KOMMUNİZMİN DİN DÜŞMƏNLİYİ

Quranda insanlara Allahı və dini inkar etməyi əmr edən, zalım və zorba xarakterli rəhbərlərin tarix boyu olduğu və olacağı bildirilir. Allah bir ayəsində belə insanları "oda çağıran rəhbərlər" adlandırmışdır.(Qəsəs Surəsi, 41) Quranda bu xarakter Hz. Musa ilə bağlı ayələrdə "Firon" adıyla keçir. Hz. İbrahimin və ya Kəhf (mağara) əhlinin qarşısında da eynilə Firon kimi insanları sırf Allaha imanları səbəbiylə öldürən zalım hökmdarlar olmuşdur. Bu zorba xarakterə bütün tarix boyu rast gəlmək mümkündür. Dinsizliyin lideri olan bu insanların hamısı yaşadıqları cəmiyyətlərə qarşı eyni zalımlıqları etmiş, eyni üsullarla onları dindən uzaqlaşdırmağa çalışmış və insanları dünyada və axirətdə həlaka sürükləmişlər. 
 
Keçən əsrdə bütün dünyaya bəla, iztirab, zülm, vəhşilik gətirən ideologiyalara baxdığımızda, yenə də bu ideologiyaların liderlərinin mərhəmətsiz və dinsiz şəxsiyyətləri qarşımıza çıxır. 20-ci əsrdə isə Quranda izah edilən Firon xarakteri ilə uzlaşan insanların başında Rus və Çin inqilablarının qanlı liderləri Vladimir Lenin, Jozef Stalin və Mao Tse-Tung, eləcə dəonların ustadları Karl Marks və FridrixEngels kimi dinsiz və zalım liderlər gəlir.ÇarlzDarvin isə ortaya atdığı təkamül nəzəriyyəsi ilə bütün bu zalım liderlərin fikirlərini bəsləyir və dinsizliyə fərqli istiqamətdən liderlik edir.
 
Kommunizmin dinə olan düşmən münasibəti müzakirə edilməz həqiqətdir. Marks, Engels, Lenin, Stalin, Trotski, Mao və ya başqa kommunist ideoloqların yazılarına baxsaq bunun açıq şəkildə ifadə olunduğunu görə bilərik. Marks dini "xalqın tiryəki" adlandırmış və "yoxsul xalq kütləsini idarə etmək üçün hakim sinif tərəfindən meydana gətirilən mədəniyyət" kimi təsvir etmişdir. Yəni kommunizmə nail olmaq üçün dini inancların yox edilməsi lazımdır. Engels kitablarında "insanın meymundan törədiyini" irəli sürür və dinin də bu təkamülün bir mərhələsində ortaya çıxdığını iddia edirdi.
 
Yaxşı, kommunistlər dini yox etmək məqsədiylə necə siyasət yürüdürlər? Bu suala ilk əhatəli cavabı Lenin verib. Leninin 1909-cu ildə Rus Sosial Demokrat Partiyasının (sonrakı Kommunist Partiyası) lideri olaraq yazdığı və Proletariat jurnalında nəşr olunan "Proletar Partiyasının Din Mövzusundakı Mövqeyi"başlıqlı məqalədə bunlar yazılıdır:
Sosial Demokratiyanın təməli elmi sosializm, yəni marksizmdir. Marks və Engelsin dəfələrlə təkrarladıqları kimi Marksizmin fəlsəfi təməli Fransadakı 18-ci əsr materializminin və Almaniyadakı Feyerbax (Feuerbach) (19-cu əsrin ilk yarısı) materializminin tarixi ənənələrini mənimsəmiş, tamamilə ateist və dinə qarşı olan dialektik materializmdir. Unutmayaq ki, Marksın hələ qaralama halındaykən oxuduğu Engelsin Anti-Dürinq-nin (Anti-Dühring) hamısı, materialist və ateist Dürinqi tutarlı materialist olmamaq və din ilə din fəlsəfəsinə tam qarşı olmamaqda günahlandırırlar. Yenə unutmayaq ki, Engels, Lüdviq Feyerbax (Ludwig Feuerbach) ilə bağlı əsərində dini ortadan qaldırmaq üçün deyil, yenidən canlandırmaq və yeni "ucaldılmış" din qurmaq üçün müharibə açdığını deyərək Feyerbaxa "ilişir". "Din xalqı uyuşdurmaqüçün istifadə edilən tiryəkdir." Marksın bu sözü din barəsindəkiMarksist görüşün əsasıdır. (104)
Lenin 1905-ci ildə "Sosializm və Din" başlıqlı məqaləsində isə dini məhv edilməli məsələ kimi ortaya qoymuş və dinə qarşı kommunistlər tərəfindən icra edilməli olan ateizm təbliğatını belə izah etmişdir:
Bizim Proqramımız tamamilə elmi, yəni materialist dünya görüşü üzərindədir... Təbliğatımız qaçılmaz olaraq ateizm propoqandasını, lazımi elmi yayınların dərc edilməsini, feodal hökumətin bu günə qədər qadağan etdiyi yazıların Partiya işlərimizin bir budağı halına gətirilməsini də ehtiva edir. Bir zamanlar Engelsin alman sosialistlərinə verdiyi nəsihəti indi bizim dinləməyimiz lazımdır: 18-ci əsr Fransız Maarifçilik dövrünün yazıçı və ateistlərinin yazıları tərcümə olunmalı və geniş şəkildəyayılmalıdır. (105)
Diqqət etsək, Lenin marksistlərin dinə qarşı aparmalı olduqları mübarizənin "elmi nəşrlər" və "18-ci əsr Fransız Maarifçi dövrünün yazıçı və ateistlərinin yazıları" kimi qaynaqlarla icra edilməsinin lazımlığını vurğulayır. Buradakı "elmi nəşr" deyərkən materializmi elm pərdəsi altında təlqin edən nəzəriyyələr nəzərdə tutulur. Bunların lap başında isə şübhəsiz ki, darvinizm gəlir. Maarifçilik dövrü mütəfəkkirləri isə Diderot, Holbax (D'Holbach) kimi Marksdan əvvəlki materialistlərin din əleyhindəki propoqanda yazılarıdır. 
 
Leninin məsləhət etdiyi bu üsul kommunistlər tərəfindən hələ də istifadə edilir. Dünyadakı bəzi nəşriyyat, elmi jurnallar və ya media quruluşları vasitəsilə, darvinist və 18-ci əsr Maarifçi fəlsəfəyə bağlı nəşrlərin marksistlərdən qaynaqlandığı açıq-aydın görüləcək.

0 yorum:

Yorum Gönder