DƏCCAL SİSTEMİ İSA MƏSİHİN VƏ HZ. MEHDİ (Ə.S)-IN ZÜHURU ÜÇÜN XÜSUSİ OLARAQ YARADLMIŞDIR


Uca Rəbbimiz, dünya həyatının sonunun yaxınlaşdığı axır zaman adı verilən dövrdə, bütün çətinliklərin, döyüşlərin, terror, degenerasiya və qorxuların hökm sürdüyü bir zamanda, dünyaya mübarək bir şəxsi göndərəcək və onun vəsiləsiylə hər cür zülmü və ədalətsizliyi sona çatdıracaq. Bu mübarək şəxs Hz. Mehdi (ə.s.)-dır. Hz. Mehdi (ə.s.)-ın zühurunun ardından Hz. İsa (ə.s.) yenidən yer üzünə gələcək və Hz. Mehdi (ə.s.) ilə birlikdə, bütün dünyaya İslam əxlaqını hakim edəcək. Hz. İsa (ə.s.)ın və Hz. Mehdi (ə.s.)ın çıxışından əvvəl dünyanın böyük bir hərci mərcilik içində qalacağı və dünyaya dinsizliyi, əxlaqi çöküntünü, zülmü, haqsızlığı və qan tökməyi yayacaq dəccaliyətin ortaya çıxacağı bildirilmişdir. Allah, adetullahı gərəyi zidd düşüncələri birlikdə yaradar. Allah, Hz. Musanı yaratdığında onun ziddi olan Fironu da yaratmışdır. Hz. İbrahimi yaradan Allah, ona qarşı gələcək olan Nemrudu da yaratmışdır. Allah, axır zaman dediyimiz və rəvayətlərə görə içində olduğumuz bu dövrdə isə masonların idarəsindəki dəccaliyəti və dəccaliyətin əhəmiyyətli oyunlarından biri olan Darvinizmi yaratmışdır. Axır zamanda Hz. İsa (ə.s.)ın və Hz. Mehdi (ə.s.)ın insanları gözəl əxlaqa, imana, dincliyə və təhlükəsizliyə dəvət etmələri qarşısında; qarışıqlığı və qarşıdurmanı müdafiə edən, mərhəmətsizliyi və eqoizmi təlqin edən, insanları dağıtmaya və həlaka sürüyən dəccaliyət, yəni masonluq, bu məqsədlə Darvinizmi istifadə etməkdədir. .

Böyük İslam alimi Bədiüzzaman Səid Nursi Həzrətləri, Əmirdağ Lahikasında Hz. Mehdi (ə.s.)ın birinci vəzifəsinin, Darvinizmin və materializmin insanlar üzərindəki təsirini tam olaraq qaldırıb, bu dəccalı axınları fikirlə yerlə bir etmək olduğunu ifadə etmişdir. Bədiüzzaman, Hz. Mehdi (ə.s.)ın, Darvinizm və materializmə qarşı qazanacağı qəti müvəffəqiyyət ilə insanların imanına vəsilə olacağını belə xəbər vermişdir: .

Çox vaxt məktublarımda işarə etdiyim kimi, Mehdi Al-i Rəsulun (Peyğəmbərimiz (s.ə.v.)in soyundan gələn Hz. Mehdinin) təmsil etdiyi qüdsi (müqəddəs) camaatının şəxsi mənəvisinin üç vəzifəsi var. ... Birincisi: Fən və fəlsəfənin tasallutiylə (təsiriylə) və maddiyyun və tabiyyun (materializm və Darvinizm inancını) bəşər (insanlıq) içində endisəyər etməsiylə  (yayılmasıyla) hər şeydən əvvəl fəlsəfəni və maddinin fikirini (materialist düşüncəni) tam susduracaq bir tərzdə imanı qurtarmaqdır.".

Bu səbəbdən Hz. Mehdi (ə.s.)ın əsl vəzifələrindən bir dənəsi, materialist və Darvinist fəlsəfəni fikirlə tam mənasıyla ortadan qaldırmaq və Allah inancını dünyaya hakim etməkdir. Masonların axır zamanda kütlələrə yaydığı bu azğın din, Allahın icazəsiylə Hz. Mehdi (ə.s.) tərəfindən elmlə yox ediləcək. .

