| Bəs bu ideologiyanın mənşəyi nədir? Necə olmuşdur ki, bu qədər qanlı və mərhəmətsiz dünya görüşü dünyanın həryerində tərəfdar tapmış, inqilablarla iqtidara gəlmiş, milyonlara insanı arxasınca aparmışdır?  Kommunizm haradan doğulmuş, necə böyümüş və necə sona çatmışdır?  Həqiqətən sona çatıb, yoxsa hələ dünyanı və ölkəmizi təhdid edir?    Bundan əlavə, daha mühüm təhlükəyə diqqət  çəkmək lazımdır. Kommunist ideologiya keçdiyimiz əsrdə bir çox  bəlalara, fəlakətlərə səbəb olmuş, bütün dünya, kommunist liderlərin  qırğınlarına, qəddarlıqlarına şahid olmuşdur. Bəs bu an bu təhlükə yer  üzündən silinmişdir? Çox təəssüf ki, silinməmişdir: KOMMUNİZM  PUSQUDADIR! 120 milyon insanın canına qıyan bu "ölüm  quyusu" hələ də varlığını davam etdirir. Quyunun üstü bağlanmış,  ətrafına quyunu kamuflyaj edən şeylər qoyulmuşdur və bu bir tələdir.  Kommunizm hiyləgərcəsinə gizlənərək fəaliyyətini davam etdirir. Fərqli  görünüşlərdə, fərqli adlar altında varlığını davam etdirərək insanlığa  yenə keçmişdəkilərə bənzər ağrıları yaşatmaq üçün fürsət tapacağı günü  gözləyir. Məhz bu səbəblə, kommunist ideologiyanın  əsl üzünü, keçmişdə səbəb olduğu bəlaları bütün insanlara eşitdirmək və  gizlənərək böyüyən bu təhlükənin maskasını çıxartmaq son dərəcə mühüm  vəzifədir...  KOMMUNİZMİN DOĞULMASI Darvin, Trotski, Engels və Marks haqda bir neçə söz. Kommunizmin doğuşunu anlamaq üçün mütləq  18 və 19-cu əsr Avropasının mədəniyyətinə nəzər salmaq lazımdır. Avropa  qitəsi, eramızın 2-ci əsrindən etibarən mərhələli şəkildə Xristianlığı  qəbul etmiş və bu Xristian mədəniyyəti "Maarifçilik Dövrü" deyilən dövrə  qədər bu qitəyə hakim olmuşdur. Maarifçilik hərəkatı, bir sıra  avropalı mütəfəkkir və elm xadimlərinin Qədim Yunan və Romanın bütpərəst  mədəniyyətindən təsirlənərək dinə qarşı hücumları ilə başlamış və 18-ci  əsrdə daha da genişlənmişdir. Maarifçilik hərəkatının ən böyük siyasi  nəticəsi isə eyni zamanda "din əleyhinə inqilab" olan Fransız  İnqilabıdır. Fransız İnqilabının fikri təməli Volter  (Voltaire), Diderot, Monteskyü (Montesquieu) kimi din əleyhdarı  mütəfəkkirlərin təlqinləri ilə meydana gəlmişdir. İnqilab zamanı isə  Maarifçılik hərəkatının din əleyhdarı və pagan (bütpərəst) meylləri  açıq-aydın büruzə vermişdir. İnqilaba liderlik edən yakobenlərin fəal  təbliğatı nəticəsində geniş şəkildə "dinsizləşmə" hərəkatı inkişaf etmiş  və əslində yeni pagan dini yaradılmağa cəhd edilmişdir. İlk əlamətləri  14 İyul 1790-cı ildə, Federasiya Bayramında görülən "inqilabçı ibadət"  sürətlə yayılmışdır. İnqilabın əli qanlı liderlərindən olan Robespyer  (Robespierre) "inqilabçı ibadət"ə yeni qaydalar gətirmiş, bu ibadətin  qanunlarını raport halına gətirərək adını "Uca Varlıq İbadəti"  qoymuşdur. Parisdəki məşhur Notr Dam Kilsəsi öz deyimləriylə "ağıl  məbədi"nə çevrilmiş, Kilsə divarlarındakı xristian fiqurları sökülmüş və  mərkəzdə "ağıl tanrısı" adlandırılan qadın heykəli yerləşdirilmişdi.  