İSLAM BİRLİYİNİN ÜMUMİ QURULUŞU

Avropa Birliyinin ümumi strukturu qurulacaq İslam Birliyi üçün nümunə ola bilər. Avropa Birliyinin əsas xüsusiyyətləri üzv ölkələrin daxili suverenliklərini, idarəetmə sistemlərini, dövlət mexanizmlərini qoruması, həmçinin "Avropa mədəniyyəti" üzərində qurulmuş dəyərlər sistemini qəbul etməsidir. Bu dəyərlər sisteminə söykənərək bir-biriləri ilə siyasi, iqtisadi, mədəni əməkdaşlıq etməsi, bu əməkdaşlığı davam etdirib bütün Avropanı təmsil edəcək mərkəzi qanunvericilik və icraedici orqanlarına sahib olmasıdır.
İslam Birliyi də üzv ölkələrin daxili müstəqilliklərini və daxili sərhədlərini mühafizə etdiyi, hər ölkənin öz hüquq və mənafelərini qoruya biləcəyi quruluş olmalıdır. Amma bütün bu suveren dövlətləri ümumi "İslam mədəniyyəti" daxilində birləşdirəcək vizion, bu viziona uyğun olaraq ümumi siyasəti inkişaf etdirib tətbiq edəcək qanunverici və icraedici orqanlar qurulmalıdır. Burada məqsəd dövlətlərin dövlət quruluşlarını dəyişdirərək onların birləşməsini təmin etmək deyil, ümumi siyasət və mənfəətlər ətrafında birləşməni və bu siyasətin həyata keçirilməsində birliyin icraedici gücünün qurulmasını təmin edilməsidir.
Bu birlik sayəsində dünya müsəlmanları bir-biriləri ilə birbaşa əlaqədə olacaq, bir-birlərinin problemləri ilə yaxından tanış olacaq və həmrəylik içində olacaqlar. Ayrı-seçkilik, separatizm kimi bütün anlayışlar bir kənara qoyularaq "bütün müsəlmanlar qardaşdırlar" ideyası əsas götürüləcəkdir. Müasir dövrdə İslam dünyasına hakim olan bir-birindən fərqli fikirlər, ideya və modellər arasında razılaşmanın təmin edilməməsi müsəlmanların həmrəyliyinə maneə olur. Bu təşkilatın birlik çağırışı isə etnik mənşəyə, iqtisadi şərtlərə ya da coğrafi vəziyyətə görə olmayacaq; irq, dil və mədəni xüsusiyyətlərdən yaranan düşmənçilik bu birlik sayəsində ortadan qaldırılacaqdır. Birlik anlayışı bir cəmiyyətin digərinə, bir mədəniyyətin o birinə, bir qrupun başqasına üstünlüyünə söykənməyəcək, hamının bərabər olduğu, xoşgörüş, sevgi və dostluğa söykənəcəkdir.
İslam Birliyinin qurulmasındakı təməl məqsədlərdən biri bütün müsəlmanlara istiqamət verəcək mərkəzi idarəetmə sisteminin yaradılmasıdır. Bunun üçün bu mərkəzin mütləq bütün müsəlmanlara xitab edəcək  quruluşda olması, başqa sözlə bütün fərqli anlayışları öz qanadı altında yığa bilməsi vacibdir. İslam Birliyi, təməl İslami dəyərləri və inancları əsas götürməli, tətbiq və ideya fərqlərini xoşgörüş və anlayışla qarşılamalı, bu fərqlilikləri mədəniyyət zənginliyinə çevirməyi bacarmalıdır. Bu fərqlər ümumi qərarlara və siyasi iradəni həyata keçirməyə maneə törətməməlidir. Müsəlman ölkələr arasındakı bütün ixtilaflar və anlaşılmazlıqlar bu mərkəzdə həll edilməlidir. Daxili problemlərini həll etməyi bacaran İslam dünyası digər mədəniyyətlərin qarşılaşa biləcəyi problemləri də asanlıqla həll etmə imkanına sahib olacaqdır. Bu halda bütün müsəlmanları birləşdirən mərkəzin ümumi siyasi qərarlar verməsi və onları həyata keçiməsi mümkün ola bilər.
Hal-hazırda İslam dünyasının birlik olmasını tələb edən və təcili həllini gözləyən məsələlər dünya siyasətinin əsas mövzusudur. Fələstin, Kəşmir, İraq kimi siyasi problemlər, terrorizmə qarşı fikri mübarizə, kasıbçılıq, sağlamlıq və təhsil birinci növbədə həll edilməli məsələlərdəndir. Bunlar regional ya da yalnız o torpaqlarda yaşayan xalqları maraqlandıran problemlər deyil, bütün müsəlmanları birbaşa aidiyyatı olan və həlli İslam dünyasının həmrəyliyini tələb edən problemlərdir. Heç kim Məscidi Aksada baş verənlərin yalnız fələstinlilərlə bağlı olduğunu, Kəşmirdə zülmə məruz qalan müsəlmanların problemlərini özlərinin həll etməli olduğunu və yaxud İslam dünyasının hər hansı bir bölgəsində aclıq çəkən uşaqların, yalnız həmin ölkənin problemi olduğunu iddia edə bilməz. Müsəlmanların inancı bunu qəbul etmir.