Yalanlarla bütün  dünyanı aldatmağı bacarmış olmaları, Darvinist diktatorluğun bütün dünya üzərində saxta bir suverenlik qurmuş olması, Darvinistləri aldatmaqdadır. Darvinistlər, bu saxta müvəffəqiyyətin Allahın yaratdığı imtahanın bir sirri olduğunu fərq edə bilmədiklərindən, bunu gerçək bir müvəffəqiyyət zənn etmiş və yıxılmayacaqlarını sanmışlar. Halbuki belə saxta müvəffəqiyyətlər, gerçək və doğru olanın ortaya çıxıb üstün gəlməsi üçün reallaşar. Nəticəsində isə mütləq, Allahın istədiyi, Allahı ucaldan düşüncə qalib olub üstün gəlir. .

Bu anda Darvinizmin vəziyyəti də belədir. Saxtakarlıqla əldə edilən dünya hakimiyyəti böyük bir məğlubiyyətə doğru getməkdədir. Çünki bu, Darvinizmin qədəridir. Darvin, Allah dilədiyi üçün Darvinizmi ortaya atmışdır. Darvinizm, Allah dilədiyi üçün dünyaya hakim olmuşdur. Və indi bu azğın inanc, Allah dilədiyi və Allahın qədərdə təqdir etdiyi vaxt gəldiyi üçün köklü və böyük bir məğlubiyyətə düşməkdədir. İnsanlar, Allahın təyin etdiyi bir tale daxilində Darvinizm fitnəsinə inanmışlardı. İndi də, yenə Allahın təyin etdiyi qədər içində, Hz. İsa (ə.s.) və Hz. Mehdi (ə.s.)-a tabe olacaq və bütün dünya, Hz. Mehdi (ə.s.)-ın, Darvinizmi, materializmi, qısacası bütün dəccalı sistemləri ortadan qaldırıb fikirlə yox etməsiylə bu azğın fitnədən xilas olacaq və dincliyə qovuşacaq..

Bütün dəccalı sistemlər, yox olmağa və məğlub olmağa məhkum olaraq yaradılmışdır. Darvinizm də belədir və Allahın diləməsiylə böyük bir məğlubiyyət və yox olma içindədir. Tarixin ən böyük kütlə yalanı olan Darvinizm, tarixin ən böyük məğlubiyyətini yaşamaqdadır. Darvinizm tarixi, gələcək nəsillərin qarışıqlıq içində xatırladığı bir utanc dövrü olaraq xatırlanacaq..

Uca Allah, hökmünə baş əyilən, bütün varlıqları nəzarəti və iradəsi altında tutandır. Allahın təyin etdiyinin xaricində azğın bir din meydana gətirib, bu uğurda səy göstərdiklərini zənn edən Darvinistlər, əslində istəsələr də istəməsələr də, Allahın hökmünə boyun əymiş olaraq yaşayarlar. Allah bir ayəsində belə bildirmişdir:.

Yaxşı onlar, Allahın dinindən başqa bir dinmi axtarırlar? Halbuki göylərdə və yerdə hər nə varsa -istəsə də, istəməsə də- ONA təslim olmuşdur və ONUN hüzuruna qayıdacaqdır. (Ali- İmran Surəsi, 83) 
Dəccalın oyununa gələn Darvinistlər də daxil bütün varlıqlar, mütləq bir gün Allahın hüzurunda toplanacaqlar. Rəbbimizin Qatında hesaba çəkiləcək və etdiklərindən, düşündüklərindən, tətbiq etdiklərindən ötəri sorğulanacaqlar. Hesab günü qəti bir gerçəkdir. Bu səbəblə masonların təsiri altında qalmış olan bütün Darvinistlərin, gerçəkləri açıqca gördükləri bu günlərdə, inadçı və qürurlu israrlardan imtina edib, vicdanlarına uyğun gəlmələri və doğru yolu seçmələri qurtuluşa gedən ən əhəmiyyətli yoldur. Allahın hökmü haqqdır, mütləq reallaşacaq və qurulmuş heç bir nizam, Allah diləmədikcə, bunun önünə keçə bilməyəcək. Darvinizm yalanlarına bağlı qalmada israr edən, bu yalanın arxasından qaçmağa və insanları aldatmağa davam etməkdə qərarlı olan hər insanın bu həqiqəti heç bir zaman unutmaması lazımdır.
Artıq sən, öyüd verib-xatırlat. Sən, yalnız bir öyüd verici-bir xatırladıcısan. Sən onların üzərində hakim deyilsən. Ancaq kim üz çevirər və inkar etsə, Allah, onu ən böyük əzab ilə əzablandırar. Şübhəsiz onların dönüşləri Bizədir. Sonra onları hesaba çəkmək də əlbəttə Bizə aiddir. (Ğaşiyə Surəsi, 21-26)

0 yorum:

Yorum Gönder