İSLAM ƏXLAQINDA AİLƏNİN YERİ

İnsanların böyük bir hissəsi dinin yalnız ibadətlərdən meydana gəldiyi kimi yalnış bir fikirə malikdir. Halbuki doğru din, ibadətlərin yanında, insan həyatının hər anını əhatə edər və beləcə insanlara Quran istiqamətində bir dünyagörüşü və gözəl əxlaq qazandırar.

Dininə bağlı, səmimi bir Müsəlman Allahın razılığını, rəhmətini və cənnətini qazanmaq üçün həyatının hər anında Quranda təsvir edilən üstün əxlaqı yaşamağa cəhd göstərər.
Heç bir zaman və heç bir mühitdə dürüstlüyündən, səmimiyyətindən, gözəl rəftarlarından, hörmət və sevgi dolu quruluşundan, qısacası gözəl əxlaqından əl çəkməz. Elə  bu səbəblə də Quran əxlaqına sahib olan insanlardan yaranan birliklərdə, hər insanın həsrət duyduğu,eşitdiyi bu üstün xüsusiyyətlər yaşanar.

Məsələn, Quran əxlaqına uyğun həyat sürən bir ailədə, indiki bir çox  ailələrdə yaşanan problemlərin heç biri yaşanmaz. İndiki vaxtda, ana və ataya itaətsizlik , doğru ilə səhvi bir-birindən ayıra bilməyən, təcavüzkar uşaqlara və uşaqlarına doğru ilə səhvi izah  edə  bilməyən onları başıboş buraxan, öz aralarında da bir birini başa düşməyən ana atalara çox sıx rast gəlinir. Bu evlərdə, sevgi, hörmət, mərhəmət və şəfqət yerinə döyüş və təhqir hakimdir. Halbuki Quran əxlaqı yaşandığında, ana ataya itaət edən, hətta Allahın əmrinə  görə onlara "of" belə deməyən, doğru və səhvi daha kiçik yaşlarından etibarən ayırd edəbilən, vicdanını istifadə edərək pisliklərdən uzaq duran  uşaqlar yetişər. Uşaqlarını din əxlaqı ilə yetişdirərək dövlətə və millətə xeyirli insanlar olmaları üçün səy göstərən, öz aralarında da sevgi və hörməti yaşayan, davranışları və danışıqları ilə uşaqlarına nümunə olan ana atalar ortaya çıxar. Qısacası sevgi, hörmət və həmrəylik içində bir-birinə bağlı ailələr meydana gələr.

Ailə isə bir dövlətin ən fundamental vahididir. Ailə quruluşu güclü olan bir millətin dövlət quruluşu da çox güclü olar. Ancaq ailə quruluşu çökmüş, mənəvi dəyərlərini itirmiş, fərdləri arasında sevgi, hörmət, birlik və, vəfa duyğuları korlaşmış bir dövlətin güclü olması mümkün deyil. Xüsusilə dinsiz bir cəmiyyətin hədəf alındığı bəzi ölkələrdə bu mənəvi çökmə  çox böyük surət qazanar və əxlaqı itirmək  cəmiyyətin hər addımında özünü göstərər. Bu kimi cəmiyyətlərdə həyat, yalnız qarşılıqlı maddiyyət  üzərində qurular .

Bir-birlərinə çox yaxın ailə fərdləri arasında da sevgi, qardaşlıq, həmrəylik, fədakarlıq və sədaqət duyğuları kimi mənəvi duyğular korlaşdığında, artıq o millətin varlığını davam etdirə bilməsi çox çətin olar əe bu kimi hallar cəmiyyəti bütünlüklə əhatə edər. Məktəblərdə, yoldaş yığıncaqlarında sevgi və hörmət yerinə, həsəd, ikiüzlülük, lağ, dedi-qodu kimi pis rəftarlar ortaya çıxar. İş yerlərində də bütün sistem maddi əlaqələri üzərinə qurular. Kimsə kimsənin haqqını qorumaz, ədalət axtarılmaz, məzlumlara qarşı şəfqət və mərhəmət hissi olmaz Qısacası belə bir millətin fərdlərinin bir yerdə  dinclik və barış içində yaşamaları qeyri-mümkün hala gələr.

