Peyğəmbər Əfəndimiz (s.ə.s.)ın mübarək şəxsini tanıyan, onunla birlikdə yaşamaq şərəfinə çatmış möminlərdən ibarət Səhabəi Kiramın həyatları və əxlaqları, İslam tarixi boyunca yaşamış bütün Müsəlmanlar üçün böyük şövq qaynağı olmuşdur. Xanım ya da kişi fərq etmədən, cəsarətləri, əzm və dözümləri, iman qüvvətləri, gördükləri bütün təzyiq və zülmə qarşı Allaha və Elçisinə (s.ə.s.) olan sədaqətləri və Rəsulullahın (s.ə.s.) nəfsini öz nəfslərindən üstün tutmaları, əsrlərdir İslam tarixində şərəflə xatırlanır.
Uca Allah, Səhabəi Kiramın ixlaslı rəftarlarını tarix boyunca yaşamış olan bütün Müsəlmanlar üçün bir nümunə etmişdir. Onların o dövrün çox çətin şərtləri altında verdikləri əsl mübarizə, yaşadıqları dərin iman coşğusu və sədaqət, Allaha olan sevgiləri, Peyğəmbərimizə (s.ə.s.) olan məhəbbətləri Allahın icazəsiylə İslamın qısa müddətdə bütün dünyaya yayılmasına və insanların geniş kütlələr halında haqq din əxlaqına yönəlməsinə vəsilə olmuşdur.
Allah yolunda verdikləri bu müqəddəs mübarizələri boyunca təzyiq, əziyyət və zülmə məruz qalan qiymətli Səhabələr kimi, "Yoxsa sizdən əvvəl gəlib-keçənlərin halı başınıza gəlmədən cənnətə girəcəyinizimi sandınız?…" (Bəqərə Surəsi, 214) ayəsinin bir təcəllisi olaraq tarix boyunca digər möminlərin də başından bənzər hadisələr keçmişdir. Ancaq bütün bu mənfi şərtlərə və maneələrə səbir və iradə sahibi olub, müqavimət göstərən möminlər, Allahın izni ilə çox şərəfli bir həyat yaşayaraq bu gün bütün Müsəlmanların böyük bir hörmətlə andıqları bir şövq qaynağı olmuşlar.
Ümmü Gülsüm Binti Ukbə (r.ə.)
Məkkəli olan Ümmü Gülsüm Binti Ukbə, Qureyş qəbiləsinə mənsub bir xanım səhabədir. Allah və Rəsuluna (s.ə.s.) hicrət etmək üçün Məkkədəki evini tərk edib, Mədinəyə tək başına gəlib, hicrət etmə cəsarətini və iradəsini göstərmiş bir mühacir xanım olan Ümmü Gülsüm Binti Ukbə, Hz. Osmanın eyni anadan olan bacısıdır. Atası isə Peyğəmbər Əfəndimizə (s.ə.s.) və İslam əxlaqına kin və düşmənlik bəsləyən Ukbə bin Əbi Muaytdır.
Ümmü Gülsüm Binti Ukbə, Məkkədə Müsəlman olaraq Rəsulullaha (s.ə.s.) beyət etdiyi andan etibarən, digər Müsəlmanlar kimi işgəncəyə məruz qalmışdı. Din əxlaqını tərk etməsi üçün başda atası olmaq üzrə müşriklərdən zülm və təzyiq görmüş, lakin bütün bu zalımlıqlara baxmayaraq Allaha və Rəsuluna olan sevgi və bağlılığından və din əxlaqından əsla taviz verməyərək bütün möminlərə nümunəvi əxlaq sərgiləmişdir. Ailəsindən gördüyü təzyiq səbəbi ilə Peyğəmbərimiz (s.ə.s.) və mömin qardaş-bacıları ilə birlikdə Mədinəyə köç edə bilməyib, yeddi il boyunca Məkkədə müşriklərin arasında tək başına yaşamaq məcburiyyətində qalmışdır. Yeddi ilin sonunda bütün təhlükə və maneələrə baxmayaraq böyük bir iradə göstərərək Mədinəyə Peyğəmbər Əfəndimizin (s.ə.s.) və mömin qardaşlarının yanına tək başına hicrət etmişdir. Mədinəyə çatdığında "Məni müşriklərə geri döndərməyin" deyərək Hz. Məhəmmədə (s.ə.s.) sığınmışdır.