Ancaq müsəlmanlar öz aralarında güclü birlik qura bilmədikləri üçün onların yerinə bu problemlərdə digər ölkələr müxtəlif təkliflər irəli sürürlər. Bu təkliflərdə adətən ya müsəlmanların maraqları nəzərə alınmır ya da problemlər köklü şəkildə həll edilmir. Qarşıdurmaların və anlaşılmazlıqların olduğu bölgələrdə müsəlmanların güclü mövqeyinin olmaması irəli sürülən təkliflərdə mühüm rol oynamalarına maneə olur. "Barış planı" adı altında müsəlmanlara təqdim edilən layihələr çox vaxt onları daha da çətinliyə salan maddələr ehtiva edir. Bu müsəlmanların haqqlarının qorunması üçün İslam dünyası ümumi fikir inkişaf etdirməklə məsuliyyət daşıyır.
Birliyin nizamlı fəaliyyət göstərməsi üçün daimi mərkəzinin olması, bir-biri ilə koordinasiyalı işləyən qanunverici və icraedici orqanların yaradılması, lazımi alt qurumların təşkil edilməsi və bütün bu təşkilatların nizamlı şəkildə çalışması təmin edilməlidir. Vaxtında və məqsədəuyğun qərarların qəbul edilməsi üçün lazım olan infrastruktur təsis edilməlidir. Bu birlik öz fəaliyyəti ilə güvən verməli, üzv ölkələr də öz haqqlarının birlik tərəfindən ən yaxşı şəkildə qorunacağından əmin olmalıdırlar.
İslam Birliyi dəyişən siyasi şərtlərə asanlıqla uyğunlaşan elastikliyə və vacib strategiyaları planlayacaq uzaqgörənliyə sahib olmaq məcburiyyətindədir. Dünyadakı dəyişikliklərə sadəcə reaksiyalar verən, sadəcə qınayan və ya öz mövqeyini bildirməklə kifayətlənən bir təşkilat deyil, aktiv fəaliyyət göstərən mərkəzə ehtiyac vardır. Bu birlik bütün dəyişiklikləri obyektiv şəkildə qiymətləndirərək bütün İslam dünyasının tələblərini əsas götürməlidir.. İslam Birliyinin müsəlmanları tək güc halına gətirməsi və müsəlman ölkələri bir-biri ilə inteqrasiya etdirməsi üçün müasir ictimai dəyərləri qoruması, insan hüquqlarına hörmət etməsi, demokratik prinsiplər üzərində qurulması çox əhəmiyyətlidir. Bu dəyərlərin İslam əxlaqının əsası olduğu unudulmamalıdır.

Sülhsever və Barışdırıcı İslam Birliyi
İslam Birliyinin məqsədi yalnız müsəlmanlara deyil bütün insanlığa sülh gətirmək, qəbul etdiyi qərarlarda sülhsever və barışdırıcı olmaqdır. İslamın özü Allahın Quranda bildirdiyi gözəl əxlaqdır. Bu əxlaq iman edənlərin mehriban, həlim, şəfqətli, xoşgörüşlü, ədalətli, anlayışlı, səbirli və fədakar olmalarını tələb edir. İnsanları hüzur və sülh dolu dünyaya dəvət edir. Bəqərə Surəsinin 208-ci ayəsində belə buyurulmuşdur:
Ey iman gətirənlər! Hamınız bir yerdə sülhə (islama) gəlin! Şeytanın yolu ilə getməyin, çünki o sizin açıq düşməninizdir! (Bəqərə Surəsi, 208)
Müsəlman Allahın əmrlərinə riayət edən, Quran əxlaqını dəqiqliklə tətbiq etməyə çalışan, dünyanı gözəlləşdirən, abadlaşdıran, barışı və hüzuru hakim edən insandır. Məqsədi insanlara gözəl davranaraq xeyirli işlər görməkdir. Müsəlmanlar Rəbbimizin sonsuz mərhəmət və şəfqətinin özlərində də təcəlli etməsi üçün cəhd göstərərlər. Allah Quranda daim xeyr gətirən, hadisələrə laqeyd olmayan, insanları doğru yola çağıran əxlaqı nümunə göstərmişdir. Bir ayədə ətrafındakılara heç bir faydası toxunmayanla, daim xeyrli işlər görən insanlar arasındakı fərq belə açıqlanır:
Allah eləcə də iki kişi barəsində məsəl çəkdi; Onlardan biri laldır, heç bir şeyə gücü çatmır və öz ağasına bir yükdür. Onu hara yollasa, xeyirlə qayıtmaz. Məgər doğru yolda olub ədalətli işlər görməyi əmr edən bir kimsə ilə belə bir adam eyni ola bilərmi? (Nəhl Surəsi, 76)
Bu ayədə bildirilən hikmət İslam Birliyi üçün də yol göstərici olmalıdır. İslam Birliyində din əxlaqının insanlara qazandırdığı fədakarlıq, qardaşlıq, dostluq, səmimilik, ədalət, sədaqət, vəfa anlayışı ən gözəl şəkildə təmsil edilməlidir.
