Böyük təhlükələr, fəlakətlər, epidemiya xəstəlikləri, ölüm bir çox insana təsir edən, düşünməyə sövq edən bu kimi son dərəcə ibrət verici hadisələr bəzi kəslərin vicdanlarında ciddi bir təsir oyandırmaz. İçərilərindən bəziləri üçün bunlar, yalnız seyr edilib keçilən bir mövzu xüsusiyyəti daşıyar. Belə bir laqeydlik içində yaşayan adam, çox əhəmiyyətli hadisələr qarşısında da qəflət içində olar; bunlardan heç təsirlənməyərək, üzərində düşünmədən keçə bilər və gündəlik həyatına davam edə bilər. Əlbəttə hadisələrdən təsirlənmək, nəzərdə tutulan çaxnaşmaya düşmək, kədərlənmək, romantikləşmək və ya düşünmədən rəftar etmək deyil. Nəzərdə tutulan, bəzi kəslərin əhəmiyyətli hadisələr qarşısında belə heç nəyə məhəl qoymadan həmişəki rəftarlarını davam etdirmələri, bunlardan ibrət götürməməkləri və öz adlarına bir dərs çıxarmamaqlarıdır.
Laqeyd olmağı həyat fəlsəfəsi olaraq mənimsəyənlər
Laqeydliyi həyat fəlsəfəsi halına gətirən insanların özlərinə aid, kiçik bir dünyaları vardır. Bu dünyadakı hər şey üzərində düşünməməyə qərarlıdırlar. Sanki ovsunlanmış yaşadıqları bu həyat şəklini dərin düşünərək pozmaq istəməzlər. Düşündüklərində gerçəkləri görəcəklərini, Allahdan qorxacaqlarını bildiklərindən, tamamilə maraqsız və laqeyd davranmağı seçərlər. Məsələn bir çox adama dünya həyatının keçiciliyini, Allahın varlığını və axirətin həqiqətini xatırladan bir ölüm hadisəsi ya da bir qəza xəbəri bu insanlar üçün hər gün olan adi bir hadisə kimi adamın başına gələr. Olanlar üzərində düşünmək, ölümün yaxınlığını xatırlayaraq Allahdan çəkinib qorxmaq, tövbə etmək yerinə böyük danışarlar və bu mövzular üzərində heç düşünməzlər. Əksinə bütün diqqətlərini gündəlik işlərinə sıxlaşdıraraq xəbərin üzərilərindəki təsirini azaltmağa çalışarlar. Halbuki Allah Quranda bu kimihadisələrin, insanların öyüd götürmələri üçün olduğunu bildirər:
Onlar ildə bir və ya iki dəfə fəlakətə uğradıqlarını görmürlərmi? Yenə də tövbə etmir, ibrət almırlar. (Tövbə Surəsi, 126)
Diqqət etsək bu kimi kəslərin, danışıqlarında, ümumiyyətlə ölümdən qorxmadıqlarını, ölümün də doğum kimi təbii bir hadisə olduğunu vurğuladıqlarını görərik. Bu kəslər ölümün, insanların dünyada etdiklərinin sonsuza qədər qarşılığını götürəcəkləri axirət həyatlarının bir başlanğıcı olduğundan heç bəhs etməzlər. Həmişə başqaları öləcək və özləri ölməyib sonsuza qədər dünyada yaşayacaqlarmış kimi bir ruh halı içindədirlər. Bu kəslər boş söhbətlər etməyə davam edərək ölümün yaxınlığını, Allaha hesab verəcəklərini düşünməkdən təkidlə çəkinərlər. Ölümlə birlikdə heç kim üçün təkrar dünyaya dönmə ehtimalı olmadığından, öldükdən sonra dünyada edilənlərdən peşmanlıq duyulsa belə artıq bunun geri dönmək yolu olmadığından da heç bəhs etməzlər. Allah bu laqeydliyi yaşayan insanların içində olduqları dərin qəfləti; "İnsanların haqq-hesab vaxtı (qiyamət günü) yaxınlaşdı, onlar isə hələ də qəflət içindədirlər və (qiyamətə inanmaqdan) üz döndərirlər. (Qiyamət insanlar üçün nə qədər uzaq isə Allah dərgahında bir o qədər yaxındır. Fani dünyaya şan–şöhrətə olan meyl, varlanmaq həvəsi insanların başını elə qatmışdır ki, qiyamət günü barəsində heç fikirləşmirlər) Rəbbindən onlara (bir-birinin ardınca) elə bir yeni xəbərdarlıq (öyüd–nəsihət) gəlməz ki, onu məsxərəyə qoyub dinləməsinlər.." (Ənbiya Surəsi, 1-2)ayələriylə bildirməkdədir.
