ŞİDDƏTİN BİR BAŞQA ÜZÜ: AZĞIN TƏRİQƏTLƏR

Amerika da daxil olmaqla dünyanın bir çox ölkələrində azğın dünya görüşlərinə sahib, batil təriqətlər mövcuddur və bu qruplar müxtəlif terror hadisələri törədirlər. Bu mistik qruplaşmalar, cəmiyyət qaydalarını pozur, üzvlərini şiddətə təşviq edir, hətta cinayət və intiharlara sürükləyir. Bunlar arasında ən məşhur olanları, toplu olaraq özlərini yandıran David Koresh və tərəfdarları, birlikdə intihar edən 'Heaven's Gate' təriqəti və Yaponiya metrosuna sarin qazı qoyaraq yüzlərlə insanın zərər görməsinə səbəb olan 'Aum Shinrikyo' təriqətidir.

Bunlardan başqa, xüsusilə də Amerikada demək olar ki, hər gün hələ məhşur olmayan bu tərz qrupların hücumlarına və fərdi intiharlarına rast gəlinməkdədir. Toplu olaraq intihar edənlərdən bu günə qədər sayca ən çox olanı isə, 'The People's Temple' təriqətidir. Cim Consun başçılığı ilə, 1970-ci illərin sonunda qurulan bu təriqət, cəmiyyətdən təcrid edilmiş olaraq meşəlik bir bölgədə yaşayırdı. 1978-ci ildə konqres üzvü Leo Ryan ətrafdan gələn sıx şikayətləri nəzərə alaraq, Constaun adlanan bölgəni araşdırma məqsədi ilə ziyarət etdi. Ryan Constaundan ayrılarkən təriqətdən uzaqlaşmaq istəyən 18 adam da onunla getmək istədi və bu zaman şiddət hadisələr baş verdi. Təriqət üzvləri, təriqətdən ayrılmaq istəyənlərin üzərinə atəş açdılar. Konqres üzvü Leo Ryan, üç jurnalist, ayrılmaq istəyən bir təriqət üzvü öldü. 11 adam da ağır yaralandı. Hadisədən bir neçə saat sonra liderləri, təriqət üzvlərinə kalium sionid içərək, onlara intihar etmələrini əmr etdi. Zəhər əvvəl körpələrə valideynləri tərəfindən inyeksiya edildi. Daha sonra uşaqların da daxil olduğu 900dən çox adam özünü zəhərlədi. (1)

90 cı illərdə isə toplu ölümləriylə ən çox diqqəti çəkən qrup, David Koresh təriqəti oldu. 28 Fevral 1993-cü ildə təhlükəsizlik orqanları araşdırmaq üçün təriqətin Texas xaricində olan kəndinə girmək istəyincə, təriqət üzvləri təhlükəsizlik işçilərini güllə yağışına tutdu. Bu hadisədən sonra kənd 51 gün mühasirəyə alındı. 51-ci günündə təhlükəsizlik işçilərindən biri kəndə girməyə çalışdı və bir anda fermadan tüstü qalxmağa başladı. Təhlükəsizlik işçiləri Devid Koreşin ərazini yandırdığını  və kəndin müxtəlif hissələrində qurulmuş olan bubi tələlərinin kəndi bir anda alova bürüdüyünü gördülər. Təxminən 90 nəfər yanaraq öldü.

1997-ci ildə San Diyeqonun şimalında, ayaqlarında idman ayaqqabılar, əyinlərində qara futbolkaları ilə toplu olaraq intihar edən 40 adam azğın təriqətlər mövzusunu bir daha dünya gündəminə gətirdi. Yaşları 26 ilə 72 arasında dəyişən 40 adam, o dövrdə dünyanın yaxınından keçən Hale-Bopp kometasının onları təkamülün bir üst mərhələsinə daşıyacağı inancı ilə intihar etmişdilər.

Bir çox insanlar bu misalları özlərindən son dərəcə uzaq görə bilər. Bundan ziyadə burada yalnız bir iki nümunənin qeydə alınmış olması heç kimi aldatmamalıdır. Dünyanın bir çox ölkəsində, bir çox azğın təriqət və təşkilat gəncləri təsiri altına almaqdadır. Bir çox insanların özlərini bu axınlardan uzaq tutmasına baxmayaraq, bunların cəmiyyətə və fərdlərə verdiyi zərərlərin qarşısı alınmır. 

Yapon Təriqətin Metro Hücumu

Mövzunun əsas məqsədi azğın təriqətlərin tək təhlükəli istiqaməti, təriqətə üzv olan kəslərin canına və malına zərər vermələri deyil. Bu tip təriqətlər azğın düşüncələri və həyat tərzləri ilə cəmiyyət nizamını da pozmaqdadırlar. Bəzən birbaşa sivil vətəndaşları hədəf alan hücumlar da təşkil edirlər. Yaxın keçmişdə yaşanan bu hücumlardan biri Yapon təriqəti 'Aum Shinrikyonun, Yapon metrosuna sarin qazı atmasıdır. Bu hücum nəticəsində 5.500 nəfər yaralanmış, 12 nəfər isə həyatını itirmişdir. Təriqət bu hücumun xaricində 1994-cü ildə, Tokio yaxınlığındakı Matsumotoda reallaşdırılan və 7 nəfərin ölümü , 144 nəfərin yaralanması ilə nəticələnən bənzər bir qaz hücumundan da məsul tutulmuşdur. Bununla birlikdə təriqətin cinayət faylları arasında bir çox cinayət işi və adam oğurluğu da yer tutur.

