik), Onun yaratdığı varlıqları özlərinə görə Ondan ayırıb sevmə yanılmasına düşürlər.

Allahı sevən kimi başqasını sevənlərin yanılması

Allaha səmimi olaraq iman edən bir insan vicdanına görə sevər. Vicdanlarının göstərdiyi sevgi şəklini rədd edən inkarçıların yol göstəriciləri isə nəfsləridir. Bu səbəbdən iman edənlərlə inkar edənlərin sevgidəki ölçüləri də fərqli olur.

Allah bu insanların Onun rizasını güdərək sevənlərdən fərqini Quranda belə bildirir:

"(İbrahim onlara) dedi: “Sizin Allahı qoyub bütləri tanrı qəbul etməyiniz yalnız dünyada (dolanıb keçinmək xatirinə) aranızda olan dostluğa (məhəbbətə) görədir…" (Ənkəbut surəsi, 25)

Ayədə xəbər verilən bütlər hər şeyi yaradanın uca Allah olduğunu unudub və ya göz ardı edib sevilən hər şey ola bilər (Allahı tənzih edirik.) Gözəl bir insan, lüks bir ev, iş yerində əldə edilən müvəffəqiyyət, zəkadan irəli gələn qabiliyyətlər… Halbuki iman edən insanlarda sevən tərəf sevdiyi gözəlliyin əslində Allaha aid olduğunu bilər və bunu əsla ağlından çıxarmaz.

Ancaq bəzi adamlar da vardır ki, bütün bu saydığımız nemətləri Allahın yaratdığını unutduğu üçün iman edənlərin ala bildiyi zövqü almaqdan məhrum edilmişdir. İş yerində, qəzet xəbərlərində və ya dost-tanış arasında hər cür gözəllikdən bezmiş və artıq heç bir şeydən zövq almayan müxtəlif insanlar olur. Bu insanlar Allahın yaratdığı sonsuz növlərdəki gözəlliklərə qarşı duyğusuz hala gəlmişdir. Gözəllikləri sevə bilməmələrinin səbəbi Allahı yetərincə tanımayıb sevməmələridir (uca Allahı tənzih edirik). Allah sevgisini unutmuş bir insanın Allahın yaratdıqlarını sevməsinə də imkan yoxdur. Bu adamların ortaq xüsusiyyəti Allahdan hörmətlə qorxmağa və Onu ucaldaraq sevməyə qarşı çıxmaları və özlərini böyük görmə xəstəliyinə qapılmış olmalarıdır. Allah bu insanların vəziyyətini bir ayədə belə xəbər verir:

"Kafir olanlar cəhənnəm oduna göstəriləcəkləri gün (onlara məzəmmətlə belə deyiləcəkdir): “Siz dünyada həyatınızda bütün nemətləri görüb daddınız və onlardan ləzzət aldınız. Bu gün isə yer üzündə nahaq yerə təkəbbür göstərdiyinizə və fasiqlər olduğunuza görə həqarətli əzabla cəzalandırılacaqsınız!”" (Əhqaf surəsi, 20)

Bu səhvə yol verən insanlar davranışlarını dəyişdirməzlərsə, etdikləri səhvin qarşılığını həm dünyada, həm də axirətdə almaqdan qorxmalıdırlar. Quranda səmimi olaraq iman edənlərlə etməyənlərin sevgi anlayışındakı fərq bir ayədə də bu şəkildə bildirilir:

"İnsanların içərisində Allahdan qeyrilərini (Allaha) şərik qoşub, onları Allahı sevən kimi sevənlər də vardır. Halbuki iman gətirənlərin Allaha məhəbbəti daha qüvvətlidir. Əgər (özlərinə) zülm edənlərin vaxtında görəcəkləri əzabdan xəbərləri olsaydı, onlar bütün (qüvvət və) qüdrətin Allaha məxsus olduğunu və Allahın əzabının şiddətli olacağını bilərdilər". (Bəqərə surəsi, 165)

İman etməyənlər sevgi hissindən niyə məhrum edilmişdir?