Yaşananlardan öyüd almağı bilmək
Hər şeyə qarşı laqeyd olan insanlar, öz başlarına gələn fəlakətlərdə də Allaha sığınmazlar. Allahın insanların düşünmələri, çəkinib qorxmaları, Özünə yönəlib dönmələri üçün yaratdığı vulkan partlaması, zəlzələ, sel, epidemiya, xəstəliklər kimi fəlakət xüsusiyyətindəki hadisələr bu insanların anlayışını dəyişdirməz. Allah Quranda bu mövzu ilə əlaqədar olaraq böyük bir dəniz qəzasından xilas olan insanların köhnə laqeyd rəftarlarına geri dönmələrini ibrət vəsiləsi olaraq bildirər. Allahın Quranda bildirdiyinə görə dənizin ortasında böyük bir fırtınaya tutulmuş, çarəsizliyi və acizliyi dərindən yaşayan insanlardan, Allah özlərini qurtardıqdan sonra quruya çıxan kimi köhnə rəftarlarına geri dönənlər vardır. Bu cür insanlardünyəvi ehtiraslarına və din əxlaqından uzaq həyatlarına qaldıqları yerdən davam etmişdilər. Heç kimin, hətta özlərinin belə nəfslərinə güclərinin çatmadığını əhəmiyyətli bir dərslə gördükləri halda yenə Allahın sonsuz qüdrətinə laqeyd yanaşaraqdavam etdilər.
Quranda bu həqiqətəçox sayda ayə ilə diqqət edilir. Bu ayələrdən birində Allah, "Sizə dənizdə bir çətinlik (batmaq təhlükəsi) üz verdiyi zaman, Allahdan qeyri ibadət etdiyiniz bütlər qeyb olar. Lakin O, sizi xilas edib quruya çıxartdıqda (itaətindən) üz döndərirsiniz. İnsan nankordur!." (İsra Surəsi, 67) buyurar.
Bu şəkildə hər nə olursa olsun heç nəyə məhəl qoymayan insanlar üçün hər şey mənasız və dəyərsizdir. Ciddi bir xəstəlik keçirmənin, başlarına böyük bir qəza və ya bəla gəlməsinin əhəmiyyəti yox kimidir. Bu kimi hadisələr qarşısında, özlərindən bir əminlik içində olan insanların vəziyyətləri haqqında Allah Quranda belə buyurmaqdadır:
Heç olmasa əzabımız onların başlarının üstünü alanda yalvaraydılar. Lakin etdikləri əməlləri Şeytan onlara bəzəkli göstərmişdir. (Ənam Surəsi, 43)
Bir növ qəflət içində yaşayan bu insanlar, fəlakətləri, ölümləri, qəzaları və xəstəlikləri həyatın axışının bir ehtiyacıolaraq qiymətləndirərlər. Gerçəkdə ibrət vəsiləsi olaraq yaradılan hadisələr bu insanlara görə, keçmiş zamanlarda necə yaşanıbsa bu gün də eyni şəkildə yaşanmaqda olan "təbii" və ya "danılmaz" olan hadisələrdir. Halbuki Quranda Allah bəzi insanların sahib olduqları bu səhv anlayışı xəbər verməkdə və onların, "… Sonra bəlanı, sıxıntını firavanlıqla əvəz etdik. Beləliklə, onlar artıb çoxaldılar və dedilər: ”Atalarımıza da belə yaxşı-yaman günlər üz vermişdi”. Elə bu an onları özləri də bilmədən, qəflətən (əzabla) yaxaladıq." (Əraf Surəsi, 95)ifadələri ilə ortaya qoyduqları dayaz məntiqi bildirməkdədir. Ayədəki ifadədən açıq-aydın olduğu kimi bu insanların ortaq xüsusiyyəti başlarına gələn hadisələri yüngül qiymətləndirmələri, bunların üzərində düşünmək və Allahdan qorxub çəkinmək yerinə laqeyd bir rəftar etmələridir. Ancaq bu kimi rəftarların heç biri onlara fayda verməyəcək.
