QURANA GÖRƏ SƏLAHİYYƏTİ OLMADIĞI HALDA ÇOXBİLMİŞLİK EDİB AĞIL VERƏNLƏRİN VƏZİYYƏTİ

Dedilər ki: “Cənnətə yəhudilərdən və xaçpərəstlərdən başqası girməyəcək!” Bu, ancaq onların xülyalarıdır. (Ya Rəsulum!) Onlara söylə: “Əgər (bu sözü) doğru deyirsinizsə, dəlilinizi gətirin!” (Əl-Bəqərə Surəsi,111)

Özlərinə: “(Müharibədən) əl çəkin, namaz qılın, zəkat verin!” – deyilmişdi. Onlara cihad etmək vacib olduqda isə, içərilərindən bir qismi Allahdan qorxan kimi və ya daha artıq bir qorxu ilə insanlardan qorxuya düşərək: “Ey Rəbbimiz! Cihad etməyi nə üçün bizə vacib etdin, nə olardı ki, bizi yaxın zamana qədər (öz əcəlimiz çatana qədər) yubandıraydın! (Daha bir müddət cihadı bizə vacib buyurmayaydın!)” – dedilər. Onlara söylə: ”Dünyanın ləzzəti və faydası azdır, lakin müttəqilər üçün axirət daha xeyirlidir. Sizə (müttəqilərə) xurma çərdəyində olan nazik tel qədər belə zülm olunmayacaq!” (Ən-Nisa Surəsi, 77)

Sənin Rəbbin mələklərə: “Mən yer üzündə bir xəlifə (canişin) yaradacağam”, - dedikdə (mələklər): “Biz Sənə şükür etdiyimiz, şəninə təriflər dediyimiz və Səni müqəddəs tutduğumuz halda, Sən orada (yer üzündə) fəsad törədəcək və qan tökəcək bir kəsmi yaratmaq istəyirsən?”- söylədilər. (Allah onlara: ) “ Mən bildiyim şeyi siz bilmirsiniz!” – buyurdu.(Əl-Bəqərə Surəsi, 30) O: “Ey Adəm, bunların (kainatda mövcud olan əşyanın) adlarını onlara bildir!”- dedi. (Adəm) onlara (mələklərə) bunların adlarını xəbər verdikdə (Allah): “Mən sizə, göylərin və yerin gözə görünməyən sirlərini və sizin gizlində - aşkarda nə etdiyinizi bilirəm.”(Əl-Bəqərə Surəsi, 33)

Onlara : “Allahın göndərdiyinə (Qurana) tabe olun!” –deyildiyi zaman, onlar: “Biz ancaq atalarımızın getdiyi yolla gedəcəyik!” –deyirlər. Bəs ataları bir şey anlamayıb doğru yolda deyildilərsə necə? (Əl-Bəqərə Surəsi, 170)

Musadan sonra bir dəstə İsrail övladının başına gələnləri görmədinmi? Onlar öz peyğəmbərinə: “Bizə bir hökmdar göndər ki, Allah yolunda (zülmkarlarla) vuruşaq!” - dedilər. O da (onlara): “Sizə vuruşma əmri olduqda, bəlkə, vuruşmadınız?” – söylədi. Onlar cavabında dedilər: “Allah yolunda nə üçün vuruşmayaq ki, yurdumuzdan çıxarıldıq, övladlarımızdan ayrıldıq”. Lakin onlara vuruşmaq vacib olduğu vaxt, içərilərindən az bir qismi müstəsna olmaqla, (hamısı döyüşdən) üz çevirdilər. Allah (özlərinə) zülm edənləri tanıyır! (Əl-Bəqərə Surəsi, 246)

İsrail övladının peyğəmbəri onlara dedi: “Allah Talutu sizə padşah göndərdi”. Onlar isə: “Biz hökmdarlığa daha layiq ikən və ona var-dövlət verilmədiyi halda, o, necə bizə padşah ola bilər?” – deyə cavab verdilər. (Peyğəmbər onlara) dedi: “Allah sizdən ötrü onu bəyənib seçmiş, elm və bədəncə (qüvvəcə) ona üstünlük vermişdir. Allah Öz mülkünü (səltənətini) istədiyinə verər. Allah Öz lütfü və kərəmi ilə genişdir, (Allah hər şeyi) biləndir!”(Əl-Bəqərə Surəsi, 247)

(Allah iblisə): “Mən sənə əmr edəndə sənə səcdə etməyə nə mane oldu?” – deyə buyurdu. (İblis:) “Mən ondan daha yaxşıyam (üstünəm), çünki Sən məni oddan, onu isə palçıqdan yaratdın!” – dedi. (Əl-Əraf Surəsi, 12)