Daha əvvəl də ifadə edildiyi kimi, həqiqi sevginin qaynağı Allaha hörmət dolu bir qorxu və səmimi bir sevgi hiss etməkdir. Çünki ancaq Allahdan qorxan və bundan ötrü Onun istəmədiyi əxlaqdan tamamilə uzaq duran bir insan sevilməyə layiq ola bilər. Allahdan lazımınca qorxan bir insan nəfsinin oyunlarına və pisliklərinə qarşı həmişə diqqətli olar. Çünki Quranda həzrəti Yusifin söylədiyinin bildirildiyi ayədəki kimi insanın nəfsi durmaq bilmədən özünü pisliyə çağırır:

"Mən özümü təmizə çıxartmıram. Rəbbimin rəhm etdiyi kimsə istisna olmaqla, nəfs (insana) pis işlər görməyi (şəhvətə uymağı) əmr edər. Həqiqətən, Rəbbim bağışlayandır, rəhm edəndir!” …" (Yusif surəsi, 53)

Buna qarşılıq, Allah qorxusu olmayan, ya da Allahdan qədərincə qorxmayan, Allahın ölümdən sonra dünyadakı işlərinin hesabını soruşacağını görməməzlikdən gələn və nəfsi hər nə istəsə, ona boyun əyən adam isə pis işlərdə sərhəd tanımaz. Nəfsin sərhədsiz pislik təlqin etdiyi, onu təmizləyən möminlərin nicat tapdığı, onun təlqin etdiyi pislikləri müdafiə edənlərin isə həlak olacağı Quranda belə bildirilir:

“Sonra da ona günahlarını və pis əməllərdən çəkinməsini (xeyir və şəri) öyrədənə ki,
Nəfsini (günahlardan) təmizləyən mütləq nicat tapacaqdır!
Onu (günaha) batıran isə, əlbəttə, ziyana uğrayacaqdır”. (Şəms surəsi, 8-9-10)

Nəfslərinə uyub iman etməyən və sevgisizliyi yaşayan bu insanlar həyatı boyunca özlərinə və ətraflarına həm maddi, həm də mənəvi yöndən zərər verirlər. Çünki:

* Onlar dünyada özlərinə mümkün qədər çox mənfəət götürməyə, öz istək və şəhvətlərini təmin etməyə, qısa olan həyatlarını qayğısız keçirməyə çalışırlar.

* Uşaqlarına lazım olan sevgi və marağı göstərməyən ata-analar və ata-anasına qarşı -ətrafından aldığı mənfi təlqinlərin nəticəsində- lazım olan hörməti göstərməyən uşaqlar bu degenerasiyanın ən açıq nümunələrindən biridir. Uşaqlar valideynlərinə qarşı aqressiv, sərt cavablar verən, asan yalan danışan, öz zövq və istəklərinə çatmaq üçün ailəsini yalnız bir vasitə kimi görən səhv bir düşüncə daşıya bilirlər.

* Bir-birlərinə fədakar olmaları, həmrəylik, comərdlik kimi dəyərlər tamamilə ortadan qalxır. Hər şeydən əvvəl insanlar bir-birlərinə insan olaraq dəyər verməzlər.

* Heç kim heç kimin sağlamlığını, hüzurunu və rahatlığını düşünməz. İnsanlara bir zərər toxunmasından narahat olmaz, buna mane olmağa çalışmaz.

* Dayanmadan pisliyi əmr edən nəfsinə sərhəd qoymayan bir insana güvənmək mümkün deyil. Belə bir insanın verəcəyi sözə sadiq qalması gözlənilə bilməz, çünki bu adamın sözündən dönməməsi üçün heç bir səbəb yoxdur.

* Sevgi hissindən məhrum bir insan qarşısındakı insanın təbii acizliklərini görməməzlikdən gələ bilməz, ən sadə səhvlərinə belə çox vaxt tab gətirə bilməz. Hətta səhv belə sayılmayan hadisə üzündən heç yoxdan qovğa çıxara bilir. Əhəmiyyətli olan öz kefidir və kefsiz olduğunda sevdiyini iddia etdiyi insanların belə xoşbəxt olmalarını istəməz.

Həqiqi sevgini yaşayan möminlərin üstün əxlaqı

* Digər insanların gözəl xüsusiyyətlərini təqdir edə bilməyi və bunlara daha gözəliylə qarşılıq verə bilməyi ancaq Allahdan qorxan möminlər bacara bilər.