Təriqət lideri Asaharanın təlimlərinə görə, bir insan ancaq cinayət işləyərək ruhunu təmizləyə bilər. Dünya hakimiyyətinin təmin edilməsi isə ancaq tələbələrinə öyrətdiyi şiddətin tətbiq olunması ilə mümkündür. Normal insanların soyuqqanlılıqla törətdiyi cinayətlər, təriqət üzvlərinə görə bir növ gözəl əxlaq xüsusiyyətidir.

1994-cü ildə başlayan hücumların ilk hədəfi, təriqət əleyhinə iş qaldıran və ədalət nazirliyi mənzillərində qalan hakimlər idi. Bu ilk sarin qazı hücumu 7 nəfərin ölümünə 144 nəfərin isə yaralanmasına səbəb oldu. Bu vaxt Asaharanın əmri ilə təriqət 70 ton tutumlu bir sarin qazı istehsal mərkəzi tikməyə başladı. Bunun yanında Asahara 1.000 ədəd avtomat silah və bir milyon güllə istehsal edilməsini də əmr etmişdi. Təriqət tərəfindən kirayə tutulan Rus elm adamlarının köməyi ilə uranın istifadə edilə biləcəyi bir növ nüvə silahı da icad etməyə çalışmışdılar. Asaharanın maraq dairəsində adam qaçırma və başda vəkillər, prokurorlar olmaqla təriqət əleyhinə olanların qətl edilməsi də vardı. 

Metroda təşkil edilən hücum isə daha çox əks-səda doğurdu. Səhər işlərinə getmək üzrə metroda olan minlərlə günahsız insan bu hücumdan zərər gördü. Nəticəsində 12 nəfərin öldüyü, 5000dən çox adamın da xəstəxanada müalicə aldığı bu hücum, adı çəkilən qrupların sivil vətəndaşlar üçün nə qədər təhlükəli olduğunu göstərməsi baxımından olduqca diqqətçəkici idi.

Din əxlaqının xaricində, qəribə və azğın inanclar inkişaf etdirən qruplarda, yuxarıdakı nümunələrdə də görüldüyü kimi, hər cür əxlaqsızlıq normal qarşılanır. Aralarında narkotik istifadəsindən oğurluğa, adam oğurluğundan işgəncəyə qədər hər cür anormallığın hakim olduğu bu təşkilatların üzvləri, ən son mərhələdə isə öz həyatlarına qəsd edirlər.

Bunu unutmamaq lazımdır ki, Allaha iman etməyən, gözəl əxlaqı tanımayan və Allahdan qorxub çəkinməyən insanların bu tip vəhşilik nümayişləri heç də təəccüblü deyil. Çünki bu kəslər etdikləri üçün hesab verəcəklərinə, etdikləri hər şeyin qarşılığını axirətdə görəcəklərinə inanmazlar. Ya da ölüm sonrası həyat mövzusunda tamami ilə əyri, xəyali və öz mənfəətlərinə uyğun bir ssenariyoya inanarlar. Halbuki tək doğru yol, Allahın qullarına göstərdiyi hidayət yoludur. Allahın dinini bilən və onunla yaşayan insan təmkinlidir, səbirlidir. Üstəlik Allah Quranda insanlara düşünmələrini və dərk etmələrini əmr etmişdir. Bu səbəbdən iman edənlərin vicdanlarına müraciət etmədən, ağıllarını istifadə etmədən bir düşüncənin arxasınca getmələri mümkün deyil. Möminlər həyatlarının hər anında vicdanlarına görə hərəkət edər, ağıla üstünlük verərlər. Bu da onları hər cür əxlaqsızlıqdan və azğınlıqdan qoruyar. İman edənlər Allahın insanlara bildirdiyi dümdüz yol üzərində olanlardır. Bu qrup və təriqətlərin isə doğru yoldan azmış olduqları açıqca ortadadır.

Şübhəsiz burada nümunələrinə yer verdiyimiz şiddət və terror hərəkətləri, dünya səviyyəsində yaşanan terrorun məhdud nümunələridir. İllərdir bir çox ölkədə müxtəlif ideoloji səbəblərlə bir çox terror təşkilatı, cəmiyyətə qorxu və dəhşət saçmağa, günahsız insanları qətl etməyə davam edir. Bunlar arasında İngiltərə üçün illərdir əhəmiyyətli bir problem halını almış olan IRA, İspaniyanın Bask bölgəsində fəaliyyət göstərən EDƏ, illərcə xaricdə vəzifə başında olan diplomatlarımızı hədəf alan ASALA, ölkəmizin minlərlə vətən övladını şəhid verməsinə səbəb olan PKK kimi təşkilatları saymaq mümkündür. Hər biri fərqli ideoloji strukturlara sahib olmaqla birlikdə burada adını saydığımız və ya saymadığımız bütün terrorist qruplar və şiddətsevər insanlar, fərqində olaraq və ya olmayaraq, əslində ortaq bir nöqtədə birləşirlər. Bu ortaq nöqtə dinsizlikdir. Hansı ideologiyaya, hansı dünya görüşünə sahib olmağına baxmayaraq, bir insanı anarxiya və şiddətə təhrik edən əsl səbəb, onun bu cinayətləri işləməkdən uzaq tutan vicdana və inanca sahib olmamağıdır.

0 yorum:

Yorum Gönder