Ümmü Gülsüm Binti Ukbə, Uca Allahın təqdir etdiyi qədərə hər mühitdə və hər şərtdə razılaşan imanlı bir xanım idi. Yeddi il boyunca ailəsinin təzyiqi ilə Məkkə müşriklərinin arasında yaşadığı xüsusi imtahan mühitində Allaha sığınaraq, Ona dua edərək güc tapmış ən sonunda da Mədinəyə hicrət edərək Peyğəmbərimizin (s.ə.s.) yanında fəraha və hüzura qovuşmuşdur. Bütün çətinliklərə baxmayaraq tək başına etdiyi hicrət səfəri, iman həyəcanı, göstərdiyi səylər və fədakarlığı möminlərə açıq bir dəlilidir.
Fatimə Zəhra (r.ə.)
Fatimə Əl Zəhra və ya Əz Zəhra olaraq da bilinən Hz. Fatimə, Hz. Məhəmmədin (s.ə.s.) və ilk xanımı Hz. Xədicənin qızı, dördüncü İslam xəlifəsi Hz. Əlinin yoldaşı və seyidlərin anasıdır. Qiymətli Peyğəmbərimizin (s.ə.s.) nəsli Hz. Fatimə vəsiləsi ilə davam etmişdir. Hz. Fatimə və Hz. Əlinin 2 oğlu (Hz. Həsən və Hz. Hüseyn) və 2 qızı (Hz. Zeynəb və Hz. Ummü Gülsüm) olmuşdur.
Peyğəmbərimizin (s.ə.s.) ən kiçik qızı olan Hz. Fatimə, hicrətdən on üç il əvvəl Məkkədə doğulmuşdur. Ona Fatimə adı verilməsi ilə bağlı bir hədsidə Peyğəmbərimiz (s.ə.s.) belə buyurmuşdur:
Deylemi Əbu Hureyrə (r.ə.)dan rəvayət etmişdir:
"Onu sevənləri, Allahın Cəhənnəmdən uzaqlaşdıracağı üçün qızıma Fatimə adını verdim."
Özünə gözəl əxlaqı səbəbi ilə "ağ üzlü, nur, ağ, parlaq, və işıqlı" mənasını verən "Zəhra" və "dünyəvi həvəslərdən uzaq, ibadət üçün özünü Allaha yönəldən, iffətli və namuslu" mənasını verən "Betül" ləqəbləri verilmişdir. Çox kiçik yaşlarda da nümunə bir əxlaqa sahib olan Hz. Fatimə, son dərəcə təvazökar, söz və davranışlarında ağır bir xanım idi. Daim az və hikmətli danışardı.
Kiçik yaşına baxmayaraq İslam əxlaqına tabe olmanın verdiyi iman gücü ilə Peyğəmbər Əfəndimizə (s.ə.s.) kömək etmiş və atasının yanından ayrılmayaraq Qureyş kafirlərinin işgəncələrinə qarşı böyük bir dözüm göstərmişdir. Məkkədə Müsəlmanlara edilən təzyiq və zülmün artdığı bir dövrdə Rəbbimizin Peyğəmbərimiz (s.ə.s.) verdiyi hicrət izni ilə, atası ilə birlikdə Mədinəyə köç etmişdir.
Peyğəmbər Əfəndimizin (s.ə.s.) vəfatından altı ay sonra vəfat etmiş, gənc yaşında göstərdiyi iman iradəsi və şövq ilə bütün möminlərə nümunə olan bir həyat sürmüşdür.
Zeynəb Binti Əli b. Əbu Talib (r.ə.)
