Qıtlığın nə olduğunu yaxşı düşünmək lazımdır. Supermarketlerin, şirniyyat evlərinin, restoranların olduğu indiki vaxtda qıtlıq bizə yad bir anlayışdır.
Qısası, "qıtlıq" anlayışını çoxumuz "bir müddət ac qalmaq" kimi təsəvvür edirik. Halbuki Rusiya, Çin, Kamboca kimi ölkələrin timsalında yaşanan qıtlıq, aylar və illər boyu davam etmişdir. Yalnız həyətyanı təsərrüfatda yetişdirdikləri məhsullarla (taxıl və ya düyülə) bəslənən kəndlilərin əlindən bütün məhsulları zorla toplanmışdır. Bunlar alındıqdan sonra yeməyə əlbəttə ki, heç bir şey qalmaz. Bu halda insanlar əvvəl ətrafdan yığdıqları tərəvəzi, meyvəni və yeyə biləcəkləri heyvanları tapıb yeyirlər. Bunlar isə qısa müddətdə tükənir. Sonra yarpaq, ot, ağac qabıqlarını qaynatmağa başlayırlar. Həftələr keçdikcə orqanizmləri zəifləyir və arıqayırlar. Davamlı aclıq... Bəzi insanlar pişik, it tutub yeməyə başlayar. Bu iş başqa canlılara, böcəklərə qədər davam edər. Nəticədə acı iztirab içində qıvrılan insanlar ard-arda ölməyə başlayır. Ölüləri basdırmağa taqəti olan heç kim yoxdur. Nəticədə qıtlığın ən qorxunc miqyası ortaya çıxır. Adamyeyənlik. İnsanlar əvvəl ölüləri yeməyə başlayır, sonra bir-birlərinə hücum etməyə, bir-birlərinin uşaqlarını qaçırıb kəsib yeməyə başlayırlar. İnsanlıqdan çıxır və heyvanlaşırlar.
Onsuz da kommunist rejimin məqsədi də budur.
Bu izah edilənlər ilk baxışdan inandırıcı olmasa da, bütün bunlar 20-ci əsrdə ilk olaraq Leninin öndərliyindəki Bolşevik Rusiyasında yaşanmışdır.
Bolşeviklər iqtidara gəldikdən bir müddət sonra, 1918-ci il içində, Lenin tərəfindən qəbul edilən qərarla, xüsusi mülkiyyətin ortadan qaldırılmasına istiqamətlənmiş siyasət başladıldı. Bunun ən önəmli nəticəsi isə, kəndlilərin tarlalarının dövlətləşdirilməsi və məhsullarının əllərindən alınması idi. Bolşevik hərbiçilər, Çeka (ЧК - чeрезвычайная комиссия- fövqəladə komisiya) polisləri, Qırmızı Ordu dəstələri, Rusiyanın dörd bir tərəfindəki kəndləri qarət edərək, onsuz da çox çətin şərtlərdə yaşayan kəndlilərin yeganə qida qaynağı olan məhsulları silah gücüylə toplamağa başladılar. Hər kəndlinin Bolşeviklərə müəyyən miqdar verəcəyi təyin olunmuşdu, ancaq bu miqdarı ödəmək üçün əllərindəki bütün məhsulu vermələriydilər. Müqavimət göstərmək istəyən kəndlilər ən vəhşi üsullarla susdurulurdu. Bəziləri əllərindəki buğdanın hamısını verməmək üçün məhsulun bir qisimini gizli anbarlara gizlədirdi Ancaq bu cür davranışlar Bolşevikler tərəfindən "inqilaba xəyanət" sayılır və ağlasığmaz vəhşiliklərlə cəzalandırılırdı. 14 Fevral 1922-ci ildə tədqiqat aparmaq üçün bölgəyə gedən müfəttiş Omsk bölgəsindəki vəziyyəti belə izah edirdi:
Zorba birliklərinin haqsızlıqları ağla sığmaz ölçülərə çatdı. Həbs olunan kəndlilər sistematik şəkildə soyuq zindanlarasalınır, qamçıyla döyülür və ölümlə təhdid edilir. Ödəməli olduqları məhsul miqdarının hamısını verə bilməyənlərin əl-qolları bağlı, çılpaq şəkildə kəndin əsas yolu boyu qaçmağa məcbur edilir və sonra soyuq zindana basılırdı. Çox sayda qadın huşunu itirənə qədər döyüldükdən sonra çılpaq olaraq qarda qazılan çuxurlara atılırdı.
