Onlar Allahı unutdular, Allah da onları unutdu. (Tövbə Surəsi, 67)
İnsan sahildə qumdan düzəlmiş bir qala görsə mütləq bunu edən birinin olduğunu düşünər. Bu qalanın, dalğaların və küləklərin təsiri ilə təsadüflər nəticəsində meydana gəldiyini isə ancaq cahil olan biri müdafiə edə bilər. Kainatda var olan hər şeydə aydıngörünən bir dizayn vardır. Üstəlik bu dizayn sahildəki qumdan yaradılmış qala ilə qarşılaşdırılmayacaq qədər mükəmməl, üstün və genişdir. O halda qarşımıza çıxan həqiqətaçıq-aşkardır: Kainatın üstün bir Yaradıcısı vardır. Bu yaradıcı, aləmlərin Rəbbi olan Allahdır.
Bütün kainatda qüsursuz bir nizamın var olduğuaçıq-aşkar bir həqiqətdir. Üzərində yaşadığımız bu dünya da ən əlverişli şərtlərin bir yerə gəlməsi ilə meydana gəlmişdir. Cazibənin nisbəti, Dünyanın Günəşə uzaqlığı, atmosferdəki oksigen nisbəti və daha yüzlərlə həssas tarazlıqdan heç biri özbaşına ya da təsadüflər nəticəsində meydana gəlməmişdir. Şübhəsiz bu ən kiçik mikroorqanizmdən Günəş Sisteminin nəhəng kütləli planetlərinə qədər hər şeyi idarəsi altında saxlayan Allahın yaratmasıdır. Allah, kainatı sonsuz bir ağıl və güclə yaratmış və dünyanı da yaşamağımız üçün xüsusi olaraq dizayn etmişdir. Çünki Allah yaradıb nizama qoyandır. Bir ayədə belə buyurur:
(Allah) gecəni gündüzə, gündüzü də gecəyə qatar. O, Günəşi və Ayı ram (öz əmrinə, sizin mənafeyinizə tabe) etmişdir. Onların hər biri (öz hədəqəsində, öz dairəsində) müəyyən müddətədək (qiyamət gününə qədər) dövr (hərəkət) edər. Bu sizin Rəbbiniz olan Allahdır, hökm Onundur. Sizin Ondan qeyri ibadət etdikləriniz bir çəyirdək qabığına belə sahib deyillər. (Fatir Surəsi, 13)
İndi bir az daha yaxına gələk və insan bədənini araşdıraq. Qarşımıza ağla sığmaz mükəmməlliklərlə dolu bir quruluşun çıxdığını görərik. İnsan beyni, müasir texnologiyanın ən üstün məhsulu olan kompüterlərlə əsla müqayisə edilə bilməyəcək qədər qüsursuz bir işləyişə malikdir. Bununla birlikdə, bədənin hər orqanı həm öz içində, həm də digər orqanlarla tam bir uyğunlaşma içərisindədir. Məsələn, insanın nəfəs ala bilməsi üçün ağız, burun, nəfəs borusu, ağciyərlər, ürək və bütün damarlar eyni anda fəaliyyətdədir. Aralarından biribelə bir dəqiqə istirahət etməz, bir an belə yorulmaz. Hər biri böyük bir itaət və təslim olmaqla özünü yaradan Allaha boyun əyər və Rəbbimizin təqdir edib planladığı əmri yerinə yetirər. Nəfəs almaq əsnasında burundan təmizlənib, istilənərək keçən hava, nəfəs borusunu da aşaraq ağciyərə çatar. Ürəyimizdə, damarlarımızda, qısacası bədənimizdəki hər bir hüceyrədə oksigendən istifadə edilər. Bir iki dəqiqə belə işlək vəziyyətində insanın ölümünə səbəb olacaq orqanlar, bədənin canlılığının davamını təmin etmək üçün eyni saniyələr içində, başqa fəaliyyətləri də birlikdə icra edərlər. Bir çox əməliyyatı bir-birinə qarışdırmadan, çaşmadan, axsatmadan böyük bir ustalıq və ağılla yerinə yetirərlər. Bu uyğunlaşmada bir axsaqlıq olsa nəfəs almağımız da, həyatımızı davam etməyimiz də qeyri-mümkün olar.
Bu görmə qabiliyyətinə də aiddir. Göz, canlıların yaradılmış olduğunun ən açıq dəlillərindən biridir. Fərqi yoxdur ya insan gözü olsun ya da heyvan gözləri olsun, canlıların sahib olduqları bütün görmə orqanları qüsursuz bir dizayna malikdir. Gözümüz, 21-ci əsr texnologiyasının çata bilmədiyibir görünüşü bizə təqdim edir. Amma unutmayın ki, bir gözün görə bilməsi üçün eyni anda bütün parçalarının var olması və uyğunlaşma içində çalışması lazımdır. Məsələn kornea, konjonktiva, iris, göz bəbəyi, göz mərcəyi, retina, koroid, göz əzələləri, göz yaşı vəzləri kimi bütün parçalar olsa və işləsəamma bir tək göz qapağı olmasa göz qısa müddətdə böyük bir təxribata uğrayar və görmə funksiyasını itirər. Yenə eyni şəkildə gözü meydana gətirən bütün orqanlar var olsa amma gözyaşı fəaliyyəti dayansa göz qısa müddətdə quruyar və kor olar. Bu vəziyyətdə qarşımıza bir sual çıxır: Yaxşı bu qədər uyğun orqanları bir anda kim var etmişdir? Görməmizi mümkün edən gözü kim meydana gətirmişdir?