Əməvi xəlifəsi Müaviyənin oğlu olan Yezidin çıxardığı Kərbəla hadisəsində bütün möminlərə nümunə bir cəsarət göstərərək qardaşı Hz. Hüseynin yanında olmuşdır. Hz. Hüseyn və yanında olan təxminən 72 nəfər şəhid edildikdən sonra əsir alınan Hz. Zeynəb bu əsarəti əsnasında da hər cür təzyiqə baxmayaraq Uca Allaha olan sevgisini və İslam əxlaqının gözəlliklərini təbliğ etməkdən boyun qaçırmamışdır. Qardaşının və digər möminlərin şəhadətindən sonra əsarət altına alınan Hz. Zeynəb, ona mənəvi təzyiq edən Ubeydullah b. Ziyada : "Bizləri Məhəmməd (s.ə.s.) ilə şərəfləndirən və tərtəmiz edən Allaha həmd olsun! Onların qədərinə ölüm yazılmışdı. Onlar da öldürüləcəkləri yerə gəldilər. Allah onları və səni bir araya gətirəcək və sizlər qarşılıqlı olaraq Onun hüzurunda mühakimə olunacaqsınız.", cavab verir. Bu onun mömin qardaşlarına olan sevgisinin və Allaha olan güclü təvəkkülünün açıq bir dəlilidir. Yezidin məhkəməsinə çıxarıldığında Hz. Zeynəb bir daha böyük cəsarət nümunəsi göstərərək Yezidin xəlifəliyinin etibarsız olduğunu elan etmişdir.
Hz. Zeynəb, H. 65 (684-85) ili civarında Misirdə vəfat etmiş və Kanatırü's-Siba' deyilən yerdə dəfn edilmişdir.
Hamne Binti Cahş (r.ə.)
Peyğəmbərimiz Hz. Məhəmmədin (s.ə.s.) bibisinin qızı və xanımlarından Zeynəb binti Cahşın (r.ə.) da bacısıdır. Bu vəsilə ilə Peyğəmbər Əfəndimizə (s.ə.s.) yaxın qohum olma şərəfini əldə etmişdir.
Hz. Hamne, Rəsulullaha (s.ə.s.) ilk beyət edən, İslamla ilk şərəflənən xanımlardandır. Bütün ürəyiylə Uca Allaha və Rəsuluna (s.ə.s.) təslim olmuş, Peyğəmbərimizin (s.ə.s.) bildirdiyi əmr və qadağalara könüldən itaət etmiş bir xanımdır. O dövrdə müşriklərin etdikləri bütün təzyiq və zülmlərə imani yetkinliklə müqavimət göstərmiş və imanından taviz verməmişdir. Özü kimi qiymətli bir səhabə olan yoldaşı Mus'ab İbni Umeyr (r.ə.) ilə birlikdə İslam əxlaqını yaşamaq məqsədi ilə müşriklərə qarşı iman mübarizəsini davam etdirmişlər və bundan taviz verməyiblər. Məkkədə zülmlər artanda Peyğəmbərimiz (s.ə.s.) ilə birlikdə hərəkət edərək Mədinəyə köç edən ilk xanım səhabələrdən olmuşdur.
Mus'ab İbni Umeyr (r.ə.)