Quran əxlaqı müsəlmanların müharibədən və hər cür qarşıdurmadan çəkinmələrini, anlaşılmazlıqları uzlaşaraq, müzakirə edərək həll etməyi, barışdırıcı olmağı tələb edir. Qurana görə müharibə yalnız zəruri olduqda müraciət edilən və mütləq müəyyən insani və əxlaqi sərhədlər çərçivəsində icra edilməli olan "istənilməyən zərurət"dir. Möminlər meydana çıxan problemlərdə həmişə sülhü və barışdırıcı olmağı seçməli, ancaq qarşı tərəfdən hücum gəldiyi təqdirdə özlərini müdafiə etməlidirlər.
Bir ayədə müharibəni başlayanların fitnəkarlar olduğu, Allahın isə fitnəkarları sevmədiyi belə açıqlanır:
...Onlar hər dəfə müharibə alovunu yandırdıqda Allah onu söndürər. Onlar yer üzündə fitnəkarlıq törətməyə səy göstərirlər. Allah isə fitnəkarları sevmir! (Maidə Surəsi, 64)
Peyğəmbərimiz Hz. Məhəmmədin (səv) həyatına baxdığımızda da müharibəyə ancaq zəruri hallarda və müdafiə məqsədi ilə müraciət edilən vasitə olduğunu görürük.
Quranın Peyğəmbərimizə (səv) vəhyi 23 il davam etmişdir. Bunun ilk 13 ilində müsəlmanlar Məkkədəki bütpərəstlərin içində azlıq təşkil edir və çox böyük təzyiqlərlə qarşılaşırdılar. Bir çox müsəlmana fiziki işgəncələr edilir, bəziləri öldürül, çoxunun evi və malları qarət edil, müxtəlif təhqir və təhdidlərlə qarşılaşırdılar. Buna baxmayaraq müsəlmanlar fiziki gücə müraciət etmədən yaşayır və bütpərəstləri həmişə sülhə çağırırdılar. Nəhayət bütpərəstlərin təzyiqləri dözülməz səviyyəyə çatdıqda müsəlmanlar daha azad və mülayim mühitin olduğu Yəsrib (daha sonra Mədinə adlandırıldı) şəhərinə hicrət edərək burada öz rəhbərliklərini qurdular. Hətta siyasi strukturlarını bu şəkildə meydana gətirdikdən sonra da Məkkənin təcavüzkar bütpərəstlərinə qarşı müharibə etmədilər.
Bütün bunlar İslam Birliyinin strategiyasının necə olacağını da göstərir. İslam Birliyi əvvəlcə müsəlman ölkələr arasındakı anlaşılmazlıqları həll edib İslam dünyasına sülh gətirməli, digər tərəfdən dünya qlobal səviyyədə qarşıdurma və müharibəni qızışdıran hər cür cəhdə maneə törədən güc olmalıdır. Müasir dünyanın ən əhəmiyyətli problemlərindən olan terrorizm və beynəlxalq cinayətkarlığa qarşı mübarizə, kütləvi qırğın silahlarının kontorl edilməsi kimi qlobal məsələlərdə də beynəlxalq səviyyədə əməkdaşlıq etməli və hətta bu ünsürlərlə mübarizədə liderliyi boynuna götürməlidir.

İslam Birliyi: Həll Yolunu Göstərən Mərkəz
Dünyanın hal-hazırkı vəziyyəti təkcə müsəlmanlara deyil, digər bir çox günahsız insana da mənfi  təsir edir. Yoxsulluq, rüşvətxorluq, əxlaqsızlıq, mərhəmətsizlik, zülm, qarşıdurma, ədalətsizlik milyonlarla insanın pis vəziyyətdə yaşamasına səbəb olur. Acından ölən körpələr, küçəyə atılan uşaqlar və qocalar, həyatlarını çadırlarda və ya komalarda keçirməyə məcbur olan mühacirlər, kifayət qədər pulu olmadığı üçün müalicə oluna bilməyən xəstələr yalnız müsəlman ölkələrinin deyil, inkişaf etməmiş ölkələrlə yanaşı inkişaf etmiş bir çox ölkənin də problemidir.
