TERRORUN KÜTLƏ PSİXOLOGİYASI

Terroristlərin mühüm xüsusiyyətlərindən biri kütlə ruhu ilə hərəkət etmələridir. Kütlə ruhu ilə hərəkət edən insanlar həqiqətən təkbaşına etməyəcəkləri şeyləri edir, şüursuzluq və iradəsizlik içində hərəkət edə bilirlər. Dünyanın bir çox ölkəsindəki terror təşkilatlarında olan ağılsız və cahil insan nəyi nə üçün etdiyini belə bilmədən, kütlənin və şüarların təsiri altına düşərək, sürü psixologiyasında həqiqətən öz iradəsi ilə etməyəcəyi kütləvi cinayətlərə səbəb olur.

Rus anarxiyasının qurucusu olan Mixail Bakunin və şagirdi Neçayev ideal bir terroristi belə təsvir edirlər:
“İdeal terrorist, qanuni və mədəni dünyanın bütün qanuni, mənəvi və digər təşkilatları ilə əlaqəni kəsən insandır... Yalnız birelmi tanıyır: Yox etmək.”(http://www.teror.gen.tr/turkce/propaganda/eleman/ozellikler.html)
 
Bakunin və Neçayevin bu sözlərindən də aydın olduğu kimi terroristlər maddi və mənəvi bütün təşkilatlarla əlaqəni kəsən, buna görə də bütün əxlaqi dəyərləri rədd edən və bu təşkilatları özlərinə bir maneə və düşmən hesab edən insanlardır. Bakunin başqa bir sözündə isə “Bir terroristin tək bir məqsədi olmalıdır, mərhəmətsiz məhv! Bu məqsədlə yorulmadan və soyuqqanlılıqla hər zaman ölməyə və buna mane olan hər kəsi öz əlləri ilə öldürməyə hazır olmalıdır”deyib. Terrorizmin stolüstü kitabı olaraq qəbulolunan İnqilabçının Stolüstü kitabında bir terroristin necə olması bu cümlələrlə açıqlanır:
“... Özünə qarşı sərt davranan inqilabçı, sevgiyə, dostluğa, minnətdarlığa hətta şərəfə belə yer verməyərək başqalarına da qarşı sərt olmalıdır. Sadəcə müvəffəq olunmalı özünə zövq, razılıq və mükafat verəcək inqilabimübarizənin soyuq ehtirasına yer verməlidir.” (http://www.teror.gen.tr/turkce/propaganda/eleman/ozellikler.html)
 
Bu sözlər terrorun qaranlıq üzünü bütün gerçəkliyi iləgöstərməkdə və terrorun sülh, xoşniyyət və sevgi dini olan İslam dini ilə tamamiləzidd tərəflərdə olduğunu göstərir. Çünki Allah “Ey iman gətirənlər! İslamı bütövlüklə qəbul edin və şeytanın addım izləri ilə getməyin. Şübhəsiz ki, o sizə açıq-aydın düşməndir.” (Bəqərə Surəsi, 208)ayəsi ilə insanlara sülhün həqiqi qurtuluş olduğunu, bunun əksi isə - yəni döyüşün və qarşıdurmanın isə - şeytanın addım izləri ilə getmək olduğunu bildirir.
 
Terrorun kütlə psixologiyası

Terroristlərin bir başqa əhəmiyyətli xüsusiyyətləri də kütlə ruhu ilə hərəkət etmələridir. Bu kütlə daxilində fərdi düşüncələr əriyib yox olmaqda, hər kəs tək bir məqsədə yönəlməkdədir. Kütlə ruhu ilə hərəkət edən insanlar həqiqətən təkbaşına etməyəcəyi şeyləri etməkdə, şüursuzluq və iradəsizlik içində hərəkət etməkdədirlər. Dünyanın bir çox ölkəsində terror təşkilatlarında olan ağılsız və cahil insan, nəyi nə üçün etdiyini belə bilmədən, kütlənin, şüarların təsiri altına düşərək, sürü psixologiyasındahəqiqətən öz iradəsi ilə etməyəcəyi kütləvi cinayətlərəsəbəb olur.

Bir anda qatilə, təcavüzkar bir etirazçıya, insanlıqdan kənar hərəkətləri edə biləcək bir terroristə çevrilə bilər. Tək olduğu zaman, sakit görünən bir adam, bir terror qrupunun içinə girdiyində birlik olub bir evi atəşə verə bilər, bir əcnəbiyə səbəbsiz yerə hücum edə bilər, bir iş yerini qarət edə bilər, kütləvi surətdə insanları qətl edə bilər, hətta özünü belə ölümə atmaqdan çəkinməyə bilər. Terrorist qrupun içində edilən yamsılamağa özünü təslim edər və çoxluğun ona verdiyi güclə əmr olunan hər şeyi şüursuz bir şəkildə yerinə yetirər.

Terror fəaliyyətlərinəqoşulanlarınçoxu, iradə və vicdanları zəif olduğu üçün kütlə psixologiyası içində hazırlanmış “sürü” halına gəlirlər. Mühakimə və hökm tamamilə ortadan qalxmış, bunun yerinə həddindən artıq və şişirdilmiş duyğular, şiddətə meyl və təcavüzkarlıq hakim olmuşdur. Belə insanlar təsir altına tez düşür, dözümsüz və heç bir qayda tanımırlar.