Lenin kəndlilərin təyin edilən kvotanı ödəyə bilmədiyini gördükdə dəli olurdu. Axırda zorba kommunist hərbiçilərə müqavimət göstərən bəzi bölgələrdəki kəndlilərə 1920-ci ildə qorxunc cəza verildi. Bu kəndlilərin yalnız məhsulları deyil, eyni zamanda əllərindəki toxumlar da alınırdı. Toxumların alınması, kəndlilərin yeni məhsul əldə edə bilməmələri və aclıqdan ölmələri demək idi. Məhz bu cür də oldu. 1921 və 1922-ci illərində Rusiyada 29 (iyirmi doqquz) milyon insan aclıq və səfalət içində yaşayırdı. Bunların 5 (beş) milyonu aclıqdan həyatını itirdi.
Qıtlıq dünya ictimaiyyətinə məlum olduqda Qərb ölkələri bu fəlakətin nəticələrini yüngülləşdirmək üçün yardım kampaniyaları təşkil etdilər və az da olsa bacardılar. Amma artıq gec idi. Çünki Bolşeviklər əkinçilik siyasətinin qüsurlarını gizlətmək üçün qıtlıqla bağlı xəbərlərin yayılmasını qadağan etmiş, belə hadisənin varlığını da israrla inkar etmişdilər. Riçard Payps, A Coincise History Of The Russian Revolution (Rus İnqilabının Qısa Tarixi) adlı kitabında belə yazır:
1921-ci ilin yazında kəndlilər aclıq səbəbiylə ot, ağac qabığı və gəmiriciləri yeyirdilər. Adamyeyənlik hadisələri vardı. Qısa müddətdə milyonlarla səfil insan yemək tapılacaq bir yerə getmək ümidiylə ən yaxın qatar stansiyasına qaçırdılar. Bu insanların miqrasiyası qəbul edilmirdi, çünki Moskva 1921-ci ilin iyuluna qədər bu fəlakətin varlığını inkar edirdi. Heç vaxt gəlməyəcək qatarı və ya onlar üçün qaçılmaz olan ölümü gözləyirdilər. Şəhəri ziyarət edənlər heç bir həyat əlaməti görmədən gedirdilər. İnsanlar ya oradan getmişdi ya da evlərində hərəkət edə bilməyəcək qədər gücsüz şəkildə yatırdılar. Şəhər küçələri cəsədlərlə dolu idi.
Bəs bu aclıq siyasətinin hədəfi nə idi? Əlbəttə Lenin kəndlilərin məhsullarını yığaraq Bolşevik rejimini iqtisadi yöndən gücləndirmək və xüsusi mülkiyyəti aradan qaldıraraq kommunist yuxunu reallaşdırmaq fikrində idi. Amma insanları bilə-bilə qıtlığa sürükləməyin başqa bir məqsədi də vardı. Lenin qıtlığın insan psixologiyası üzərində təxribat meydana gətirəcəyini bilir, bu yolla insanların Allaha olan inanclarını yox etməyi və kilsəyə qarşı hərəkat başlatmağı hədəfləyirdi. "Kommunizmin Qara Kitabı"nda Leninin bu zalım düşüncəsi belə izah edilir: 1890-cı ildə gənc vəkil Vladimir Ulyanov Lenin 1891-ci ildə aclıqdan ən çox təsirlənən əyalətlərdən birinin mərkəzi olan Samarada idi. Lenin aclara ictimai kömək səylərinə qatılmamaqla bərabər, qəti şəkildə belə bir köməyə qarşı olduğunu da açıqlayan tək nümayəndə idi. Yoldaşlarından birinin xatırladığına görə, "Vladimir İliç Ulyanov aclığın bir çox müsbət tərəflərinin olduğunu açıqca ifadə etməkdən çəkinmirdi. Düşüncəsinə görə ortaya çıxacaq sənaye proletariatı burjua nizamını kökündən məhv edəcəkdi. … Geri qalmış kəndli iqtisadiyyatı yıxılarkən, aclıq bizi məqsədimizə yaxınlaşdıracaq və kapitalizm sonrası mərhələ olan sosializmə nail olunacaqdı. Aclıq yalnız Çara deyil, Tanrıya olan inancı da yox edəcəkdi. .."