Dedi: “Sən məni (Adəmə səcdə etmədiyimə görə) azdırıb yoldan çıxartdığın üçün mən də Sənin düz yolunun üstündə oturub insanlara (Sənə ibadət və itaət etməyə) mane olacam!. (Əl-Əraf Surəsi, 16)
 
Dedilər: “Sən bizə yalnız Allaha ibadət etməyimiz və atalarımızın tapındıqları bütlərdən əl çəkməyimiz üçünmü gəldin? Əgər doğru danışanlardansansa, bizi qorxutduğun (bizi təhdid etdiyin əzabı) bir gətir görək!”.(Əl-Əraf Surəsi, 70)
 
Firon dedi: “Əgər möcüzə ilə gəlmisənsə və doğru deyirsənsə, onu gətir göstər!” (Əl-Əraf Surəsi, 106)

Biz İsrail oğullarını dənizdən keçirtdik, (sonra) onlar öz bütlərinə tapınan bir tayfaya uğradılar. İsrail oğulları dedilər: “Ya Musa! Bizə onların sitayiş etdikləri bütlər kimi bir büt düzəlt!” Musa belə cavab verdi: “Siz, doğrudan da, cahil bir tayfasınız!. (Əl-Əraf Surəsi, 138)
 
Əgər o (dəvət olunduqları yürüş), asan əldə edilən mənfəət  və orta  bir səfər olsaydı, onlar mütləq sənin ardınca gedərdilər. “Əgər gücümüz çatsaydı, biz də sizinlə bərabər səfərə çıxardıq”, - deyə Allaha and içəcəklər. Onlar yalandan Allaha and içməklə özlərini həlak edirlər. Allah isə onların yalançı olduqlarını bilir.(Ət-Tövbə Surəsi, 42)

And olsun, Onlar əvvəl də fitnə törətmək istəmiş və sənin üçün bir para işləri alt-üst etmişdilər. Nəhayət, onlar istəmədikləri halda, haqq gəldi və Allahın əmri zahir oldu. (Ət-Tövbə Surəsi, 48)

Onlardan: “Mənə izin ver, məni fitnəyə salma!” – deyənlər də var. Bilin ki, onlar (özləri) fitnəyə düşmüşlər. Şübhəsiz ki, Cəhənnəm kafirləri bürüyəcəkdir! (Ət-Tövbə Surəsi, 49)

Allahın Rəsuluna qarşı çıxaraq (evdə) oturub qalmalarına sevindilər, Allah yolunda malları və canları ilə cihad etmək istəmədilər və (möminlərə): “Bu istidə döyüşə çıxmayın!” – dedilər. Ya Peyğəmbərim! De: “Cəhənnəm odu daha istidir!” Kaş biləydilər! (Ət-Tövbə Surəsi, 81)

Onlar ayələrimiz açıq-aydın oxunduğu zaman Bizimlə qarşılaşacaqlarına ümid etməyənlər: “Bundan ayrı bir Quran gətir və ya onu dəyişdir!” – deyərlər. Onlara de: “Mən onu özbaşına istədiyim kimi dəyişə bilmərəm. Mən ancaq mənə gələn vəhyə tabe oluram. Əgər Rəbbimə asi olsan, (müsibəti) böyük günün (qiyamət gününün) əzabından qorxuram”. (Yunus Surəsi, 15)
 
Kafir olanlar: “Məgər Rəbbindən ona bir möcüzə endirilməli deyildimi?” – deyirlər. Şübhəsiz “Allah istədiyini haqq yoldan sapdırır. Tövbə edən Allahın itaətinə qayıdan şəxsi isə Öz hidayətinə Özünün doğru yolu olan islam dininə qovuşdurur”. (Ər-Rə’d Surəsi, 27)

“Ey İblis! Sənə nə olub ki, səcdə edənlərlə birlikdə səcdə etmirsən?” (Hicr Surəsi, 32)

Dedi: “Sənin quru və qoxumuş qara palçıqdan yaratdığın insana səcdə etmək mənə yaraşmaz!” (Hicr Surəsi, 33)
 
İblis dedi: “Ey Rəbbim! Məni azdırmağına rəhmətindən kənar etməyinə əvəz olaraq and içirəm ki, mən də bunun müqabilində onlara (pis əməllərini, günahlarını) yer üzündə yaxşı göstərib onların hamısını yoldan çıxaracağam! (Hicr Surəsi, 39)

Yenə yadına sal ki, bir zaman mələklərə: “Adəmə səcdə edin!” – deyə əmr etmişdik. İblisdən başqa hamısı səcdə etmişdi. İblis: “Sənin palçıqdan yaratdığına mən səcdə edərəmmi?!” – demişdi. (İsra Surəsi, 61)
 