Ehtiyac içində olan məzlum insanlar onlara uzanacaq yardım əlini gözləyirlər. Müsəlmanların belə hallarda daşıdıqları məsuliyyət bir ayədə bu şəkildə bildirilmişdir:
Sizə nə olub ki, Allah yolunda: "Ey Rəbbimiz, bizi əhalisi zalım olan bu şəhərdən kənara çıxart, bizə öz tərəfindən mühafizəçi göndər, yardımçı yolla!" - deyə dua edən aciz kişilər, qadınlar və uşaqlar uğrunda vuruşmursunuz? (Nisa Surəsi, 75)
Müsəlman ölkələrin İslam Birliyi adı altında toplanması, müsəlmanlarla müsəlman olmayanlar arasında yaşanan gərginliklərlə yanaşı, müsəlmanlar arasında olan anlaşılmazlıqları da həll edəcəkdir. Müasir dövrdə müsəlmanlar arasındakı anlaşılmazlıqları qərb ölkələri və ya onların nəzarətindəki beynəlxalq təşkilatlar aradan qaldırmağa çalışır. Müsəlman ölkələrinin mədəniyyətinə və tarixinə yad olan xarici güclərin İslam ölkələrinin problemlərinə çözüm gətirmələri o qədər də mümkün deyil. Halbuki İslam Birliyi qurulacağı təqdirdə müsəlman ölkələr bütün problemlərini öz aralarında həll edə bilərlər. Beləliklə problemlər həm beynəlxalq müstəviyə çıxmadan həll ediləcək, həm əldə edilən nəticə bütün müsəlmanların mənfəətinə uyğun olacaq, həm də İslam dünyasının birlikdə hərəkət etməsi güc və sabitlik mesajı verəcəkdir. Bu gün İslam dünyasının ən böyük çətinliklərindən biri ortaq siyasətdəki zəifliyi, özünü bilavasitə maraqlandıran mövzularda belə təsirli strategiyalar qura bilməməsidir.
İslam Birliyi başda müsəlman ölkələr olmaqla bütün insanların dərdlərinə əlac tapmaq, onların axtardığı dincliyi və təhlükəsizliyi təmin etməklə məsuliyyət daşıyır. Hər müsəlman ölkənin öz siyasi, demoqrafik və iqtisadi problemləri var. Dünyanın fərqli bölgələrində də bu bölgələrə xas müxtəlif problemlər baş verir. Bu problemlərin hər biri üçün fərqli tədbirlərin görülməsi, fərqli çözümlərin tətbiq olunması lazımdır. Ancaq əsas problem və bu problemin həlli hər yerdə eynidir. İnsanlara çətinlik və narahatlıq verən problemlər Quran əxlaqının lazımı şəkildə yaşanmamasına görədir. Bu problemlərin həll edilə bilməməsinin təməlində hadisələrin Quranın rəhbərliyində qiymətləndirilməməsi dayanır. Bu səbəbdən bütün bu problemlərin həllində Quran əxlaqının insanlara qazandırdığı açıq fikirlilik, praktik və geniş düşünmə qabiliyyəti, səmimilik, fədakarlıq, ədalət, xeyirxahlıq kimi əxlaqi keyfiyyətlər müsəlmanlara yol göstərəcək.
Əslində iqtisadi problemlərin həlli ilə ictimai əxlaq arasında mühüm əlaqə var. Məsələn, iqtisadi problemlərin ən başlıcası sosial ədalətsizlik əslində əxlaqi problemdir. İslam əxlaqını mənimsəyən cəmiyyətdə sosial ədalətsizlik ola bilməz. Allah Quranda insanların ehtiyaclarından artıq qalanını ehtiyacı olanlarla bölüşməyi bildirmişdir. İsraf isə Allahın qadağan etdiyi əməldir. Maddi imkanların yalnız müəyyən insanların istifadə etməsi, yalnız bir qrup insan tərəfindən paylaşılan imtiyaz olması Quran əxlaqına ziddir. Quran əxlaqı ictimai həmrəyliyi tələb edir və insanlara bir-birlərinin ehtiyaclarını ödəməyi əmr edir. Hətta iman edənlər, ehtiyac içində olsalar da yeməyi əvvəlcə kasıblara və əsirlərə təklif edəcək qədər fədakar əxlaqa sahibdirlər. Həm də bunu o insanların məmnuniyyəti üçün deyil, Allahın razılığını qazanmaq üçün edirlər. Quranda belə bildirilir:
Onlar özlərinin istədikləri şeylərdən kasıba, yetimə və əsirə də verərlər (və deyərlər): “Biz sizi ancaq Allah rizasından ötrü yedirdirik. Biz sizdən nə bir mükafat, nə də bir təşəkkür istəyirik.”" (İnsan Surəsi, 8-9)
Allahın Quranda əmr etdiyi əxlaqa uyğun olaraq israfın qarşısı alınsa, həmrəylik ruhu inkişaf etdirilsə, paylaşmağa təşviq edilsə və xüsusilə insanlara vicdanlarını istifadə etmək öyrədilsə iqtisadi bərabərsizliyi tamamilə aradan qaldırmaq mümkün olar. Bu çözümləri İslam dünyasında ən təsirli şəkildə tətbiq edən qurum isə İslam Birliyi olacaqdır.