Dinin gətirdiyi Quran əxlaqını yaşayan cəmiyyətlərdə isə, dövlətinə, millətinə faydalı bir vətəndaş, ailəsini sevən, qoruyan bir övlad, əxlaqıyla nümunə olan bir yoldaş kimi insani tiplər ilə qarşılaşarlar. Bununlada  pis əxlaqlara rast gəlinməz. Belə möhkəm cəmiyyətdəki  bir millətin ömürü uzun, həyatı dinc, birlik ruhu da çox güclü olar. Allah, Quranda, bir millətin birlik içində və güclü olmasının sirrini belə bildirmişdir:

Allaha və Onun Peyğəmbərinə itaət edin.Bir-birinizlə çəkişməyin,yoxsa qorxub zəifləyər və gücdən düşərsiniz.Səbr edin,çünki ALLAH səbr edənlərlədir!.(Ənfal Surəsi, 46)

Ailə quruluşu güclü olan bir millətin dövlət quruluşu da çox güclü olar. Ancaq ailə quruluşu çökmüş, mənəvi dəyərlərini itirmiş, fərdləri arasında sevgi, hörmət, birlik və, vəfa duyğuları korlaşmış bir dövlətin güclü olması mümkün deyil

Dinin gətirdiyi Quran əxlaqını yaşayan cəmiyyətlərdə, dövlətinə, millətinə faydalı bir vətəndaş, ailəsini sevən, qoruyan  bir övlad, əxlaqıyla nümunə olan bir yoldaş kimi insan tipləri ilə  qarşılaşarlar.

Allah qorxusu, dünya həyatında möminin ən böyük dayağıdır. Çünki Allah qorxusu insanı, hər anında Allahın istədiyi kimi davranmağa, ONU razı etmək üçün isə, şeytanın və nəfsinin istəklərindən çəkinməyə, onların hiylə və oyunlarına qarşı oyanıq və tədbirli olmağa sövq edər.
İMANI TEZ ANLAMAQ

"Qəti məlumatla iman etmək" nə deməkdir?

Bir insan əlini alova uzatdığında yanacağını bilər, bundan heç bir şübhəsi yoxdur. "Görəsən həqiqətən yanarmı?" kimi bir düşüncəyə qapılmaz. Bu adam alovun əlini yanacağına qəti bir məlumatla inanır deməkdir. Quran ayələrində isə "qəti bir məlumatla iman"dan bu şəkildə bəhs edilər:

"Bu (Quran), insanlar üçün bəsirət gözü,[axirətə]tam yəqinliklə inanan bir qövm üçün də hidayət [doğru  yolu göstərən rəhbər]  və mərhəmətdir! (Casiyə Surəsi, 20)

Qəti məlumatla iman, yuxarıdakı alov nümunəsində olduğu kimi əmin olaraq, heç bir şübhə etmədən, o an ətrafında gördüyü, danışdığı şeylər qədər doğru olduğuna əmin olaraq Allahın varlığına, təkliyinə, qiyamət gününə, cənnətin və cəhənnəmin varlığına iman etmək deməkdir. Qəti məlumata dayanan bir iman, adamın hər hərəkətini, həyatının hər anını yalnız Allahı razı  edəcək şəkildə keçirəcək bir vicdana yönəldər.

Davranışlarımızdan hansının Allahın razılığına uyğun olduğunu necə anlarıq?