Demişdi ki: “(Pərvərdigara!) Bir de görək məni oddan, bu Adəmi torpaqdan yaratdığın halda nə üçün onu məndən üstün tutdun? Əgər məni öldürməyib qiyamət gününə qədər mənə möhlət versən, az bir qismi istisna olmaqla, onun nəslini öz hökmüm altına alaram. (Isra Surəsi, 62)

Belə dedilər: “Bizə yerdən Məkkədən bir bulaq çıxarmayınca sənə iman gətirməyəcəyik.(İsra Surəsi, 90)
 
Yaxud (ağacları) arasında şırıl-şırıl irmaqlar axan xurma və üzüm bağın olmayınca: (İsra Surəsi, 91)
 
Yaxud, iddia etdiyin kimi, göyü parça-parça edib başımıza endirməyincə, yaxud Allahı və mələkləri peyğəmbərliyinin doğruluğuna şahid olaraq açıq-aşkar qarşımıza gətirməyincə; (Isra Surəsi, 92) 
 
Və ya qızıldan bir evin olmayınca, yaxud sən göyə qalxmayınca (biz sənə iman gətirməyəcəyik). Əgər bizə (səmadan) oxuyacağımız bir kitab endirməsən, göyə qalxmağına da əsla inanmayacağıq!” De: “Rəbbim pakdır, müqəddəsdir! Mən isə yalnız peyğəmbər olan bir insanam!” Allahın izni olmayınca, heç bir peyğəmbər sizin dediklərinizi yerinə yetirməyə qadir deyildir! (İsra Surəsi, 93)
 
Bundan sonra onlar durub yola düşdülər. Gəmiyə mindikləri zaman (Xızır) onu deşdi (gəminin bir-iki taxtasını sındırıb çıxartdı). (Musa) dedi: “Sən gəmidə olanları suya qərq etmək üçünmü gəmini deşdin? Doğrusu, günahı böyük bir şey etdin”. (Kəhf Surəsi, 71)

Musa dedi: “Unutduğum bir şeyə görə məni danlama və məni öz işimdə çətinliyə salma!”(Kəhf Surəsi, 73) 
 
Yenə getdilər, nəhayət, bir oğlan uşağı ilə rastlaşdıqda O dərhal onu öldürdü. Musa dedi: “Heç bir günah iş tutmayan, buna görə də qisasa layiq olmayan pak məsum bir canamı qıydın? Doğrudan da, çox pis bir şey etdin çox pis bir iş gördün”.(Kəhf Surəsi, 74)
 
Sonra yenə yola düzəlib getdilər. Axırda bir məmləkət əhlinə yetişib onlardan yeməyə bir şey istədilər. Əhali onları qonaq etmək istəmədi. Onlar orada yıxılmaq üzrə olan bir divar gördülər. Dərhal onu düzəltdi. (Musa) dedi: “Əgər istəsəydin, sözsüz ki, bunun müqabilində bir muzd çörək pulu alardın. . .”(Kəhf Surəsi, 77)

Nuh qövmünün kafir başçıları tabeçiliyində olanlara dedilər: "Bu sizin kimi yalnız adi bir insandır. (Peyğəmbərlik iddiası ilə) sizə böyüklük etmək istəyir. Əgər Allah (Ondan başqasına ibadət etməməyimizi) istəsəydi, (bizə peyğəmbər olaraq insan deyil) mələklər göndərərdi. Biz bunu (Nuhun təbliğ etdiyi tövhidi) ulu babalarımızdan (keçmiş ümmətlərdən) eşitməmişik.( Əl-Mu’minun Sueəsi, 24)

Bizimlə qarşılaşacaqlarına ümid etməyənlər dedilər ki: “Bizə mələklər endirilməli, yaxud biz  Rəbbimizi görməli deyildikmi!” – dedilər. Həqiqətən, onlar özləri barəsində təkəbbürə qapıldılar və (Allahı bilavasitə görmək, onunla danışmaq istəməyə cürət etməklə) azğınlaşıb həddi çox aşdılar.(Furkan Surəsi, 21)

Artıq Allahdan qorxun və mənə itaət edin!” (Əş-Şüəra Surəsi, 110)

Onlar: “Sənə ən rəzil adamlar tabe olmuşkən, biz sənə imanmı gətirəcəyik?” – dedilər.(Əş-Şüəra Surəsi, 111)

Onlar dedilər: “Bizə öyüd-nəsihət versən də, verməsən də, bizim üçün eynidir.(Əş-Şüəra Surəsi, 136)

Bu bizdən əvvəlkilərin adətindən gördükləri işlərdən başqa bir şey deyildir! (Əş-Şüəra Surəsi, 137)
 
Və biz əzaba da düçar olmayacağıq!”(Əş-Şüəra Surəsi, 138)

Onlar dedilər: “Həqiqətən, sən ovsunlanmışlardansan! (Əş-Şüəra Surəsi, 153)
Sən də bizim kimi ancaq adi bir insansan! Əgər doğru danışanlardansansa (həqiqi peyğəmbərsənsə), bizə (Allahdan) bir möcüzə gətir!” (Əş-Şüəra Surəsi, 154)