Şəxsi Hüquqlara Hörmət Etməli və Ədalətli Olmalıdır
Həqiqi İslam əxlaqının suveren olduğu bir cəmiyyətdə şəxsi hüquq və azadlıqlar böyük əhəmiyyət daşıyır. Şəxsi hüquq və azadlıqlar zəmanət altına alınır, insanların azad və müstəqil yaşamağı əsas məqsəd olur. Allah Quranda müsəlmanlara bütün insanların Allah Qatında bərabər olduqlarını (üstünlüyün ancaq təqva ilə olduğunu) bildirmiş və insanlara qarşı ədalətli, xoşgörüşlü, bağışlayıcı və anlayışlı olmağı əmr etmişdir. Fərqliliklərə hörmət göstərmək və bunlar arasında ədalətlə hökm etmək əsas mömin əlamətlərindən biridir.
Peyğəmbərimiz (səv) tərəfindən ilk İslam cəmiyyətində qoyulan qaydalar müsəlmanlar üçün yol göstərici olmuşdur. Müsəlmanların ilk konstitusiyası olaraq qəbul edilən və dövrün şərtləri də nəzərə alınsa inkişaf etmiş hüquq anlayışının göstəricisi olan "Mədinə Vəsiqəsi" İslam cəmiyyətinin şəxsi hüquq və azadlıqları, ədalət anlayışını göstərən əhəmiyyətli bir nümunədir. Mədinə Vəsiqəsi ilə bu şəhərdəki fərqli inanclara sahib insanların hamısına konstitusional hüquq və azadlıqlar verilmiş, malları, canları,  ailələri, ibadət yerləri zəmanət altına alınmışdır. Fərqli inanclı insanların ortaq siyasi quruluş içində yaşamasını təmin edən bu razılaşma ilə bir-birinə qarşı illərlərdən bəri kin və düşmənçilik bəsləyən qəbilələr də uzlaşdırılmışdır. Mədinə Vəsiqəsindən əvvəl də müşriklərə qarşı ədalətlə davranılmış, onların qorunma və himayə tələbləri Peyğəmbərimiz (səv) tərəfindən qəbul edilmişdir. Hz. Məhəmməd (səv) sonsuz şəfqət və mərhəməti ilə insanlar arasındakı əlaqələrin həmişə dostca və mədəni olmasına çalışmışdır.
İslam müasir dünyadan 1400 il əvvəl şəxsi hüquqlar, hüquq dövləti, qanunlar qarşısında bərabərlik, iqtisadi azadlıqlar kimi dəyərləri insanlığa qazandırmışdır.
İslamın yayıldığı dövrdə fəth edilən torpaqlarda tətbiq olunan ədalət də bütün cəmiyyətlərə nümunə olmuşdur. İndiki vaxtda da bir çox qərbli mütəfəkkirlərin təqdirlə və hörmətlə andıqları bu ədalət anlayışı o dövrdə çox sayda insanın və xalqın öz tələbləri ilə müsəlmanların hakimiyyəti altına keçməsinə və bir çoxunun da İslamı qəbul etməsinə səbəb olmuşdur. Peyğəmbərimiz Hz. Məhəmməd (səv) Quranda bildirilən ədalət anlayışını ən gözəl şəkildə tətbiq etmiş, özündən sonrakı müsəlmanlar da Peyğəmbərimizin bu üstün əxlaqını tətbiq etməyə davam etmişdilər. Bu rəftarı ilə Allahın "Yaratdıqlarımızdan, haqqa yönəldibilədən və onunla ədaləti edən (tətbiq edən) bir ümmət vardır." (Ə'raf Surəsi, 181) ayəsində bildirdiyi kimi, insanlar arasında ədaləti təmin edən bir ümmət olmuşdular.
İslamın insanlığa öyrətdiyi keyfiyyətlərdən biri də fikir azadlığı və rəhbərlikdə iştirakdır. Bu İslamın ictimai sahədəki əsas əmrlərindən biri olan müşavirədə ortaya çıxır. Allah müsəlmanlara işlərini müşavirə əsasında həyata keçirməyi, yəni bir-biriylə məsləhətləşərək hərəkət etməyi əmr etmişdir:
Rəblərinə razılıq edənlər, namazı dümdüz edənlər, işləri öz aralarında şura ilə olanlar və özlərinə ruzi olaraq verdiklərimizdən infak edənlər. (Şura Surəsi, 38)
Müşavirə nəticəsində fərdlər həm söz azadlığından istifadə etmiş olur, həm də qərar qəbul edilən zaman ən optimal variant seçilmiş olur. Bu da səhv etmək imkanını azaldır, məqsədəuyğun qərarlar alınmasını təmin edir.