Allah Özündən qorxan insanın vicdanına hər vaxt mütləq ən doğru olanı ilham edər. Allah bir ayədə belə buyurmaqdadır:

"Ey iman gətirənlər!Əgər  ALLAHDAN qorxsanız, O ,sizə haqla-nahaqqı ayırd edən[bir nur] verər[dünyada və axirətdə cıxış yolu göstərər],günahlarınızın üstünü örtüb sizi bağışlayar.ALLAH böyük lütf,mərhəmət sahibidir! (Ənfal Surəsi, 29)

Ayrıca unutmamaq lazımdır ki, ümumiyyətlə insanın ürəyində ilk duyduğu eşitdiyi səs doğrunu səhvdən ayırd etməsini təmin edən vicdanının səsidir və Allahın razı  olacağı rəftar ilk eşidilən səsin söylədiyidir. Allahdan qorxan insanlar da, vicdanlarının səsinə qulaq asıb doğru olanı taparlar.

ALLAHIN ADLARI

(HAFİD)

"O [kimini] alçaldacaq [kimini də] ucaldacaqdır." (Vaqiə Surəsi, 3)

Hər insanın müəyyən bir zəka səviyyəsi, görmə, düşünmə və düşündüklərindən qərar cıxarma qabiliyyəti vardır. Bir insan öz bədənindəki  qüsursuzluğa baxdığında var olan incə dizaynı görə bilər. Gördüyü dizaynın detallarındakı ağıl əlamətləri qarşısında, bu detalları planlayan, hazırlayan və yaradanın şüuruna vara bilər.

Ancaq şübhəsiz bu sayılanlar sahib olduqları qabiliyyətləri istifadə edən kəslər üçün etibarlıdır. Bu kəslər yuxarıda bəhs etdiyimiz müddəti qarşılaşdıqları hər hadisədə yaşar və gördükləri şeylər üzərində düşünüb daşınarlar. Bir də qarşılaşdıqları hadisələr üzərində düşünmədən keçməyə adət etmiş  insanlar vardır ki bunlar, yer üzündəki insanların əksəriyyətini meydana gətirərlər. Daha əvvəl də ifadə etdiyimiz kimi bu insanlar dünyaya gələr, böyüyər, hər kəs kimi sıravi bir həyat keçirər və ölərlər. Halbuki Allah bir çox ayədə insanlara düşünüb öyüd almalarını əmr etmişdir. Ayələrdə möminlərin hər an düşündükləri belə bildirilmişdir:

 
O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da,ALLAHI xatırlar, göylərin ve yerin yaradılması haqqında düşünər [və deyərlər]  EY RƏBBİMİZ SƏN bunları bos yerə  yartmamısan! Sən  pak və müqəddəssən! bizi cəhənnəm odunun əzabından özün qoru!." (Ali İmran Surəsi, 191-192)

 
Düşünüb öyüd nəsihət alanlar  Allahın ucaltdığı kəslərdir. İnsan olmanın əsaslarını tam olaraq yerinə yetirərlər və bu istiqamətləriylə digər canlılardan (heyvanlar, bitkilər və düşünməyən insanlar) tamamilə ayrılarlar. Digər qrup (düşünməyən insanlar) isə, insani qabiliyyətlərə sahib olmalarına baxmayaraq bunları istifadə etməzlər və sadə bir həyat tərzi sürərlər. Və bu insanlar da, Allahın yaratdığı ancaq vicdanlarını istifadə etmədikləri, düşünmədikləri və sadə bir ömrü seçdikləri üçün alçaltdığı kəslərdir.
 
İnkarcıların, Əzab Məkanı Cəhənnəmə gedəcəklərini Əsla Unutmayın

“Əgər Biz istəsəydik hər kəsi doğru yola salardıq (imana müvəffəq edərdik) Lakin Mən: Cəhənnəmi mütləq bütün (günahkar) cinlər və insanlarla dolduracağam sözünü həqiqi olaraq demişəm! (Bizim bu hökmümüz labüddür. Bu sözün bu hökmün doğruluğunu sübut etmək üçün əzəldən günahkar,   kafir, yaxud müşrik olacağını bildiyimiz şəxsi üçün doğru yola salmadıq çünki həmin şəxs Bizim ona bəxş etdiyimiz ağılla yaxşını pisdən ayırıb doğru yolu özü tutmalı idi. Dində heç bir məcburiyyət yoxdur!) “(Səcdə Surəsi, 13)

0 yorum:

Yorum Gönder