Əlbəttə gözün meydana gəlməsinə qərar verən, gözün sahibi olan canlı deyil. Çünki görmənin nə demək olduğunubilməyən bir canlının, görə bilmək üçün bir görmə orqanına ehtiyac var və öz bədəni üzərində bunu tikməsi əlbəttə ki qeyri-mümkündür. Bu vəziyyət canlıları görmə, eşitmə vs. kimi duyğularla yaradan üstün bir ağıl sahibinin varlığını açıqca bizə göstərir. Əks halda şüursuz hüceyrələrin görmə, eşitmə kimi şüur tələb edən funksiyaları öz tələbləri və bacarıqları ilə qazandıqları iddia edilmiş olar. Bunun isə əsla mümkün ola bilməyəcəyi açıqdır. Quranda bu mövzu belə bildirilmişdir:
De: “Sizi yoxdan yaradan, sizə qulaq, göz və qəlb verən Odur. (Allahın nemətlərinə) nə az şükür edirsiniz!” (Mülk Surəsi, 23)
Ayədə də xəbər verildiyi kimi insan bədənindəki bu sistemlərin hamısını bir-birinə bağlayan Uca Allahdır.Öz bədənimizdə, ya da xarici dünyada gördüyümüz saysız təfsilat Allahın gücünü, böyüklüyünü və elmi ilə hər şeyi əhatə etdiyini açıqca gözlər önünə sərir. Amma bir qisim insanlara həqiqidüşünməkdənsə, kürəklərini dönüb qaçmaq daha asan gəlir. Buna görə Allah Quranda, insanları ətraflarına baxaraq öz böyüklüyü üzərində düşünməyə çağırmışdır:
Yeddi (qat) göyü və bir o qədər də yeri yaradan Allahdır. Allahın hər şeyə qadir olduğunu, Allahın hər şeyi elm (Öz əzəli elmi) ilə ehtiva etdiyini biləsiniz deyə, (Allahın) əmri onların arasında (mövcud olan bütün məxluqata) nazil olar. (Talaq Surəsi, 12)
Allahın sizə çox yaxın olduğunu və hər şeyi əhatə etdiyini əsla unutmayın. Sizin bu yazını oxuduğunuz an, hər hansı bir anda ağılınızdan keçənlər, uşaq ikən yaşadığınız bir hadisə, bir neçə il sonrakı planlarınız daxil olmaqlahər şey Allahın məlumatı daxilindədir. Bu hakimiyyət gecə gündüz dayanmadan hər bir varlıq üçün davam edər. Necə ki Allah Quranda belə bildirmişdir:
And olsun ki, insanı Biz yaratdıq və nəfsinin ona nə vəsvəsə etdiyini də Biz bilirik. Biz ona şah damarından da yaxınıq! (Qaf Surəsi, 16)
Allah insanın ağılından keçən və kimsənin bilməsinin mümkün ola bilməyəcəyi bir düşüncədən, adamın içində gizləyib kimsəyə söyləmədiyi sirlərin hamısından xəbərdardır. İnsanları ətraflı əhatə etmiş olan Allah, etdiyimiz iş və olduğumuz mühit haradaolursa olsun bizə şahiddir. Bu həqiqətbir ayədə belə xəbər verilir:
Sən nə iş görsən, Qurandan nə oxusan, nə iş görsəniz, onlara daldığınız (onları etdiyiniz) zaman Biz sizə şahid olarıq. Yerdə və göydə zərrə qədər bir şey sənin Rəbbindən gizli qalmaz. Ondan daha böyük, daha kiçik elə bir şey də yoxdur ki, açıq-aydın kitabda (lövhi-məhfuzda) olmasın!(Yunus Surəsi, 61)
Bu həqiqətlərəbaxmayaraq insanlardan bəziləri zənn edirlər ki, Allahonlardançox uzaqdadır. Şüur altı düşüncəyə görə, Allah çox uzaqlardakı bir planetin arxasında oturar və çox nadir olaraq “dünya işlərinə” qarışar. Ya da heç qarışmaz; kainatı bir dəfə yaratmış və buraxmışdır. Halbuki bu açıq-aşkar bir yanılmadır. Allah hər yerdədir və varlığı hər şeyi örtür. Şərqdən qərbə, şimaldan cənuba varlığı ilə hər yeri qucaqlayıb əhatə etmişdir.
Göylərdə və yerdə nə varsa (hamısı) Allaha məxsusdur. Allah hər şeyi (elmi və qüdrətiylə) ehtiva etmişdir. (Nisa Surəsi, 126)
Siz hara getsəniz, dünyanın sonuna da getsəniz Allah oranı da əhatə etmişdir. Bu anda da sizi ətraflı əhatə edir. O, sizə şah damarınızdan daha yaxın. Bədəninizə, otağınıza, olduğunuz şəhərə, kainatın hər yerinə, sizin gözünüzlə görə bilmədiyiniz bütün aləmlərə hər an hakim, hamının keçmişləri və gələcəkləri ilə bərabərdir. Bu həqiqətlərigöz ardı edən bəzi insanlar, ağıllarından keçirdikləri şeyləri, Allaha qarşı işlədikləri çoxlu günahı insanlardan gizləyərlər amma bunları Allahdan gizləyə bilmədiklərini düşünməzlər. Halbuki Allah, onların hər hərəkətlərini görür. Bir ayədə belə buyurur:
Onların keçmişini də, gələcəyini də bilir. Onların elmi isə Onu əhatə edib qavraya bilməz!(Taha Surəsi, 110)
Sonrakı zamanlarda nələr yaşayacağınızı siz bilmirsiniz, amma Allah bilir. Bunun üçündə siz dərk etsəniz də etməsəniz dəAllahaboyun əymiş, təslim olmuş vəziyyətdəsiniz.