Müşavirənin ən əhəmiyyətli istiqaməti isə fərqli fikir gətirənlərin bir-birlərinə qarşı hörmətlə və anlayışla davranmasıdır. Müşavirə mühitində əhəmiyyətli olan kimin fikirinin qəbul edildiyi deyil, ən doğru fikirin qəbul edilmiş olmasıdır. Başqa sözlə, müşavirənin əsas məqsədi cəmiyyət üçün ən xeyirli, ən məqsədəuyğun qərarların alınmasını təmin etməkdir. İslam əxlaqı iman edənlərin öz fikirlərində israrçı olmamalarını, vicdana, ədalətə və ən xeyirli fikri kim deyirsə ona əməl etməyi tələb edir. Möminlər "mənim fikirim qəbul edilsin", "mənim düşüncəm ən doğrudur" kimi qürura və inada söykənən israrçılıqdan çəkinməlidir. Bunlar Allah Qatında gözəl olmayan davranışlardır. "... Və hər məlumat sahibinin üstündə daha yaxşı bir bilən vardır." (Yusuf Surəsi, 76) ayəsiylə də buyurulduğu kimi bir müsəlman həmişə özündən daha yaxşı bilən biri ola biləcəyini, ən məqsədəuyğun düşüncəyə özünün sahib olduğunu iddia etmənin böyük bir səhv olduğunu bilməlidir.
İslam əxlaqının müşavirə prinsipi indiki dövrdə İslam Birliyi üçün də əhəmiyyətlidir. İslam Birliyi də müsəlmanların müşavirə haqqından istifadə etdikləri, yəni heç bir təzyiq olmadan fikirlərini ifadə edə bildikləri, hüquqlarının qorunduğu, hər kəsin düşüncəsinin hörmətlə qarşılandığı mədəni və azad bir siyasi mədəniyyət üzərində qurulmalıdır. Belə bir İslam Birliyinin liderliyində müsəlman cəmiyyətlər insanların bir-birinin fikrinə hörmət göstərdikləri, bərabərlik, ədalət və azadlığın suveren olduğu, zülm və haqsızlığın tamamilə ortadan qaldırıldığı cəmiyyətlər olacaq. Beləliklə İslam dünyası yalnız müsəlmanların dincliyini və təhlükəsizliyini təmin etməklə kifayətlənməyib, dünyada mədəniyyət və sivilizasiyanın da lideri olacaqdır.
İslam Dünyasının İnkişafı Əsas Məqsəd Olmalı
İslam dünyasının ən əsas problemlərindən biri də müsəlman ölkələrin böyük əksəriyyətinin inkişaf etməməsidir/geridə qalmış olmasıdır. Bu səbəblə İslam Birliyinin prioritetli məqsədləri arasında İslam dünyasının inkişaf etdirilməsi, kasıb ölkələrin iqtisadi problemlərinin həll edilməsi olmalıdır. Bütün müsəlman ölkələrdə;
- Yoxsulluqla mübarizə edilməli,
- Yeni investisiyaların qoyulması təşviq edilərək iş imkanları yaradılmalı,
- İctimai nizam və sabitlik təmin edilməli,
- İctimai ədalət zəmanət altına alınmalı, iqtisadi bərabərsizliklər aradan qaldırılmalı,
- Beynəlxalq və regional əlaqələr gücləndirilməlidir.
İslam dünyası içində iqtisadi bərabərsizlikdən irəli gələn çətinliklər azaldılmalıdır. İqtisadiyyatda, siyasi sahədə və ən vacibi mədəni sahədə müsəlman ölkələr arasında reallaşdırılacaq bir bütünlük geridə qalmış olanların sürətlə irəliləməsinə, kifayət qədər imkana və infrastruktura sahib olanların isə bunları ən məhsuldar şəkildə istifadə edə bilməsinə imkan yaradacaq. Belə bir bütünlüyün təmin edəcəyi faydalardan biri də iqtisadi inkişaf ilə elm və texnologiya sahəsində yaşanacaq inkişaf olacaq.
İqtisadi inkişaf elm və texnologiyaya qoyulan sərmayələri artıracaq, texnologiyanın irəliləməsi iqtisadiyyatın daha da sürətlə böyüməsini təmin edəcək. İqtisadiyyatın inkişafı ilə birlikdə təhsil səviyyəsində də təbii yüksəlmə olacaq, cəmiyyət çox istiqamətli inkişaf edəcək. İslam Birliyi üzvlərinin viza və sərhəd maneəsi olmadan rahat hərəkət edə bildikləri, azad iqtisadiyyatın olduğu, sərbəst təşəbbüskarlığın dəstəkləndiyi bir sistem, İslam dünyasının sürətlə inkişafını təmin edəcək.
Bu inkişaf istiqaməti təbii olaraq müsəlman ölkələrin sürətlə müasirləşməsini və inkişaf edən cəmiyyətlər səviyyəsinə gəlməsini təmin edəcək. 