Məkkənin zəngin ailələrindən birinə mənsub olan Mus'ab İbni Umeyr (r.ə.), İslamı qəbul edən ilk Müsəlman xanımlardan olan Hamne Binti Cahşın yoldaşıdır. O günün şərtlərinə görə zənginlik və ehtişam içində yaşayan Hz. Musab, Peyğəmbər Əfəndimizin (s.ə.s.) insanları İslam əxlaqına dəvət etdiyini öyrəndiyində vaxt itirmədən Hz. Məhəmmədə (s.ə.s.) tabe olaraq Müsəlman olmuşdur. Peyğəmbər Əfəndimiz (s.ə.s.) bu qiymətli səhabəmiz haqqında belə buyurmuşdur:
"Məkkədə Mus'ab b. Umeyrdən daha gözəl geyinən, daha yaraşıqlı və nemətlər içində üzən başqa bir gənc görmədim"
Bu sırada Mədinədə İslamı qəbul etmiş olan bir qrup Müsəlman, Hz. Məhəmməddən (s.ə.s.) özlərinə İslam əxlaqını izah edəcək və İslamı digər insanlara da təbliğ edəcək bir təlimçi istəyəndə, Rəsulullah (s.ə.s.) Hz. Musabı Mədinəyə getmək üzrə vəzifələndirmişdir. Bu vəsilə ilə Mədinəyə ilk köç edən səhabə olmuş və nəzakəti, məhəbbəti, təvazökarlığı və mərhəməti ilə Mədinəlilərin könüllərini İslam əxlaqı ilə isitmişdir. Onun insanlara gülər üzlə, səmimi və içdən münasibəti, isti və yaxın əlaqəsi, könülləri Sevimli Peyğəmbərimizə (s.ə.s.) və İslam əxlaqına doğma etmişdir. Bir il sonra Həcc zamanında Məkkəyə gələn Hz. Musab, İslamın Mədinədəki sürətlə yayılmasını Sevimli Peyğəmbərimizə (s.ə.s.) "İslamın girmədiyi və danışılmadığı ev qalmadı" sözləri ilə müjdələmişdir.
Musab İbni Umeyr (r.ə.)ın İslam əxlaqını təbliğdəki həyəcanı, eşqi, məhəbbəti və həssaslığı nümunə götürüləcək ən gözəl davranışlar olaraq bizlərə gəlib çatmışdır. O, yumşaq başlı, mərhəmətli və təvazökar bir Quran təlimçisi olduğu qədər, döyüş meydanlarında da yalnız Allahdan qorxan bir mömin idi. Bədir Döyüşündə də Uhud Döyüşündə də bayrağı daşıdığı üçün "Rəsulullahın (s.ə.s.) Bayrakdarı" olaraq adlandırılma şərəfinə çatmış və Uhud Döyüşündə şəhid olmuşdur.
Afra Xatun (r.ə.)
Mədinəli olan Afra Xatun, Neccar oğullarına mənsubdur. İslamı Mədinədə tanımış, heç tərəddüd etmədən Peyğəmbər Əfəndimizə (s.ə.s.) beyət etmişdir. "Mühacirlərdən Mədinədə əvvəl orada yurd salmış və iman gətirmiş kimsələr öz yanlarına hicrət edənləri sevir, onlara verdiklərinə görə qəlblərində peşmançılıq hissi duymurlar. Hətta özləri ehtiyac içində olsalar belə, onları özlərindən üstün tuturlar. Nəfsinin tamahından qorunan kimsələr nicat tapanlardır." (Həşr Surəsi, 9) ayəsinin bir təcəllisi olaraq hicrət edərək Mədinəyə gələn Məkkəli mühacir qardaşlarına xidmət etməyi şərəf bilmiş bir xanım səhabəmizdir. Uca Allahın razılığını qazanmaq üçün mühacir qardaşlarının köməyinə qaçmış, əlindən gələn xidməti əsirgəməmişdir.
Neccar oğullarından Həris İbni Rıfaa ilə etdiyi evliliyindən Muaz, Muavviz və Avf adlarında üç oğlu olan Afra Xatun, bütün oğullarını Allahın icazəsi ilə İslam əxlaqına uyğun olaraq yetişdirmişdir. Cəsarət sahibi igid bir Müsəlman xanım olan Afra Xatun, üç oğulunu Bədir Döyüşünə qatılması üçün təşviq etmiş, Allah yolunda mübarizə etmişdir. Rəbbimiz və Elçisi (s.ə.s.) yolunda dəyanətlə mücadilə vermiş, gənc oğullarının Allah və Elçisi (s.ə.s.) yolunda şəhid olmalarına nümunəvi bir səbir göstərmişdir.
Ümmi Ümarə Nəsibə binti Kab (r.ə.)
Ümmi Ümarə Nəsibə binti Kab, Peyğəmbərimiz (s.ə.s.) dövründə ixlas, cəsarət və fədakarlıqlarıyla önə çıxan salehə mömin qadınlardan biri olmuşdur. Qazilərə su paylamaq və yaralarını sarımaq vəzifəsiylə qatıldığı Uhud Döyüşünün şiddətli bir anında, Rəsulullaha (s.ə.s.) hücum edən bir kimsəyə qarşı fədakarca bir mübarizə vermişdir.