Siz içinizdən keçirdiklərinizi açıqlasanız da gizləsəniz də bu, Allah üçün birdir. Çünki Allah hər şeydən xəbərdardır. Pıçıltı ilə söylədiyiniz bir söz də Allahdan gizli qalmaz. Çünki Allah üçün sirr yoxdur, O gizlinin də gizlisini bilər.
Unutmayın ki, yer üzündəki hər varlıq Allaha möhtacdır. Allah isə insanın sahib olduğu hər cür çatışmazlıqdan uzaqdır, heç bir şeyə ehtiyacı olmayandır. Yuxu, aclıq, susuzluq, yorğunluq kimi ağla gələ biləcək insani zəifliklərin hamısından uzaqdır: Hər kim olursa olsun hər kəs mütləq öləcək amma Allah, əzəli və əbədi olan, daim diri olandır:
Allahdan başqa heç bir tanrı yoxdur. Əbədi, əzəli varlıq Odur. O nə mürgü, nə də yuxu bilər. Göylərdə və yerdə nə varsa (hamısı) Onundur. Allahın izni olmadan Onun yanında hüzurunda kim şəfqət ala bilər? O, bütün yaranmışların keçmişini və gələcəyini (bütün olmuş və olacaq şeyləri) bilir. Onlar (yaranmışlar) Allahın elmindən Onun Özünün istədiyindən başqa heç bir şey qavraya bilməzlər. Onun kürsüsü (elmi, qüdrət və səltənəti) göyləri və yeri əhatə etmişdir. Bunları mühafizə etmək Onun üçün heç də çətin deyildir. Ən uca, ən böyük varlıq da Odur! (Bəqərə Surəsi, 255)
Hər hadisənin Allahın idarəsi ilə reallaşdığını unutmayın. Allah sonsuz güc sahibidir; Quranda bildirildiyi kimi: Yerə düşən elə bir yarpaq yoxdur ki, Allah onu bilməsin (Ənam Surəsi, 59), hər şey Allahın əmri ilə hərəkət edər. Göydən yerə bütün işlər Allahın əmri ilə həyata keçər. Bütün işlər deyilincə bir çox insan bunu yalnız təbiət hadisələri ya da ölüm, doğum kimi hadisələr olaraq düşünər. Halbuki yalnız bunlar deyil, ağla gələ biləcək hər iş, hər hadisə, yaşanan hər sistem Allahın əmri ilə getməkdədir.
Texnoloji görüşlər, bütün dünya dövlətlərinin rəhbərliyi, hər birinin ictimai və iqtisadi vəziyyəti, kiçik böyük bütün şirkətlər, buralarda görülən hər iş, dünyaya gələn hər yeni insan, bu insanların həyatlarındakı hər saniyə üstün bir Yaradıcı olan Allahın məlumatı daxilində və idarəsi altındadır. Ən kiçiyindən ən böyüyünə qədər alınan hər qərar, edilən hər fəaliyyət Allahın icazəsi ilə reallaşar. Eyni şəkildə bədəninizdəki trilyonlarca hüceyrənin işləməsi, bu hüceyrələrin hər birinin içində olan orqanların tək-tək etdikləri bütün vəzifələr, bu hüceyrələri saxlayan sistemlər və daha saya bilməyəcəyimiz müxtəlif detallar Allahın idarəsindədir. Bunun yanında, boşluqda dönüb dayanmaqda olan dünya və dünyanın üzərindəki tək bir qarışqanın bəslənməsindən törəməsinə qədər həyatını davam etdirməsi üçün lazım olan bütün fəaliyyətlər də yenə Allahın icazəsi ilə həyata keçər. Bu həqiqətQuranda belə ifadə edilir:
Mən özümün və sizin Rəbbiniz olan Allaha təvəkkül etdim. Yer üzündə elə bir canlı yoxdur ki, onun ixtiyarı (Allahın) əlində olmasın. Həqiqətən, Rəbbim düz yoldadır!(Hud Surəsi, 56)
Allah, hər kəsin Ona boyun əydiyi, elmi ilə hər yeriəhatə edən, bütün məlumatın sahibi olandır. Kiçik bir uşaqdan bir elm adamına qədər hər kəsə bildiklərini öyrədən, görə bildiklərimizi və qeyb olanı yəni görə bilmədiyimiz aləmləri də bilən Allahdır. Göylərdə və yerdə olan hər şeyin, ulduzların, ağacların, heyvanların, insanların sayını, düşən yağışın miqdarını təsbit edən də yalnız Allahdır:
Çünki göylərdə və yerdə olan bütün məxluqatdan bir eləsi yoxdur ki, (qiyamət günü) Rəhmanın hüzuruna bir qul kimi gəlməsin. And olsun ki, onları (bütün yaratdıqlarını) hesablamış və təkrar-təkrar saymışdır. (Məryəm Surəsi, 93-94)
Kainatın hər hansı bir yerindəmeydana gələn hər hadisənin idarəsi Allahdır əlindədirO, bütüngizli və ya aşkarda olanhər şeydən xəbərdardır. Yalnız bizlərdən deyil göylərdə, yerdə, bu ikisi arasında hər nə varsa, hamısından xəbərdardır. Çünki Allah, bütün aləmlərin sahibidir. O halda, ən kiçik bir şeyin belə Ondan əsla gizli qala bilməyəcəyini, siz də daxil olmaqla bütün insanların ağlından keçənlərin və ya etdiyi işlərin hamısının Allahın idarəsində olduğunu əsla unutmayın. Çünki Allah hər kəsin həyatı boyunca yaşadıqlarını bütün xırdalıqları da bilir. Allah, əsla çaşmayan və qəti olaraq heç nəyi unutmayandır.