 
Müsəlmanların iqtisadiyyatının qərb cəmiyyətlərin bir qisiminə suveren olan hedonist (zövq mərkəzli) iqtisadi mədəniyyətdən fərqli olduğunu və olacağını da dərhal ifadə etmək lazımdır. İslamda da qərb cəmiyyətlərində olduğu kimi azad iqtisadiyyat hakimdir. Hər kəsin xüsusi mülkiyyətə sahib olmaq və öz mülkiyyətinə sərəncam vermək hüququ vardır. Ancaq əldə edilən gəlirin bölüşdürülməsi məsələsində İslam əxlaqı fərdlərə əxlaqi məsuliyyətlər qoyaraq cəmiyyətdə ictimai ədalət qurulmasını təmin edir. Zənginlərin qazancında kasıblar üçün də bir pay vardır və ən əhəmiyyətlisi bu, zənginlərdən məcburi toplanan bir vergi deyil, inanclarına əsasən könüllü verdikləri bir hədiyyədir. İslamda ictimai ədalət sosialist sistemlərin sınayıb da bacara bilmədiyi kimi mərkəzi planlama və rəhbərliyin təzyiqi ilə deyil, cəmiyyətə suveren olan əxlaqi dəyərlərlə təmin edilir. Digər tərəfdən İslam əxlaqı zənginləri həddindən artıq istehlakdan və israfdan da çəkindirir.
Bu, tək məqsədi daha çox istehlak etmək olan, eqoist, daha çox əldə edə bilmək üçün digərlərini əzməkdən çəkinməyən, insanlara hörmətini və sevgisini itirmiş insanlardan ibarət olan materialist cəmiyyət modelindən çox fərqlidir. Bu cəmiyyət modeli son iki əsrdir qərb dünyasının bir qisimində hakim olmaqda, yəhudi-xristian ənənəsindən qaynaqlanan əxlaqi dəyərləri degenerasiya edərək insanları korlamaqdadır. Bu gün bir çox qərb ölkəsi bu çürümənin nəticəsi olan narkotik, fahişəlik, rüşvət, qumar, spirt, mütəşəkkil cinayətkarlıq kimi problemlərlə mübarizə edə bilmək üçün səy göstərir. Bundan əlavə qərb cəmiyyətlərində dini inancların zəifləməsi nəticəsində "məna böhranı" yaranmışdır. Həyatı yalnız bəzi maddi zövq və mənfəətləri qazanmağı hədəfləyən materialist fəlsəfə insanların ruhunu oxşamır/təmin etmir, onları boşluğa və məqsədsizliyə aparır. Azadlıq adı altında insanı öz ehtiraslarının əsirinə çevirir.
İslam əxlaqı isə insanlarına təsir edən hər cür narahatlıqdan və qorxudan azad edir. İman edənlər yalnız Allahdan qorxur və yalnız Onun razılığını qazanmaq üçün cəhd göstərirlər. Rəbbimizə qarşı məsuliyyətin fərqində olub hər zaman vicdanlarının əmr etdiyi kimi yaşayır və bu vicdanı rahatlıq sayəsində dinc və rahatdırlar. Ətraflarına daima xeyr və gözəllik təqdim edirlər. İslam əxlaqı, insanları mənəvi təzyiq altına alan qısqanclıq, ehtiras, gələcək qorxusu, ölüm qorxusu kimi din əxlaqına uyğun olmayan anlayış və qorxulardan azad edir, onlara Allaha təslimiyyətin azadlığını və rahatlığını yaşadır.
Bu səbəbdən İslam Birliyinin təşviq edəcəyi inkişaf qərbdəki inkişafın eynisi olmayacaq. Qərbin inkişafı nəticəsində çox böyük ictimai ədalətsizliklər olmuşdır. Məsələn qərbin inkişafının qabaqcılı olan İngiltərədə 18-ci və 19-cu əsrlərdə dəhşətli istismarlar hakim olmuşdur. Fəhlə sinfinə çox pis şərtlərdə iş və həyat imkanı təqdim edilmiş, 7-8 yaşındakı uşaqlar murdar kömür mədənlərində gündə 16 saat işlədilmiş, bunların çoxu 20 yaşına çatmadan ölmüşdür. 1840-cı illərdə Mançesterdə mədən işçisinin ortalama ömrü 17-yə qədər düşmüşdü.15 Varlılar isə şişirdilmiş lüks həyat və israf içində yaşamışdılar. Bütün sənayeləşən qərb ölkələrinin bu acı təcrübələri yaşadığı, qərbin yüksəlişinin milyonlarla kasıb insanın əzilməsi ilə təmin edildiyi tarixin  acı həqiqətlərindəndir.
İslam əxlaqının suveren olacağı cəmiyyətin inkişaf modeli isə ictimai ədaləti əsas götürəcək. Qərbdəki ədalətsizliklər, o dövrdə Qərbdə suveren olan materialist fəlsəfələrin "insan təbiəti" haqqındakı səhv tərifindən yaranmışdır. İslam əxlaqı isə insanların həm atak və girişkən, həm də mərhəmətli, fədakar və ədalətli olmalarını təmin edir. Necə ki, tarixdə də belə olmuşdur. İslam mədəniyyətinin  yüksəlişi boyunca müsəlmanlar iqtisadiyyatda da dünya lideri olmuş, xüsusilə ticarətdə böyük müvəffəqiyyətlər qazanmışdılar. Ancaq bu zənginlik bir qrup zənginin əlində qalmamış, İslam əxlaqına uyğun olaraq bütün cəmiyyətə yayılmışdır. İslam mədəniyyətinin xeyriyyə cəmiyyətləri olan vəqflər, külliyyələr, aş evləri, karvansaraylar, ictimai hamamlar, kitabxanalar; İslamda rifahın və mədəniyyətin yalnız bir zümrənin əlində qalmadığını, bütün cəmiyyətə yayıldığını göstərir. Dövrümüzdə də İslam Birliyinin ortaya qoyacağı inkişaf modeli bu olmalıdır.  