Özlərini və uşaqlarını qoruduqları kimi Allah Rəsulunu da qoruyacaqlarına dair söz vermişdilər. Akabedə Allahın Rəsuluna beyət edən Nəsibə binti Kab, döyüşün bir anda Müsəlmanların ətrafda əleyhinə çevrildiyini və düşmənlərin Allahın Rəsulunun (s.ə.s.) ətrafında sıxlaşdığını görmüş və qılınca sarılaraq Peyğəmbərimizi (s.ə.s.) qorumağa çalışmışdır. Digər səhabələrlə birlikdə Peyğəmbərimizin (s.ə.s.) ətrafını çevirərək bədənlərini ona qalxan edən kəslərdən biri olan Nəsibə binti Kab, bir çox yerindən yaralanmışdır. 6 Hz. Ömər Peyğəmbər Əfəndimizdən (s.ə.s.) rəvayət etdiyi bir hədisdə Hz. Ümmi Ümarənin Allah yolundakı şövqlü mübarizəsini belə qeyd etmişdir:
"Döyüşdə nə tərəfə baxdımsa, həmişə Ümmi Ümare, həmişə Ümmi Ümareni gördüm".
Fatimə Binti Xəttab (r.ə.)
Məkkədə doğan və Qureyşin Mahzumi qoluna mənsub olan Fatimə binti Hattabın seçmə bir qəbiləsi vardı. Yoldaşı Səid İbni Zeyd, Məkkədə məşhur qılınc ustası Habbab İbni Ərətin vəsiləsi ilə Rəsulullah (s.ə.s.) ilə tanış olmuş və İslamı qəbul etmişdi. Fatimə binti Xəttab da yoldaşının təbliği ilə İslamı və son peyğəmbər olan Hz. Məhəmmədi (s.ə.s.) öyrənmiş və heç tərəddüd etmədən Müsəlman olaraq şərəflənmişdir. Ancaq Hz. Səid və Hz. Fatimə, ilk dövrlər Müsəlman olduqlarını gizli tutmuşlar. Məkkəli müşriklərdən təzyiq və zülm görməmək və ibadətlərini yerinə yetirərkən maneə törədilməsini istəmədikləri üçün belə bir tədbir görmüşdülər.
Eyni zamanda İslam xəlifəsi olan Hz. Ömərin (r.ə.) də bacısı idi. Hz. Fatimə, iman qüvvəti, İslam əxlaqı mövzusunda heç bir güzəştə getməyən, səbir və iradəsi ilə Hz. Ömərin də İslamı qəbul etməsinə vəsilə olmuş qiymətli bir xanım səhabəmizdir.
Yoldaşı ilə birlikdə Mədinəyə hicrət edən Fatimə binti Hattab, ömürünün sonuna qədər fəzilətli, nümunəvi davranışlar sərgiləyərək həyatını davam etdirdi. Qardaşı Hz. Ömərin (r.ə.) ədalətlə hökm sürdüyü Əsri Səadət dövrünü gördü. Onun xəlifəliyi dövründə də vəfat etdi.
İkrimə bin Əbu Cəhil (r.ə.)