30 il sonra Bolşevik hökumətin başçısı gənc vəkil yenə də eyni düşüncədə idi: Aclıq, "düşmənin başına ölümcül bir zərbə endirməyə"kömək edəbilər və etməliidi. Bu düşmən Ortodoks kilsəsi idi.
Lenin, aclıq yoluyla kütlələrin dinə olan bağlılığını qıracağını, onları təsirsizləşdirəcəyini, beləcə dini təşkilatlara qarşı planladığı hücumu daha asan reallaşdıracağını 19 Mart 1922-ci ildə Politbüro üzvlərinə göndərdiyi məktubda belə izah edirdi:
Həqiqətən də hazırkı vəziyyət onların deyil, kifayət qədər bizim lehimizədir. Düşmənimizin başına ölümcül zərbə endirmək və önümüzdəki on illər baxımından bizim üçün çox əhəmiyyətli mövzuları zəmanətdə saxlamaq üçün 99% şansımız var. Bütün bu acların insan ətiylə bəsləndiyi, yolların yüzlərlə, minlərlə cəsədlə dolu olduğu məhz bu an kilsənin mallarını şiddətli enerjiylə yağmalıya bilərik və yağmalamalıyıq. İndi və yalnız indi böyük kəndli kütlələri bizi dəstəkləyə bilər və ya bir neçə Qara Üzlü ruhaniləri və mürtəce kiçik burjuaları dəstəkləyə bilməyəcəklər... Hər şey göstərir ki, başqa bir zaman məqsədimizə çata bilmərik, çünki yalnız aclıqdan qaynaqlanan ümidsizlik, kütlələrdə bizə qarşı rəğbətə yol aça bilər və ya heç olmasa bizə qarşı bitərəf ola bilərlər.
Lenin həyata keçirdiyi bütün bu zülmlərlə kommunist vəhşiliyin ilk böyük nümunəsini ortaya qoyurdu. Ondan sonra gələn Stalin və ya Mao kimi kommunist diktatorlar bu vəhşiliyi daha da artıracaqdılar. Leninin sonu da olduqca mənalı idi. 1922-ci ildən etibarən getdikcə ağırlaşan xəstəliyi onu tədricən iflic etməyə başladı. Demək olar ki, 1923-cü ili əlil arabasında və əzabverici baş ağrılarıyla keçirdi. Həmin ilin mart ayında ağır bir tutma keçirdi və bundan sonra danışma qabiliyyətini itirdi. Həyatının son aylarında Lenini görənlər dəhşətə gəlirdilər... Çünki üzündə qorxunc ifadə vardı və sanki dəli olmuşdu. 21 Yanvar 1924-cü il tarixdə beyninə qansızması nəticəsində öldü.
Bolşevikler Lenini mumiyaladılar və çox qiymətli saydıqları beynini xüsusi vasitəylə mühafizə etdilər. Cəsədi Moskvadakı Qırmızı Meydan
da Qədim Yunan məbədlərini xatırladan abidə-məzara qoyuldu və izdihamlar tərəfindən ziyarət edildi. Ziyarətçilər cəsədə böyük qorxuyla baxırdılar.
Bu qorxu növbəti illərdə daha da artacaqdı. Çünki Lenindən sonra Sovetlər Birliyi iqtidarını ələ keçərən Josef Stalin, Lenindən daha zalım və daha sadist idi. Stalin qısa dövr ərzində müasir tarixin ən böyük "qorxu imperatorluğu"nu qurdu...
0 yorum:
Yorum Gönder