Onlar dedilər: “Həqiqətən, sən ovsunlanmışlardansan! (Əş-Şüəra Surəsi, 185)

Sən də bizim kimi adi bir insansan! Bizə elə gəlir ki, sən yalançının birisən! (Əş-Şüəra Surəsi, 186)

Əgər, doğru danışanlardansansa, göyün bir parçasını üstümüzə endir!” (Əş-Şüəra Surəsi, 187)

Möcüzələrimiz aşkar şəkildə gəlib onlara çatdıqda: “Bu, açıq-aydın bir sehrdir!” – dedilər. (Nəml Suresi, 13)
 
(Möcüzələrimizin) həqiqiliyinə daxilən möhkəm əmin olduqları halda, haqsız yerə və təkəbbür üzündən onları inkar etdilər. Bir gör fitnə-fəsad törədənlərin axırı necə oldu! (Nəml Suresi, 14)
 
Dedi ki: Hökmdarlar bir ölkəyə girdikləri zaman onu xarabazara çevirər, xalqının böyüklərini də zəlil (qul, əsir) edərlər. Onlar məhz belə hərəkət edərlər.
(Nəml Suresi, 34)
 
 
Lut tayfasının cavabı yalnız: “Lutun ailəsini yurdunuzdan qovub çıxardın. Çünki onlar (bizim gördüyümüz işlərdən) təmiz qalmaq istəyən insanlardır!” – deməkləri olmuşdu. (Nəml Suresi, 56)

Kafirlər dedilər: “Məgər bizlər və atalarımız torpaq olduqdan sonra dirildilib qəbirlərimizdən çıxardılacağıq? (Nəml Suresi, 67)
 

Həqiqətən, bu (dirilmə) bizə vəd olunduğu kimi, öncə atalarımıza da (vəd olunmuşdu). Bu, qədimlərin əfsanələrindən yalan sözlərindən başqa bir şey deyildir!” (Nəml Suresi, 68)
 
Onlar: Əgər doğru danışırsınızsa, (deyin görək) bu vəd (bizi qorxutduğunuz əzab vədəsi) nə vaxt yerinə yetəcəkdir?” – deyə soruşarlar. (Nəml Suresi, 71)

Qardaşım Harunun dili mənimkindən daha bəlağətlidir. Onu da mənimlə dediklərimi təsdiqləyəcək bir köməkçi göndər. Onların məni yalançı hesab edəcəklərindən qorxuram!” (Qəsəs Surəsi, 34)

Musa açıq-aşkar ayələrimizlə gəldikdə onlar: “Bu (sənin tərəfindən) uydurulmuş sehrdən başqa bir şey deyildir. Biz öz ulu babalarımızdan bu barədə sizin təbliğ etdiyiniz din, risalət haqqında heç bir şey eşitməmişik!” – dedilər. (Qəsəs Surəsi, 36)
 

Firon dedi: “Ey əyanlar! Mən sizin üçün özümdən başqa bir tanrı olduğunu bilmirəm. Ey Haman! Mənim üçün od qalayıb palçıqdan kərpic bişir və bir qüllə tikdir ki, (ora qalxıb) bəlkə, Musanın tanrısına tamaşa edim. Axı mən onu, həqiqətən, yalançı sayıram! (Qəsəs Surəsi, 38)
 
Dərgahımızdan onlara (müşriklərə) haqq (Quran və Peyğəmbər) gəldikdə onlar: “Musaya verilən (möcüzələr) nə üçün eynilə ona da verilmədi?” – dedilər. Məgər onlar daha öncə Musaya verilənləri danıb: “İki sehr  bir-birilə köməkləşdi və biz (iki sehrbazın – Musanın və Muhəmmədin) hər birini inkar etdik!” – deməmişdilərmi? (Qəsəs Surəsi, 48)

Dedilər ki: “Əgər biz səninlə bilikdə haqq yolu tutub getsək, yurdumuzdan tezliklə didərgin salınarıq”. Məgər Biz onları Özümüzdən bir ruzi olaraq hər yerin meyvəsinin (hər cür meyvənin) daşınıb gətirildiyi, qorxusuz-xətərsiz (müqəddəs) bir yerdə (Məkkədə) sakin etmədikmi? Lakin onların əksəriyyəti (Allahın onlara bəxş etdiyi bu nemətin qədrini) bilməz! (Qəsəs Surəsi, 57)
 
Dedi ki: “Bu (var-dövlət) mənə yalnız məndə olan elm sayəsində verilmişdir. Məgər o (Qarun) Allahın ondan əvvəl özündən daha qüvvətli və daha varlı olan neçə-neçə kəsləri məhv etdiyini bilmirdimi? Günahkarlar öz günahları barəsində sorğu-sual olunmazlar. (Qəsəs Surəsi, 78)
 