Sizə sahib olduğunuz hər şeyi verənin Allah olduğunu unutmayın. Ətrafınıza bir baxın. Var olan hər şey tam sizin ehtiyaclarınızı qarşılayacaq şəkildə etina ilə hazırlanmış, tək-tək əmrinizə verilmişdir. Başınızı qaldırıb bir də göyə baxın və ətrafınızda olanları düşünün. Baxo zaman, şükür etməyə layiq olanın, bizləri gördüyümüz və görmədiyimiz nə qədər nemətlərlə təchiz edənin Allah olduğunu daha yaxşı qavrayacaqsınız. Elmin, çatdığı səviyyəyə baxmayaraq hələ bir müəmma olaraq xarakterizə etdiyi insan bədənini yaradan və bütün orqanların mükəmməl bir şəkildə uyğunlaşdıran, ev heyvanları yaradıb insanların xidmətinə verən, çoxlu sayda yemək, geyim və nəqliyyat vasitələrinitəmin edən, göydən endirdiyi su ilə eyni torpaqdan dəyişik dadlarda meyvə və tərəvəzlər çıxaran, yüz milyardlarla qalaktikaları böyük bir tarazlıq içində hərəkət etdirən, gündüzü işə, gecəni istirahət üçünedən, Günəşi orbitində çevirən, dənizləri insanların qida əldə etmələrinə görə və səyahət etmələri üçün mükəmməlşəkildə yaradan yalnız Allahdır. Allah bu həqiqətləri ayələrində belə xəbər verir:
Allah insanı nüftədən (mənidən, bir qətrə sudan) xəlq etdi. Bununla belə, o, birdən-birə açıq-aşkar bir düşmən kəsildi. Davarı da (dəvə, inək, kəl, qoyun, keçi və s. ) O yaratdı. Bunlarda (onların yununda) sizin üçün istilik, cürbəcür mənfəət (südünü içmək; özlərini minmək, yer sürmək) vardır, həm də onlardan (onların ətindən) yeyirsiniz. Onları səhər naxıra, axşam axura gətirdikdə (səhər otlamaq üçün çölə göndərib axşam tövləyə qaytardıqda) baxıb zövq alırsınız. Onlar sizin yüklərinizi özünüzü yormadan çata bilməyəcəyiniz bir ölkəyə bir yerdən başqa yerə daşıyarlar. Həqiqətən, Rəbbin şəfqətlidir, mərhəmətlidir! Sizin minməyinizdən ötrü, həm də zinət üçün atı, qatırı və uzunqulağı (O yaratdı). (Allah) hələ sizin bilmədiyiniz neçə-neçə şeylər (nəqliyyat, minik vasitələri və s.) də yaradacaqdır. Doğru yolu göstərmək Allaha aiddir. Ondan (haqdan) kəc olan yol (və ya haqdan kənara çıxan) da vardır. Əgər (Allah) istəsəydi, sizin hamınızı doğru yola salardı. Göydən sizin üçün yağmur endirən Odur. Ondan (o sudan) siz də içində (heyvanlarınızı) otardığınız ağaclar (və otlar) da bitər (ağaclar və otlar da onun vasitəsilə bitər). (Allah) onunla (o su ilə) sizin üçün əkin (taxıl, bitki), zeytun, xurma, üzüm və bütün (başqa) meyvələrdən yetişdirir. Düşünüb-daşınanlar üçün bunda (Allahın vəhdaniyyətini sübut edən) dəlillər vardır! O, gecəni və gündüzü, Günəşi və Ayı sizə ram etdi (sizin xidmətinizə verdi). Ulduzlar da Onun əmrinə boyun əymişdir. Doğrudan da, bunda ağılla düşünənlər üçün ibrətlər vardır! (Allah) yer üzündə yaratdığı cürbəcür şeyləri (heyvanları, bitkiləri, meyvələri və s.) də sizin ixtiyarınıza verdi. Öyüd-nəsihət qəbul edənlər üçün, sözsüz ki, bunda da (Allahın qüdrətini, əzəmətini bildirən) əlamətlər vardır! Təzə ət (balıq əti) yeməyiniz, taxdığınız bəzək şeylərini (inci, sədəf, mərcan) çıxartmağınız üçün dənizi də sizə ram edən Odur. (Ey insan! Allahın) nemətindən ruzi axtarmağınız üçün sən gəmilərin onu yara-yara üzüb getdiyini görürsən. Bəlkə, (bundan sonra Allahın nemətlərinə) şükür edəsiniz! (Allah yer kürəsi möhkəm olsun, titrəməsin, onun hərəkəti hiss olunmasın, beləliklə də) sizi yırğalamasın deyə, yer üzündə möhkəm dayanan dağlar və (istədiyiniz yerə) gedib çata biləsiniz deyə, çaylar və yollar yaratdı; əlamətlər də müəyyən etdi. İnsanlar gecə vaxtı yollarını ulduzlar vasitəsilə taparlar. Heç yaradan (Allah) yaratmayana (bütlərə) bənzəyərmi?! Məgər düşünmürsünüz?! (Belə bir sadə, açıq-aydın həqiqəti xatırlayıb bütlərə ibadət etməyin səhv olduğunu anlamırsınız?!) Əgər Allahın nemətlərini sayacaq olsanız, sayıb qurtara bilməzsiniz. Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir! (Nəhl Surəsi, 4-18)
İnsanın ömür boyu saya bilməyəcəkləri nemətlərin hər biri, Rəbbimizin diləməsi ilə var olmuşdur və insanın xidmətinə təqdim edilmişdir. Allah bir ayəsində bunu belə xatırladır:
Əgər yer üzündəki bütün ağaclar qələm, dərya da arxasından yeddi dərya qatılaraq (mürəkkəb) olsaydı, yenə də Allahın sözləri (yazmaqla) tükənməzdi. Həqiqətən, Allah yenilməz qüdrət, hikmət sahibidir! (Loğman Surəsi, 27)
Sahib olduğunuz nə qədər malınız mülkünüz varsa bunları sizə verənin və hamısının həqiqisahibinin Allah olduğunu da əsla unutmayın. Çünki göylərin, yerin və bu ikisi arasında olan hər şeyin mülkü Allahındır. Ancaq Allah dilədiyinə istədiyi qədər verər. Zamanı gəlib insanların həyatına son verdiyində tək varis yenə Odur. Bütün evlərin, avtomobillərin, malların, əşyaların, ərazilərin, yeməklərin qısacası hər şeyin həqiqi sahibi Allahdır.
