HƏRƏKƏT ETMƏNİN, YUYUNMANIN VƏ SU İÇMƏYİN SAĞLAMLIĞA FAYDALARI

Quranda diqqət edilən davranışlardan biri, Hz. Əyyuba  gələn bir vəhyi izah edən ayələrdə bildirilər:
 
(Ya Peyğəmbər!) bəndəmiz Əyyubu da yad et! Bir zaman o öz Rəbbinəmüraciətləbelədemişdi “Şeytan mənəbəla vəəzab toxundurmuşdur! ” (Ona belə buyurduq:) “Ayağını yerəvur! Bu, (yerdən çıxan bulaq) yuyunacaq vəiçiləcək sərin sudur!“ (Əyyub o su ilə  qüsl edib ondan içən kimi bütün xəstəlikləri getdi). (Sad Surəsi, 41-42)
 
Hz. Əyyuba şeytanın verdiyi çətinlik və narahatlığa qarşılıq Allahın bildirdiyi tövsiyələrdən biri "ayağını yerə vurması"dır. Ayədə keçən bu ifadə hərəkət etməyin, idman etməyin  faydalarına işarə edir.

İdman əsnasında, xüsusilə qıç əzələləri kimi uzun əzələlərin hərəkət etdirilməsi ilə qan dövranı sürətlənir, hüceyrələrə gedən oksigen miqdarında artım olur. Bunun nəticəsində adamın üzərindəki halsızlıq itir, zərərli  maddələrin bədəndən atılması ilə də adam rahatlaşır (Prof. Dr. Fehmi Tuncel, Elm Texniki Jurnalı, Yanvar 1993). 

Eyni zamanda bədən mikroblara qarşı daha çox  müqavimətli olur. Davamlı  idman edən kəslər geniş və təmiz damarlara sahib olurlar. Bu da damarların tıxanmasının və ürək xəstəliklərinin qarşısını alır (Barbara A. Brehm, Your Health and Fitness, Fitness Management Magazine, 1990). Bundan əlavə həmişə idman edən qan şəkərinin tarazlığını təmin edərək şəkər xəstəliyinin qarşısını almaqla mühüm  rol oynayır. İdmanın qaraciyər üzərindəki müsbət təsirləri "yaxşı xolesterol" dediyimiz  yaşamaq üçün lazım olan maddənin yəni (xolesterol) səviyyəsini yüksəldir (Kathleen Mullen, Some Benefits of Exercise, Medical Times, c. Brown Publishers, 1986).

Ayrıca ayaqların çılpaq yerə basılması, bədəndə yığılmış elektrikin boşaldılmasında çox təsirli bir üsuldur. Bu üsul bədən üçün bir növ torpağa basdırılma funksiyasını yerinə yetirir.

Bunun yanında ayədə diqqət edildiyi kimi yuyunmağın, bədəndəki halsızlığın atılmasında mühüm rolu olduğu bilinir. Yuyunmaqla birlikdə bədəndə yaranan fiziki təmizliklə yanaşı, adamın üzərindəki gərginlik və çətinlik də azalır. Bu səbəblə yuyunmaq həm stress, həm də qızdırmalı xəstəliklər başda olmaqla, bir çox fiziki və psixoloji narahatlıq üzərində yaxşı təsirə malikdir.

Ayədə, yuyunmağa əlavə olaraq bir də su içilməsi tövsiyə edilmişdir. Suyun bədənin hər orqanı üzərində meydana gətirdiyi faydalar bilmədiyimiz qədər çoxdur. Tər vəzləri, mədə, bağırsaqlar, böyrəklər və bu kimi bir çox orqanın sağlamlığı, suyun bədənəaz miqdarda alınması ilə bağlıdır. Bu mövzuda meydana gələ biləcək bir narahatlığa qarşılıqda yenə su ilə möhkəmlətmək mümkün olur. Yorğunluğun və yuxusuzluğun əlacı da yenə bədəndəki su miqdarının artırılması vəzərərli maddələrdən təmizlənilməsi ilə reallaşır.

Hər biri bədən və ruh sağlamlığımız üçün həyati əhəmiyyət daşıyan bu tövsiyələrin bir yerdə tətbiq olunması isə ən ideal nəticəni verəcək. Bu tövsiyələrin hər biri Allahın "Biz Qurandan möminlər üçün şəfa və mərhəmətolan şeyləri endiririk..." (İsra Surəsi, 82) ayəsinin bir təcəllisidir.

0 yorum:

Yorum Gönder