Fransız İnqilabı boyunca bir çox din adamı öldürülmüş, dini təşkilatlar  yağmalanmış, məhv edilmişdir.  Fransız İnqilabıyla birlikdə Avropanın gündəminə girən və getdikcə yayılan fəlsəfə vardı: Materializm.  Yalnız maddənin varlığını qəbul edən, canlıların və insan şüurunun  yalnız "hərəkət edən maddə"dən ibarət olduğunu fərz edən bu baxış,  əslində daha əvvəl Qədim Yunanıstanda yaşamış bəzi filosoflar tərəfindən  ortaya atılmışdı. 18-ci əsrdə materializmi mənimsəyən və kütlələrə  təlqin edən iki önəmli insan Fransız İnqilabının qurucularından olan  Dennis Diderot və onun yaxın dostu Baron Holbaxdır (Baron d'Holbach).  Baron Holbax 1770-ci ildə nəşr olunan Système de la Nature  (Təbiətin Sistemi) adlı kitabında "elmi" olduğunu iddia etdiyi bir sıra  fərziyyələrə söykənərək, var olan tək şeyin maddə və enerji olduğunu  irəli sürmüşdür. Fanatik ateist olan Holbax, əxlaq anlayışına da qarşı  çıxmış, insanın bacardığı qədər maksimum zövq alması üçün hər yolu  sınamağı lazım bilmişdir.  18-ci əsrdə bir neçə mütəffəkkir  tərəfindən mənimsənilib müdafiə olunan materializm, 19-cu əsrdə daha da  yayılmış və Fransa ilə məhdudlaşmayıb Avropanın digər ölkəllərində də  kök salmağa başlamışdır. 19-cu əsrin əvvələrində Almaniyada iki mühüm  materialist alim vardı. Lüdviq Byuxner (Ludwig Büchner) və Karl Foqt  (Karl Vogt). Foqt insan zehininin mənbəyi izah edərkən "qaraciyər necə  öd mayesi ifraz etdiyi kimi, insan beyni də düşüncə ifraz edir" demiş və  bu cəfəng bənzətməsi dövrünün materialistləri tərəfindən də  təsdiqlənməmişdir.  Materializm, belə cəfəng iddialarla  ortaya çıxmasına baxmayaraq, dövrün din əleyhdarı gücləri tərəfindən  mənimsənmiş və Avropa cəmiyyətlərinə təlqin edilmişdir. Materializm  ağılın və elmin təməli kimi təqdim edilmiş, bu hiyləgər təbliğat əvvəl  Fransada, sonra Almaniyada və getdikcə bütün Avropada ziyalılar arasında  sürətlə yayılmışdır. Bunda, şübhəsiz materializmi sanki din kimi  mənimsəyən və 19-cu əsr Avropa ziyalıları arasında çox məşhur olan  masonluq təşkilatının rolu da böyükdür.  Antik doqma olan materializm bu şəkildə  yayılarkən, digər tərəfdən də materializmi müxtəlif elm sahələrinə  uyğunlaşdırma cəhdləri olmuşdur. Materializm: 
 Darvinin bu tətbiqi "təkamül nəzəriyyəsi", Marks və Engelsin tətbiqi isə "kommunizm" olaraq bilinir.  Marks və Darvin Əslində Darvinin təkamül nəzəriyyəsi  Marks və Engelsin nəzəriyyəsini də əhatə edir. Bunu  söyləmək mümkündür,  çünki kommunizm də "təkamül nəzəriyyəsi"dir, daha doğrusu təkamül  nəzəriyyəsinin tarixə və cəmiyyət elminə uyğunlaşdırılmasıdır. Bu gerçək  20-ci əsrin əvvəllərində qabaqcıl darvinist-marksist mütəfəkkirlərdən  biri olan Anton Pannekukun (Anton Pannekoek) qələmə aldığı Marxism and Darwinism (Marksizm və Darvinizm) adlı kitabda belə ümumiləşdirilir: 
 Darvinizm ilə marksizm arasında iki mühüm mövzuda tam uyğunluq vardır: 