Göylərin, yerin və onlarda olan hər şeyin hökmü Allaha məxsusdur. Allah hər şeyə qadirdir! (Maidə Surəsi, 120)
Siz Allahın təyin etdiyi vaxt gələndə bütün varlığınızı, mövqeyinizi, xüsusi əşyalarınıza qədər hər şeyi geridə buraxacaqsınız. Çılpaq bədəniniz yalnız bir neçə metr bezə bükülərəkbir çuxura atılacaq. Ruhunuz isə yalnız Allaha dönəcək. Dünyada sahib olduğunuz nə mövqeyinizin, nə adınızın, nə də zənginliyinizin orada bir etibarlılığı olmayacaq. Siz bu dünyada onlarla yalnız sınanırsınız. Həqiqisahibi deyilsiniz, sahib olduğunuzu zənn etdiyiniz hər şey yalnız Allah sizə lütf etdiyi üçün var. Əgər Allah bunları bir səbəblə alacaq olsa, sizin bunları geri gətirməyə heç bir şəkildə gücünüz çata bilməz.
Allahın sizin üçün dilədikləri xaricində başınıza heç bir şeyin gələ bilməyəcəyini unutmayın. Başınıza gələn və sizin yaxşı və ya pis olaraq xarakterizə etdiyiniz hər cür hadisə Allahın məlumatı daxilində yəni talenin axışı içində həyata keçir. Heç kim o gün özünü nə cür hadisələrin gözlədiyini bilə bilməz. İnsan nə qədər öz-özünə planlar edir kimi düşünsə də əslində hadisələr özünün planladığı kimi getməz, hətta heç ağla gəlməyəcək hadisələrlə də qarşılaşa bilər. İnsanı bu naməlumluq içərisində tək rahatladacaq şey, qarşılaşdığı hər hadisənin, Allahın istəyi ilə özü üçün xüsusi olaraq yaradılmış olduğunu bilmək və Rəbbimizin yaratdığı taleyəetibar edib, təslim olmaqdır. Amma burada bir nöqtəyə daha diqqət yetirmək lazımdır: Planlamadan yaşadığınız hadisələr Allahın məlumatı və idarəsindədir. Ancaq eyni şəkildə planladığınız hadisələr də Allahın idarəsindədir. Çünki kainat üzərində Allahdan müstəqil, Rəbbimizin hakimiyyəti xaricində tək bir an belə yaşanmaz. Bir ayədə möminlərin belə söylədiklərindən bəhs edilir:
De: “Allahın bizim üçün yazdığından başqa bizə heç bir şey üz verməz. O bizim ixtiyar sahibimizdir. Buna görə də möminlər yalnız Allaha təvəkkül etsinlər!” (Tövbə Surəsi, 51)
Unutmayın, başınıza hər nə gəlirsə Allahdandır və bir hikməti vardır. Bilin ki insanın Allahdan gələcək şeylərə qarşı yenə Allaha sığınmaqdan başqa yolu yoxdur, başqa vəlisi və köməkçisi də yoxdur:
Məgər sən bilmirsən ki, göylərin və yerin səltənəti ancaq Allaha məxsusdur və sizin Allahdan başqa bir dostunuz və yardımçınız yoxdur?!(Bəqərə Surəsi, 107)
Gün ərzindəhər hansı bir mövzuda müvəffəqiyyət qazanmaq üçün ya da bir işlə məşğul olduğumuz zaman bizə köməkçi olan Allahdır. Hətta o işi asanlaşdırdığı kimi, onu yaradan, bizə istədiyimiz şeyi istədiyimiz anda etdirən də yalnız Rəbbimizdir. Allahın böyüklüyünü göz ardı edən bir insan zənn edir ki, ona kömək edən ya iş yoldaşıdır, ya ailəsi və ya başqa bir insandır...
Əlbəttə bu kəslər məlumatları və həyat təcrübələri ilə insana köməkçi ola bilərlər. Ancaq bunların hamısının bir səbəb olduğunu ağılınızdan çıxarmayın. Çünki, Allah dünya həyatında nəticələri müəyyən səbəblərə bağlamışdır. Sözgəlişi, almanı yetişdirə bilmək üçün toxum əkmək, sulamaq, gübrələmək lazımdır. Baxbunlar Allahın qoymuş olduğu səbəblərdir. Adam ancaq bu şərtləri lazımı qaydada etdikdən sonra Allahdan daha çox məhsul ümid edə bilər.
Reallaşan hər hadisədə nəticənin Allaha aid olduğunu və Allahın təqdirinə könüldən razı olmanız lazım olduğunu heç vaxt unutmayın.