Kafir olanlar iman gətirənlərə dedilər: “Bizim yolumuza (dinimizə) tabe olun. Günahlarınızı öz boynumuza götürərik”. Halbuki onların (iman gətirənlərin) heç bir günahını öz boyunlarına götürməzlər. Onlar, həqiqətən, yalançıdırlar! (Ənkəbut Surəsi, 12)

Həqiqətən siz  kişilərə yaxınlaşır, (müsafirlərin namusuna toxunmaq, mallarını əllərindən almaq üçün) yol kəsir və məclislərinizdə (bir-birinizlə) çirkin iş görürsünüz?” Tayfasının cavabı ancaq: “Əgər doğru danışanlardansansa, bizə Allahın əzabını gətir!” – deməkdən ibarət oldu. (Ənkəbut Surəsi, 29)
Dedi ki: “Orada (onların içində Allahın mömin bəndəsi) Lut da var!” Onlar: “Biz orada kimin olduğunu (hamıdan) yaxşı bilirik. Biz onu və ailəsini mütləq xilas edəcəyik. O (əzab içində) qalanlardan olacaq!” (Ənkəbut Surəsi, 32)
 
(Müşriklər: ) “Bəs nə üçün Rəbbindən ona (başqa peyğəmbərlər kimi) möcüzə nazil olmadı?” – dedilər. (Ya Rəsulum!) De: “Möcüzələr ancaq Allahın əlindədir. Mən isə sadəcə olaraq (insanları Allahın əzabı ilə) açıq-aşkar qorxudan bir peyğəmbərəm!” (Ənkəbut Surəsi, 50)

Məgər Allahın göylərdə və yerdə olanlar sizə ram etdiyini (sizin istifadənizə verdiyini), aşkar (görmə, eşitmə, sağlamlıq) və gizli (əql, şüur, fəhm, elm və i. a.) nemətləri sizə bolluca ehsan etdiyini görmürsünüzmü? İnsanlar içərisində eləsi də vardır ki, nə bir elmi, nə bir doğru yol göstərən rəhbəri, nə də bir nurani (ilahi) kitabı olmadan Allah barəsində mübahisə edər. (Loğman Surəsi, 20)
  
Onlara: “Allahın nazil etdiyinə (Qurana) tabe olun!” deyildikdə, onlar: “Xeyr, biz atalarımızın getdiyi yolla (ibadət etdiyi dinə) tabe olacağıq!” – deyə cavab verərlər. Bəs Şeytan onları cəhənnəm odunun əzabına çağırırsa necə? Yenədəmi həmin yolla gedəcəklər? (Loğman Surəsi, 21)
Dedilər ki: “Məgər biz torpağa qarışıb yox olandan sonra yenidənmi yaradılacağıq?” Bəli, onlar Rəbbi ilə qarşılaşacaqlarını (qiyamət günü dirilib haqq-hesab üçün Allahın hüzurunda duracaqlarını) inkar edən kəslərdir! (Səcdə Surəsi, 10)

Kaş günahları öz Rəbbinin hüzurunda (günahlarından utanaraq) başlarını aşağı dikib: Rəbbimiz! Gördük və eşitdik. İndi bizi (dünyaya) qaytar ki, yaxşı iş görək. Biz (Sənin vəhdaniyyətinə) tam yəqinliklə inandıq!” – deyəndə görəydin! (Səcdə Surəsi, 12)
 
Onlar: “Əgər doğru danışanlardansınızsa, bu fəth (Məkkənin fəthi, nə vaxt olacaqdır? – deyə soruşarlar. (Səcdə Surəsi, 28)

Allah və Peyğəmbəri bir işi hökm etdiyi zaman heç bir mömin kişiyə və qadına öz işlərində başqa yol seçmək (öz ixtiyarları ilə ayrı cür hərəkət etmək) yaraşmaz. Allaha və Onun Peyğəmbərinə asi olan kəs, şübhəsiz ki, haqq yoldan açıq-aydın azmışdır! (Əhzab Surəsi, 36)
Onlar orada fəryad edib deyəcəklər: “Ey Rəbbimiz! Bizi buradan çıxart ki, saleh əməllər edək. “Məgər orada sizə öyüd-nəsihət qəbul edəcək kimsənin öyüd-nəsihət qəbul edə biləcəyi (düşünəcək kimsənin düşünəcəyi) qədər ömür vermədikmi?! Hələ sizə (siz kafirləri Allahın əzabı ilə) qorxudan peyğəmbər də gəlmişdi. Dadın (cəhənnəm əzabını)! Zalımların imdadına çatan olmaz!”(Fatir Surəsi, 37)