* Səmimi bir müsəlmanın həyatındakı hər davranışın məqsədi Allahı razı etməkdir və gözəl işlərinin qarşılığını qarşısındakı insandan deyil, yalnız Allahdan gözləyər.

* Allahın Quranda bildirdiyi əxlaqın əsli fədakarlığa, çətinlikdə vəfa göstərməyə, həmişə dürüst olmağa əsaslanır.

* Səmimi bir müsəlman qarşısındakı insanın dünyada imtahan edilmək üçün aciz yaradıldığını bilir və sevdiklərini bu yönlərinə şəfqət duyub sevər.

* İnsanın gözəl əxlaq mövzusunda nəfsinə və şeytana qarşı mübarizə apardığını bilər və vaz keçilən anlıq səhvləri könül xoşluğuyla bağışlaya bilər.

* Sevdiklərinin kefi və hüzuru özündən əvvəl gəlir və onsuz da ancaq belə xoşbəxt və rahat ola bilər.

* Tamahkarlıq etmədən paylaşmağı, hər şeyə baxmayaraq bağışlaya bilməyi və yalnız nəfs istədiyi müddətdə deyil, hər şərtdə sevməyi bacarmağı yalnız Allah üçün etməkdir. Sadaladığımız bu xüsusiyyətlər olmadan həqiqi sevgini yaşamaq qeyri-mümkündür və bundan ötrü də həqiqi sevgini ancaq bütün bunları Allah üçün edənlər, yəni könüldən iman edənlər yaşaya bilər.

İman etməyən insanların sevgiyə baxışları, ümumiyyətlə, səhvdir. Bu səhv anlayışa sahib insanların sevgisi əsasən, mənfəət üzərinə qurulduğundan sevgini həqiqi mənasıyla yaşaya bilməzlər. Həyatlarını tutarsız təməllərə söykədikləri üçün hisslərini qəlbdən gələn səmimi bir sevgiyə çevirə bilməzlər. Çünki ən çox özlərini sevirlər. Bütün gözəlliklərin özünə verilməsini, özlərini əl üstündə saxlanmasını və özlərinə qayğı göstərilməsini istəyirlər.

Həqiqi və qalıcı sevgini əldə edə bilmək din əxlaqıyla mümkündür


İnsan həqiqi sevgini Allahı sevməyən və Quranda izah edilən gözəl əxlaqa uyğun gəlməyən insanlardan gözlədikcə hər dəfəsində eyni nəticəylə qarşılıq görəcək. Sevilməyi sevginin həqiqi sahibi olan Allahdan istəməyin yerinə vasitəçiləri ilahlaşdırıb (Allahı tənzih edirik) onlardan gözləyən insanlar bütün həyatları boyunca həqiqi sevginin əvəzinə onun təqlidiylə qarşılaşıb ziyana uğrayarlar.

Həqiqi və qalıcı sevgini əldə edə bilmək üçün isə əvvəlcə din əxlaqının yaşanması lazımdır. Din əxlaqının mövcudluğu Allah sevgisini özü ilə gətirəcəyindən bu, bütün insanlarda çox müsbət və gözəl bir təsir buraxar. Hamı Allah rizası üçün gözəl əxlaq göstərər, bir-birini Allah üçün sevər və hörmət edər. Cəmiyyətin əsasına şəfqət, mərhəmət və iltifat hakim olar. İnsanlar Allahın əmrləri yönündə xeyirdə yarışarlar. Dünya həyatında Allah sevgisini nəfsani sevgiyə üstün tutan səmimi möminlər  axirətdə Allahın izniylə sonsuza qədər sevdikləriylə birlikdə yaşayacağı cənnət bağçalarında olmağı ümid edirlər:

(Ya Peyğəmbər! Qiyamət günü) zalımları (dünyada) qazandıqları günahların qorxusundan tir-tir əsən görəcəksən. O (müsibət, Allahın sitəmi) mütləq onların başına gələcəkdir. İman gətirib yaxşı işlər görənlər isə cənnət bağçalarında olacaqlar. Rəbbinin dərgahında onlar üçün istədikləri hər şey olacaqdır. Budur ən böyük nemət!   (Şura surəsi, 22)

0 yorum:

Yorum Gönder