Unutmayın sizi bütün təhlükələrdən, xəstəliklərdən çətinlik və bəlalardan qoruyan, əsirgəyən tək Allahdır. Xəstələndiyinizdə sizi yaxşılaşdıranın həkiminiz və içdiyiniz dərman olduğunu düşünürsünüz. Əlbəttə insan Allahınyaratdığı bu yollara müraciət etməlidir. Amma nəticədə özünü bu xəstəlikdən qurtaracaq olanın yalnız və yalnız Allah olduğunu da qəti olaraq bilməlidir. O diləmədikdən sonra nə mütəxəssis həkimlərin, nə ən bahalı dərmanların, nə də ən yaxşı xəstəxanaların insana heç bir faydası toxunmaz. Şəfanı verəcək olan Allahdır. Allah dilədiyi adama bir imtahan verərək səbəbsiz bir xəstəlik verə biləcəyi kimi, dilədiyi adamı səbəbsiz olaraq yaxşılaşdıra bilər də. Allah bu ilahi həqiqətiQuranda Hz. İbrahimin (ə.s.) sözləri ilə belə bildirmişdir:
Xəstələndiyim zaman mənə yalnız O, şəfa verir. (Şuəra Surəsi, 80)
Bütün qüvvət yalnız Allahın əlindədir. Bu həqiqətiunudub nə özünə nə bir başqasına - Allahın diləməsi xaricində - ən kiçik bir köməyə belə güc çatdıra bilməyəcək varlıqlardan mədət ümid etmək, insana həm dünyada həm də axirətdə çox böyük fəlakət gətirər. Mədət ümid edilən bu kəslər də eyni dərəcədə acizdirlər, nəinkibaşqa birinə, özlərinə belə - Allahın diləməsi xaricində - kömək edə bilməzlər. Allah Əraf Surəsində belə buyurur:
Sizin Ondan başqa tapındıqlarınız isə nə sizə, nə də özlərinə bir köməklik edə bilər!” (Əraf Surəsi, 197)
Tək Allahdan qorxmanız və tək Onun razılığını qazanmanız olduğunu unutmayın. Həyatınızda vacibolduğunu düşündüyünüz və ya güc sahibi kimi gördüyünüz, öz özünüzə gözünüzdə böyütdüyünüz heç bir insanın, həqiqətdəözünə aid heç bir gücü yoxdur. Belə olduqda bir insandan, Allahdan qorxduğu kimi qorxmaq, çəkinmək və ya Allahı sevdiyi kimi sevmək Qurana görə “o adamı Allaha bərabər və şərik”tutmaqdır ki, Quranda Allah bunun böyük bir günah olan şirk olduğunu bildirmişdir:
İnsanların içərisində Allahdan qeyrilərini (Allaha) şərik qoşub, onları Allahı sevən kimi sevənlər də vardır. Halbuki iman gətirənlərin Allaha məhəbbəti daha qüvvətlidir. Əgər (özlərinə) zülm edənlərin vaxtında görəcəkləri əzabdan xəbərləri olsaydı, onlar bütün qüdrətin Allaha məxsus olduğunu və Allahın əzabının şiddətli olacağını bilərdilər. (Bəqərə Surəsi, 165)
Yuxarıdakı ayədə də xəbər verildiyi kimi inananlar Allahın razılığını hər şeydən üstün tutarlar. Bu elə əhəmiyyətli bir mövzudur ki, əgər insanın həyatı bu təməl üzərinə olsa, insan hər an Allahdan başqa qorxacaq, çəkinəcək, möhtac olunacaq, boyun əyiləcək bir varlıq olmadığını bilər. Bu şüurla həqiqimənada azadlığa sahib olar, eyni zamanda sonsuz güc sahibi bir Vəli əldə etmiş, məğlub edilə bilməz bir adam olar. Bu şəkildə var olan hər şeyin bütün ehtiyaclarını aradan qaldıran, daxili dincliyi və sükunət verən, çətinlik və ehtiyac içində olana kömək edən, hər kəsin etdiklərinin qarşılığını əskiksiz olaraq verən və qoruyan Allahın razılığını qazanmağı ümid edər. Quranda Allah rizasının əhəmiyyətinə belə bir nümunə verərək bildirir:
Elə isə binasını Allah qorxusu və rizası üzərində quran kəs daha yaxşıdır, yoxsa uçulmaqda olan bir yerin (uçurumun) kənarında qurub onunla birlikdə cəhənnəm oduna yuvarlanan kəs?! Allah zalım tayfanı doğru yola yönəltməz! (Tövbə Surəsi, 109)
İnsanların çoxunun içinə düşdüyü ən böyük yanılmalardan biri budur: Bütün həyatını insanları razı etmək üzərinə qurmaq. Halbuki özünü yaradanı və yaşadanı unudub insanları razı etmək üçün xərclənən hər saniyə, görülən hər iş, sonunda o adama əzab olaraq dönər. Allah bu mövzu ilə əlaqədar olaraq Quranda, düşünə bilənlər üçün çox hikmətli bir nümunə vermişdir. Ayədə belə buyurulur:
Allah (müşriklərlə müvəhhid möminlər barəsində) bir məsəl çəkir: “Bir adamın (kölənin) bir-biri ilə çəkişən (pis xasiyyətli) bir neçə şərikli ağası var (hərəsi onu haqqı çatan qədər işlədir). Başqa bir adamın da yalnız bir ağası var (təkcə ona xidmət edir). Onların hər ikisi vəziyyətcə eyni ola bilərmi?! Həmd (şükür və tərif) ancaq Allaha məxsusdur, lakin onların (müşriklərin) əksəriyyəti (bu həqiqəti) bilməz!(Zumər Surəsi, 29)
Allah, Öz istədiyi şəkildə yaşayan qullarını həm dünyada həm də axirətdə ola biləcək ən gözəl həyatla yaşadar. Amma Allahın razılığına uyğun gəlməkdən uzaqlaşıb, özü kimi aciz bir qul olan insanlardan və ya başqa varlıqlardan mədət ümid edənlər daim böyük bir çıxılmaz bir zülm içərisində olarlar. Allah bunu bir ayəsində belə bildirir:
Həqiqətən, Allah insanlara zərrə qədər zülm etməz, lakin insanlar özləri özlərinə zülm edərlər! (Yunus Surəsi, 44)
Dahası Allah ilə birlikdə başqa ilahlar qəbul edənlər ayədə bildirildiyi kimi, qınanmış olaraq öz başına, tək və köməksiz buraxılarlar.
