Hz. İsanın yer üzünə ikinci dəfə qayıdışı mövzusu, son həftələrdə Türkiyədə əhəmiyyətli bir məsələ oldu.Bu mövzudakı həqiqəti öyrənmək üçün, əlbəttə Quranda izah edilən həqiqətləri araşdırmaq lazımdır.
Hz. İsanın yer üzünə ikinci dəfə gələcəyi mövzusunda Quranda əhəmiyyətli sübutlar var. Bunları sıra ilə bu şəkildə araşdıra bilərik:
1-ci Sübut:
Hz. İsanın ikinci dəfə yer üzünə gələcəyinə aid işarələr olan ilk ayələrdən biri Ali İmran Surəsinin 55-ci ayəsidir:
“O vaxt Allah dedi: “Ey İsa! Mən sənin həyatına son qoyub Özümə tərəf qaldıracağam, səni kafirlərdən təmizləyəcək və sənin ardınca gedənləri Qiyamət gününə qədər kafirlərdən üstün edəcəyəm. Sonra sizin dönüşünüz Mənə olacaq. Mən də ixtilafa düşdüyünüz şeylər barəsində sizin aranızda hökm verəcəyəm.” (Ali İmran Surəsi, 55)
Allah qiyamətə qədər inkar edənlərə üstün gələn və Hz. İsaya həqiqətən tabe olan bir qrupun varlığından bəhs edir. Hz. İsa həyatda ikən onun tərəfdarlarının sayı çox az idi. Və O Allah Qatına yüksələndən sonradində sürətlə degenerasiya başladı. Sonrakı iki yüz il ərzində,Hz. İsaya iman edənlər (İsəvilər) şiddətli təzyiqlərə məruz qaldılar. Üstəlik İsəvilərin heç bir siyasi gücü də yoxidi. Bu vəziyyətdə keçmişdə yaşayan Xristianların, inkar edənlərə üstün gəldiklərini və bu ayənin onlara işarə etdiyinisöyləyə bilmərik.
İndiki zamanda isə Xristianlığın mahiyyətindən uzaqlaşdığını, Hz. İsanın izah etdiyi haqq dindən fərqli bir dinə çevrildiyini görürük. Bu vəziyyətdə ”...sənin ardınca gedənləri Qiyamət gününə qədər kafirlərdən üstün edəcəyəm...”ifadəsində açıq bir işarə var. Hz. İsaya tabe olan və qiyamətə qədər yaşayacaq olan bir birlik olması lazımdır. Belə bir birlik, şübhəsiz Hz. İsanın yer üzünə təkrar gəlişi ilə ortaya çıxacaq. Və təkrar dünyaya gəlişi əsnasında bu müqəddəs insana tabe olanlar, qiyamətə qədər inkar edənlərə üstün ediləcək.
2-ci Sübut:
“... elə kimsə yoxdur ki, ölümündən əvvəl ona iman gətirməsin...”
Nisa Surəsinin 156-158-ci ayələrinin ardınca Allah, 159-ci ayədə belə buyurmaqdadır:
Kitab əhlindən elə kimsə yoxdur ki, (öz ölümündən, yaxud İsanın) ölümündən əvvəl ona iman gətirməsin. Qiyamət günü isə (İsa) onların əleyhinə şahid olacaqdır. (Nisa Surəsi, 159)
Yuxarıdakı ayədə “elə kimsə yoxdur ki, ölümündən əvvəl ona iman gətirməsin” ifadəsi olduqca maraqladır. Burada bəzi təfsirçilər “o” əvəzliyinin Hz. İsa yerinə Qurana işarə etdiyini düşünürlər və ayəyə Kitab əhlinin ölmədən əvvəl Qurana iman edəcəyi şəklində bir açıqlama verirlər. Halbuki bu ayənin əvvəlindəki iki ayədə də “o” əvəzliyi şübhəsiz Hz. İsa üçün istifadə edilmişdir. Çünki əvvəlki ayələrdə Hz. İsa haqqında danışılmaqdadır.
Ayənin mənası haqqında ifadə edəcəyimiz ikinci işarə isə “ölümündən əvvəl” ifadəsinin şərhi ilə əlaqədardır. Bəziləri bu ifadənin “Kitab əhlinin öz ölümlərindən əvvəl” inanması mənasında olduğunu düşünürlər. Bu şərhə görə Kitab əhlindən olan hər bir insan ölmədən öncə Hz. İsaya mütləq iman edəcək. Halbuki bu günə qədər Hz. İsaya iman etməmiş milyonlarla Əhli Kitab olan yəhudi yaşamış və Hz. İsaya iman etmədən ölmüşdür. Bu səbəbdən ayədə bəhs edilən Kitab Əhlinin deyil, Hz. İsanın ölümüdür. Nəticə olaraq, ayənin bizlərə göstərdiyi doğru isə budur:
“Hz. İsa ölmədən əvvəl bütün Əhli Kitab ona iman edəcək”.