 Marks-Engels ikilisi ilə Darvinin  nəzəriyyələri araşdırıldığında, sanki bir mərkəzdən çıxmış kimi böyük  uyğunluq içində olduqları görülür. Darvin materialist fəlsəfəni təbiətə,  Marks-Engels isə tarixə uyğunlaşdırmışdır.  Belə ki, Darvinin materializmə  verdiyi bu tövhənin əhəmiyyətini ilk anlayan insan da Karl Marksın  şəxsən özü olmuşdur. Marks, Darvinin 1859-cu ildə nəşr olunan Növlərin Mənşəyi  adlı kitabını araşdırmış və bu kitabın öz nəzəriyyəsi üçün böyük dayaq  olduğunu görmüşdür. Engelsə yazdığı 19 dekabr 1860-cı il tarixli  məktubunda Darvinin kitabı üçün "bizim baxışlarımızın təbii tarixi təməlini ehtiva edən kitab məhz budur" deyir.(2)16 Yanvar 1861-ci ildə Lassalleyə yazdığı məktubda isə belə deyir: "Darvinin əsəri möhtəşəmdir. Tarixdəki sinif mübarizəsinin təbiət elmləri baxımından təməlini təşkil edir. " Marks Darvinə olan simpatiyasını ən böyük əsəri "Das Kapital"ı Darvinə ithaf edərək göstərmişdir. Kitabının Darvinə göndərdiyi almanca nəşrinə əl yazısıyla belə yazmışdır: "Çarlz Darvinə həqiqi pərəstişkarı Karl Marksdan". Engels isə Darvinə olan heyranlığını belə ifadə etmişdir: "Təbiət metafizik olaraq deyil, dialektikolaraq işləyir. Bununla əlaqədar olaraq hamıdan əvvəl Çarlz Darvinin adı xatırlanmalıdır." Engels, Darvini, onu Marksla bərabər tutacaq şəkildə tərifləmiş və "Darvin orqanik təbiətdəki təkamül qanununu kəşf etdiyi kimi, Marks da insan tarixindəki təkamül qanununu kəşf etmişdir" demişdir. Lenin tərəfindən "bütün beynəlxalq marksizm ədəbiyyatına ən hakim insan" kimi təriflənən, rus kommunizminin qabaqcılı Georgi Valentinoviç Plexanov (Georgi Valentinovich Plekhanov) isə "Marksizm, darvinizmin sosial elmlərə tətbiqidir " demişdir. Vatikan Universiteti professorlarından tarixçi Prof. Malaçi Martin, Marks ilə Darvin arasındakı əlaqəni belə izah edir: 
 Darvinizm ilə marksizm arasındakı bu  güclü bağ, müasir təkamülçülər tərəfindən də vurğulanır. Təkamül  nəzəriyyəsinin dövrümüzdəki ən məşhur müdafiəçilərindən olan bioloq  Duqlas Futuyma (Douglas Futuyma), Təkamül Biologiyası adlı kitabının ön sözündə "Marksın insanlıq tarixini açıqlayan materialist nəzəriyyəsi ilə yanaşı, Darvinin təkamül nəzəriyyəsi də materializm zəminində böyük mərhələ idi" yazaraq bunu nəzərdə tutur.(8) Digər məşhur təkamülçü paleontoloq Stiven Quld (Stephen J. Gould) isə, "Darvin təbiəti izah edərkən  materialist fəlsəfəni tutarlı şəkildə tətbiq etdi" deyir.(9) Leninlə yanaşı Rus Kommunist İnqilabının digər böyük memarlarından olan Lev Trotski (Leon Trotsky) də "Darvinin kəşfi, bütün orqanik maddə sahəsində dialektikanın (dialektik materializmin) ən böyük zəfəri oldu" şərhini etmişdi. (10) Bütün bunlar, darvinizm ilə marksizm  arasında çox əhəmiyyətli əlaqə olduğunu açıq aydın göstərir. Asanlıqla  deyilə bilər ki, əgər darvinizm olmasa marksizm də olmayacaqdı. Əgər bir  insan darvinizmin etibarsızlığını anlayarsa, marksizmin də  etibarsızlığını anlayacaq. Əlbəttə bunun əksi də doğrudur. Bir  cəmiyyətdə darvinizm rəğbət görərsə, o cəmiyyətdə marksizmin də inkişafı  qaçınılmazdır.  