Allah buyurdu: “Ey İblis! Sənə mənim Öz əlimlə yaratdığıma səcdə etməyə nə mane oldu? Təkəbbür göstərdin, yoxsa özünü yuxarı tutdun?” (Sad Surəsi, 75)
 
(İblis) dedi: “Mən ondan daha yaxşıyam (daha üstün, daha şərəfliyəm). Çünki Sən məni oddan, onu isə palçıqdan yaratmısan!” (Sad Surəsi, 76)

Onlara əvvəllər də, sonralar da bir-birinin ardınca: “Yalnız Allaha ibadət edin” – deyənpeyğəmbərlər gəldiyi zaman onlar: “Əgər Rəbbimiz istəsəydi, mələklər endirərdi. Biz sizinlə göndərilənlərə (risalətə, şəriətə) inanmırıq!” – deyə cavab vermişdilər. (Fussilət Surəsi, 14)

Başına gələn müsibətdən sonra dərgahımızdan ona bir mərhəmət əta etsək (dadızdırsaq), mütləq: “Bu elə mənim haqqımdır. Qiyamətin (qiyamət saatının) qopacağını güman etmirəm. Doğrudan da, əgər Rəbbimin hüzuruna qaytarılıb gətirilsəm, Onun dərgahında məni ən gözəl nemət (Cənnət) gözləyir!” – deyər. Biz kafir olanlara (dünyada) nə etdiklərini mütləq bir-bir xəbər verəcək və sözsüz ki, onlara şiddətli bir əzab daddıracağıq. (Fussilət Surəsi, 50)

Onlar dedilər: “Əgər Rəhman istəsəydi, biz onlara (mələklərə) ibadət etməzdik!” Onların (dedikləri sözün həqiqətə nə qədər uyğun olması barədə) heç bir biliyi yoxdur. Onlar ancaq yalan danışarlar. (Zuxruf Surəsi, 20)

Onlar (Cəhənnəmin gözətçisi Malikə) müraciət edib deyəcəklər: Ey Malik! Qoy Rəbbin bizi öldürsün (bu əzabdan qurtaraq)! O isə: “Siz (həmişəlik burada) qalacaqsınız!” – deyə cavab verəcəkdir!. (Zuxruf Surəsi, 77)

Yoxsa (müşriklər): “(Muhəmməd) onu özündən uydurmuşdur!” – deyirlər. Xeyr, o səndən əvvəl peyğəmbər göndərilməmiş bir qövmü (Allahın əzabı ilə) qorxutmağın üçün Rəbbindən (nazil) olan bir haqdır. Bəlkə, doğru yola yönələlər! . (Səcdə Surəsi, 3)
 
Dedilər: “Məgər biz torpağa qarışıb yox olandan sonra yenidənmi yaradılacağıq?” Bəli, onlar Rəbbi ilə qarşılaşacaqlarını (qiyamət günü dirilib haqq-hesab üçün Allahın hüzurunda duracaqlarını) inkar edən kəslərdir! (Səcdə Surəsi, 10)
 
Onlar: “Əgər doğru danışanlardansınızsa,  bu fəth nə vaxt olacaqdır? – deyə soruşarlar. (Səcdə Surəsi, 28)
O zaman münafiqlər və qəlblərində mərəz (şəkk) olanlar: “Allah və Onun peyğəmbəri bizə yalan vəd etmişdir. – deyirdilər. (Əhzab Surəsi, 12)
 
O zaman onlardan bir tayfa: “Ey Yəsrib (Mədinə) əhli. (Burada) sizin üçün duracaq bir yer yoxdur, (evinizə) qayıdın!” – demişdi. Başqa bir dəstə isə: “Evlərimiz açıqdır (kimsəsizdir, oğru girməsindən qorxuruq)” – deyə (geri qayıtmaq üçün) Peyğəmbərdən izin istəyirdi. Həqiqətdə evləri açıq (kimsəsiz) deyildi. Onlar ancaq  qaçmaq istəyirdilər. (Əhzab Surəsi, 13)

(Gəldikdə də xəsislik göstərib köməklərini) sizdən əsirgəyərlər. Onlara qorxu üz verdikdə can üstə olan (ölüm xofundan bayılan) adam kimi gözləri (o tərəf-bu tərəfə) dolana-dolana sənə baxdıqlarını görərsən. Qorxu canlarından çıxınca qənimətdə (möminlər əldə etdiyi qənimətin bölünməsində) xəsislik edib acı dilləri ilə sizi sancarlar. Onlar iman gətirməmişlər. Buna görə də Allah onların əməllərini puça çıxartmışdır. Bu, Allah üçün asandır! (Əhzab Surəsi, 19)
 