Bu “kütlə psixologiyası”nın səhvini, insanın öz ağıl və iradəsi ilə hərəkət etməli olduğunu bir Quran ayəsində belə açıqlanır:
 
“Haqqında məlumatın olmadığı bir işin dalınca getmə. Çünki qulaq, göz və ürək – bunların hamısı (sahibin əməlləri) barəsində sorğu-sual olunacaqlar” (İsra Surəsi, 36)
 
Terrorizmin əsl qaynağı: üçüncü dünya fanatizmi

“İslami terror” olaraq adlandırılan və son dövrdə dünya aktuallığında özünə yer alan tamamilə həqiqətə uyğun olmayan bu faktı anlamaq üçün tarixi faktlar olduqca aydınlatıcıdır. Çünki bu gün də İslam adından istifadə edərək terror törədənlərvə ya bunu dəstəkləyənlər İslam dünyasındakı kiçik bir azlığı təmsil edirlər. Bu İslamdan deyil Peyğəmbərimiz (s.ə.v) dövründə yaşamış bəzi qövmlərə hakim olan “bədəvi xarakteri”ndən əmələ gəlməkdədir. Bədəvilər İslamın mahiyyətini heç cür anlamayaraq, bir sülh, əmin-amanlıq və ədalət dini olan İslamı, öz ictimai və mədəni quruluşlarındanmeydana gələn vəhşiliklərinə alət etməyə çalışırlar. Bu vəhşiliyin qaynağı isə, “Üçüncü dünya fanatizmi” olaraq adlandıra biləcəyimiz, insan sevgisindən uzaq olan insanların ağılsızlıqlarıdır.

Bu bir həqiqətdirki, son bir neçə əsrdir ki, İslam dünyasının dörd bir tərəfindəki müsəlmanlar qərbli güclər və ya onların əlaltıları tərəfindən zülmə məruz qalırlar. Müstəmləkəçi Avropa dövlətləri, Qərb tərəfindən dəstəklənən yerli müstəmləkəçilər (məsələn İsrail) və ya Qərb tərəfindən dəstəklənən yerli totalitar rejimlər, müsəlmanlara çox zülm etmişlər. Amma bu, müsəlmanların Qurana görə anlaması, şərh etməsi və reaksiya verməsi lazımlı bir vəziyyətdir. Quranda heç bir zaman “zülmə qarşı zülm” tətbiq olunmasına icazə verilmir.

Müsəlmanlar özlərinə edilən zülmə qarşı əlbəttə reaksiya verməlidirlər, bunu tətbiq edənlərə cavab vermələri qanuni bir haqdır. Amma bu heç bir zaman kor-koranə nifrətə, ədalətsiz bir ədavətə səbəb olmamalıdır. Allah bu mövzuda müsəlmanları “...camaata qarşı olan kin sizi təcavüz etməyə sövq etməsin. Yaxşılıq etməkdə və Allahdan qorxmaqda bir-birinizə yardım edin. Günah işlər görməkdə və düşmənçilikdə bir-birinizə köməkçi olmayın. Allahdan qorxun. Həqiqətən, Allah şiddətli cəza verəndir (Maidə Surəsi, 2) hökmü ilə xəbərdar etməkdədir.

Üçüncü dünya fanatizminin İslamla heç bir əlaqəsi olmadığının ən bariz nümunəsi bu fanatizmin yaxın zamana qədər kommunist ideologiyası ilə eyni olmasıdır. Bilindiyi kimi günümüzdəki Qərb əleyhdarı terror hərəkətlərinin bənzərləri 60-cı və 70-ci illərdə də Sovet İttifaqından dəstək alan kommunist təşkilatlar tərəfindən həyata keçirilibdir.

Kommunist ideologiyası təsirini itirməsi ilə birlikdə, bu təşkilatları əmələ gətirən ictimai quruluşların bir qismi İslamı istifadə etməyə başlamışdır. Köhnə kommunist ifadələrinə İslami bəzi anlayışlar və simvollar əlavə edərək meydana gətirmək istədikləri bu “din libasına bürünmüş vəhşilik”, həqiqətən İslamın mahiyyətini meydana gətirən əxlaqi dəyərlərə tamamilə ziddir.

Bu mövzuda son olaraq, İslamın hər hansı bir millətə və ya coğrafiyaya aid olmadığıdır. İslam Allahın insanlara yol göstərici olaraq endirdiyi son dindir və bütün insanlığa xitab etməkdədir. Müsəlmanlar, inandıqları haqq dini hər mədəniyyətdən olan millətə izah etmək, tanıtmaq və onların qəlbləriniİslama yaxınlaşdırmağa məsuldurlar.

Buna görə İslam adına ortaya çıxaraq terror tətbiq edən, totalitar rejimlər meydana gətirən, dünyanı gözəlləşdirmək yerinə çirkinləşdirən insan və qruplara qarşı tək bir həll yolu vardır: Həqiqi İslamın təbliğ edilməsi, izah edilməsi, kütlələr tərəfindən başa düşülməsi və yaşanması.

Terrorun ən əhəmiyyətli xüsusiyyətlərindən biri hədəfini təsadüfi seçməsidir. Ayrı-seçkilik güdmədən hədəfin təyin olunması, qorxunun yayılmasının ən əhəmiyyətli səbəblərindən biridir. Çünki bu, heç bir insanın təhlükəsiz ola bilməyəcəyi mənasını verməkdədir. Əgər hər hansı birini hədəf almaq üçün xüsusi bir səbəb yoxsa o zaman heç kim təhlükəsizlikdə olmayacaq. Potensial hədəf özünü qorumaq üçün heç bir şey edə bilməz. Çünki terrorist öz qaydalarına görə mühakimə edər və özü seçdiyi yer və zamanda hərəkətə keçər. Bu da siyasi terror fəaliyyətlərinin əvvəldən təxmin edilə bilməyəcəyini göstərməkdədir.

0 yorum:

Yorum Gönder