Bu baxımdan darvinizmin, istər  elmi, istərsə də sosial baxımdan etibarsızlığının qavranması, insanlıq  üçün çox mühüm mövzudur. Bu gerçəyin aşkara çıxması, darvinizmdən  qaynaqlanan və bu gün pusquda gözləyən marksizmin təkrar dirçəlməsinin  qarşısını alacaq, insanların keçən əsrdə yaşadığı bəlaların təkrar  yaşanmasına mane olacaqdır.       Tarix də darvinizm olmadan marksizmin də ola bilməyəcəyini göstərir.     Darvinizmin Yayılması və Kommunizm-Kapitalizm Əlaqəsi Darvinizmin siyasi təsirlərini  araşdırarkən bir məsələyə diqqət yetirmək lazımdır. Bu nəzəriyyə bir  ideologiya ilə deyil, bir-birindən çox fərqlənən bir çox ideologiya ilə  əlaqəlidir. Darvinizmin dəstəklədiyi ideologiyaları araşdırdığımızda,  kommunizmlə yanaşı, irqçilik, imperializm, kapitalizm, faşizm kimi bir  çox ideologiya ilə qarşılaşırıq. İlk baxışda bir-birindən müstəqil,  hətta bir-birinə zidd görünən bu ideologiyaların ortaq xüsusiyyəti isə  İlahi dinlərə və onların gətirdiyi əxlaqi dəyərlərə qarşı olmasıdır.  Bu ideologiyaların liderləri dini  inancları və dəyərləri özlərinə maneə olaraq görmüş və bu inanc və  dəyərləri ortadan qaldırmaq üçün darvinizmdən silah kimi istifadə  etmişlər. İşin ən maraqlı tərəfi ondadır ki, bir yandan öz  ideologiyalarına bu tərzdə fəaliyyət sahəsi açarkən, digər tərəfdən də  özlərinə rəqib olan ideologiyaları gücləndiriblər. Məsələn,  iddialarına görə amansız "həyat mübarizəsi"nin yaşandığı sərbəst bazar  mühitini qanuniləşdirmək üçün darvinist əxlaqı lazımlı görüb dəstəkləyən  kapitalistlər, bu yolla digər tərəfdən də qarşı olduqları kommunizmi  dəstəkləmişlər. Marksist mütəffəkkir Anton Pannekuk Marxism and Darwinism (Marksizm  və Darvinizm) adlı kitabında bu qəribə həqiqətdən bəhs edir və  burjuaziyanın, yəni Avropalı zəngin kapitalist sinfin darvinizmə  dəstəyini belə izah edir: 
 Darvinizm, kilsə haqqlarına və aristokrat zümrəyə qarşı çıxan burjuaziya üçün vasitə olmuşdur... Burjuaziyanın  məqsədi, önlərinə çıxan köhnə hakim idarəçi gücləri ortadan  qaldırmaqdır... Din sayəsində rahiblər böyük kütlələri idarə altında  tutmuş və beləcə burjuaziyanın istəklərinə qarşı çıxa bilmişdir...  Təbiət elmi inanca qarşı silah halına gətirilmiş, elm və yeni kəşf  edilən təbiət qanunları qarşıya qoyulmuş və burjuaziya bu silahlarla  döyüşmüşdür... Darvinizm tam lazım olan zamanda  gəlmişdir. Darvinin insanın heyvanlardan törədiyini iddia edən  nəzəriyyəsi, xristian inancının bütün təməlini yox etmişdir. Məhz bu səbəbə görə, darvinizm ortaya çıxdığı anda burjuaziya onu böyük ehtirasla müdafiə etmişdir... Bu  şərtlər altında, elmi müzakirələr belə, sinfi mübarizənin fanatizmi və  ehtirası ilə icra edilmişdir. Darvin haqqında yazılmış yazılar, elmi  yazarların adlarını daşımalarına baxmayaraq, ictimai polemikaların  xarakterini sərgiləyir. Darvinizmin yayılması həqiqətən də bu  şəkildə oldu. Avropanın hakim gücləri darvinizmi, istər öz ölkələrində  qurduqları kapitalist sistemi, istərsə dünya səviyyəsində qurduqları  imperialist müstəmləkə sistemini qanuniləşdirmək üçün fürsət olaraq  gördülər və dəstəklədilər. (Əlavə