İkrimə bin Əbu Cəhil, özündən, tayfasından, qohumlarından əvvəl daim Peyğəmbərimizin (s.ə.s.) təhlükəsizliyini düşünən nümunəvi Müsəlmanlardan biridir. Müsəlmanlara olan kin və düşmənçiliyi ilə tanınan Əbu Cəhilin oğlu idi. İkrimə bin Əbu Cəhil, Hz. Əbubəkrin xilafəti dövründə Bizanslılara qarşı edilən Yərmuk Döyüşünə qatılmışdır. Zəfərlə nəticələnən döyüşün sonunda ağır yaralanan Əl Həris İbni Hişam, Süheyl b. Əmr və İkrimə İbni Əbu Cəhlin bir-birlərinə göstərdikləri fədakar rəftar belə rəvayət edilməkdədir:
"Yermük Döyüşündə, Həris b. Hişam, İkrimə b. Əbu Cəhil və Süheyl b. Əmr ağır yaralanaraq yerə düşdülər. Həris b. Hişam içmək üçün su istədi. Əsgərlərdən biri ona su apardı. İkrimənin üzünə baxdığını görüncə, "Bu suyu İkriməyə apar" dedi. İkrimə suyu alarkən, Süheylin ona baxdığını gördü, suyu içməyərək, "Bunu apar Süheylə ver" dedi. Lakin su Süheylə yetişmədən Süheyl öldü. Bunun üzərinə su gətirən İkriməyə qaçdı. Lakin İkrimə də ölmüşdü. Dərhal Hərisin yanına qaçdı. Həris də ölmüşdü."
Görüldüyü kimi səhabələr ölmək üzrəykən və bəlkə də köməyə ən möhtac olduqları anda belə, özlərinin deyil Müsəlman qardaşlarının nəfsinə üstünlük vermişlər. Şübhəsiz belə fədakar bir əxlaqı yaşadıqları Allaha və axirətə əminliklə inanmalarından, Allaha könüldən təslim olmalarından qaynaqlanırdı.
Sələmə Bin Hişam (r.ə.)
Hz. Sələmə Uca Allaha və Peyğəmbərimizə (s.ə.s.) iman etdiyi üçün ailəsi tərəfindən uzun bir zaman işgəncələr görmüşdü. Lakin qüvvətli əxlaqı və imanı ilə səbr etmiş bir səhabədir. Hz. Sələmə ilə qardaşı Həris iman edərək Peyğəmbərimizə (s.ə.s.) tabe olsa da , digər üç qardaşları Əbu Cəhil, As və Xalid Allahın bildirdiyi din əxlaqından üz çevirmiş və iman edən qardaşlarına düşmən olmuşlar. Qardaşları Hz. Sələmənin din əxlaqından imtina etməsi üçün hər cür yola müraciət etdikləri üçün Hz. Sələmə sonunda can təhlükəsizliyini təmin etmək və İslam əxlaqını maneə törədilmədən yaşaya bilmək üçün Həbəşistana hicrət etmişdir. Orada mömin qardaşlarıyla yaşadığı üç ay yaşadıqdan sonra "bütün Məkkəlilərin iman etdiklərinə dair" yalnış bir xəbər nəticəsində Məkkəyə dönmüşdür. Məkkədəki vəziyyətin fərqli olduğunu görən Hz. Sələmə və digər bəzi Müsəlmanlar, Məkkəyə gizlidən girərək uzun müddət gəldiklərini sezdirməmişlər. Lakin bir müddət gizləndilərsə də , müşriklər tərəfindən aşkarlandılar. Sələmə bin Hişam, Vəlid bin Vəlid, Hişam bin As, Abdullah bin Süheyl və daha bir neçə səhabə tutulub həbs edilən Müsəlmanlardan idi.
Uzun müddət ən yaxınları tərəfindən işgəncəyə və zülmün hər cürünə məruz qalan Hz. Sələmə, Mədinəyə hicrət əmri çıxınca belə əsarətdən xilas ola bilmədi. Hətta buna görə Bədir, Uhud və Xəndək döyüşlərinə də qatıla bilmədi.
Öz qardaşı Əbu Cəhil tərəfindən , bəlkə din əxlaqından üz çevirər deyə, müxtəlif işgəncələrə məruz qalan Hz. Sələmə bin Hişam, qüvvətli imanı və Allah və Rəsuluna olan sevgisi ilə bu işgəncələrə dözərək heç tərəddüd etmədən böyük bir səbir göstərdi. Uzun illər sonunda Hz. Vəzid, Allahın izni və Hz. Məhəmmədin (s.ə.s.) məlumatı ilə, bir gecə Hz. Sələmə və bərabərində olan mömin qardaşı Hz. İyaşı (r.ə.) Məkkədə olduqları yerdən qurtararaq Mədinəyə gətirdi. İki seçmə səhabənin xilas olduğunu öyrənən Peyğəmbərimiz (s.ə.s.) bu xəbərə çox sevinmişdi.