Allahla yanaşı başqa tanrı qəbul etmə. Yoxsa xar olar, zəlil vəziyyətə düşərsən! (İsra Surəsi, 22)
Dünyada Allahı unudaraq qəflətə dalanlar bütün işlərində çətinliyin əksik olmayacağı, dinclik və xoşbəxtliyi əsla yaşaya bilməyəcəkləri bir ömür sürərlər. Əslində bu, yer üzündəki mükəmməl və qüsursuz sistemlərin təsadüflər nəticəsində reallaşdığını düşünən zehniyyətə verilən ədalətli bir qarşılıqdır. Axirətdə isə onlar üçün nankorluqlarının qarşılığı olaraq dəli kimi yanan bir atəş vardır.
Unutmayın ki “Allah qorxusu” dinin təməlidir. Allah, ancaq Özündən qorxub çəkinənə, doğrunu səhvdən ayırma qabiliyyətini verər ki, bu bir insan üçün ola biləcək ən böyük nemətlərdən biridir. Çünki həm qısa və keçici olan dünya həyatı həm də öldükdən sonra başlayacaq əsl sonsuz həyat ancaq bu anlayışla ən gözəl şəkildə formalaşır.
Ey iman gətirənlər! Əgər Allahdan qorxsanız, O sizə haqla-nahağı ayırd edən (bir nur) verər (dünyada və axirətdə çıxış yolu göstərər), günahlarınızın üstünü örtüb sizi bağışlayar. Allah böyük lütf (mərhəmət) sahibidir! (Ənfal Surəsi, 29)
Digəryandan Quranda Allahın varlığını bildiyi halda Onu lazımıkimi təqdir edə bilməyən və Allahdan qorxub çəkinməyən insanların varlığına da diqqət çəkilir. Ayələrdən bəziləri belədir:
De: “Sizə göydən və yerdən kim ruzi verir? Qulaqlara və gözlərə sahib olan (onları yaradan) kimdir? Ölüdən diri, diridən ölü çıxardan kimdir? Hər işi düzüb qoşan (sahmana salan) kimdir? Onlar: “Allahdır!” – deyəcəklər. De: “Bəs onda Allahdan qorxmursunuz?” O sizin həqiqi Rəbbiniz olan Allahdır. Artıq haqdan sonra zəlalətdən başqa nə qalır?! Belə isə (haqdan) necə döndərilirsiniz?”(Yunus Surəsi, 31-32)
Ayələrdə təsvir edilən adam, Allahın varlığını dərk edir, bu həqiqəti təsdiq edir. Lakin buna baxmayaraq Allahdan qorxub-çəkinmir. Əslmöminlər isə, Rəbbimizə qarşı dərin bir qorxu içərisindədirlər və qiyamət saatından, hesab günündən qorxduqları üçün başqa bir ayədə xəbər verildiyi kimi Allaha qarşı “içləri titrəməkdə” olanlardır.
Nəticədə insan nə edirsə etsin, istər özünə buyurulanlarıyadda saxlayıbqulluq etsin, istəsə bütün öyüdləri unudub bir tərəfə buraxsın Allaha dönəcəyio günə doğru sürətlə irəliləməkdədir. İnsanlar bu həqiqətən bir ayədə belə xəbərdar edilmişlər:
Ey insan! Sən (ölənə qədər) Rəbbinə doğru çalışıb çapalayırsan. Sən Ona qovuşacaqsan! (Sənin qısa ömrün gündən-günə səni Allaha yaxınlaşdırır. Ölümün gəlib çatması Allah dərgahına qovuşmaq deməkdir. Öləndən sonra Allahın hüzuruna gedib dünyada etdiyin yaxşı, pis əməllərin əvəzini tamamilə alacaqsan. Yaxşı əməllər etmisənsə, xoş halına. Pis əməllər etmisənsə, vay halına!) (İnşiqaq Surəsi, 6)
Elə isə heç vaxt Allahdan başqa qüvvət sahibinin olmadığını unutmayın. Allah ən böyük güc sahibidir. Bu həqiqəti dərk etməyənlər, Allahdan başqalarını şərik tutarlar, üstəlik bunlardan Allahdan qorxar kimi qorxarlar. Halbuki heç bir insan ya da birlikmüstəqil bir gücə sahib deyil. Güc sahibi olan yalnız Allahdır. Bütün varlıqlar Allaha boyun əymişdir. Belə ki, göylərdə və yerdə nə varsa, istəsə də istəməsə də Allaha təslim olmuşdur və Onun idarəsindədir. Tək bir hüceyrədən milyardlarla qalaktikaya, insanlardan heyvanlara, dağlardan küləklərə qədər bütün varlıq aləmi Allaha təslimdir. Elə isə Allaha aşağıdakı ayədə bildirildiyi şəkildə şükür etməyi unutmayın:
Ona görə ki, onları minəsiniz, sonra minib oturduğunuz zaman Rəbbinizin nemətini yada salaraq deyəsiniz: “Bunları bizə ram edən Allah pakdır, müqəddəsdir! (Əgər Allahın köməyi olmasaydı) bizim onlara gücümüz çatmazdı.(Zuxruf Surəsi, 13)
Heç kim Allahın idarəsi və diləməsi xaricində hərəkət edə bilməz, tək bir söz də söyləyə bilməz. Bunun üçün də sizə deyilən hər söz, başınıza gələn hər hadisə Allahdandır, yəni Vəlinizdən, gerçək, yeganə Dostunuzdan. Əgər möminsinizsə şər kimi görünən şeylərin arxasındamütləq sizin üçün bir xeyir və gözəllik gizlənmişdir; Allah bunu bilər siz isə bilməzsiniz. Siz hər hansı vəziyyətlə qarşılaşsanız qarşılaşın bu həqiqətləri düşünərək davranmağı unutmayın.