İslam Birliyinin inkişaf modelinin başqa xüsusiyyəti isə açıq fikirlilikdir. İslam əxlaqı müsəlmanların açıq fikirli olmasını, yəni digər mədəniyyətlərlə dialoq içində olmasını və onların bütün nəaliyyətlərindən  faydalanmasını nəzərdə tutur. Necə ki, bu səbəbdən İslamın ilk əsrlərində müsəlman mütəfəkkirlər və elm adamları Köhnə Yunan, Çin, Hind kimi köhnə mədəniyyətlərin əsərlərini araşdırmış, buradan bir çox məlumat əldə etmiş və sonra da bu məlumatları İslami bir şüurla inkişaf etdirib zənginləşdirmişdir. Bu gün də İslam dünyası başda qərb olmaqla dünyanın digər mədəniyyətlərini yaxından araşdırmaq, təcrübələrindən faydalanmaq, bunları istifadə edərək daha da irəli aparmaq iqtidarındadır.
İslam dünyasını digər mədəniyyətlərdən təcrid etmək isə şübhəsiz ki, müsəlmanlara fayda gətirməyəcək bir üsuldur. Müsəlmanlar texnologiyanın bütün imkanlarını din əxlaqına ən uyğun olacaq şəkildə istifadə etməlidirlər. Məsələn İslam əxlaqına qarşı materialist əxlaqı təlqin edən bəzi filmlərin əvəzinə müsəlmanlar öz kino sənayelərini qurmalı, insanlara doğrunu və gözəli öyrədəcək filmlər çəkməlidirlər Əgər sənət nümunələri bəzi mənfi ünsürlər ehtiva edirsə bunun həlli, o sənətdən daha gözəlini və görkəmlisini İslami bir məzmunla ortaya çıxarmaqdır. Əgər insanlar şəhərlərin görkəminə, təmizliyinə, rahatlığına, canlılığına heyranlıq duyurlarsa, müsəlmanlar daha gözəl şəhərlər qurmalı, dünyanı daha çox gözəlləşdirməlidirlər.
Müsəlmanların keçmişdə yaratdıqları böyük mədəniyyətin oxşarını bu gün də yarada bilmələri əlbəttə ki, mümkündür. Bunun üçün Quran əxlaqının gətirdiyi estetik və sənət anlayışının, açıq fikirliliyin, ədalətin və etidalın yaşanması lazımdır. İslamın sənəti, mədəniyyəti, təkcə müsəlmanlara deyil, bütün insanlığa rifah gətirəcək. Dünyanın ən böyük kitabxanaları, ən görkəmli binaları, ən təmiz küçələri, ən işıqlı prospektləri, ən yaxşı məktəb, xəstəxana və universitetləri qurulacaq, bütün insanlar bu imkanlardan və gözəlliklərdən bərabər şəkildə faydalanacaqlar.
İslami mərkəzin rəhbərliyində İslam mədəniyyətinin yenidən yüksəlişi təmin edilə bilər və 21-ci əsr İslam dünyası üçün işıqlı əsr ola bilər. Qloballaşmanın gün keçdikcə sürətləndiyi bu dövrdə müsəlman ölkələr də aralarındakı hər cür maneəni qaldırıb elmdə, texnologiyada, ticarətdə birləşməli, İslam dünyasının mənfəəti üçün birlik halında hərəkət etməlidirlər.
Bir həqiqəti də xatırlatmaq lazımdır ki, əslində müsəlmanlara görə dünyanın "qərblilər" və "müsəlmanlar" deyə qütblərə ayrılmamasıdır. Əvvəla qərblilər Kitab Əhlidirlər və deməli müsəlmanlarla bir çox ortaq imani və əxlaqi dəyəri bölüşürlər. Bu səbəbdən qərb mədəniyyətinin içindəki bir çox ünsür də məsələn, vicdan azadlığı, demokratiya, ailə dəyərləri İslam əxlaqına uyğundur. Digər tərəfdən qərbdə bir çox insan İslamı seçmiş və seçməyə də davam edir. Bu günə kimi qərb dünyasına İslam əxlaqının düzgün şəkildə və tam mənasıyla izah edilə bilmədiyi nəzərə alınsa, gələcəkdə qərbdə daha çox insanın müsəlman olacağı güman edilə bilər. Müsəlmanlar qərbə və onun mədəniyyətinə bu nöqteyi nəzərdən baxmalıdırlar. Unutmaq olmaz ki, son iki əsrdir materialist fəlsəfənin təsiri altında olan qərb dünyasını bu yanılmadan qurtarmaq müsəlmanların üzrinə düşən məsuliyyətdir. 

0 yorum:

Yorum Gönder