Bu isə ancaq Hz. İsanın dünyaya ikinci dəfə gəlib yaşaması və bu ikinci həyatında bütün Kitab Əhlinin ona iman etməsi ilə mümkün ola bilər. Necə ki hədislərdəki vəd də budur. (Doğrusunu Allah bilir.)
3-cü Sübut:
”Şübhəsiz ki, o, (İsanın zühuru) qiyamət saatı üçün bir əlamətdir...”
Hz. İsanın yenidən yer üzünə qayıdacağı ilə əlaqədar bir başqa ayə isə Zuxruf Surəsinin 61-ci ayəsidir. Bu ayədə Hz. İsanın qiyamət saatı üçün bir əlamət olduğu ifadə edilməkdədir:
“Şübhəsiz ki, o, (İsanın zühuru) qiyamət saatı üçün bir əlamətdir. Ona (qiyamətə) şəkk etməyin və Mənə tabe olun. Bu, doğru yoldur!” (Zuxruf Surəsi 61)
Böyük İslam alimləri buradakı “o” əvəzliyini həm ayələrə həm də səhih hədislərə əsaslanaraq Hz. İsa olaraq açıqlayırlar. Almalılı Həmdi Yazırın təfsirində bu mövzu bu şəkildə açıqlanır:
“Şübhəsiz ki o saat üçün bir əlamətdir də - saatın gələcəyini ölülərin dirilib, qiyam edəcəyini bildirən bir dəlil və əlamətdir. Çünki İsa həmzühuru və həm əmvati əhya (ölüləri diriltmə) möcüzəsi və həm də əmvatin qıyamini (ölülərin qalxmasını) xəbər verməsi etibariylə qiyamətin baş verəcəyinə bir dəlil olduğu kimi hədisdə varid olduğuna görə əşrati saatdandır (qiyamət əlamətidir).” (Almalılı Həmdi Yazır, http://www.kuranikerim.com/telmalili/zuhruf.htm)
Hz. İsa, Quran endirilmədən təxminən altı əsr əvvəl yaşayıb. Bu səbəbdən bu ilk həyatını “qiyamət saatı üçün bir əlamət”yəni bir qiyamət əlaməti olaraq anlaya bilmərik. Ayənin işarə etdiyi məna, Hz. İsanın, axır zamanda, yəni qiyamətdən əvvəlki son zamanda yenidən yer üzünə dönəcəyi və bunun da bir qiyamət əlaməti olacağıdır. (Doğrusunu Allah bilir.)
4-cü Sübut :
“... Ona Kitabı, hikməti, Tövratı və İncili öyrədəcək...”
Ali İmran Surəsinin 45-48-ci ayələrində Allahın Hz. İsaya, Tövratı, İncili və bir də “Kitabı” öyrədəcəyi xəbər verilməkdədir. Bu kitabın hansı kitab olduğu şübhəsiz əhəmiyyətlidir. Eyni ifadə Maidə Surəsinin 110-cu ayəsində də var:
“Allah (İsaya) belə buyuracaq: “Ya Məryəm oğlu İsa! Sənə və anana nemətimi yadına sal. O zaman səni müqəddəs ruhla qüvvətləndirmişdim. Sən beşikdə olanda da, yetkin çağında da adamlarla danışırdın. Sənə Kitabı, hikməti, Tövratı və İncili öyrətmişdim....” (Maidə Surəsi, 110)
Hər iki ayədə də keçən “Kitab” ifadəsini araşdırdığımızda, bunun Qurana işarə etdiyini görərik. Ayələrdə Tövrat və İncil xaricində göndərilən son haqq kitabın Quran olduğu bildirilməkdədir. (Hz. Davuda verilən Zəbur da Köhnə Ahıdın içindədir) Bundan əlavə, yenə Quranın bir başqa ayəsində, “Kitab” sözü, İncil və Tövratın yanında Quranı ifadə etmək üçün istifadə edilmişdir. (Ali İmran Surəsi 2-3)
Bu vəziyyətdə, Hz. İsaya öyrədiləcək olan üçüncü “Kitab”ın Quran olduğunu və bunun da ancaq Hz. İsanın axır zamanda dünyaya dönüşündə mümkün ola biləcəyini düşünə bilərik. Çünki Hz. İsa Quranın endirilməsindən təxminən 600 il əvvəl yaşamışdı. Peyğəmbər Əfəndimiz (s.ə.v)in hədislərində Hz. İsanın dünyaya ikinci dəfə gəlişində İncil ilə deyil Quranla hökm edəcəyi bildirilməkdədir. Bu da ayədəki mənaya tam olaraq uyğun gəlməkdədir. (Şübhəsiz doğrusunu Allah bilir.)
