Xarici dünyanı görən, eşidən, hiss edən və nəyəsəsahib olan ruhumuzdur. İnsan, Allahın onun ruhunda yaratdığı bütün bu hissləri düşündüyündə, hər şeyin maddədə deyil, əslində ruhda cəmləşdiyini dərhal anlayar. Çünki ruhun maddəyə nəzarət etməsi və onu istiqamətləndirməsi çox açıqdır. Hiss edən (qavrayan) ruhdur.Bu hisslər sayəsində maddə, yəni bədənimiz və ətrafımızdakı hadisələr formalaşır. Ət və ya sümük parçası kədərlənə, sevinə, həyəcanlana bilməz, qərar qəbul edə bilməz, ağıl və mühakimə qabiliyyətinə sahib ola bilməz. Hiss edən, düşünən, qərarlar qəbul edən, vicdanından daim istifadə etməyə çalışan, sevinən ruhdur. İnsanın "mənim" deyərək sahib olduğu ruhu isə Rəbbimizin Quranda "O, yaratdığı hər şeyi gözəl yaratdı, insanı yaratmağa palçıqdan başladı. Sonra onun nəslini nütfədən – bir qətrə zəif sudan əmələ gətirdi. Sonra onu düzəldib insan şəklinə saldı və ona öz ruhundan üfürdü. O sizə göz, qulaq və ürək verdi. Siz nə az şükür edirsiniz!" (Səcdə Surəsi, 7-9) ayələriylə bildirdiyi kimi gerçəkdə Allahın ruhudur. Allah, ağıl və şüur verdiyi, üstün yaradılışla yaratdığı insana gözlər və könüllər vermiş, ona Ruhundan üfləmişdir. Allah, sonsuz ağılı və sonsuz yaratma gücüylə bunu elə mükəmməl şəkildə edir ki, bəzi insanlar imtahanlarının tərkib hissəsi olaraq, özlərinə verilən bu ruha sahiblənir və ona 'mənim ruhum' deyirlər.
Yaddaş İmtahanın bir Hissəsidir
İnsan mükəmməl yaddaşa malikdir. Allah insan üçün yaddaşı, keçmiş və gələcəyinin bütünü olaraq, an an yaradır. Bu, insanın var olduğu hər an üçün etibarlıdır. Məsələn, bu an bu sətirləri oxuyursunuz, bir neçə dəqiqə sonra bu yazı sizin yaddaşınızda bir an olaraq yerləşəcək. Bəlkə bir neçə gün, bəlkə aylar hətta illər sonra bu yazı Allahın sizin üçün yaratdığı yaddaşınızda olacaq, bəzən ağılınıza gələcəkdir. Yaddaşınızı və xatırlama gücünüzü məcbur edib özünüzlə bağlı hadisələrdə keçmişə doğru getdiyinizdə bir çox təfərrüatı xatırlaya bilərsiniz. Hətta xatırladığınız bir çox hadisədə elə də əhəmiyyəti olmayan məqamlar zehininizdə canlana bilər. Məsələn, uzun illər keçsə də, məktəbə ilk başladığınız gün yaşadığınız bir hadisə, dostlarınız ilə oynadığınız oyunlar, sevdiyiniz oyuncağı gördükdə duyduğunuz sevinc, bunların hamısı sizin yaddaşınızda bir an olaraq vardır. Həyatınız boyunca bir çox hadisə sizin üçün 'xatirə' olaraq ifadə olunan yaddaşınızı meydana gətirir. Yaşadığınız hər an, bu yaddaşın bir parçasıdır. Bu səbəblə bəzi insanlar ruha sahiblənir və ruhun özünə aid olduğunu zənn edirlər. Xatirələrini düşündüyündə, "həmin vaxt xoşbəxt idim, o gün həyəcanlanmışdım, belə hiss etmişdim" dedikdə, bunları yaşayanın öz ruhu olduğu səhvinə qapılılırlar.
Halbuki insanın dünyada yaşadığı imtahanının tərkib hissəsi olaraq Allah yaddaşı var edir və sonsuz ağılıyla imtahan mühitini ən mükəmməl şəkildə yaradır. Hadisələrə Quranda bildirilən ayələr istiqamətində baxan insan, bu yaradılışdakı böyük sirləri dərk edər və imtahan mühitinin möhtəşəmliyini şüurlu şəkildə yaşayar. Quran əxlaqından uzaq yaşayan insanlar isə qəflətdə olduqlarından Allahın yaratdığı bu böyük həqiqətən xəbərsizdirlər.
Ruhumuzda Yaranan Hər cür Hiss, Allahın Sonsuz Ruhuna Aiddir
Yaratmadakı sonsuz gücünün bir təcəllisi olaraq, Allah insana, ruhunun sanki onun özünə aidmiş kimi hiss verir. Bu, yaradılışın həqiqətini bilən insan üçün gözəllik və imtahanın möhtəşəm tərkibindən biridir. Ruhumuzdakı coşğulu sevgini düşündüyümüzdə, bunun bizə aidmiş kimi güclü hisslə yaradılması da gözəllik və nemətdir. Ruhumuzda yaranan hər cür hiss, Allahın sonsuz Ruhuna aiddir. Əslində sevən, sevilən, düşünən, mərhəmət edən, şəfqət duyan, gözəlliklərdən zövq alan, həmişə yaxşını, gözəli bilən, doğruya yönələn, vicdanından istifadə edən də Allahın insana üflədiyi Ruhudur.
0 yorum:
Yorum Gönder