Dedilər: “Biz sizdə bir nəhslik gördük. (Sizin ucbatınızdan bizi bədbəxtlik basdı, bizə uğursuzluq üz Verdi. Həqiqətən, əgər (Allahın elçiləri olmaq iddianızdan) əl çəkməsəniz, sizi mütləq daşqalaq edəcəyik və bizdən sizə mütləq bir şiddətli əzab toxunacaqdır”. (Yasin Surəsi, 18)

Onlar öz içərilərindən özlərinə (Allahın əzabı ilə) qorxudan bir peyğəmbər gəlməsinə təəccüb etdilər və kafirlər belə dedilər: “Bu, yalançı bir sehrbazdır! (Sad Surəsi, 4)

Əcaba, o, (Allahdan başqa heç bir tanrı yoxdur deməklə) tanrıların hamısını bir tanrımı edir? Bu, doğrudan da, çox təəccüblü bir şeydir. (Sad Surəsi, 5)
Onların əyanları (toplandıqları məclisdən) çıxıb gedərək bir-birinə belə dedilər: “Gedin öz tanrılarınıza (ibadətdə) möhkəm (səbatlı) olun. Bizdən istənilən şey budur. (Sad Surəsi, 6)
Biz bunu sonuncu dində də eşitməmişik. Bu ancaq bir uydurmadır. (Sad Surəsi, 7)

Belə deyirlər: “Dünya həyatımızdan başqa heç bir həyat yoxdur; ölürük və dirilirik. Bizi öldürən ancaq dəhrdir (zamanın gərdişi, ömür müddətidir; yaşa dolub qocalmağımızdır). Bu barədə onların heç bir biliyi yoxdur. Onlar ancaq zənnə qapılırlar! . (Casiyə Surəsi, 24)
 
Ayələrimiz onlara açıq-aşkar oxunduğu (söyləndiyi) zaman onların dəlili: “Əgər doğru deyirsinizsə, atalarımızı (dirildib) gətirin görək!” – deməkdən başqa bir şey deyildir. (Casiyə Surəsi, 25)

“Allahın vədi haqdır və o saata (qiyamətin qopacağına) heç bir şəkk-şübhə yoxdur!” – deyildiyi zaman: “O saat nədir, bilmirik! Onun ancaq bir zənn (güman) olduğu qənaətindəyik. Biz (qiyamətin qopacağına) əmin deyilik!” – deyə cavab verdiniz. (Casiyə Surəsi, 32) 

Onlar: “Sən bizi tanrılarımızdan döndərməyəmi gəldin? Əgər doğru danışanlardansansa, bizə vəd etdiyini (əzabı) gətir görək!” (Əhqaf Surəsi, 22)

Onlar deyərlər: “Sənin bizi dəvət etdiyinə qarşı qəlblərimiz örtülü, qulaqlarımız da kardır və bizimlə sənin aranda pərdə vardır. Sən (öz dininə) əməl et, biz də (öz dinimizə) əməl etməkdəyik! (Sən öz istədiyini et, biz də öz istədiyimizi!)” (Fussilət Surəsi, 5)
 
Onlara əvvəllər də, sonralar da bir-birinin ardınca: “Yalnız Allaha ibadət edin” – deyən peyğəmbərlər gəldiyi zaman onlar: “Əgər Rəbbimiz  istəsəydi, mələklər endirərdi. Biz sizinlə göndərilənlərə inanmırıq!” – deyə cavab vermişdilər. (Fussilət Surəsi, 14)

Biz səndən əvvəl hər hansı bir məmləkətə bir peyğəmbər göndərdiksə, onun naz-nemət içində yaşayan böyükləri (varlıları) sdəcə olaraq: “Biz atalarımızı bir din üzərində gördük və biz də (təqlidlə) onların ardınca getməkdəyik!” – dedilər. (Zuxruf Surəsi, 23)

Hər peyğəmbər öz ümmətinə belə dedi: “Əgər sizə atalarınızın sitayiş etdiyini gördüyünüz dindən daha doğrusunu gətirmiş olsam necə?!” Onlar: “Biz sizinlə göndərilənləri inkar edirik!” – deyə cavab verdilər. (Zuxruf Surəsi, 24)
Onlara haqq gəldikdə: “Bu sehrdir, biz onu inkar edirik!” – dedilər. (Zuxruf Surəsi, 30)
Onlar dedilər: “Məgər bu Quran iki şəhərdən biri olan böyük bir adama nazil edilməli deyildimi?” (Zuxruf Surəsi, 31)
Onlar dedilər: “Ey sehrbaz! səninlə olan əhdi hörmətinə Rəbbinə bizdən ötrü dua et (ki, bizi bəladan qurtarsın). Biz mütləq doğru yola gələcəyik. (Zuxruf Surəsi, 49)