5-ci Sübut:
“Allah yanında İsa da (İsanın atasız dünyaya gəlmiş də) Adəm kimidir...”
“Allah yanında İsa da (İsanın atasız dünyaya gəlmiş də) Adəm kimidir...” (Ali İmran Surəsi, 59)ayəsində də Hz. İsanın dönüşünə işarə edilə bilər. Təfsir alimləri ümumiyyətlə bu ayənin hər iki peyğəmbərin də atasız olma xüsusiyyətinə, Hz. Adəmin Allahın “Ol” əmri ilə torpaqdan yaradılması ilə Hz. İsanın yenə “Ol” əmri ilə atasız doğulmasına işarə etdiyinə diqqət çəkmişlər. Ancaq ayənin ikinci bir işarəsi də ola bilər. Hz. Adəm cənnətdən yer üzünə necə endirildisə, Hz. İsa da axır zamanda Allahın Qatından yer üzünə endirilə bilər. (Doğrusunu Allah bilir.)
6-cı Sübut :
“... Doğulduğum gün də, öləcəyim gün də, yenidən dirildiləcəyim gün də...”
Quranda Hz. İsanın ölümünü ifadə edən başqa bir ayə isə Məryəm Surəsində belə xəbər verilməkdədir:
“Doğulduğum gün də, öləcəyim gün də, yenidən dirildiləcəyim gün də mənə salam olsun!” (Məryəm Surəsi, 33)
Bu ayə Ali İmran Surəsinin 55-ci ayəsi ilə birlikdə araşdırıldıqda çox əhəmiyyətli bir həqiqətə işarə edir. Ali İmran surəsindəki ayədə Hz. İsanın Allah Qatına yüksəldildiyi ifadə edilir. Bu ayədə ölmə ya da öldürülmə ilə əlaqədar bir məlumat verilməməkdədir. Ancaq Məryəm Surəsinin 33-cü ayəsində Hz. İsanın öləcəyi gündən bəhs edilməkdədir. Bu ikinci ölüm isə ancaq Hz. İsanın ikinci dəfə dünyaya gəlişi və bir müddət yaşadıqdan sonra vəfat etməsi ilə mümkün ola bilər. (Doğrusunu Allah bilir)
7-ci Sübut:
“... beşikdə olanda da, yetkin çağında da adamlarla danışırdın...”
Hz. İsanın təkrar dünyaya gələcəyi ilə əlaqədar bir başqa dəlil isə Maidə Surəsinin 110-cu ayəsində və Ali İmran Surəsinin 46-cı ayəsində keçən “kəhlən” sözüdür:
“Allah (İsaya) belə buyuracaq: “Ya Məryəm oğlu İsa! Sənə və anana nemətimi yadına sal. O zaman səni müqəddəs ruhla qüvvətləndirmişdim. Sən beşikdə olanda da, yetkin çağında da adamlarla danışırdın...” (Maidə Surəsi, 110)“O, (həm) beşikdə ikən, (həm də) yaşa dolduqdan sonra insanlarla danışacaq və salehlərdən (xeyirli iş görən şəxslərdən) olacaqdır”..(Ali imran Surəsi, 46)
Bu söz Quranda yalnız yuxarıdakı iki ayədə və yalnız Hz. İsa üçün istifadə edilməkdədir. Hz. İsanın yetkin halını ifadə etmək üçün istifadə edilən “kəhlən” sözünün mənası “otuz əlli yaşları arasında, gənclik dövrünü bitirib qocalığa ayaq basan, kamil yaşına çatmış kimsə” şəklindədir. Bu söz İslam alimləri arasında ittifaqla “35 yaş sonrası dövrə işarə edir” şəklində tərcumə edilir.
Hz. İsanın gənclik yaşı olan otuz yaşının əvvəlində Allah Qatına yüksəldiyini, yer üzünə endikdən sonra qırx il qalacağını ifadə edən və İbni Abbasdan rəvayət edilən hədisə istinad edən İslam alimləri, Hz. İsanın yaşlılıq dövrünün, təkrar dünyaya gəlişindən sonra olacağını, bu səbəbdən bu ayənin, Hz. İsanın nüzuluna dair bir dəlil olduğunu söyləməkdədirlər. (Məhəmməd Xəlil Herras, Faslul-Makal fi Refi İsa Hayyen və Nüzulihi və Katlihid-Deccal, Mektebetüs Sünne, Qahirə, 1990, s. 20)
Qısacası, bir çox hədisdə açıqca xəbər verilən Hz. İsanın yer üzünə ikinci dəfə gəlişi möcüzəsi, Quran-i Kərimdə də xəbər verilməkdədir.
Hz. İsa ölməyib və bir daha dünyaya gələcəkdir.
0 yorum:
Yorum Gönder