Hər şey tale ilə yaradılar
Qəzalar, xəstəliklər, ölümlər qısacası hər şey ancaq Allahın diləməsi ilə meydana gəlir. Xəstəliyə səbəb olan hər cür virus ya da mikrobu, qəzalara səbəb olan bütün vasitələri, hər yeri yox edən sel fəlakətlərini, qasırğaları Allah səbəb olaraq yaradar. Heç kim nə edirsə etsin bunları maneə törətməsi ya da dəyişdirməsi mümkün deyil. Həqiqət bu ikən, xəstəlikdə rol alanın bir virus, qəzaya səbəb olanın da naşı bir sürücü olduğunun düşünülməsi Allahın unudulmasına və dolayısı ilə də laqeyd bir rəftarın ortaya çıxmasına səbəb olacaq.
Allah yaratdığı hadisələrlə insanların düşünərək Özünə yönəlmələrini, qorxub çəkinmələrini və axirət yurdunu xatırlamalarını diləyər. Rəbbimiz bir ayəsində bu həqiqəti; "Biz ən böyük əzabdan (axirət əzabından) əvvəl onlara mütləq dünya əzabından daddıracağıq. Bəlkə, (tövbəedib düz yola) qayıdalar!" (Səcdə Surəsi, 21)şəklində bildirməkdədir. Başqa ayələrdə də Allah başlarına hər nə gəlirsə gəlsin dərs almayan və qəflət içində yaşamağa davam edən insanların varlığına diqqət etməkdədir.
Laqeyd insanlar gözəlliklər qarşısında da laqeyddirlər
Belə insanlar təkcə təhlükələrə və ya əsas əhəmiyyət daşıyan hadisələrə qarşı deyil, gözəlliklərə qarşı da reaksiya verməzlər. Gözəllikləri tərifləməmək, təqdir etməmək, bəyəndiyini bildirməmək, sevgi göstərməmək də laqeydliyin başqa bir istiqamətidir. Halbuki bu, Allah qorxusundan uzaq bir görünüş verən, ağıl və vicdana uyğun gəlməyən bir əxlaqdır. Özlərinə bu mövzularda sədd çəkən kəslər bir müddət sonra Allahın yaratdığı hər növ nemətləri və gözəllikləri görməməyə, sevgidən xoşlanmamağa, hər şeyə qarşı laqeyd olmağa başlayarlar. Sahib olduqları batil fəlsəfələri onları böyük bir boşluğa, laqeydliyə və sevgisizliyə itələyər.
Sevgiyə, mərhəmətə, yaxşı, gözəl və yeni olan bir şeyə qarşı duyulan insani həyəcan duyğusunu itirərlər. Bir çox insanı həyəcanlandıran, sevindirən ya da hərəkətə keçirən hadisələr bu kəslər üzərində eyni təsiri meydana gətirməz. Hadisələr qarşısındakı həddindən artıq reaksiyasız və sakit davranışları ilə digər insanlar arasında diqqət çəkərlər. Bu sakitliklərihəm səs tonlarında, həm danışma tərzlərində həm də baxışlarında özünü göstərər. Quranda bu kimi kəslər üçün istifadə edilən “(Belə edər ki,) şeytanın gizli təlqinini qəlbində xəstəlik olanlar və qəlbi sərt olan insanlar üçün bır sınaq (vasitəsinə) çevrilsin. Həqiqətən, zalımlar uzaq bir ayrılıq içindədirlər.” (Həcc Surəsi, 53) ifadəsi onların ruh hallarını təyin etməkdədir.
Müsəlmanların rəftarı
Quran əxlaqını yaşayan müsəlmanlar isə həssas vicdana sahibdirlər. Hər şeyin məqsədli yaradıldığına, şahid olduqları hər hadisənin xeyir və hikmətlər daşıdığına inandıqları üçün ətraflarında olanlara laqeyd qala bilməzlər. Qarşılaşdıqları hər hadisənin hikmətlərini görmək və basa düşmək üçün həmişəsəy göstərərlər. Əhəmiyyətli hadisələr qarşısında yetkin və soyuqqanlıdırlar. Başlarına gələn kiçik hadisədə belə bunu Allahın xeyir və hikmətlə yaratdığını düşünər, Allaha sığınıb Ondan bağışlanma diləyərlərlər . Necə ki Allah Quranda müsəlmanların təslim olma davranışını nümunə olaraq göstərər, rəhmətinin və bağışlayıcılığının onların üzərinə olduğunu bildirər:
O kəslər ki, onlara bir müsibət üz verdikdə: “Biz, Allaha məxsusuq və Ona da qayıdacağıq!” Onlara öz Rəbbi tərəfindən təriflər və mərhəmət vardır. Məhz onlar doğru yolda olanlardır. (Bəqərə Surəsi, 156-157)
0 yorum:
Yorum Gönder