məlumat üçün baxın: Darwin'in Türk Düşmanlığı,  Harun Yəhya) Darvinizmin elm cəhətdən ziddiyətləri, xəyali  fərziyyələri, cəfəng iddiaları tamamilə qulaqardına vuruldu. Dini  inanclara və dinin gətirdiyi əxlaqi meyarlara qarşı mühüm silah hesab  edilən darvinizm, ideoloji məqsədlərlə yayıldı. Ancaq darvinizmi bu şəkildə yayan  "burjuaziya", yəni kapitalist sinfi, bu nəzəriyyəylə birlikdə öz  rəqibini də dəstəkləyirdi. Çünki darvinizmin yayılması və bu yolla dini  inancların yox edilməsi, kapitalizm qədər marksizmin də işinə yarıyırdı.  Dinin insanlara öyrətdiyi qənaətkarlıq, təvazökarlıq, qardaşlıq,  fədakarlıq, şəfqət, mərhəmət kimi əxlaqi dəyərlər ortadan qalxdıqdan  sonra cəmiyyət vəhşi arenaya çevrilirdi. Bu arenada kapitalistlər arası "həyat mübarizəsi", həmçinin kapitalistlərlə kommunistlər arası "sinfi həyat mübarizəsi" də inkişaf edirdi.  1871-ci ilin payızında avropalı təbiət  alimlərinin qatıldığı beynəlxalq konqresdə çıxış edən Alman dövlət  xadimi və təbiətşünas Virxov (Virchow), darvinistlərə "diqqət yetirin"  deyirdi, "çünki bu nəzəriyyə, qonşu ölkədə çox böyük bəlalara səbəb olan nəzəriyyəylə çox yaxından əlaqəlidir. " Virxovun bəhs etdiyi qonşu ölkə Fransa və ifadə etdiyi nəzəriyyə də həmin il qanlı Paris  Kommunasını reallaşdıran Fransız kommunizmi idi. (Paris Kommunası  Almaniyayla döyüşdən məğlub çıxan Fransada, dövlət nüfuzunun zəiflədiyi  dövrdə, Parisdəki kommunistlərin liderliyində başladılan şəhər üsyanı  idi. Aylar boyu şəhər kommunist idarəçiləri tərəfindən idarə edildi, dini mərkəzlərə və din adamlarına qarşı geniş miqyaslı hücumlar təşkil edildi.) Nəticədə, kommunistlərin və  kapitalistlərin, aralarındakı qarşıdurmaya baxmayaraq, din düşmənliyi  mövzusunda ortaq zəmində birləşdiklərini və bu mövzuda darvinizmdən  böyük dəstək aldıqlarını demək mümkündür. Bu səbəbdən kommunistlər bir  cəmiyyətdə kommunist inqilab etmək üçün əvvəlcə cəmiyyətin  kapitalistləşməsini zəruri hesab edirlər. Buna görə də kapitalist  əxlaqın yayılmasıyla birlikdə - bu halda darvinizmin təbliğatı həyati  əhəmiyyətə malikdir- cəmiyyət əvvəlcə dinsizləşdiriləcək, sonra da  kommunizm inkişaf edəcək. Rus İnqilabının lideri Vladimir İ. Lenin  1909-cu ildə qələmə aldığı "Proletar Partiyasının Din Mövzusundakı Mövqeyi" başlıqlı məqaləsində, burjuaziyanın, yəni kapitalist sinfin dinə qarşı oynadığı rolu belə izah edir: 
 Görüldüyü kimi Lenin "dinlə mübarizə  aparmaq vəzifəsi"nin kapitalistlərə aid olduğunu, Avropada bu vəzifəni  onların yerinə yetirdiyini, ancaq Rusiyada bu sinif olmadığı üçün dinə  qarşı aparılacaq mübarizəni özlərinin boynuna götürdüyünü söyləyir.  Leninin bu sözləri, kommunizm və kapitalizm arasındakı qarşıdurmanın  əslində yalnız “daxili qarşıdurma" olduğunu və bu iki gücün ortaq və əsl  düşməninin din olduğunu açıq aydın göstərir.  