Səhər-axşam yalvararaq, ürpərtiylə, səsini qaldırmadan ürəyində Rəbbini yad et və qafillərdən olma! (Əraf Surəsi, 205)
Quranda "... Allahı zikr etmək, şübhəsiz ki, daha böyükdür (böyük ibadətdir). ..." (Ənkəbut Surəsi, 45) buyurulur.İbadətlər Allahı xatırlayaraq və Allahın razılığını düşünərək edilməzsə qarşılıqsız əməl halına gələ bilərlər. Bu səbəbdən Quranda peyğəmbərlərin xarakterləri izah edilərkən Allahı necə zikr etdiklərinə diqqət çəkilir. Sad Surəsi 30-cu ayədə "Biz Davuda Süleymanı bəxş etdik. O nə gözəl bəndə! Daima (Allaha) üz tutardı." buyurulur.
0 yorum:
Yorum Gönder