Allahın çox bağışlayıcı olduğunu, tövbə imkanının sizin üçün daim var olduğunu unutmayın. Siz hər nə səhvə yol versəniz belə səmimi peşmanlıqla və bir daha təkrarlamamaq niyyəti ilə Allaha yönəldiyinizdə Allahtövbələri qəbul edər. Səmimiyyətlə imtina edilən hər səhvi, günahı bağışlayacağını Allah qullarına belə bildirər:
(Mənim adımdan) qullarıma de: “Ey Mənim (günah törətməklə) özlərinə zülm etməkdə həddi aşmış bəndələrim! Allahın rəhmindən ümidsiz olmayın. Allah (tövbə etdikdə) bütün günahları bağışlayar. Həqiqətən, O bağışlayandır, rəhm edəndir! (Zumər Surəsi, 53)
Dünyada hər səhvin, günahın geri dönüşü, tövbə imkanı və bağışlanılma ümidi vardır. Allahın dinində adam keçmişdə etdiklərinin yükünü kürəyində daşımaq vəziyyətində deyil. Allahdan üzr istəməsi və səmimi olaraq Ona yönəlməsi onu bu yükdən qurtaracaq və artıq bu adamın son vəziyyəti əhəmiyyətli olacaq. Amma unutmayın Allah ancaq səmimi olduğunuz təqdirdə tövbənizi qəbul edər, yoxsa ölüm sizə gəlib çatanda deyil.
Quranda azğınlığı və özünü “Allah” kimi qələmə verənFiron belə boğulacağını anlayınca tövbə etməyə cəhd etmişdi. Allah ölüm anında edilən tövbənin hökmünü ayələrində belə xəbər vermişdir:
Allah yanında yalnız o kəslərin tövbəsi qəbul olunar ki, onlar nadanlıq ucundan pis bir iş gördükdən sonra dərhal tövbə edərlər. Allah belələrinin tövbəsini qəbul edir! Həqiqətən, Allah (hər şeyi) biləndir, hikmət sahibidir! Günah işlər görməkdə davam edərək ölüm yetişən anda: “Mən indi tövbə etdim” deyənlərin və kafir olaraq ölənlərin tövbəsi qəbul olunmaz. Biz onlar üçün şiddətli bir əzab hazırlamışıq! (Nisa Surəsi, 17-18)
Allahın sonsuz səbir sahibi olduğunu unutmayın. Allah etdikləri səhvlərə qarşılıq insanlara müəyyən bir müddət tanıyar. Bu vəziyyət işlədiyi bir günahın dərhal ardından qarşılığını görməyən kəsləri qəti olaraq aldatmamalıdır. Çünki Allah qullarının zülmlərinə qarşılıq onlara müddət tanıyandır. Əgər adam bunu dərk edər və bağışlanma diləsə Allahı bağışlayıcı olaraq görər. Tam tərsini etdiklərində, inadçıolsa və Allahın əmrlərindən üz çevirsə etdiyi pis əməllərinin nəticəsini mütləq dadacaq:
Əgər Allah insanları zülmləri üzündən cəzalandırsaydı, yer üzündə heç bir canlını sağ buraxmazdı. Lakin (Allah) onlara müəyyən müddət (ömürlərinin sonunadək) möhlət verər. Əcəlləri gəlib çatdıqda isə (ondan) bircə saat belə nə geri qalar, nə də irəli keçə bilərlər. (Nəhl Surəsi, 61)
Allaha qulluq etməkdən başqa bir yolunuz olmadığını unutmayın. Çünki Allah insanları Özünə qulluq etmələri üçün yaratdığını bir ayəsində belə bildirmişdir:
Mən cinləri və insanları yalnız Mənə ibadət etmək üçün yaratdım!(Zariyat Surəsi, 56)
Sahib olduğumuz hər şeyi verən, bizi Yaradan, yaşadan sonra dilədiyi zaman həyatımıza son verəcək olan Rəbbimizə təslim olub, Onun istədiyi kimi bir həyat sürdürmək, heç vaxt qopmayan bir ipdən yapışmış kimidir:
Kim yaxşı əməl sahibi olub özünü (səmimi-qəlbdən) Allaha təslim edərsə, o artıq ən möhkəm ipdən (Qurandan, imandan) yapışmış olur. Bütün işlərin axırı Allaha gəlib çıxacaqdır! (Loğman Surəsi, 22)O Allah Rəbbinizdir! Ondan başqa heç bir tanrı yoxdur. Hər şeyi yaradan Odur. Buna görə də yalnız Ona ibadət edin. O, hər şeyə vəkildir! Gözlər Onu dərk etməz. O, gözləri dərk edər. O, lətifdir, hər şeydən xəbərdardır! (Ənam Surəsi, 102-103)
0 yorum:
Yorum Gönder