Bu insanlar açıq aşkar cəmiyyəti  korlamaq, onları doğrulardan uzaqlaşdırmaq, əxlaqi və insani baxımdan  zəiflətmək və beləcə öz kommunist sistemlərini qəbul etdirməyə cəhd  edirlər. Ancaq bu kəslərin din əleyhindəki heç bir hərəkətləri  müvəffəqiyyətə çata bilməzl. Unudulmamalıdır ki, keçmişdə də dinə qarşı  mübarizə aparan, Allahın elçilərinə itaət etməyən, Allahın haqq  kitablarından üz çevirən qövmlər yaşamışdır. Bu qövmlər də öz  aləmlərində haqq dini yox etməyə çalışırdılar. Lakin bu qövmlərin  uğradıqları son tarixən oxşar olub. Allah öz dininə qarşı mübarizə edən  bu insanların bəzilərinə elə bu dünyada bəla vermişdir, digərlərini isə  axirətdə şiddətli əzabın gözlədiyini müjdələmişdir. Bu gerçək Quranda  belə bildirilir: 
 Açar sözlər: fəhlə  sinfi, lenin, feyerbax, kapitalizm, kommunizm, proletar, irqçilik,  imperializm, kilsə, burjuaziya, həyat mübarizəsi, darvinizm, paris  kommunası, fransız inqilabı, din, inqilab, rus inqilabı, mübarizə. Kommunizm, hər ölkədə kapitalizmin və  faşizmin əleyhdarı və alternativi olaraq inkişaf etmişdir. Bir-birinə  zidd kimi görünən bu tərəflər, ortaq qaynaqdan, yəni darvinizmdən ilham  alır. Kapitalizm və faşizm darvinizmin sağ qanadını, kommunizm isə sol  qanadını meydana gətirir. Bir ölkədə darvinizmin yayılması, hər iki  qanadın birdən yayılması nəticəsini zəruri edir. Bu səbəbdən faşizmi və  ya kapitalizmi dəstəkləmək üçün darvinizmdən istifadə edənlər,  istər-istəməz kommunizmi də dəstəkləmiş olurlar.  Darvinizmin hakim olduğu bu dinsiz dünya  görüşündə, sağ solu, sol da sağı doğurur və bəsləyir. İki tərəf  bir-biriylə daimi mübarizədədir. Zatən darvinizm belə mübarizə mühitini  cəmiyyətlər üçün uyğun və vacib hesab edir. Bu ümumi sxemə baxdığımızda, darvinizmin  əslində siyasi səviyyədə "dialektika" meydana gətirdiyini söyləmək  mümkündür. Dialektika, alman filosof Hegelin ortaya atdığı, sonradan  Marks və Engels tərəfindən mənimsənən "qarşıdurma" nəzəriyyəsidir.  Dialektika, kainatdakı bütün inkişafın qarşıdurma sayəsində mümkün  olduğunu fərz edir. Bu nəzəriyyəyə görə, hər vəziyyət və ya fikir bir  tezisdir. Sonra bu tezisə qarşı çıxan "anti-tezis" meydana gəlir. Tezis  ilə anti-tezis mübarizə aparır və ortaya çıxan nəticəyə "sintez" adı  verilir. Sintez də bir müddət sonra tezis halına gəlir və bu dəfə buna  qarşı bir anti-tezis çıxır. Dialektik nəzəriyyəyə görə bu qarşıdurma bu  şəkildə davam edir. İnsanların Allah tərəfindən yaradıldığı  gerçəyinin rədd edilməsinə və insanın təkamül etmiş heyvan növü hesab  olunmasına səbəb olan darvinizmlə birlikdə, dünya bu darvinist  dialektikanın mübarizə meydanı olmuşdur. Başda Avropa ölkələri olmaqla,  bir çox ölkədə əvvəl sağ qanad darvinistlər hakim olmuş, bunlar dini  inancları və əxlaqi dəyərləri yox edərək və ya təhrif edərək vəhşi  kapitalizmi və ardından faşizmi gətirmişlər. Bunlara qarşı da sol qanad  darvinistlər, yəni kommunistlər təşkilatlanmış və hər iki tərəf daimi  qarşıdurma içinə girmişdir. Bu darvinist dialektikanın sintezi isə  həmişə eynidir: qan, bəla, işgəncə, savaş, göz yaşı...  | |
KOMMUNİZM GİZLƏNİB...
Kaydol:
Kayıt Yorumları (Atom)
 
 
0 yorum:
Yorum Gönder