Peyğəmbər Əfəndimizin (s.ə.s.) vəfatına qədər Mədinədə qalan Hz. Sələmə, Hz. Əbu Bəkir (r.ə.) xilafətində Suriya səfərinə qatılan mücahidlər arasında iştirak etdi. Hz. Ömərin xəlifəliyi dövründə reallaşan Mercu's-Sufr döyüşündə şəhid oldu.
Alçaq hiylələrə əl atanlar Allahın onları yerə batırmayacağına və yaxud gözləmədikləri bir yerdən əzabın onlara gəlməyəcəyinə əmindirlərmi? Ya da gəzib dolaşdıqları zaman Allahın onları yaxalamayacağınımı düşünürlər? Axı onlar Allahdan yaxa qurtara bilməyəcəklər. (Nəhl Surəsi, 45-46) |
Allah Hər şeydən Xəbərdar olandır
Çünki, möminlər çox əhəmiyyətli bir həqiqəti bilən və bütün həyatlarını bu həqiqəti bilərək yaşayan insanlardır. Bu həqiqət budur: Allah hər şeyi görən, bilən və eşidəndir. Allahın diləməsi xaricində heç bir insan başqa bir insana ən kiçik bir zərər verməyə də qadir deyil.
İnkar edənlər, aralarında əziyyət və təzyiq planları qurarkən, Allah onları görür və eşidir. Mərhəmətsizcəsinə böhtan söyləyərkən də, möminlərin tabe olduqları din əxlaqından artıq geri dönəcəklərini zənn edərkən də, Allah onların ağıllarından keçəni bilir. Sonsuz qüdrət sahibi Allah bu həqiqəti Quranda belə bildirər:
"Yoxsa onlar elə hesab edirlər ki, Biz onların sirlərini və gizli danışıqlarını eşitmirik? Xeyr! Yanlarında əməllərini yazan elçilərimiz vardır." (Zuxruf Surəsi, 80)
İnkar edənlərin söylədikləri bütün üsyankar sözlərin, əsassız böhtanların, sahib olduqları bütün pis düşüncələrin, etdikləri bütün zülmlərin qarşılığı hesab günü özlərinə geri dönəcək.
Hər şeyin hakimi və tək sahibi olan Allah isə, möminlərin dostu və vəkilidir. Möminlər, sonsuz mərhəmət və şəfqət sahibi olan Rəbbimizin, hər vaxt hər şeyi ən gözəl, ən xeyirli, ən ədalətli, ən hikmətli şəkildə yaratdığını bilərlər və yalnız Ona güvənərlər. Allahın xaricində heç bir varlıqdan qorxmazlar. Heç bir böhtan, hücum, təhdid, lağa qoyma, canlarına və mallarına qəsd edilməsi onları iman gözəlliyindən və Quran əxlaqından uzaqlaşdırmaz. Rəbbimiz Quranda Müsəlmanların bu dayanıqlılığını və Allah Qatında görəcəkləri qarşılığı belə müjdələmişdir:
"Möminlərin içərisində Allaha etdikləri əhdə sadiq qalan kişilər vardır. Onlardan kimisi əhdini yerinə yetirib şəhid olmuş, kimisi də şəhid olmasını gözləyir. Onlar əhdlərini əsla dəyişdirməyiblər. Bu ona görədir ki, Allah doğru danışanları doğruluqlarına görə mükafatlandırsın, münafiqlərə də ya istəsə əzab versin, ya da onların tövbələrini qəbul etsin. Həqiqətən, Allah Bağışlayandır, Rəhmlidir. Allah kafirləri qəzəbli olduqları halda geri qaytardı və onlar heç bir xeyrə nail olmadılar. Döyüşdə Allah möminlərə kifayət etdi. Allah Qüvvətlidir, Qüdrətlidir." (Əhzab Surəsi, 23-25)
0 yorum:
Yorum Gönder