Hüdeybiyyə səfərindən geri qalan bədəvi ərəblər sənə deyəcəklər: “Mal-dövlətimiz və ailələrimiz başımızı qatdı. (Allahdan) bizim bağışlanmağımızı dilə!” Onlar ürəklərində olmayanı dilləri ilə deyirlər. (Onlara) de: “Əgər Allah sizə bir zərər, yaxud bir xeyir vermək istəsə, bu işdə Allaha bir şeylə kim mane ola bilər?!” Bəli, Allah sizin nə etdiyinizdən xəbərdardır! (Fətih Surəsi, 11)
Siz qənimət əldə etmək üçün getdiyiniz zaman deyəcəklər: “Qoyun biz də sizin arxanızca gələk!” Onlar Allahın sözünü dəyişdirmək istəyirlər. (Ya Peyğəmbər! Onlara) de: “Siz əsla bizim arxamızca gəlməyəcəksiniz. Allah əvvəldən belə buyurmuşdur” Onlar deyəcəklər: Xeyr, siz bizə paxıllıq edirsiniz”. Xeyr, onlar özləri çox az qanan kimsələrdir! (Fətih Surəsi, 15)

Bəli! Özlərindən  bir qorxudan  peyğəmbər gəldiyinə təəccüb etdilər. Kafirlər dedilər:” Bu əcaba bir şeydir! (Qaf Surəsi, 2)
Məgər biz ölüb torpaq olduqdan sonra yenidən diriləcəyik? Bu, həqiqətən uzaq (qeyri-mümkün) bir qayıdışdır!” (Qaf Surəsi, 3)
Yoldaşı (Şeytan və ya öz nəfsi) deyəcəkdir: “Ey Rəbbimiz! Onu mən azdırmadım. Fəqət o özü haqq yoldan çox azmışdı!” ." (Qaf Surəsi, 27)
(Allah) buyuracaqdır: “Mənim hüzurumda mübahisə etməyin. Mən sizə (dünyada peyğəmbər vasitəsilə) bu əzabı bildirmişdim.(Qaf Surəsi, 28)
 
Onlar bir möcüzə görsələr, (imandan) üz döndərib: “(Bu, uzun müddət) davam edən bir sehrdir!” – deyərlər.(Qəmər Surəsi, 2)
Onlar demişdilər: “Məgər biz özümüzdən olan (adi) bir adamamı tabe olacağıq?! Biz onda haqq yoldan azmış və dəlilik etmiş olarıq! (Qəmər Surəsi, 24)
 
Məgər içərimizdən vəhy yalnız onamı nazil olmuşdur?! Xeyr, o, yalançının, lovğanın biridir!” (Qəmər Surəsi, 25)
Məgər kitab əhlindən kafir olan qardaşlarına deyərlər: “Əgər (siz öz yurdunuzdan) çıxarılsanız, biz də sizinlə birlikdə mütləq (yurdumuzdan) çıxacaq, sizin əleyhinizə heç vaxt heç kəsə qoşulub tabe olmayacağıq. Əgər sizinlə vuruşsalar, şübhəsiz ki, sizə yardım edəcəyik!” – deyən münafiqləri görmədinmi? Allah onların xalis yalançı olduğuna şahiddir! (Həşr Surəsi, 11)
 
Onlar: “Allahın Peyğəmbəri yanında olanlara bir şey verməyin ki, dağılıb getsinlər!” – deyən kimsələrdir. Halbuki göylərin və yerin xəzinələri Allaha məxsusdur, lakin münafiqlər (bunu) anlamazlar. (Münafiqun Surəsi, 7)

Çünki peyğəmbərləri onlara açıq-aşkar möcüzələr gətirir, onlar isə: “Məgər bizi doğru yola bir insanmı salacaqdır?!” – deyərək (o peyğəmbərləri) inkar edir və (haqdan) üz döndərirlər. Allahın (onların ibadətinə) ehtiyacı yoxdur. Allah heç bir şeyə möhtac deyildir. O, Qənidir , Həmiddir! (Təğabün, 6)

Musanın hekayəti sənə gəlib çatdımı?
 
O zaman ki, Rəbbi ona müqəddəs Tuva vadisində belə xitab etdi:
“Fironun yanına get. Çünki o, çox azmışdır.
 Və de: “(Günahlardan) təmizlənmək istəyirsənmi?

Səni Rəbbinə tərəf gətirimmi ki, (Ondan) qorxasan?”
(Musa gəlib ən böyük möcüzəni  göstərdi.
Lakin  təkzib edib (ona) asi oldu.
Sonra geri dönüb (özünə buyurulanlardan üz döndərərək fitnə-fəsad törətməyə, Musaya qarşı tədbir tökməyə) tələsdi.
Və (əyan-əşrafını, bütün təbəələrini) toplayıb (onlara) belə xitab etdi:

“Həqiqətən, mən sizin ən uca Rəbbinizəm!” (Nazi’at Surəsi, 15-24)

0 yorum:

Yorum Gönder